Nəqliyyat vasitələrində erməni separatçılarına silah daşına bilərmi?
Qarabağdakı qızıl və mis yataqlarında monitorinq tələbi ilə bir aydır davam edən aksiyamızın şübhəsiz müsbət nəticələri var. Ermənistan hakimiyyətinə, erməni separatçılarına, Rusiyaya və Qərbə göstərdik ki, Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürmək hüququmuz var. Ancaq hadisələrin gedişatı göstərir ki, bu kifayət etməyəcək, Laçın yolundakı hədəflərimizi böyütmək məcburiyyətindəyik.
Rusiya hərbi kontingentinə məxsus yük maşınları Şuşa-Xankəndi yolundan sərbəst şəkildə keçərək, Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa maneəsiz hərəkət edirlər, təkcə bir gün ərzində 25 nəqliyyat vasitəsi yoldan maneəsiz şəkildə keçid edib. Azərbaycanın siyasi və ekspert dairələrində bir sualın aktuallığı artıb:
Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşına bilərmi? Bu suala birmənalı şəkildə “xeyr, belə yüklər daşına bilməz” cavabını vermək mümkün deyil. Çünki həmin nəqliyyat vasitələrində nələrin daşındığı barədə dəqiq məlumat yoxdur. Rusiya hərbi kontingentinin komandanlığı yalandan deyə bilər ki, nəqliyyat vasitələrində yalnız onlar üçün lazımı vasitələr daşınır. Ancaq o nə yükdür ki, bir gün ərzində Ermənistandan Qarabağa 25 nəqliyyat vasitəsi keçib?
Həmin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşındığını vurğulamaq çətindir, ancaq tərsini də söyləmək mümkün deyil. Məsələ burasındadır ki, Rusiya hərbi kontingentinin yolda postlarının mövcud olduğu iki il müddətində Ermənistandan Qarabağa silah, sursat və mina daşınıb, rusiyalı hərbçilər bunun qarşısını almayıblar, əksinə Xankəndidə separatçılarla əl-ələ verərək əməkdaşlıq ediblər. Belə olan halda Rusiya hərbi kontingentinin erməni separatçılarından üz döndərdiyi inandırıcı deyil.
Separartçılar rusiyalı hərbçilərin psixologiyasını yaxşı mənimsəyiblər. Ermənilərin separatçılığa başladıqları 1988-cildən bu yana rusiyalı hərbçiləri pulla ələ almaq təcrübələri var. Tutaq ki, Rusiya hərbi kontingentinin komandanı Andrey Volkov nəqliyyat vasitələrində erməni separatçılarına silah daşınmasının əleyhinədir. Erməni separatçıları Rusiya hərbi kontingentinin aşağı rütbəli hərbçilərinə hər ay bir neçə min dollar ödəməklə nəqliyyat vasitələrinin içərisində silah daşıya bilərlər. Əsaslı olan bu şübhələrə son qoymaq üçün etirazın davamı kimi Laçın yolunda sərhəd və gömrük xidmətinin yaradılmasına keçid edilməsi zərurəti yaranıb, bundan sonra istənilən yük yoxlanılacaq və separatçılara silah və sursat daşınması imkanı ortadan qaldırılacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti