Ardını oxu...
Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan İrəvandan Xankəndiyə qayıtdıqdan sonra Ermənistan rəsmilərilə keçirdiyi görüşlərin təfərrüatlarını “müxtəlif dairələrə” təqdim etmək üçün görüşlərə başlayıb.

Arutyunyanın rəhbərlik etdiyi “nümayəndə heyəti” Praqada əldə olunan razılaşmaları Nikol Paşinyandan öyrənmək üçün ötən həftəboyu İrəvanda səfərdə olub. Arayikin dəstəsi Ermənistan prezidenti, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, parlamentin sədri və sonda çox çətinliklə baş nazir Paşinyanla görüşüb, müzakirə aparıb.

Arayik Arutyunyan bu görüşlər zamanı əldə etdiyi məlumatları “Artsaxın siyasi elitası”na çatdırmağa söz verib.

TEREF.AZ modern.az-a istinadla xəbər verir ki, “Hraparak”ın məlumatına görə, dünən Xankəndidə görüş-müzakirələrə başlayan A.Arutyunyan “siyasi qüvvələr”in nümayəndələrini öz qərargahına dəvət edib.

Bildirilir ki, Arayik Nikol Paşinyan və digər İrəvan rəsmilərinin fikirlərini Qarabağ separatçılarının diqqətinə çatdırıb. Ona İrəvanda bildirilib ki, hazırda vəziyyət və geosiyasi proseslər elə qurulub ki, təkcə Qarabağ separatçılarının deyil, həm də Ermənistanın taleyi təhlükə altındadır. Arayika o da çatdırılıb ki, bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, Qarabağ separatçılarının isə öz məsələlərilə məşğul olmasıdır.
Bununla belə, Ermənistan rəsmiləri Qarabağ seaparatçılarına maliyyə dəstəyini davam etdirməyə söz veriblər.

Arayik qapalı keçən görüşdə onu da əlavə edib ki, Praqa danışıqlarındakı razılaşmalara görə, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, bundan sonra beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur və danışıqlar aparılır. Paşinyan separatçıları əmin edib ki, “xilas naminə ayrılma” vacibdir, yalnız bu halda həm Ermənistanı, həm də “Artsaxı” xilas etmək olar.

“Lakin Paşinyan və komandası Ermənistan sülh müqaviləsini imzalayarsa və Bakının tələblərini yerinə yetirərsə, “Artsaxın” ayrılmaqla necə xilas ediləcəyini ətraflı açıqlamayıb”, - deyə “Hraparak yazır.

Arayik Arutyunyanının sözlərinə görə, rəsmi İrəvanın nəsihəti budur ki, Qarabağ erməniləri açıq şəkildə bəyan etməlidir ki, “heç kim, o cümlədən Ermənistan “Artsaxı” Azərbaycanın bir hissəsi saya bilməz, qoy Ermənistan kənara çəkilsin, “Artsax” qonşuları ilə münasibətlərini özü tənzimləsin.

Nəşrin məlumatına görə, Paşinyan Arutyunyanı inandırıb ki, Arayikin özü də “Artsax məsələsi” üzrə danışıqlarda iştirak edəcək və İrəvan dolayı yollarla kömək göstəriləcək ki, hər şey yaxşı olsun.

Arayikin görüşündə iştirak edən “müxalifət” isə vəziyyətin bu duruma gəlməsindən ciddi narazılıq ediblər. Onlar bildiriblər ki, ya Nikol Paşinyan belə hiyləgərlik etməklə Qarabağın təhvil-təslimini “Artsax xalqı”nın və ilk növbədə Arutyunyanın “cibinə” atmağa çalışır, ya da bu, Arayiklə Nikol arasında razılaşdırılmış hərəkətdir. Xankəndidəki müxalif separatçılar Arayikə deyiblər ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərindən imtina etməməlidir.

“Hraparak yazır ki, Xankəndidə görüş-müzakirələr təşkil etməklə Araik Arutyunyan Qarabağ erməniləri arasında vahid ictimai rəy formalaşdırmağa çalışır və sonda Bakı ilə birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edəcək.

Paşinyanın fikrincə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, Moskva artıq “Artsax”dan əlini üzüb və sülhməramlıların Qarabağdakı müddəti başa çatandan sonra bölgədən çəkilə bilər.
Ona görə də Xankəndidəki rejim başa düşməlidir ki, Qarabağ ermənilərinin problemlərini yalnız Bakı ilə birbaşa əlaqələr vasitəsilə həll etmək mümkündür.

Bu kontekstdə Araik Arutyunyanın yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığı da bildirilib.
 
Ardını oxu...
44 günlük Vətən müharibəsi zamanı bəzi ərazilərin Ermənistanın işğalından azad edilməsindən iki il keçir. 2020-ci ilin oktyabrın 19-da Cəbrayıl istiqamətində bir neçə kənd işğaldan təmizlənib.

Belə ki, Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli və İsaqlı kəndləri işğaldan azad olunub.

Qələbə xəbərini Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvit ataraq elan edib.
Ardını oxu...
 
Ardını oxu...
Artıq bir neçə həftədir ki, Ermənistan hökuməti Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət buraxılış məntəqəsi qurmağı təklif edir. Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Twitter-də yazıb və Azərbaycandan müsbət cavab gözlədiklərini sözlərinə əlavə edib.

Məntəqələrin Geğarkunik, Ararat və Sünik vilayətlərində qurulması təklif olunur.

Avqustun 18-də həmin layihə hüquqi akt layihələrinin “e-draft” adlı portalında yerləşdirilib.

Ermənistan qanunvericiliyi
Dövlət gəlirləri komitəsi isə öz növbəsində həmin yerlərdə yeni gömrük məntəqələri və gömrük nəzarəti zonalarının yaradılması layihələrini dövriyyəyə buraxıb.

Komitədən AzadlıqRadiosunun erməni xidmətinə deyiblər ki, yeni gömrük məntəqələrində digər məntəqələrdəki şərtlər qüvvədə olacaq, fərq qoyulmayacaq, məntəqələr Ermənistanın və Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.

Azərbaycan XİN isə Twitter hesabında yazıb ki, Ermənistan “Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”. Nazirlik qeyd edir ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Quru dəhlizi
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

Azərbaycan Naxçıvan eksklavına Ermənistan ərazisindən quru dəhlizi əldə etmək istəyir. 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatı Ermənistanla Azərbaycan arasında bütün nəqliyyat marşrutlarının açılmasını nəzərdə tutur.

Oktyabrın 6-da Praqada Azərbaycan-Ermənistan sammiti keçirilib. Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra deyib ki, sülh sazişi ilin sonunadək imzalana bilər.
 
Ardını oxu...
Bu gün bir neçə ərazinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Azərbaycan ordusu Cəbrayıl istiqamətində yeni qələbələr qazanıb.

Belə ki, oktyabrın 18-də Cəbrayılın Hacılı, Hacı İsaqlı kəndləri və Xudafərin qəsəbələri işğaldan təmizlənib.

Həmin gün Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb.

Ardını oxu...
 
Ardını oxu...
İrəvana gedən separatçılar Xankəndiyə qayıdıblar.

Sozcu.az xəbər verir ki, bu bu barədə qondarma qurumun “mətbuat katibi” Lusine Avanesyan deyib. O bildirib ki, ötən həftə İrəvana gedən Qarabağ separaçılarının lideri Arayik Arutyunyanın başçılıq etdiyi “nümayəndə heyəti” Xankəndiyə qayıdıb.

Qondarma rejimin yaxın günlərdə İrəvanda keçirilən görüşlərin təfərrüatlarını təqdim edəcəyi bildirilir.

“Bütün görüşlərdən və müzakirələrdən sonra “prezident” ictimaiyyəti narahat edən əsas suallara cavab verəcək”, – Avanesyan bildirib.konkret
 
Ardını oxu...
Azərabycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrəvan qarşısında qoyduğu şərtlər Ermənistanı susmağa vadar edib.

DİA.AZ “Ölkə.Az”a istinadla xəbər verir ki, bunu Alternativ Layihələr qrupunun eksperti Vahe Ovanesyan öz teleqram kanalında yazıb:

“Hikmət Hacıyev rəsmi Bakının planlarını açıq şəkildə təqdim edib.

Şərtlər bunlardır:
- Ermənistan Qarabağ məsələsini unutmalıdır. Bu məslədə hər hansı beynəlxalq tənzimləmə mexanizmləri olmayacaq.
- İlin sonuna qədər sülh müqaviləsini imzalayıb, delimitasiya prosesini həyata keçirmək;
- Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndinin geri qaytarılması…

Ovanesyan bildirib ki, Hikmət Hacıyevin bu şərtlərindən sonra İrəvanda istər hakimiyyət, istərsə də müxalifət düşərgəsində bir susqunluq müşahidə olunmaqdadır.
Ardını oxu...
Məlumat yayılıb ki, Şuşada Vaqifin əzəmətli abidəsi qoyulur. Vaqif dilimizin şirinliyini yaşadan şairdir, gözəl ədəbi irs qoyub. Onun xatirəsinə böyük bir məqbərə də ucaldılıb və işğaldan sonra əla təmir olunub. Vaqif poeziya günlərinin bərpası da müsbət bir addımdır. Ancaq fikrimcə, Şuşada dahi Üzeyir bəy istisna olmaqla artıq bu müğənni, şair tanıtımını bir az arxada saxlamaq lazım.
Teref.az yazır ki, bunu millət vəkili Fazil Mustafa deyir. Daha sonra Fazil bəy deyir:
Daha çox dövlət xadimi, mütəfəkkir, hərb qəhrəmanlarının adını qabartmaq lazım. Qoy Şuşa olsun Pənahəli xan, İbrahim xan, Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov kimi şəxsiyyətlərin adı ilə bağlı məkan. Şuşada vaxtilə ermənilərdən millətimizin qisasını almış "Difai" təşkilatının qurucusu, əslən şuşalı, dədə-baba evi Şuşada dağıdılmış, Azərbaycanın gəlmiş-keçmiş ən böyük mütəfəkkiri, Osmanlı, Azərbaycan və Türkiyə Cumhuriyyətləri parlamentlərinin millət vəkili olmuş Əhməd bəy Ağaoğlunun Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydı. Erməniyə mehribancasına şeir söyləmək, mahnı oxumaq deyil, həlledici zərbə vurmaq üçün yenidən bir "Difai' hərəkatına və yaxud ideyasına zərurət var. O cümlədən Yusif Vəzir Çəmənzəminli kimi böyük yazar, dövlət xadiminin adını qabartmaq daha doğru olardı. Yəni Şuşa Qarabağda bizim siyasi və hərbi hakimiyyətin mərkəzi olduğuna görə məhz bu atributların qabardılması vacibdir. Sonra dünya düzələr, ermənilər ram olar, o halda yavaş -yavaş Vaqifin şux gözəli istədiyi qədər Natəvanın qəzəlini zümzümə edər.
Teref.az
 
Ardını oxu...
Paşinyan (Ermənistan baş naziri) yazıb ki, Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasını keçirməyi təklif edib. Niyə Moskvada olmasın? Nə deyirsən, Paşinyan?

Axar.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Korotçenko özünün Teleqram kanalında “ABŞ-ın altına uzanmaq üçün fürsət yaranarsa, Paşinyan Rusiyaya xəyanət edəcəkmi?” sualı ilə sorğu da keçirir.
Ardını oxu...
Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
 
Ardını oxu...
Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində bir neçə ərazisinin işğaldan azad etməsindən iki il keçir. Oxu.Az-ın məlumatına əsasən, müzəffər Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 15-də Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində uğurlar qazanıb.

Həmin gün Azərbaycan Ordusu Cəbrayılın Doşulu, Xocavəndin Edişə, Düdükçü, Edilli və Çıraquz kəndlərini işğaldan azad edib.

Ordumuz həmin gün Füzulinin Arış kəndinə də nəzarəti bərpa edib.

Xatırladaq ki, adıçəkilən kəndlərin işğaldan azad edilməsi xəbərini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” hesabında paylaşıb.
Ardını oxu...
 
 

Dünyapress TV

Xəbər lenti