Ardını oxu...
Bu 5 qidanı hər dəfə yediyiniz zaman yavaş-yavaş özünüzü zəhərləyə bilərsiniz. Alimlərin apardığı araşdırmalar nəticəsində orqanizmə ən çox zərər verən qidalar üzə çıxıb. Bəs, dünyanın ən zərərli 5 qidası hansılardır və onlar nə dərəcədə zərərlidir?

BULYON

Mütəxəssislər xüsusilə bu beş qidanın istehlak edilməməsi lazım olduğunu dəfələrlə bildirirlər. Həyati təhlükəsi olan xəstəlikləri tətikləyən bu qidalar arasında bulyonlar birinci yerdədir.

Silah rolunu oynayan bulyonlar tərkibindəki monosodyum glutamatla kimyəvi maddəyə çevrilir. Yeməklərə ləzzət vermək üçün istifadə edilən bulyonlar yüksək miqdarda natrium ehtiva edir ki, bu da bədəndə artıq suyun tutulmasına və yüksək qan təzyiqinə səbəb olur.

QAZLI İÇKİLƏR VƏ ENERJİ İÇKİLƏRİ

Çox sevilən qazlı və enerji içkiləri şəkərlə doludur və bütün bədəni yorur. Bir stəkan qazlı içki böyrək xəstəliklərindən tutmuş piylənməyə qədər bir çox xəstəliyə səbəb olur. Həm də turşu quruluşuna görə diş çürüməsinin ən böyük səbəblərindən biridir.

QIZARDIRILMIŞ NUGGETS VƏ ŞNİTSELLƏR

Bir neçə dəqiqə ərzində hazırlanan nuggets və şnitsellər işlənmiş ətlərdən hazırlanır. Tərkibi hidrogenləşdirilmiş yağ və yüksək miqdarda şəkər, yağ və konservantlardan ibarətdir. Bundan əlavə, içindəki toyuq miqdarı cüzidir.

MARQARİN

Çörəyin üzərinə sürtülən və yeməklərdə istifadə edilən marqarin kərə yağından fərqli olaraq laboratoriya şəraitində hazırlanır. Hidrogenlə doymuş zərərli bitki yağları ürək damarlarını bağlayır və həyati təhlükəsi olan xroniki xəstəliklərə yol açır.

SOSİSKA VƏ KOLBASA KİMİ EMAL EDİLMİŞ ƏT MƏHSULLARI

Sosiska və kolbasa kimi emal edilmiş ət məhsullarının davamlılığını artırmaq üçün nitrit ehtiva edir. Natrium nitrozaminlər kimi maddələrlə qaraciyər xərçəngindən ağciyər xərçənginə və hətta leykemiyaya qədər bir çox xəstəliyə səbəb ola bilər.

Bundan əlavə, işlənmiş ət məhsulları ürək-damar sağlamlığını da təhlükə altına alır.
 
Ardını oxu...
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, Pekin Universitetinin tədqiqatçıları çayın intellektual beyin funksiyalarını və düşüncəni yaxşılaşdıra biləcəyini aşkar ediblər.

Tədqiqatlar göstərir ki, müntəzəm çay içməyin bir çox faydası var. Çay xüsusilə mürəkkəb işlərin öhdəsindən gəlməyə kömək edir.

Çay içənlərin kompleks yaradıcı düşüncə tələb olunan testlərdə, su içənlərdən daha yaxşı nəticə göstərdiyi aşkar edilib.
 
Ardını oxu...
Tibb elminin inkişafı, hələ də xalq təbabətini aradan çıxara bilməyib. Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır. Azərbaycanda, xüsusən də bölgələrdə əli, qolu çıxan və ya ayağı sınan insanların bir çoxu həkim əvəzinə, sınıqçıya üz tutur. Hətta bəzi onlayn xidmət saytlarında vətəndaşlara xidmət təklif edən sınıqçılara da rast gəlmək mümkündür.

Sınıqçılıq - el arasında yayılmış xalq təbabət üsulları ilə müalicə növüdür. Sınıqçı çıxmış və ya sınmış sümüyü yerinə sala bilən ara həkimidir. İllər əvvəl həkimlərin olmadığı ucqar yerlərdə insanlara məhz sınıqçılar yardım ediblər.

Sınıqçılar sümükləri yerinə oturtduqdan sonra bir qayda olaraq yumurta və xəmirdən istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradırlar. Bu hərəkətsizlik ondan ötrü lazımdır ki, sınığın yeri rahat sağala bilsin. Hətta kartofdan, xiyardan istifadə edən sınıqçılar da var.

Ara həkimlərinin qəbulunda olmuş bir çox “pasiyent” bu metodun effektivliyindən razılıqla danışır.

Ortoped-travmatoloqlar isə sınıq, çıxıq zamanı həkim əvəzinə sınıqçı yanına getməyi səhv yanaşma hesab edirlər. Sınıqların müasir avadanlıqlarla diaqnozu mümkündür və sınıq olan yer mütləq rentgen olunmalıdır.

Sınıqçılar rentgen etmədikləri üçün istənilən halda sümüyün əyri bitməsi təhlükəsinin olduğunu inkar etmək olmaz.

Ortoped-travmatoloqlar deyirlər ki, elmin, tibbin bu qədər inkişaf etdiyi vaxtda heç bir təhsili olmayan, hətta damarın, nəbzin haradan keçdiyini bilməyən birinin yanına getmək olmaz. Kortəbii şəkildə sınıq və çıxığı yerinə qoymaq onun ətrafında olan əzələlərə, vətərlərə, damarlara zərər vermək deməkdir.

Ortoped-travmatoloqlar yumurta ilə sınığın, çıxığın sağalmasını gözləməyi düzgün hesab etmirlər.

Bu sual nəinki sadə vətəndaşların, bəzən həkimlərin belə mübahisə obyekti olur, amma nə olur olsun insanlarımız və çöpçülərimiz öz işlərindədir.

Yaxşı, bəs bu çöp həqiqətən varmı və yaxud doğurdan da uşağın boğazında qalırmı? Bunu elm birmənalı inkar edir, belə bir şey yoxdur, amma bunu hamımız bilirik ki, bəzən yediyimiz yeməyin üstündən 1-2 saat keçəndən sonra boğazımızı haykıranda həmin yemək qırıntıları ağzımıza gəlir, deməli uşaqlar bunu bacarmırlarsa həmin qırıntılar boğazda qala bilər. Amma bu qırıntılar biz azərbaycanlılarda yaman çox qalır, məgər Avropada uşaq böyümürmü, axı orada çöpçü yoxdur.

Deməli, uşaqların bilmədən ağzına qoyduqları bərk hissəciklər çox nadir hallarda boğaza ilişib qala bilər, sizin çöpçü yanına apardığınız uşaqların öyrəncəli olduğunu bütün valideyinlər bilir, çünki çöpçü çox təzyiqlə uşağın burnuna üfürür, sonra həmin yemək qırıntıları ilişib qalan kisəcik böyüyür və çöpcüdən asılı vəziyyətə düşürsünüz, hələ bir təhlükəni də deyim burun dəliyi ilə qulaq arasında bir boru var buna yevstax borusu deyirlər, çöpçü təzyiqlə üfürən zaman uşağın qulaq pərdəsi cırıla bilər bəlkədə neçə dəfələrlə cırılıb bilməmisiniz.

Yaxşı bəs nə etməli? Mən sizə təhlükəsiz bu işin həllini deyirəm uşaqlarınız yazıqdır, onlara bir daha bu əziyyəti verməyin.

Əgər çöpdən şübhələnirsinizsə, axşam uşağın hər burun dəliyinə 5-6 damcı zeytun yağı tökün, səhər bir vedrə suyu isidin, bir dəfəyə yavaş-yavaş uşağın təpəsindən bir nöqtəyə tökün, uşağın çöpü öz-özünə gedəcəkdir.

Material internet materialları əsasında hazırlanıb. \\Saglamolun.Az
 
Ardını oxu...
Rusiyanın Saratov vilayətində qrip və kəskin respirator virus infeksiyalarının (KRVİ) yayılması ilə əlaqədar həyəcan təbili salınıb.

Belə ki, 17 məktəb və bir uşaq bağçası karantinə bağlanıb. Bundan başqa, üç uşaq bağçasında dörd qrup, həmçinin 83 məktəbdə 344 sinif qismən bağlanıb.

Bu barədə regional Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şöbədən əlavə ediblər ki, son bir həftə ərzində rayonda 11 mindən çox KRVİ halı qeydə alınıb.

Yerli mütəxəssislər xəbərdarlıq edirlər ki, kəskin respirator virus infeksiyaları herpes, kandidoz və gingivit kimi ağız xəstəliklərinin inkişafına səbəb ola bilər. Məlumata görə, virusa yoluxma ağızda qızartı, qaşınma şəklində özünü göstərir, selikli qişalarda isə ağ ərp və ya şişkinlik nəzərə çarpır. KRVİ-nin başqa bir əlaməti, immunitetin düşməsi fonunda herpes virusunun inkişafı ilə əlaqədar selikli qişada və dodaqların qırmızı sərhədində qabarcıqların yaranmasıdır.
 
Ardını oxu...
Uzun müddət normal gecə yuxusu almayan insanlar bunun əvəzini itirilmiş sağlamlığı ilə ödəyə bilər.

Teref.Az xəbər verir ki, terapevt İrina Andreyeva yuxusuz qalmağın fəsadlarını tanımağın yollarını açıqlayıb.

Bu əlamətlər orqanizmə təcili surətdə normal yuxu lazım olduğunu göstərir.

“Diqqət, yaddaş pozğunluğu, immunitet zəifliyi, tez-tez xəstələnmə, psixi və emosional stabilliyin olmaması, stress vəziyyətində tez-tez əhvalın dəyişməsi, aqressiya, əzələ zəifliyi, enerji azlığı, ürək-damar problemləri, piylənmə, insulin dirənci və s.

Əgər bu əlamətlər varsa, siz hər axşam 8-9 saat gecə yuxusu almalısız.

Amma yuxuya getmək üçün özünüzü məcbur etməyin, bu halda rahat yatmaq olmayacaq. Bədəninizi öyrənin,rejimi qaydaya salın.

Əgər siz yerinizə uzandıqdan sonra 30 dəqiqə ərzində yuxuya gedə bilmirsizsə, deməlik, yuxusuzluq problemi var.

Belə adamlar qarışıq yuxular görür, yuxusu yadda qalmır, yuxudan oyanandan sonra aclıq hiss edir”. \\Medicina.Az

        

Ardını oxu...
Payız-qış mövsümündə koronavirusun yeni dalğası yayılacaq

Koronavirusun mutasiyaya uğramış yeni ştamları bütün dünyada sürətlə yayılır. Onlardan son ikisi - EG.5 (“Eris”) və BA.2.86 (Pirola ) getdikcə daha çox ölkələri “ələ keçirir”.

Sözügedən ştamların sürətlə yayılması bir çox ölkələrdə ciddi təşviş yaradıb. Pandemiya çoxları üçün keçmişdə qalsa da, mutasiyaya uğramış son ştamların dünyanın bir çox ölkəsində tüğyan etməsi, üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının da bu viruslarla bağlı hesabat dərc etməsi narahatlığı bir qədər də artırıb.
ÜST-nin məlumatına görə, son ay dünya üzrə yoluxanların sayı 38 faiz artıb. Avropada yoluxmada artım 39 faiz, Sakit okeanın qərbində 52 faiz, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir.
Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.
Hazırda ABŞ-də COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5 faiz artıb.
Son həftə ərzində ABŞ-də COVID-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib. ABŞ-nin 9 ştatında və Almaniyada BA.2.86 artıq aşkar olunub.
Latviyada yayda test nəticələrinin 5-10 faiz pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25 faizə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur.
Rusiyanın Altay vilayətində COVID-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur. Artıq virusun yeni variantı Ermənistan və Türkiyədə də aşkarlanıb. ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.
Bəs Azərbaycanda koronavirusun yeni variantına yoluxma halı baş verib?
Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (11-17 sentyabr) 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 832 580 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir. Ölkədə son həftə ərzində 3 012, hazırkı dövrədək isə 7 680 488 test aparılıb.
Mütəxəssislər isə payız-qış dövründə yeni koronavirus dalğasının yaranacağını istisna etmirlər. Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 xəstələrinin sayının artması ilə bağlı hesabatları və dövlətlər daxilində nəzarəti gücləndirmək çağırışları narahatlıq doğurmaya bilməz.

İnfeksionist Sadiqə Əliyeva “Sherg.az”a açıqlamasında deyib ki, virus infeksiyaları həmişə mutasiyaya uğrayıb yeni variantların yaranması xüsusiyyətinə malikdir. Bu təkcə COVID-19 yox, digər viruslarda da müşahidə olunur. Bundan qabaq da biz COVID-19-un bir sıra ştamlarının yaranmasını müşahidə etmişdik. Hazırda isə “Eris” adı ilə təqdim olunan EG.5 ştamına yoluxma artır. Buna da səbəb payız-qış mövsümündə virus infeksiyalarının aktivləşməsidir. Yəni respirator virus infeksiyalarının artımı payızda başlayır və müvafiq olaraq COVID-ə yoluxanların sayı da artacaq.

EG.5-in də əvvəlkilər kimi öskürək, qızdırma, halsızlıq, sümük-əzələ ağrıları kimi simptomlarla müşahidə edildiyini vurğulayan infeksionist əhaliyə sanitar-gigiyenik qaydalarına əməl etməyi, düzgün və sağlam qidalanmanı tövsiyə edir:

“Vətəndaşları diqqətli olmalıdır, mümkün qədər xəstə insanlarla kontaktda olmamaq lazımdır. Gigiyena qaydalarına riayət etmək, insanların sıx toplaşdığı yerlərdə olmamaq mühüm şərtdir. Hər hansı bir virusa yoluxan şəxslər ətrafındakı insanları yoluxdurmamaq üçün maskadan istifadə etməlidir. Və bir də təbii ki, mövsümə uyğun geyinmək lazımdır. Həddindən artıq qalın geyinən şəxslər tərləyib özlərini soyuğa verirlər. Bəziləri isə soyuq havalarda nazik geyindiyi üçün xəstələnir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva isə deyib ki, hər bir yeni yaranmış ştamm özündən öncəki ştamdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştamların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur. İnfeksionist hələlik Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktına rast gəlinmədiyini deyib:

“Artıq bir neçə aydır ki, COVID-in “omikron” ştamının alt variantı olan EG.5 və ya digər adı ilə “Eris” dünyada sürətlə yayılır. Xüsusilə, ABŞ, Çin, İngiltərə və Avropanın bir sıra ölkələrində virus səbəbindən xəstələrin sayında ciddi artım müşahidə olunur. Əgər ölkəmizdə EG.5 virusu qeydə alınsa, COVID-19-un yoluxma hallarında artım olacaq. Lakin cəmiyyətin böyük əksəriyyəti bu xəstəliyi keçirdib və sağalıblar. Eyni zamanda Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə göstəriciləri qənaətbəxş səviyyədədir. Ölkəmizdə hər zaman vaksinlərlə bağlı beynəlxalq tibbi qurumların tövsiyələri nəzərə alınır. Ancaq Ümumdünya Səhiyyə Təşkilatının bu ştama qarşı xüsusi tövsiyələri açıqlanmayıb. Hər zaman olduğu kimi COVID-19-un bütün mutasiyalarına qarşı həssas əhali risk qrupuna daxildir. Xroniki problemlərdən əziyyət çəkənlər, yanaşı xəstəlikləri olan şəxslər, COVID-19-a qarşı peyvəndlənməyən insanlar xüsusilə diqqət etməlidir. Onlara ictimai yerlərdə tibbi maskadan istifadə etmələri, dezinfeksiyaya fikir vermələri məsləhət görülür. Bu insanlar üçün müəyyən qədər təhlükə hər zaman mövcuddur”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev də bildirib ki, yeni ştamlar yüksək yoluxuculuğa malik olduğu üçün dünyada virusa yoluxma sayı sürətlə artır:

"Yeni yoluxma halları get-gedə daha da artır. Amma öldürücülük qabiliyyəti aşağıdır. Azərbaycanda bununla bağlı ciddi artım və ağırlıq səviyyəsi yoxdur. Ölkədə koronavirusun yeni ştamların olub-olmaması ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur. Qonşu ölkələrdə olduğu üçün bizdə də olma ehtimalı var. Təsdiq etmək üçün xəstəliklə bağlı şikayətləri olan insanlardan diaqnostik olaraq testlər götürülməlidir. Yenə də ehtiyatlı olmaq lazımdır". İnfeksionist bildirib ki, hazırda yenidən vaksinasiyaya gərək yoxdur: "Mənim fikrimcə, yenidən vaksinasiyaya hazırda ciddi ehtiyac yoxdur. Yoluxma sayında artım olarsa, profilaktik olaraq vaksinasiya ola bilər. Virusdan qorunma yolları eynidir. Əgər ehtiyac varsa, maskadan istifadə edilməli, şəxsi gigiyenaya riayət edilməli və ara məsafə qorunmalıdır".
Ardını oxu...
"Ən çətin anlarda həmişə özümə deyirəm ki, əgər təslim olsam, heç də yaxşı olmayacaq". Məşhur boksçunun bu sözləri vərəm xəsəliyindən əziyyət çəkənlər üçün də keçərlidir. Doğrudan da müasir tibb bu xəstəliyin sağalmasına imkan verir. Sadəcə olaraq, bunun üçün indiyədək formalaşmış bəzi mifləri dağıtmaq lazımdır.
Birinci mif odur ki, guya vərəm evsizlərin və ən çox siqaret çəkənlərin xəstəliyidir. Ancaq həqiqət budur ki, hər kəs vərəmə yoluxa bilər. Həyat tərzi, immunitet, qidalanma, ağır yaşantılar və stress bu xəstəliyin yaranmasına təsir edir. Qeyri-müntəzəm qidalanma və immunitetin aşağı düşməsi nəticəsində hətta varlı insanlar da vərəm xəstəliyinə tutulurlar.
İkinci mif isə odur ki, vərəm üçün dərman müalicəsinin yan təsirləri xəstəliyin özündən daha zərərlidir. Bəli, vərəm əleyhinə dərmanların da bütün digər dərmanlar kimi müəyyən əks-təsirləri var, lakin bu dərmanların məqsədi insanı deyil, bədəndəki vərəm çöplərini öldürməkdir!
Üçüncü mif: Vərəm sağalmazdır, insan bir dəfə xəstələnsə, əbədi olaraq xəstəliyin daşıyıcısı olaraq qalır. Bu fikir də doğru deyil. Müasir təbabətin və həkimlərin səyləri bu xəstəlikdən əziyyət çəkənlərin səyləri ilə birləşdikdə vərəmin hətta inkişaf etmiş, ağır formasını da müalicə etmək mümkündür.
Bakupost.az xəbər verir ki, “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin “Vərəmə qalib gəl” devizi altında hazırladığı sosial çarxda da elə bu məsələdən bəhs olunur.
Videoda vərəmə necə qalib gəlməyin yolları haqqında ətraflı bilgi verilir.
Həmin videonu təqdim edirik:

 
 
 
Ardını oxu...
 

Rusiyada Kəskin respirator virus infeksiyası və COVID-19-a yoluxma hallarının payızda artması ilə əlaqədar olaraq bəzi müəssisələrdə müvəqqəti olaraq müəyyən yerli məhdudiyyətlər tətbiq oluna bilər.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin mətbuat xidməti məlumat verib.

 

“Ciddi səbəblər olmadıqca, maska ​​rejimi kimi məhdudlaşdırıcı tədbirlər planlaşdırılmır. Müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlər tətbiq oluna bilər”- deyə mətbuat xidmətindən bildirilib. 

 

Qeyd olunur ki, payız dövrünün başlaması ilə əlaqədar ənənəvi olaraq kəskin respirator virus infeksiyaları, qrip və COVID-19-a yoluxma hallarında artım müşahidə olunur. 

 

Məlumatda həmçinin bildirilir ki, qrip və COVID-19-a yoluxma hallarının artması bir sıra amillərlə əlaqəli gözlənilən və proqnozlaşdırıla bilən vəziyyətdir. Belə ki, bu Şimal yarımkürəsində tədricən yerləşməyə başlayan soyuq hava ilə, eləcə də yay tətili və bayram günlərindən sonra insanlar arasında təmasların sayının artması ilə əlaqədardır. 

 
Ardını oxu...
 
 
 
 
 

 

Şöbə, həmçinin əl dezinfeksiyaedici vasitələrdən istifadənin xəstəliklərin qarşısının alınması üçün effektiv tədbir olaraq qaldığını da açıqlayıb. 

 

"Girişlərdəki ofislərdə və təşkilatlarda dezinfeksiyaedici vasitələr artıq önləyici tədbir üçün adi bir qaydaya çevrilib; bütün COVID-19 məhdudiyyətləri aradan qaldırıldıqdan sonra da heç kim bu qaydalardan çıxmayıb”.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya yerli KİV-də sentyabrın 18-dən Rusiya Federasiyasının Hökumət Evində kəskin respirator virus infeksiyası, qrip və COVID-19-a yoluxma hallarının mövsümi artması ilə əlaqədar müvəqqəti olaraq əlavə profilaktik tədbirlərin, o cümlədən maska ​​rejiminin tətbiqinə başlanıldığı barədə məlumatlar yayılmışdı.

 

Xanım 

Sfera.az

 
 
Ardını oxu...
Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynanmış su içir. Mütəxəssislərin fikirinə görə, bu çox pis vərdişdir.

Təmiz çiy suyun tərkibində insan sağlamlığı üçün çox faydalı olan bir çox mineralların ionları var. Bu minerallar arasında: kalsium, maqnezium, natrium, kalium və s. Həmçinin suyun tərkibinə azot, oksigen, inert qazları da daxildir. Bu “diri” sudur. Bu su həm orqanizmə lazım olan mineralları bəxş edir, həm də orqanizmin hüceyrə səviyyəsində təmizlənməsinə, yenilənməsinə kömək edir.

Qaynanmış suyu isə bir çox mütəxəssislər “ölü su” adlandırırlar. Məsələ burasındadır ki, qaynanma zamanı suda tək mikroblar deyil, bütün faydalı maddələr də “ölür”. Belə ki, minerallar həll olunmayan çöküntüyə çevrilir və orqanizm üçün faydasız olur, oksigenin miqdarı isə xeyli azalır.

Bu səbəbdən çiy suyun qəbulu insan sağlamlığı üçün daha faydalıdır. Lakin “çiy su” deyəndə mütəxəssislər kranlardan gələn suyu yox, xüsusi təmizlənmiş və dükanlarda butulkalarda satılan suyu və ya bulaq suyunu nəzərdə tuturlar. Bulaq suyu xüsusilə faydalı sayılır.

Dükanlarda butulkalarda satılan su tanınmış etibarlı istehsalçılar tərəfindən istehsal olunmalıdır. Bu halda bu suyun faydasından və təhlükəsizliyindən əmin olmaq olar. Lakin bu halda da suyu əlavə yoxlamadan keçirmək olar. İstehsalçını yoxlamaq üçün suyu xüsusi laboratoriyaya analiz üçün verə bilərsiniz. Su bütün lazım olan tələblərə cavab verərsə, bu istehsalçının suyunu əminliklə alıb içə bilərsiniz.

Lakin sizdə təmizlənmiş suyu və ya bulaq suyunu qəbul etmək imkanı yoxdursa, ən azından krandan gələn suyu düzgün qaynadın ki, onun tərkibi daha az dəyişilsin. Bunun üçün suyu təmiz qaba doldurun və 2 saat ərzində evdə saxlayın ki, su durulsun. Daha sonra suyu qaynadın.

Lakin suyun uzun müddət ərzində qaynamasına imkan verməyin, qaynama başlayan kimi çaydanı oddan götürün. Bu halda su həm dezinfeksiya olunacaq, həm də tərkibində olan mineralalların əksər hissəsi saxlanılacaq. Bu suyu uzun müddət ərzində saxlamayın və həmişə yalnız təzə su için.
 
Ardını oxu...
Son dövrlər dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması Azərbaycanı da zəruri profilaktik tədbirlər görməyə məcbur edir. COVID-19-a yoluxmaların sayı artarsa, karantin tədbirləri qaçılmazdır.

Bu fikirləri “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

Onun sözlərinə görə, COVID-19-un yeni ştamı olan "Eris"in bir xüsusiyyəti var ki, insanların immun sistemində gizlənə bilir. Bu xüsusiyyətinə görə yeni ştam insanlarda ağırlaşmalara səbəb ola bilər: "Bu səbəbdən insanlar maksimum şəkildə qorunmalıdırlar. Əsasən də vaksinasiyası olmayan insanlar təhlükə altındadır. Həmçinin yanaşı xəstəlikləri, onkoloji, revmatoloji xəstəliyi və immun sistemi aşağı olanlar risklə üz-üzədir. Hamilə və azyaşlılar xüsusən özlərini qorumalıdırlar. Bol maye qəbul etməli, maskadan istifadə olunmalıdır. Havalar soyuduğu üçün mövsümi infeksiyaların yayıldığı bir dönəmdəyik".

Həkim-infeksionist qeyd edib ki, sərhədlər açıq olduğu üçün insanlar diqqətli olmalı, özlərini qorumalı və vaksinasiya olunmalıdırlar. Çünki immun sistemi aşağı olanlar nəinki koronavirusun "Eris" növünə, bütün ştamlara yoluxa bilərlər: "Qida rejiminə xüsusi diqqət yetirmək lazımdır. Həmçinin gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə saxlamaq, toplum olan yerlərdən uzaq durmaqla insanlar özlərini və yaxınlarını qoruya bilərlər".
 

Dünyapress TV

Xəbər lenti