"Sonuncu dəfə dedi ki, tezliklə gələcəyəm..." - Şəhid qızının maraqlı hekayəsi
"Helikopter binamızın üzərində fırlananda artıq bilirdik ki, atamız getməlidir. O, itburnu mürəbbəsini çox sevirdi. Son görüşümüz də itburnu mürəbbəsi ilə çay içərkən oldu. Hətta sağollaşdı mənimlə. Atama çox bağlı olmuşam (ağlayır). Sonuncu dəfə dedi ki, gələcəyəm, tezliklə gələcəyəm. Və o, mürəbbə qabını stəkanın üzərinə qoyub, getdi..."

Muallim.edu.az bildirir ki, bu sözləri Şuşanın sabiq icra başçısı, şəhid Mikayıl Gözəlovun qızı Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova deyir.

Söhbət onun Şuşadakı evində baş tutur.

Səbinə xanımın atası Mikayıl Gözəlov Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biridir. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.
1718076447_1.jpg
Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edib. Mikayıl Gözəlov 1991-ci ildə ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilib:

"Biz hər zaman evimizdə Şuşa adı eşitmişik. Atamın da doğma Şuşamıza olan sevgisi onun canını Şuşa üçün fəda etməsinə gətirib çıxardı. O dövrlərdə atama digər rayonlardan təkliflər gəlib və o, Şuşamızı qoyub getməyib. Həmçinin ona deyiblər ki, övladlarınızı da Şuşadan çıxarmalısınız, vəziyyət çətinləşir. Atam bildirib ki, mən öz övladlarımı Şuşadan çıxararamsa, bəs əhali nə edəcək?! Ona görə övladlarım da burada qalacaq, özüm də. Və sona qədər biz mübarizəni davam etdirəcəyik".
1718076342_2.jpg
O, Şuşanın işğaldan azad olunma xəbərini belə alıb:

"Deməli, Bakıda iştirak etdiyim iclasdan Qəbələyə qayıdırdım, yolda polis vəsiqəmə baxıb Şuşalı olduğumu görəndə dedi ki, "Bilirsiniz Şuşa azad olunub?" Mən bir anlıq donub qaldım və düşündüm ki, polisdir, yəqin ki, düz deyər. Amma yenə də əmin olmaq üçün prezidentin çıxışını gözlədim. Atamın Şuşa sevgisi məni bura daha çox bağladı. Düşünürəm ki, insandakı vətənpərvərlik hissi, torpağa bağlılıq onu gətirib öz torpağına çıxarır. Budur, illər ötüb və biz yenidən qayıtmışıq".
1718076342_3.jpg
8 dekabr 2023-cü ildə Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub:

"Şuşa şəhər 1 nömrəli tam orta məktəbə təyinat aldığımda sadəcə bunu deyə bildim: Ruhun şad olsun, atam! İnşallah ki, sənin yolunu Şuşada davam etdirəcəyəm (ağlayır). Çox sevinirəm ki, gözəl, müasir şəkildə inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəb ən gözəl akademikləri, elm xadimlərini yetişdirib. Və bu amal uğrunda biz və müəllim kollektivimiz də daim çalışacağıq".

Ətraflı süjetdə:

 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti