“ABŞ səfiri Qarabağı Azərbaycan torpağı kimi qəbul etmir” –
ABŞ səfiri Mark Libbi Şuşaya getməkdən imtina edib. Onun bu mövqeyi sosial şəbəkələrin Azərbaycan seqmentində etirazla qarşılanıb. Belə ki, səfirin izahı onu insanların qınaq obyektinə çevirib.

“Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm…Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm” – Libbi bildirib.

Bəzi ekspertlər artıq səfirin bu mövqeyini “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanımır?” ritorik sualı kimi təqdim və şərh edirlər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mart ayında Çinin “Phoenix” telekanalına müsahibəsində demişdi ki, ABŞ-ın Bakı ilə İrəvan arasında sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidir.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, xarici dövlətlərdə işləyən səfirlər öz ölkələrinin siyasətinin davamını həyata keçirirlər:

“Biz açıq-aşkar Qərbin və ABŞ-ın Azərbaycana qarşı məkrli yanaşmasının şahidiyik. Bu kimi addımlar təsadüfdən atılmır. Düşünülmüş nifrət siyasətinin elementləridir. Bununla da biz ABŞ-ın həqiqətən də Azərbaycanın sağlam mövqeyini qəbul etmədiyini görürük. Birləşmiş Ştatlar Qafqaz siyasətində sözün əsl mənasında təxribatyönlü yanaşma nümayiş etdirir. Səfirin Qarabağ bölgəsinə, yaxud Şuşaya getməməsi öz-özlüyündə etiraz əlamətidir. Sanki səfir bu əraziləri Azərbaycan torpağı kimi qəbul etmədiyini göstərməyə çalışır. Biz zaman-zaman ABŞ-ın Azərbaycana qarşı atdığı qərəzli addımların şahidi olmuşuq. ABŞ və Fransanın ermənipərəsət mövqe tutduqlarını görmüşük. Təbii ki, bunu Azərbaycan diplomatiyası hər zaman nəzərə alıb. Artıq 2020-ci ilin payızında biz öz sözümüzü qətiyyətlə dedik və gücümüz hesabına həm BMT qətnamələrini yerinə yetirdik, həm bölgədə sabitliyin əsasını qoyduq, həm də bölgədəki separatizmin və terrorizmin belini qırdıq. Əlbəttə ki, bu proseslərin heç biri ABŞ və Qərbin ürəyincə deyil və onlar bunu gizlətmirlər. Bir sözlə, Vaşinqton təmsilçiləri siyasi spekulyasiyaya və alverə başlayıblar. Burada böyük maliyyə imkanları var. Onlar çirkli pulların yuyulmasında və mənimsənilməsində bu imkanlardan istifadə edirlər”.

Politoloqun sözlərinə görə, bu məsələdə siyasi motivlər də var:

“Güclü Azərbaycan dövlətinin mövcud olması onların maraqlarına uyğun gəlmir. ABŞ-ın dövlət başçıları, yaxud Dövlət Departamentinin rəhbərləri Prezident İlham Əliyevə məktub yazanda və ya telefon açanda bir qayda olaraq bizi yüksək dəyərləndirirlər. Müxtəlif istiqamətlərdəki əməkdaşlığımızı son dərəcə vacib amil kimi diqqətə çatdırırlar. Amma demokratiya ilə bağlı məsələlərdə Azərbaycanın geridə qaldığını göstərməyə çalışırlar. Bir sözlə, bu, ABŞ-nın riyakar siyasətinin göstəricisidir. Səfir isə yalan danışır. Çünki onlar sağlam mövqedən çıxış etsəydilər, o zaman Mark Libbi həmin bölgələrə səfərə gedərdi. Eyni zamanda öz ölkəsində Azərbaycanın lobbiçiliyini edər və beləcə, ABŞ şirkətləri ermənilərin barbarlığı nəticəsində dağıdılan Qarabağın bərpasına az da olsa dəstək göstərərdilər. Amma biz ABŞ və Qərbin “erməni dəyirmanına su tökdüyünü” və Azərbaycanı bədnam etməyə çalışdığını görürük. Hərçənd, onların bu arzusu heç vaxt yerinə yetməyəcək. Çünki Azərbaycan öz gücü hesabına ədaləti bərpa edib. Odur ki, ABŞ və Qərb utanmalı və bizdən üzr istəməlidir”.

Globalinfo.az xatırladır ki, bu, ilk belə hal deyil. 2022-ci ilin avqust ayında ABŞ və Fransa səfirləri Şuşada keçirilən beynəlxalq tədbirə qatılmaqdan yayınmışdılar. Eləcə də 2021-ci ilin mart ayında da diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərində eyni hal yaşanmışdı. Onda da bənzər mövqeni Almaniyanın Azərbaycandakı səfiri nümayiş etdirmişdi.
 

Bölmənin digər xəbərləri

18 May 2024 Şuşa şəhəri ilə tanışlıq Belarus prezidentində dərin təəssürat doğurub - YENİLƏNİB + FOTO
16 May 2024 Şuşada çalışan fəhlələr pullarını ala bilmədiklərini deyirlər
15 May 2024 Qarabağdan köçən ermənilər nankor və xaindir - Baqdasaryan
14 May 2024 Xocalı canisi Köçəryan hakimiyyətə qayıdır... -Zəngəzur yolu açılır?...
13 May 2024 Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI - VİDEO
13 May 2024 Prezidentin Şuşaya köçən ilk sakinlərlə görüşü tarixi hadisədir
12 May 2024 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
11 May 2024 Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - FOTO/VİDEO
10 May 2024 PA rəhbəri: Laçın, Füzuli, Zəngilan, Ağdərəyə 1 727 keçmiş məcburi köçkün ailəsi qayıdıb
08 May 2024 İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? - ŞƏRH
08 May 2024 Gecə saatlarında Xocalı meşəsindən gələn səslər əsgərləri ŞOKA SALDI - ANBAAN VİDEO
07 May 2024 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
06 May 2024 "Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
03 May 2024 Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 Bu şirkət Zəngilanda tikinti işlərindən 31 milyon - QAZANACAQ
30 Aprel 2024 Laçın rayonuna növbəti köç karvanı yola salınıb - VİDEO
29 Aprel 2024 QARABAGA növbəti köç karvanı yola düşüb - VİDEO
27 Aprel 2024 ŞƏHİDLƏR XİYABANININ İLK “SAKİNİ”
26 Aprel 2024  Xocavənddə partlayıcı vasitələr aşkar edilib
25 Aprel 2024 Sıfırdan qurulan Cəbrayılda mənzillər nə vaxt təhvil veriləcək? - REPORTAJ + VİDEO

Dünyapress TV

Xəbər lenti