Mühribə başa çatıb ya ordu kazarmalardan çıxmalıdır?
Müharibəni başa çatdıran 10 noyabr razılaşmasının imzalanmasından iki il ötür:
- 4-cü bənd: erməni qoşunların Qarabağdan çıxarılması;
- 9-cu bənd: Naxçıvana maneəsiz keçidin təmin edilməsi;
Üçtərəfli bəyanatın ən çox müzakirə edilən və Ermənistan tərəfindən icra edilməyən iki əsas bəndi budur.
Razılaşmanın 6-cı bəndi – Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi bu ilin avqustda həyata keçirildi, lakin bu, İrəvan tərəfindən anlaşmanın icrası yox, Bakınının məcbur etməsinin nəticəsi idi: Azərbaycan “Qisas” əməliyyatı ilə dəhlizin marşrutunun dəyişdirilməsinə nail oldu və Laçın şəhərinin mərkəzinə də nəzarət bərpa edildi;
Proseslər növbəti əməliyyatlara da zərurətin yarana biləcəyi yönündə inkişaf edir. Xüsusilə erməni qoşunların Azərbaycan torpaqlarından tam çıxarılması üçün məcburetmə əməliyyatı yeganə seçim olaraq görünür. Əliyevin son açıqlaması da bu gözləntini artırır.
Tertef.az yazır ki, bunu polkitoloq Asif Nərimanlı deyir. daha sonra politoloq fikrini davam etdirərərək deyir:
Razılaşmanın imzalanmasından ötən iki il ərzində Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərlə bağlı üç istiqamətində irəliləyiş əldə edib:
- Hərbi: Fərrux və Qisas əməliyyatı ilə Xankəndi ətrafında halqa daralıb, əsas strateji nöqtələrin Azərbaycan ordusunun nəzarətində olması həm psioxoloji üstünlük, həm də mümkün əməliyyatlar üçün önəmlidir;
- Kommunikasiya: Laçın dəhlizinin marşrutunun dəyişməsindən sonra ermənilərin yaşadığı ərazilərə gedən qaz, elektrik enerjisi və digər nəqliyyat xətlərinə nəzarət güclənib; ötən qış baş verən qəza nəticəsində Xankəndinin qaz təchizatının kəsilməsinin yaratdığı nəticələr də bunu təsdiq etdi;
- Siyasi: həm Qərb, həm Rusiya masasından Qarabağ mövzusu çıxarılıb, “Qarabağ münaqişəsi”nin bitdiyi, ermənilərin Azərbaycan vətəndaşı olaraq bölgəyə yaşaya biləcəyi mövqeyi güclənib;
Proseslərin mürəkkəbliyi və geosiyasi oyunçuların bölgədə məhz Qarabağ üzərindən hərəkət etməsi fonunda diqqətçəkən nəticələrdir.
Və proseslərdən çıxan bir nəticə də var: Qarabağa nəzarəti tam bərpa etmək üçün ordunun kazarmalardan çıxması zərurəti yaranacaq, nə ermənilər, nə ruslar başqa çıxış yolu qoymur.
Teref.az
 
 
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti