Ardını oxu...
Portuqaliya Dövlət Politexnik Ali Təhsil İnstitutunun alimləri kofeinin beyindəki qan dövranını ləngidə biləcəyini aşkar ediblər.

Bu barədə araşdırmanın nəticələri “Science Direct”də dərc olunub.

Tədqiqatda nadir hallarda qəhvə içən 18-22 yaş arası 45 nəfər iştirak edib. İştirakçıların beyin qan axınının sürəti beyinə qan tədarükünün öyrənilməsi üçün ultrasəs texnikası olan transkranial Doppler ultrasəsindən istifadə etməklə qiymətləndirilib. Daha sonra onlar iki qrupa bölündülər – birinci qrup 45 qram kofein kapsullarının bir dozasını, ikincisi – 120 qramı, üçüncüsü isə plasebo qəbul edib.

Kofein qəbul etdikdən 30 dəqiqə sonra təcrübədə iştirak edənləri yenidən transkranial Doppler ultrasəs müayinəsindən keçiriblər.

Məlum olub ki, kofein birinci və ikinci qrupda olan iştirakçılarda orta, maksimum sistolik və diastolik son beyin qan axını sürətini azaldıb.

Kofeinin beyinə təsiri qan damarlarını daraldır. Vazokonstriksiyaya görə baş ağrısının intensivliyi azalır.

Bundan əlavə, kofein mərkəzi sinir sistemini stimullaşdırır, yuxunu qaçırır və yorğunluğu aradan qaldırır. Ancaq qan damarları daraldıqda, onlarda qanın hərəkət sürəti yavaşlayır.
 
Ardını oxu...
Müntəzəm olaraq fermentləşdirilmiş qidalar yemək orqanizmin xərçəngə qarşı müdafiəsini gücləndirir.
Tribunainfo.az xəbər verir ki, endokrinoloq Zuhra Pavlova həmin qidaları sadalayıb.

“Bunlar hamınızın bildiyi turşuya təbii qoyulmuş turşular, turş süd məhsullarıdır.
Duza qoyulmuş kələm bağırsağın işini yaxşılaşdırır, mikrofloranı artırır, bağırsaq divarını bərpa edir, köp, spazm, qıcıqlanmanı götürür.
Mikrofloranın güclü olması immunitetin güclü olması deməkdir.
Çünki limfoid immunitetin 70%-i məhz bağırsaqda yerləşir.
Bu qidalar çəkini saxlamaq, qanı təmizləmək, arıqlamaq üçün də uyğundur.
Fermentləşdirilmiş ərzaqların gündəlik norması 100 qramdır”.
Ardını oxu...
Korvalol heç də bitki tərkibli preparat deyil, onun tərkibində çox güclü kimyəvi maddə var, ona görə, ehtiyatlı olmaq lazımdır.

Teref.Az xəbər verir ki, kardioloq Andrey Melnikov bu dərmandan asılılıq yarandığını bildirib.

“Korvalol həqiqətən təşviş və həyəcana qarşıdır, amma o sakitləşdirici təsir edir, heç bir müalicəvi təsiri yoxdur.

Nəzərə alın ki, korvalolun əks-təsiri demensiya riskidir.

Nə korvalol, nə digər damcılar əsəb və ürək xəstəliyini müalicə etmir. Pasiyentlər həkimsiz bunları alıb sərbəst içir, amma bununla da stenokardiya, real ürək xəstəliyi ilə nevrozu ayırd edə bilmir, simptomları ört-basdır edirlər”.

Bundan öncə Avstaliyalı nevroloq Metyu Peys demensiyanın qarşısını almaq üçün yuxunun dərin fazasının rol oynadığını bildirmişdi.

Məhz dərin yuxu fazasında beynin zərərli materiallardan filtrasiyası baş verir. \\Medicina.Az
 
Ardını oxu...
Qaynadılmış yumurta sağlamlığa faydalıdır. Zülal, vitamin və minerallarla zəngindir. Həm də sizi tox saxlayır və çəkiyə nəzarət etməyə kömək edir. Qaynadılmış yumurtanın faydaları arasında sümük sağlamlığına töhfə vermək, beyin funksiyalarını yaxşılaşdırmaq və ürək sağlamlığını qorumaq daxildir. Gündəlik rasionunuzda qaynadılmış yumurta istehlak etməyi unutmayın. Foodinfo.az-ın məlumatına görə, mütəxəssislər qaynadılmış yumurta hazırlayarkən nələrə diqqət edilməli olduğunu izah ediblər. Ən faydalı qidalardan biri də şübhəsiz ki, yumurtadır. Qaynadılmış yumurta hazırlayarkən edilən səhv yumurtanın qida dəyərini məhv edir və yumurtanın çatlamasına səbəb olur. Yumurtanı soyuducudan çıxardıqdan dərhal sonra qaynatmaq olmaz. Onu bir neçə dəqiqə otaq temperaturunda saxlamaq və sonra qaynatmaq lazımdır. Yumurtanın faydaları aşağıdakılardır:- Yumurta immunitet sisteminə gücləndirici təsir göstərir. - Tərkibindəki kalsium və zülal sayəsində əzələ və sümük inkişafı üçün çox vacibdir. - Yüksək miqdarda protein ehtiva etdiyi üçün əzələ gücləndirici təsirə malikdir. - Tərkibindəki amin turşuları və vitaminlər orqanizmin qidalanmasında çox təsirlidir. - Yumurta həm də göz sağlamlığı üçün çox faydalı bir qidadır. Beləliklə, göz sağlamlığına müsbət təsir göstərir. - O həm də yaxşı xolesterini artırmaq xüsusiyyətinə malikdir. - Ürək sağlamlığını qoruyur. - Yaddaş problemləri ilə mübarizə aparır. - Yumurta beyin sağlamlığı üçün çox faydalı bir qidadır. - Bədəndə dəmir səviyyəsini artırır.
 
 
 
Ardını oxu...
 
Tasmaniya Universitetinin alimləri sitrus meyvələrinin istehlakının qan şəkərinin səviyyəsini sabitləşdirdiyini və 2-ci tip diabetdə ağırlaşma riskini azaldıldığını aşkarlayıblar. 
Araşdırmanın nəticələri "Science Direct"də dərc edilib.
Alimlər öz işlərində sitrus meyvələrinin şəkərli diabetdə müalicəvi rolu ilə bağlı 129 araşdırmanı təhlil ediblər. Məlum olub ki, llimon, portağal və qreypfrutda olan üzvi birləşmələr orqanizmdə oksidləşdirici stress və iltihabı azaltmağa kömək edən güclü antioksidant xüsusiyyətlərə malikdir. Şəkərli diabetdə oksidləşdirici stress (oksidləşmə nəticəsində hüceyrə zədələnməsi prosesi) hiperqlikemiya - qanda qlükoza səviyyəsinin artması ilə baş verə bilər.  
Naringin və hesperidin kimi birləşmələr də diabet riskini azalda bilər. 
 

 
Ardını oxu...
 
Qış aylarında xəstəliyin ən çox görülən əlamətlərindən biri, şübhəsiz ki, yüksək hərarətdir. Bu mövsümdə adətən soyuqdəymə və qrip səbəbiylə ortaya çıxan yüksək hərarət "Omicron" variantında da görülən əlamətlərdən biridir. Demək olar ki, hamımızı qorxudan yüksək hərarət, əslində immunitet sistemimizin bədənimizdəki virus və bakteriya kimi arzuolunmaz işğalçıları aradan qaldırmaq üçün istifadə etdiyi üsullardan biridir. Lakin  qızdırma çox yüksəldikdə bədənimizdə titrəmə, üşümə, halsızlıq kimi problemlər yaranır.
Yüksək hərarəti azaltmaq üçün dərman qəbul etməklə yanaşı, immunitet sistemini gücləndirmək üçün adekvat və balanslaşdırılmış qidalanma çox vacibdir. Bundan əlavə, bəzi qidalar tərkibindəki vitaminlər, minerallar və zülallarla bədəndəki iltihabı azaltmağa, hüceyrələrin yaxşılaşmasını sürətləndirməyə, virus və bakteriyaları bədəndən çıxarmağa kömək edir. 
Yüksək hərarəti azaltmağa kömək edən qidaları təqdim edirik:
Qızılbalıq
Qızılbalıq xəstə olduğunuz zaman seçə biləcəyiniz ən yaxşı protein mənbələri arasındadır. Bunun səbəbi yumşaq quruluşu sayəsində asanlıqla istehlak edilə bilməsi və tərkibindəki EPA və DHA kimi omeqa-3 yağ turşuları sayəsində antiinflamatuar təsir göstərərək immun sisteminizin daha təsirli işləməsinə kömək etməsidir.  
Sarımsaq
Tədqiqatlar sübut etmişdir ki, sarımsağın tərkibindəki kükürd birləşmələri, xüsusən də “allisin” maddəsi antibakterial xüsusiyyətləri sayəsində yüksək hərarəti azaltmağa kömək edir. Xəstə olduğunuz zaman yeməyinizə sarımsaq əlavə etmək, tərkibindəki allisin maddəsi sayəsində soyuqdəymə və ya qrip əlamətləri ilə mübarizə aparmağa kömək edir.  
Zeytun yağı
Aralıq dənizi pəhrizinin əsasını təşkil edən  zeytun yağı, istehlak edə biləcəyiniz ən sağlam yağ növüdür. Zeytun yağı tərkibindəki "oleokantal" maddəsi sayəsində hüceyrə zədələrini bərpa edən, iltihabı və yüksək hərarəti azaldan xüsusiyyətlərə malikdir. Oleokantal maddənin effektivliyi o qədər güclüdür ki, onun dərmanlar qədər təsirli olduğu düşünülür və bununla bağlı araşdırmalar aparılır. 
Qara istiot
Qara bibər sərbəst radikalların hüceyrələrinizə zərər verməsinin qarşısını alan güclü antioksidant olan "piperin"lə zəngindir. Piperin maddəsi bədəndə iltihabı azaldır; Tədqiqat nəticəsində sübut edilmişdir ki, o, nəfəs almağı yaxşılaşdırır, ağrıları və qızdırmanı azaldır. 
Zəncəfil
Zəncəfil bədənin müqaviməti azaldıqda ağrı kəsici və qızdırmasalıcı təsirləri ilə sizə ən yaxşı kömək edə biləcək otlardan biridir. Bu faydaların əksəriyyəti zəncəfilin tərkibindəki "gingerol" adlı aktiv tərkib hissəsidir. Zerdeçal 'curcumin' adlı əsas aktiv tərkib hissəsi sayəsində ağrı kəsici və qızdırmasalıcı təsirləri ilə kömək edə bilən ən yaxşı otlar arasındadır. Zəncəfil və zerdeçalın təsirini itirməməsi üçün toz deyil, təzə formada istehlak etməyə diqqət edin.
Toyuq suyu
Toyuq bulyonu ilə hazırlanan şorbalar bədəninizin ehtiyac duyduğu bütün vitaminləri, mineralları və zülalları ehtiva edir. Xüsusilə, zülalın quruluş bloku olan amin turşusu N-asetilsistein; Çöldən gələn bakteriyaları tutan və bədəndən çıxaran selikli təbəqənin daha effektiv işləməsinə kömək edir. Bakteriyalar bədəninizdən uzaqlaşdıqca qızdırmanız düşməyə başlayır. Bununla belə, toyuq bulyonu hazırlayarkən, tərkibində çoxlu kalori olduğu üçün qaynadıqdan sonra üzərinə yığılan yağ qatını ayırmağı unutmayın.
Qızılgül çayı
İtburnu antioksidant maddə olan və meyvələrə qırmızı-mavi rəng verən “antosiyanin” piqmenti ilə zəngin qidadır. Antosiyanin güclü antiinflamatuar, antiviral və immun gücləndirici təsirlərə malikdir. Bu xüsusiyyətləri sayəsində qızdırmanın azalmasına kömək edir. Xəstəlik prosesində gündə 2 stəkan itburnu çayı içə bilərsiniz. Bundan əlavə, qaragilə, moruq və böyürtkən antosiyanin piqmenti ilə zəngin qidalar sırasındadır.
 
Ardını oxu...
AİB sədri: “Ölkədə dönərxanalar üçün standart qəbul edilib, lakin onun icrasına heç kim nəzarət etmir”

Dönər ölkəmizdə ən məşhur tezbazar yeməkdir (fast food). İstər kafelərdə, istərsə də köşklərdə demək olar ki, hər addımda satılır, ona görə də yol boyu alıb qəlyanaltı edə bilərsiniz. Ətin xoş qoxusu yoldan keçənləri özünə cəlb edir, lakin dadı əsasən dönərlərimizin bazarımızda ilk dəfə göründüyü vaxtdakı kimi deyil. Ancaq ucuzdur və bir neçə dəqiqə ərzində hazırlana bilər, buna görə də xüsusilə məktəblilər və tələbələr arasında tələbat olması təəccüblü deyil.

Yenə də bu, asanlıqla zəhərlənmə verə bilən yemək növüdür. Birincisi, məhsullar keyfiyyətsiz ola bilər, ikincisi, dönərin hazırlanma şərtləri çox vaxt uyğun deyil. Adətən əlcəksiz hazırlanır, dönərçilərin həmişə əllərini yumağa şəraiti olmur və s.

Ölkədə vaxtaşırı bu cür kütləvi zəhərlənmələr qeydə alınır və ümumilikdə nə qədər fərdi hal baş verdiyi məlum deyil - vəziyyəti kritik olmadığı halda, az adam həkimə müraciət edir. Bəzi insanlar riskə getdiklərini bilirlər, lakin şanslı olacağına inanırlar, çoxları isə bu ehtimalı düşünmürlər.

Ötən günlərdə bu fast fooddan daha bir kütləvi zəhərlənmə baş verib. Paytaxtın Xəzər rayonu, Binə kəndində 24 məktəbli dönərdən zəhərlənib. Çoxları onu ucuz qiymətə görə alıb – cəmi bir manata başa gəlib.

Xəstəxanada yeniyetmələrə lazımi tibbi xidmət göstərilib.

Müəyyən edilib ki, hadisəyə səbəb “Şah Dönər” iaşə müəssisəsində hazırlanmış dönərin istehlak edilməsi olub. Müəssisədə istifadə olunan qaynadılmış toyuq əti, ayran, çörək, mayonez, tərəvəz və digər məhsullardan nümunələr götürülərək ekspertiza məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib. Hazırda dönərxananın fəaliyyəti dayandırılıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov vəziyyəti AYNA-ya şərh edərkən xatırladıb ki, respublikada “quş qripi” peyda olanda toyuq dönərinin hazırlanması və satışı qadağan edilmişdi: “Amma ölkədə iki müəssisə – “Azprotein foods” və “Səhliyalı” yaradılıb və onlar bahalı dondurucu avadanlıq alıblar ki, məhsullar bütün təhlükəsizlik standartlarına cavab versin. Həm mal ətindən, həm də toyuqdan dönər hazırlamağa icazə verildi. Sonra isə bu qablaşdırılmış dönərlər dönərxanalara gətirilir. Amma AİB-in araşdırması göstərdi ki, bu cür dönərlər hətta 0,5 faiz dönərxanalarda belə, istifadə edilmir. Çoxları mənşəyi məlum olmayan ucuz ətdən istifadə edir”.

“Bununla yanaşı, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən külli miqdarda mənşəyi məlum olmayan at, eşşək əti aşkarlanması ilə bağlı daim xəbərlər alırıq. Ancaq reydlərə və bu cür məhsulların müəyyən edilməsinə baxmayaraq, daha aşağı keyfiyyətli ət yenə satılır - hamısı ona tələbat olduğu üçün. Azərbaycanda 15 mindən çox belə iaşə obyekti var və onlar əhali arasında populyardır. Bəzən görürsən ki, onların ət üçün sənədləri var, amma həmişə doğru deyil. Hər bir dönərxanada ətin mənşəyinin etibarlı şəkildə bilinməsi zəruridir”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynov iki il Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü olduğunu deyib: “Orada dönər məhsulları ilə bağlı yaranmış vəziyyəti dəfələrlə həll etməyi təklif etmişəm. Təkliflərimdən biri də nümunəvi donərxanalar yaradılması idi. Biz istehlakçının mümkün olan ən aşağı qiymətə məhsul almasının tərəfdarıyıq, amma eyni zamanda bu məhsul təhlükəsiz olmalıdır. Normal dönər çox ucuz başa gələ bilməz, təbii ki, bir manata ola bilməz”.

“Bir neçə il əvvəl ölkədə dönərxanalar üçün standart qəbul edilib, lakin onun icrasına heç kim nəzarət etmir, bu obyektlərin sanitar vəziyyətini, işçilərin gigiyena qaydalarına riayət edib-etməməsini heç kim yoxlamır. Ona görə də oradan alınan dönərlərin zəhərlənməyə səbəb ola bilməsi təəccüblü deyil. Xüsusilə gənclər risk altındadır, çünki bu cür fast foodları ən çox onlar alırlar. Keyfiyyət və təhlükəsizlik üçün müvafiq strukturlar cavabdeh olmalıdır. Beləliklə, Qida Təhlükəsizliyi Agentliyi bu məsələdə media ilə fəal əməkdaşlıq etməli, ictimai nəzarət olmalıdır”, - deyə AİB sədri fikrini yekunlaşdırıb.

Müəllif: Elya Belskaya
 
 
 
Ardını oxu...
İnsanın yaşadığı yer – ərazi, ev onun yaşlanmasına təsir edir.

Söhbət təkcə ekologiya, təmir və yaşama imkanlarından getmir.
Tribunainfo.az xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya nəyə görə kirayədə qalmağın bədəni qocaltdığını açıqlayıb.

“Yeni elmi araşdırmalar sübut edib ki, kirayə götürülmüş evdə yaşamaq bioloji qocalmanın sürətini artırır.
Kirayədə qalanlar öz şəxsi evində yaşayanlardan 40% daha çox və tez-tez xəstələnir.
Bu hətta siqaret çəkənlərlə çəkməyənlər arasında olan fərqdən də çoxdur.
Qocalmaya səbəb kirayə evin şəraiti yox, kirayənişinin ödəmədə borclanması və bir neçə ayın borcunun yığılması və bundan yaranan stresdir.
Sorğu göstərib ki, kasıb məhəllərdə ucuz ev kirayələyənlərin səhhəti öz evində yaşayanlar kimi olub. Deməli burda digər məqam kirayə haqqının yüksək olmasıdır.
Ona görə də dövlətlər ölkədə kirayə haqlarının artmaması üçün çalışmalı, qiyməti nəzarətdə saxlamalı, kirayə haqqının işəgötürən və ya dövlət tərəfindən çətin anlarda kompensasiya olunmasını təmin edə bilər.
Kirayə yaşayanların stresinin profilaktikası onların sağlamlığının qorunması deməkdir”.
Bundan öncəki araşdırma hündürmərtəbəli binaların sakinlərinin həyət evlərində yaşayanlardan 60% daha xəstə olduğunu üzə çıxarmışdı.
 
Ardını oxu...
Səhiyyənin Təminat Mərkəzi “Labservis LTD” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət Mərkəzin laboratoriya reaktivləri və digər zəruri ləvazimatların satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 128 186,23 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Labservis LTD” MMC 6 aprel 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2400 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 81, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi təmsilçisi Şahbazova Roza Qafar qızıdır. O, həm də şirkətin direktorudur.

“Labservis LTD” MMC-nin veb-səhifəsində şirkətin 1991-ci ildə təsis edildiyi bildirilir. “Labservis LTD” MMC səhiyyə sahəsində diaqnostik laboratoriyalarının kompleks təchizatı üzrə ixtisaslaşıb.

Şirkətin qanuni təmsilçisi Roza Şahbazovaya gəlincə, onun haqqında açıq mənbələrdə məlumatlar məhddudur. Araşdırmalarımız zamanı məlum olub ki, o, eyni zamanda “Eurolab” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də tibb sektorunda fəaliyyət göstərir. Bundan başqa, 2021-ci ildə Roza Şahbazova Müdafiə Nazirliyinin Baş Tibb İdarəsi tərəfindən fəxri rəmanla təltif edilib.

“Labservis LTD” MMC dövlət satınalmalarında fəal iştirak edir və əsasən iri məbləğli tenderlərin qalibi olur. Şirkət yazıda qeyd edilən tender də daxil olmaqla 2023-cü ildə 5 satınalma müsabiqəsinin qalibi seçilib.
 

 
Ardını oxu...
 
İnsanlar yeməli göbələklərdən qədim zamanlardan istifadə edirlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xəbər verir ki, (AQTA)Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, C, D, B qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir dietoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələklər bir tərəfdən qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, digər tərəfdən çətin həzm olunan qidalar hesab edilir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır.
Göbələkdən zəhərlənməyə səbəb onların tərkibində toksinlərin olmasıdır. Papaqlı göbələklərin 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Qalanları zəhərlidir və ya yeyilməməsi tövsiyə olunur.
Göbələkdən zəhərlənmə ən çox yayılmış mövsümi qida zəhərlənmələrindən biridir. Azərbaycanda adi şampinyon, yay boletusu, çıxıntı boletus, ağ göbələk, qəşəng boletus, çəhrayı südlücə, narıncı südlücə, palıd südlücəsi, sarı yağlıca və digər yeməli göbələklərə rast gəlmək olar. Yeməli olmayan göbələklərə isə qızılı qaravul, sarı qaravul, gözəlayaqlı boletus, palıd boletusu, kele boletusu, yalançı sarıca, acıqoxu, kobud panus və digərlərini misal göstərmək olar.
Sağlamlıq üçün ən böyük təhlükəsi olan solğun amanita, sezar amanitası, qırmızı amanita, panterli amanita, şeytani boletus, ağarmış klitosibe, qifvari klitosibe, oyuqlu entoloma, konusvari hiqrosibe, kükürdlü qifoloma, çəhrayı lepiota, təmiz misena və digər göbələk növlərini numunə göstərə bilərik. Göbələk səhv yığılarsa və emal şərtləri pozularsa, onun istehlakı insan həyatı üçün təhlükə yaradar.
Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir:
- tanış olmayan və şübhəli olan göbələklərin yığılması;
- yol kənarında, sənaye müəssisələrinin yaxınlığında, radioaktivliyin yüksək olduğu yerlərdə göbələklərin yığılması;
- qurdlu və ya çürük, köhnə göbələklərin yığılması;
- aşağı keyfiyyətli qablaşdırmadan istifadə;
- göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi;
- emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması;
- köhnəlmiş göbələklərin qidada istifadəsi;
- göbələklərin spirtli içkilərlə birlikdə istehlakı.
Göbələkdən zəhərlənmənin əlamətləri onların növünə, hazırlanması və istehlak xüsusiyyətlərinə, alınan toksin miqdarına görə dəyişir. İlk simptomlar zəhərin bədənə daxil olmasından yarım saat sonra başlayır. Bəzi hallarda göbələk intoksikasiyasının klinik mənzərəsi hər hansı bir qida zəhərlənməsinin tipik təzahürləri ilə eyni olur: mədə ağrısı, ürəkbulanma və qusma, ishal, artan bədən hərarəti, titrəmə hissi.
Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir.
Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır.
Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, toplanması, daşınması, saxlanması, emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
 

Dünyapress TV

Xəbər lenti