Təslim oldu, öhdəlik götürdü, Soçidə isə imtina etdi...
İki il əvvəl (10 noyabr 2020 – red.) üçtərəfli bəyanat imzalandı, İkinci Qarabağ müharibəsində Ermənistan de-fakto kapitulyasiya aktına imza atdı.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko qeyd edib.

Korotçenko xatırladıb ki, İrəvan öz üzərinə bu bəyanatla öhdəliklər götürdü:

“Ancaq bu öhdəliklərin böyük əksəriyyətini Paşinyan hökuməti indiyə qədər yerinə yetirməyib.

Situasiya bu gün necədir:

- Erməni qanunsuz silahlı birləşmələr və Ermənistan ordusunun hərbçiləri Qarabağ ərazisində qalmağa davam edirlər;

- Zəngəzur dəhlizi açılmayıb, bundan başqa, az öncə baş tutan Soçi sammitində Paşinyan ümumiyyətlə bu öhdəliyi yerinə yetirməkdən imtina etdi;

- Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası İrəvan tərəfindən düşünülmüş surətdə gecikdirilir;

- Azad edilmiş ərazilərin mina xəritəsini Ermənistan Azərbaycana hələ də tam verməyib;

- Qarabağda erməni separatçı administrasiyanın qanunsuz fəaliyyəti davam edir. Bundan başqa, qondarma qurumu gücləndirmək üçün erməni diasporunun hamisi milyarder Ruben Vardanyan oyuna “dövlət naziri” kimi daxil edilir;

- Ermənistan daimi olaraq hərbi təxribat törədir və insident yaradır, Azərbaycan mövqelərinə atəş açır, Azərbaycan ərazilərinə mina döşəmək üçün devirsiya göndərir;

- İrəvanın səyləri ilə regiona xarici oyunçular – AB (bədnam “müşahidəçi” missiya adı ilə), ATƏT, Fransa və ABŞ daxil edilir: onların məqsədi isə Cənubi Qafqazda destabilizasiyadır”.
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti