Ardını oxu...
Sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində tərətdiyi genişmiqyaslı təxribatlardan bir ay keçib. Həmin gün stkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirməyə və mövqelərimizi atəşə tutmağa başladı. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçularımız arasında çoxsaylı itkilərə məruz qaldıq, paralel olaraq Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralandılar.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü.

Düşmən düşmən ordusu cəmi 7 saatlıq gecə döyüşləri zamanı 400 nəfərdən çox şəxsi heyətini, 1 milyard manatlıq hərbi texnikasını və daha əvvəl nəzarətində olan 74 döyüş mövqeyini və 11 strateji yüksəkliyi itirdi. Amma bu fərari erməni ordusunun qalıqlarına yenə dərs olmadı.

Ümumiyyətlə, sentyabr toqquşmalarından keçən son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv xarakter daşıyır.

Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.

Belə ki, sentyabrın 14-də Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutuldu. Eyni gündə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutdu.

Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsinə aid kəşfiyyat əlamətləri ərazidə yenə də müşahidə olunmağa başlayıb. Bütün bu əlamətlər Ermənistan ordusunun ən azı orta miqyaslı hərbi təxribata hazırlaşdığını deməyə əsas verir.

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edərək bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutdular.

Sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutdular.

Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutması nəticəsində hərbi qulluqçularımız Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralandılar.

Sentyabrın 27-də Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirildi. Daha əvvəl isə eyni PUA Naxçıvanda yerləşən bölmələrimiz tərəfindən yerə endirilmişdi.

Sentyabrın 28-i saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu və atəş nəticəsində hərbi qulluqçumüz İsgəndərov Nicat Hidayət oğlu yaralandı.

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutdu.

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutdu.

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutdu.

Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutdu.

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açdı.

Bütün sadalanan rəsmi məlumatları, Ermənistanın ərazidə şəxsi heyət və hücum silahlarını cəmləşdirməsini, ərazidə həyata keçirilən mühəndis istehkam fəaliyyətlərini və mövcud kəşfiyyat məlumatları yaxın günlərdə Ermənistan silahlı qüvvələrinin Görus, Basarkeçər, Cermuk və Tovuzqala istiqmətindən Azərbaycana qarşı yeni təxribatlara hazırlaşdığını ehtimal etməyə əsas verir. Ermənistan ordusu Görus, Basarkeçər, Cermuk və Tovuzqala istiqmətində yerləşən mövqelərində hücuma hazırlıq məqsədləri daşıyan mühəndis qurğuları inşa edir. Mövcud əməliyyat şəraiti, məğlub erməni silahlılarının şərti sərhədlərdə belə bir fəaliyyətlər həyata keçirməsi, Ordumuzdan ayıq sayıqlığı atırmağa və təxribat ehtimalı yüksək olan düşmən fəaliyyətlərinin qarşısını təsirli və adekvat şəkildə alınması üçün daim döyüşə hazır olmağı tələb edir.

Ermənistan silahlı qüvvələrinin son günlər yenidən yuxarıda adı çəkilən 4 rayon istiqamətində qoşun və texnika cəmləşdirməsinə aid təsdiqlənməyən məlumatların mövcud olması, bu istiqamətlərdən hücum məqsədli mühəndis fəaliyyətləri həyata keçirməsi, Azərbaycan Ordusunun mövqelərinin intensiv şəkildə atəşə tutması, İrəvanın vəziyyəti qəsdən gərginləşdirməklə Azərbaycanı növbəti “Dəmir Yumruq” zərbəsi ilə təhlükəsizlik zonasını yaratmağa təhrik etmək məqsədi daşıyır. Sonradan isə erməni siyasətçilərin “Azərbaycan “böyük və yazıq Ermənistanı cəzalandırır” şüarı ilə hay küy qaldırıb kənar ölkələri regiona dəvət etmək niyyəti də aşkar hiss olunur. Çünki, Ermənistan hakimiyyəti Vətən Müharibəsində məğlub olsa da, paket şəkildə sülh müqaviləsini imzalamaq istəmir. “Divar” isə İrəvavan üçün qurtarır, bu müqavilədən yayınmaq üçün Ermənistanın yalnız bir seçimi var: yenidən gərginlik yaratmaq. Bu gərginlik Ermənistan üçün yeni insan, texnika və ərazi itkiləri ilə müşaiyət olunacaq. Sonra isə İrəvan birgə Bəyanatın şərtlərindən yayınmaq üçün regiona digər qüvvələri cəlb etmək üçün bu faktlardan geniş istifadə edə biləcəyini düşünür. Bu istiqamətdə artıq 30 illikişğal ərzində səsi çıxmayan bəzi Qərb dövlətlərindən işğalçı ölkəyə dəstək bəyanatları səslənməkdədir. Lakin onlar unudur ki, bu gün Qafqazda tək işğalçı ölkə 2 ildir “timsah göz yaşları” tökən və adı 38 ildir terrorla bərabər çəkilən Ermənistandır. Rusiyanın Ukrayna işğalına 1 həftə ərzində xorla reaksiya verən Qərb siyasətçiləri, nədənsə Ermənistanın 30 illik Azərbaycan işğalına və ya Xocalı kimi çoxsaylı soyqırımlar barədə kəlmə kəsmədilər. Doğrudanmı Sizin Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının hələ də Azərbaycan torpaqlarında mövcudluğu və Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin hələ də erməni işğalı altında olduğundan xəbəriniz yoxdur? Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törətməsindən, birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılmasından, onların əksəriyyətinin işgəncələrə məruz qalaraq öldürülməsindən və kütləvi məzarlıqlarda basdırılmasından, işğaldan azad edilən iki kəndimizdə bu il kütləvi məzarlıqlar aşkar edilməsindən kimin məlumatı yoxdursa, heç olmasa bu mövzularda sussunlar.

Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasətini bu gün də korcasına dəstəkləyən ikiüzlü siyasətçilər, tez ya gec ədalət yerini tapacaq və sizlər haqlı olaraq “erməni terorrunun şərikləri” damğasını ağır bir yük kimi uzun illər boyu daşımalı olacaqsınız. Buna heç şübhəniz də olmasın.
 
 
 
Ardını oxu...
Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsinin 18-ci günü. İki il bundan öncə məhz bu gün müzəffər ordumuz Füzuli və Xocavənd rayonları istiqamətlərində bir sıra uğurlar qazanıb.

Azərbaycan Ordusu həmin gün Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndlərini düşmən tapdağından azad edib.

Eyni gündə Xocavənd rayonunun beş kəndi də Ermənistan işğalçılarından təmizlənib.

Həmin kəndlər bunlardır: Bulutan, Məlikcanlı, Kəmərtürk, Təkə, Tağaser kəndləridir.

Bildirək ki, Prezident qələbə sevincini “tweet” ataraq da xalqla bölüşmüşdü.
Ardını oxu...
 
Ardını oxu...
12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında iştirak edib. Əvvəlcə məhdud tərkibli formatda işə başlayan iclas daha sonra geniş tərkibdə davam edib.

XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov məhdud tərkibli iclasda çıxış edib.

Çıxışında nazir, MDB çərçivəsində qarşılıqlı fəaliyyət, habelə regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv fikir mübadiləsinin aparılması üçün iclasın yüksək səviyyədə təşkilinə görə sədr ölkə qismində Qazaxıstan tərəfinə təşəkkürünü ifadə edib. Müasir dünyanın çağırış və təhdidlərinə qarşı birgə fəaliyyətdə təhlükəsizlik məsələlərinin aktuallığının artığını qeyd edən nazir, bununla əlaqədar olaraq MDB çərçivəsində maraqlı tərəflər arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd edib. Nazir xüsusilə, ölkələr arasında etimad və qarşılıqlı analayışın möhkəmləndirilməsində ənənəvi olaraq təsirli vasitələrdən olan humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı məsələlərlə bağlı məlumatlandırıb. O, münaqişənin bitməsinin, iqtisadi və kommunikasya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyiə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib.

Xüsusilə, bölgədə tranzit imkanlarının artırılması və ümumilikdə sərmayə mühitinin möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılışından sonra bölgənin əhəmiyyətinin artacağı diqqətə çatdırılıb. Nazir, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün görülən fəal işlərdən bəhs edib. Qısa müddət ərzində görülən işlərin miqyasının Azərbaycanın azad olunmuş torpaqları bərpa və inkişaf etdirmək qətiyyətini nümayiş etdirdiyi və bunun da öz növbəsində, bölgənin münaqişə sonrası sabitliyinə ciddi töhfə verəcəyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxış zamanı, həmçinin Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatların tam icra edilmədiyi, erməni hərbçilərinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Habelə, Ermənistan tərəfindən təxribatların davam etdirildiyi qeyd edilib, o cümlədən 13-14 oktyabr tarixlərində sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribatın çoxsaylı insan itkisinə səbəb olduğu vurğulanıb.

Ermənistanın bu hərəkətlərinin bölgədə sülh və sabitliyin təmin olunması səylərinə xələl gətirdiyi diqqətə çatdırılıb. Nazir, Azərbaycan Respublikasının münasibətlərin normallaşması və danışıqlar prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən real addımların atılmasını gözlədiyini və ölkəmizin bu xüsusda səylərini davam etdirməyə qətiyyətli olduğunu bəyan edib.
Ardını oxu...
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Laçından yeni görüntülər paylaşıb.

DİA.AZ Yenipress.az-a istinadla xəbər verir ki, o bu barədə feysbukda paylaşım edib.

"Nəzarətimizə keçdikdən sonra təkrarən Laçın şəhərinə gəldim. İnanılmaz fərq göz qabağındadır.

Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Hər yerdə tikinti, yenidənqurma, bərpa işləri gedir. Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu “yaralar” sağaldılır...

Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birnə çevriləcək.

Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun!

“Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu “yaralar” sağaldılır...

Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birinə çevriləcək.

Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun!” - o qeyd edib.



Ardını oxu...
"Təbii ki, Qarabağ erməniləri çətin vəziyyətdədir və istənilən varianta hazırdırlar, lakin Rusiya indiki vəziyyətdə Qarabağı ilhaq edə bilməz. Biz indi belə bir məsuliyyəti öz üzərimizə götürə bilmərik, çünki bu, Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma deməkdir. Axı biz Ermənistandan tələb etmirik ki, Ukrayna ilə münaqişədə bizim tərəfimizdə çıxış etsin".

"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədr müavini, ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin erməni jurnalistin “Qarabağ Rusiyaya birləşdirilə bilərmi” sualına cavab verərəkən bildirib.

“Biz həm Qarabağda, həm də Ermənistan sərhədlərində öz rolumuzun fərqindəyik. Ancaq mənə elə gəlir ki, Ermənistan ilk növbədə, öz daxilində məsələləri həll etməlidir. Son vaxtlar Pelosinin səfəri və müxtəlif görüşlərlə bağlı səs-küy yaranıb. Biz buna etiraz etmirik. Başa düşürük ki, Ermənistan təhlükəsizliyini təmin etmək üçün hansısa variantlar axtarır. Lakin ümid edirik ki, İrəvan Rusiya ilə sıx əlaqəni saxlayacaq qədər ağıllı olacaq”, - o bildirib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib.

Dövlət başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.
 
Ardını oxu...
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

“Report” xatırladır ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

 
Ardını oxu...
Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Teref.az
 
Ardını oxu...
Xankəndi qarışıb: bir qrup erməni Əliyevin “Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır və bunu qəbul etməyənlər başqa yaşayış yeri seçə bilərlər” bəyanatına etiraz edir, baş separatçı Araikdən hesabat tələb edirlər;
Bu aksiya motiv olaraq Qarabağdakı separatçı rejimə qarşı olan qüvvələrin “hakimiyyəti ələ keçirmək” üçün fürsətdən istifadə etməsi kimi görünür və proseslərin sonrakı inkişafında (Əliyevin bəyanatının praktiki mərhələdə həyata keçməsi imkanları artıqca) silahlı qarşıdurmaya da keçməsi istisna deyil. Xankəndidəki “daxili xaos” Bakının müdaxilə imkanlarını artıra bilər.
Lakin aksiya nəticə olaraq Ermənistanın və separatçı rejimin planı kimi də görünür: Praqa görüşü və İlham Əliyevin bəyanatından sonra separatçı rejimin “təmsilçiləri” “öz müqəddəratını təyin etmə” haqda kampaniyaya başlayıb və belə bir aksiya ilə beynəlxalq ictimaiyyətə “ermənilər Azərbaycan vətəndaşı kimi yaşamaq istəmir” arqumentini təqdim edirlər; “arsax müstəqil”, “Kosovo olmağı tələb edirik”, “Minsk qrupu alternativsizdir” və s. şüarları da bu fikri gücləndirir;
Bakının müdaxiləsinə ehtiyac var. Xankəndinə hərbi müdaxilə hələki mümkün görünmür, bu baxımdan, humanitar-psixoloji təzyiq artırıla bilər. Bununla yanaşı, atıla biləcək addımlardan biri də qeyri-formal əlaqələr qurulan erməni əhalisinin nümayəndələrindən aksiyanı təşkil edənlərin neytrallaşdırılmasını tələb etməkdir. Hadisələrin inkişafı proseslərə bu və ya digər formada müdaxilə zərurətini daha da artıracaq.
Asif Nərimanlı
Teref.az
 

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Qəsəbənin azad olunmasından iki il ötür.

Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.

Qəsəbənin və ətraf kəndlərin işğaldan azad olunması əməliyyatına Hadrut döyüşləri də deyilir. Bu döyüşlər Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə aparılan əməliyyatdır.

 

Belə ki, döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çöx böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.
Ətraflı

Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Bununla da qəsəbə və yuxarıda qeyd olunan kəndlər düşmən tapdağından azad olunub.

Bundan sonra Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başlayıb. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayıblar.

Bu il martın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb.

Dövlət başçısı bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi ”.

Hadrut düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir. Artıq Hadrutda Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib. Dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Ötən il dekabr ayında da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Hadrut qəsəbəsində səfərdə olublar və burada hərbi hissənin açılışında iştirak ediblər.

 
 

Dünyapress TV

Xəbər lenti