Ardını oxu...
İlham İsmayıl: ““Status” məsələsini ortaya atacaqlar, muxtariyyətdən danışacaqlar, Kosovo variantından söz açacaqlar”

44 günlük Vətən müharibəsindəki qələbədən sonra xarici güclər tərəfindən Azərbaycana zaman-zaman təzyiqlər göstərilib. Son aylarda isə bu təzyiqlərin elementləri daha da çoxalmaqdadır. Bu günlərdə Fransa Senatı Azərbaycana sanksiyalar tələb edən qətnaməni yekdil səs çoxluğu ilə qəbul etdi. Bununla yanaşı, fransa Prezidenti ölkəmiz əleyhinə bəyanatlar səsləndirməkdədir.

Rusiya isə Qarabağda sülhməramlı adı altında yerləşdirdiyi hərbi kontingentinin uzun müddət bölgədə qalması üçün bir çox planlar həyata keçirməkdədir. İstər Qarabağdakı erməni separatçılarına hərbi dəstək olsun, istər siyasi dəstək – Rusiya əlindən gələni əsirgəmir. Azərbaycan bu cür təzyiqlərə diplomatik formada cavab verir, amma ekspertlər bunu yetərli saymırlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA-ya deyib ki, ümumiyyətlə, 13-14 sentyabr əməliyyatlarından sonra ermənilərin dünyadakı təbliğat maşınları elə işlədi ki, Azərbaycan beynəlxalq təzyiq hədəfinə çevrildi.

Onun sözlərinə görə, ermənilərin anti-Azərbaycan təbliğatına dəstək verən qüvvələr, xüsusən də Fransa canfəşanlığını əskik etmədi və etmir: “Guya biz Ermənistan ərazisinə keçmişik, Ermənistan ərazisini “işğal” etmişik və s. Fransa Senatının qəbul etdiyi qətnamədə də bizi “işğalda” ittiham edirlər. Azərbaycanı “aqressor”, “təcavüzkar” kimi təqdim etməklə həm ermənilərin maraqlarına xidmət edirlər, həm də öz maraqlarını təmin etməyə çalışırlar. Söhbət Fransanın bölgəyə gəlmək maraqlarından gedir”.

“Hesab edirəm ki, Senatın qətnaməsi ilə iş bitmədi. Azərbaycana xarici təzyiqlər artacaq. Bu baxımdan, düşünürəm ki, bizə qarşı olan beynəlxalq güclərə, xüsusən də Fransaya kəskin cavablar verilmədlidir. Təkcə Xarici İşlər Nazirliyi səviyyəsində yox, bir çox məsələlərdə Fransa hədəfimizdə olmalıdır. Fransa bilməlidir ki, belə qətnamələr, Azərbaycana qarşı sanksiyalar heç vaxt sülhə xidmət edə bilməz. Belə addımlar əksinə, qızışdırıcılıq rolunu oynayır və əldə olunmuş hansısa xırda razılaşma belə heç olur. Sülhün olmaması isə birinci növbədə Ermənistanın ziyanınadır. Ermənilər də bunu anlamalıdırlar, Fransadan anti-Azərbaycan qətnamələri yox, sülhə doğru real addımlar atılmasını istəməlidirlər. Rəsmi Parisin diqqətinə çatdırılmalıdır ki, Fransa sülh yox, düşmənçilik yaratmaqla məşğuldur”, - deyə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki vurğulayıb.

İ.İsmayılın qənaətincə, ikinci təzyiq dalğası Rusiyadandır: “Necə ki, onlar da Fransanın atdığı addımlara bənzər addımlar atırlar. Düzdür, hansısa qətnəmə qəbul etmirlər, amma Qarabağda sülhməramlı adı altında yerləşdirdikləri hərbi kontingent təxribatlarla məşğuldur. Guya ki, onlar atəşkəsi qoruyurlar, amma son günlər atəş səslərinin sayı artır, separatçılar mövqelərimizə atəş açırlar.

Sülhlə bağlı isə bir qarış da xidmətləri yoxdur. Bunu müşahidə edən separatçı ünsürlər, revanşistlər, İrəvan hökuməti dirçəldiklərini göstərən bəyanatlar verirlər. Məsələn, Seyran Ohanyan parlamentdəki çıxışında dedi ki, “biz dişimizi göstərməliyik”. İki il bundan qabaq, müharibə dövründə və müharibədən sonra bunların səsləri çıxmırdı. İndi bunlar hamısı Azərbaycanı hədəfə aldıqlarını bildirirlər. Paşinyanın özü kəskin çıxış edir, Azərbaycanı “soyqırımı”da ittiham edir. Bunlar hamısı Rusiyanın dəstəyinin nəticələridir”.

“Yenə deyirəm, bu hay-harayın hamısı bir xətdən – Rusiyadan gəlir. Kremldən göstəriş gəlib ki, “soyqırımı” ifadəsindən istifadə edin. Onsuz da ermənilər yüz illərdir “əzabkeş” obrazına bürünüblər. Rusiya bununla məqsədinə nail olmağa çalışır”, - deyə ekspert vurğulayıb.

“2025-ci ildə sülhməramlıların qalma müddəti bitir. Azərbaycan rəhbərliyi dolayısı ilə mesajlar verir ki, kontingent çıxmalıdır. Rusiya kontingenti çıxarmağa razılaşacaq? Mən buna inanmıram, buna inanmaq sadəlövhlük olar”, - İ.İsmayıl əlavə edib.

Ekspertin sözlərinə görə, Rusiyanın Qarabağla bağlı bir çox ssenarisi var: “Onlardan biri də sülhməramlıların orda qalması üçün “soyqırımı” yalanlarından istifadə etməkdir. Sabah BMT-yə müraciət edəcək ki, “Azərbaycan aqressordur, 100 min ermənini qıra bilər, (hansı ki, 100 min yox, 20 min erməni var, ya yoxdur) biz olmasaq, Qarabağ erməniləri soyqırımına məruz qalacaqlar” və s. maksimum çalışacaqlar ki, bizim elə bir obrazımızı yaratsınlar ki, hətta Rusiyanın düşməni olan digər qlobal güclər də onunla bu məsələdə razılaşacaqlar. Bununla da BMT-dən mandat almağa çalışacaq. BMT də belə qərar verəcək ki, o zaman ABŞ və Fransadan da sülhməramlı missiya olsun. Beləcə, bütün qlobal məsələlərdə bir-birinə zidd olan, amma Qarabağ məsələsində bir-birini dəstəkləyən qüvvələr bölgədə yerləşəcəklər. Bundan sonra “status” məsələsini ortaya atacaqlar, muxtariyyətdən danışacaqlar, Kosovo variantından söz açacaqlar”.

“Düşünürəm ki, Azərbaycan incə, amma yeri gələndə sərt siyasəti ilə, addımları ilə bu oyunların qarşısını almalıdır. Ölkəmizə qarşı təzyiqlərə adekvat, bir qədər də sərt cavab verilməlidir”, - İ.İsmayıl fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Ekspert: “Ümid edirəm ki, yaxın günlərdə bu məsələyə müəyyən aydınlıq gətiriləcək”
“Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, lakin Moskvanın göndərdiyi Vardanyan kimi adamlarla yox, o, çox aydın gündəmlə göndərilib”. Bunu Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Yeri gəlmişkən, bu proses başlayıb”, – dövlət başçısı bildirib.

“Əgər bayaq qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə və bu prosesi dayandırmağa cəhdlər olmasaydı, hesab edirəm ki, proses daha dinamik ola bilərdi. Amma bunun nə Paşinyan və nə də onun hökuməti ilə heç bir əlaqəsi yoxdur. Dediyim kimi, Azərbaycan, Avropa İttifaqı, ABŞ və Rusiya arasında, yəni Azərbaycanın fikrincə, bu işə kömək edə biləcək dövlətlər və qurumlar arasında konsensus olmalıdır”, – İlham Əliyev vurğulayıb.

Burada ortaya bir neçə sual çıxır. Əliyevin adını çəkdiyi Vardanyanın bu aydın gündəmi nədir? Prezident nə demək istəyir? O, daha sonra qeyd edir ki, Qarabağda yaşayan ermənilərlə artıq dialoq başlayıb və kənardan müdaxilə olmasaydı (Rusiyaya açıq eyham vurur) bu proses daha dinamik ola bilərdi. Maraqlıdır, Azərbaycan rəhbərliyi Qarabağda kimlərlə, hansı qüvvələrlə ünsiyyətdədir? Bu qüvvələri kimi təmsil edir? Axı hazırda orada Rusiya hərbçilərindən başqa, hakimiyyət ancaq “DQR” separatçılarının əlindədir.

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bu barədə Press Klubla fikirlərini bölüşüb:

– Düşünürəm ki, Vardanyanla bağlı Əliyev kifayət qədər aydın danışıb. Eyhamla olsa da, konkret ünvana işarə etməsə də, Rusiyadan danışır. Çünki Ruben Vardanyan Rusiyanın layihəsidir.

Əliyev Avropa İttifaqının nümayəndəsinə aydın şəkildə demək istəyir ki, o, prinsipcə, “2+1” formatına, yəni Azərbaycan və Ermənistanın tərəflərin vasitəçiliyi ilə danışıqları davam etdirməsinə hazırdır. Düzdür, o, burada Rusiyanın da adını çəkir. Amma bilirik ki, danışıqlar prosesi paralel gedir – həm Brüsselin vasitəçiliyi ilə, həm də Moskvanın vasitəçiliyi ilə. Amma bununla yanaşı, tərəflər – Ermənistan və Azərbaycan dəfələrlə bəyan etdikləri kimi, Brüssel prosesinin davam etdirilməsinə sadiqdirlər. Yəni, Əliyev Qərbin vasitəçiliyi ilə danışıqlara hazır olduğunu bildirir, eyni zamanda Qarabağ və Ermənistanla heç bir əlaqəsi olmayan Ruben Vardanyanın Qarabağ erməniləri adından danışmağa haqqının olmadığına diqqət çəkir.

Amma Əliyev Qarabağ erməniləri ilə dialoq prosesinin artıq başlandığını deyəndə nəyi nəzərdə tutduğu tam aydın deyil. Bu danışıqlara kim rəhbərlik edir? Onlar hansı formatdadırlar? Hansı şərtlərdə? Hansı coğrafiyada?

İstisna etmirəm ki, həqiqətən də Azərbaycan rəhbərliyinin nümayəndələri ilə Qarabağ erməniləri arasında müəyyən təmaslar var, amma məsələ qaranlıq olaraq qalır. Əgər belə təmaslar varsa, hansı səviyyədədir? Bu danışıqlarda iştirak edənlər özlərini qondarma “DQR”in təmsilçisi elan edirlərmi? Çünki Bakı bu qurumun mövcudluğuna ümumiyyətlə qəbul etmir və çətin ki, onun nümayəndələri ilə danışıqlar aparsın. Amma digər tərəfdən, Qarabağın erməni icmasının Rusiya hərbçilərinin və xüsusi xidmət orqanlarının tam nəzarəti altında olduğu nəzərə alınsa, bunun nə dərəcədə mümkün olduğunu təxmin etmək olar. Onda kimlə danışıq aparmaq mümkündür?

Düşünürəm ki, İ.Əliyevin açıqlamasının bu hissəsi yaxın günlərdə həm Azərbaycan, həm də Ermənistan mətbuatında gündəm olmasa da, mühüm müzakirə mövzularından biri olacaq. Çünki həqiqətən də heç nə aydın deyil. İcmanın qeyri-rəsmi liderləri, dini dairələrin nümayəndələri varmı, yoxsa başqa kimsə mövcuddur? Bu insanlar nə qədər güclüdürlər? Qarabağdakı vəziyyətə nə dərəcədə nəzarət edirlər? Çünki bu gün Qarabağın erməni icmasının yaşadığı o hissədə Rusiya sülhməramlı kontingentinin razılığı və ya onların iştirakı olmadan çətin ki kimsə vəziyyətə nəzarət edə bilsin. Ola bilsin ki, Qarabağda doğulan, amma oradan kənarda – Rusiyada və Qərbdə yaşayan kimlərsə var. Ancaq bu, sadəcə bir ehtimaldır. Düşünürəm ki, yaxın günlərdə bu məsələyə müəyyən aydınlıq gətiriləcək. Mən buna çox ümid edirəm.

Rauf Orucov
 
Ardını oxu...
Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə bildirdi ki, Moskvanın Xankəndidə yerləşdirdiyi Ruben Vardanyanla görüşülməyəcək, çünki o Qarabağ ermənilərini təmsil etmir.
Ruben Vardanyan dərhal cavab verdi və dedi ki, İlham Əliyevin Qarabağ erməniləri ilə görüşmək istəyini təqdir edir. Vardanyan bununla hiyləgər gediş etmək istəyir.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra politoloq deyir:
İlham Əliyevin açıqlamasından sonra Azərbaycanın heç bir rəsmisinin onunla görüşməyəcəyini anlayan Vardanyan bunun əvəzinə Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək erməni heyəti formalaşdırmaq fikrinə düşə bilər.
Yəni özü görüşlərə qatıla bilməsə də, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşə biləcək heyətə nəzarət etməyə çalışacaq.
Həmin ermənilər müstəqil olmayacaq, Araik Arutunyan və Ruben Vardanyanın təlimatlarını yerinə yetirəcəklər. Demək belələri ilə də görüş istisnadır. Bütün hallarda Qarabağda separatçıların nəzarətindən və təzyiqindən kənar ermənilərlə dialoq qurmaq mürəkkəb prosesdir.
Ardını oxu...
Bakının mərkəzində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan keçmiş məcbur köçkünlərin yaşadığı yataqxana acınacaqlı vəziyyətdədir.

Binanın tavanı hər an çökə bilər. Hər dəfə yağış yağanda mənzillərə su damır.

Qeyri - standart formada çəkilmiş elektrik xətləri də təhlükə saçır.

TEREF.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən yataqxanadan gedir.

Sakinlərin sözlərinə görə, 2017-ci ildə yaxınlıqdan keçən yolun genişləndirilməsi üçün binanın söküləcəyi ilə bağlı onlara məlumat verililib.

Bu məqsədlə yataqxanada yaşayan məcburi köçkün olmayan 70 ailəyə kompensasiya ödənilib və onlar köçüblər. Ancaq 53 məcburi köçkün ailəsi hələ də yataqxanada yaşayır.

Sakinlər tezliklə yataqxanadan köçürülmələrini istəyirlər.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən şifahi olaraq bildirildi ki, adıçəkilən ünvanda məskunlaşmış ailələrin vəziyyətindən xəbərdardırlar.

''Komitənin mənzil fondunda boş yaşayış sahələri yoxdur. Həmin vətəndaşlar üçün bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə evlər tikiləcək.

Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yaşayış sahələri ilə təmin olunacaqlar'',- deyə məlumatda bildirilib.

 
Ardını oxu...
Prezident İlham Əliyev Qarabağa gətirilən Ruben Vardanyanla bağlı mövqeyini açıq mətnlə elan etdi:
- Rusiyaya mesaj verdi ki, “Vardanyan planı”na imkan verilməyəcək;
- Qərb izah etdi ki, Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma rusların planına uyğun deyil və ermənilərlə təmasa mane olan da Moskvadır;
TEREF.AZ yazır ki, bunu politoloq Asif Nərimanlı deyir. Politoloq daha sonra fikrini davam etdirərək deyir:
Əsas məqam Prezidentin Vardanyan məsələsini niyə indi və Aİ elçisini qəbul edərkən dilə gətirməsidir.
Bu haqda öncə də yazmışdıq: Qərb Qarabağdakı ermənilərlə Bakının təmaslar yaratmasını dəstəkləyir və bununla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını istəyir; Bu təklifi Bakı da qəbul edir, lakin separatçı-terrorçu rejimlə yox, erməni əhalisi ilə və mövcud situasiyada beynəlxalq mexanizmin indi yaradılmasına istəmir;
Və burada Vardanyan oyununun hədəfi ortaya çıxır.
Təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılması separatçı-terrorçu rejimin “erməni əhalisinin nümayəndəsi” kimi qəbul edilməsi deməkdir, Bakı bunu qəbul etmir. Bakının bunu qəbul etməyəcəyini bildikləri üçün Vardanyanı Xankəndinə gətirdilər, qondarma “dövlət naziri” etdilər və istisna deyil ki, təmaslar planlaşdırdıqları kimi baş tutarsa, Araik oyundan çıxarılacaq, Vardanyan “erməni əhalisinin təmsilçisi” kimi masaya əyləşdiriləcək. Xankəndində təşkil edilən təxribat mitinqi də buna hesablanmışdı. Vardanyanın gətirilməsi həm də Azərbaycanın “cinayət işi açdığı separatçıların rəhbərləri ilə təmas qurmaq istəməməsi” arqumentinə qarşı hazırlanmış plandır.
Planı quran və icra edən Rusiyadır, lakin Ermənistan və erməni diasporu/lobbisi də ortaqdır, Fransanın da bu prosesdə maraqlı tərəf olduğu bəllidir.
Əliyev Qərb məhz bunun mesajını verdi ki, Rusiya erməni əhalisi ilə təmaslar üzərindən oyun qurur, bunu qəbul etməyəcəyik.
“Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında konsensus” məsələsi də təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını – bu, Rusiya və Ermənistanın marağındadır – arxa plana keçirməyə hesablanıb. Bakı tərəflərə “ortaq məxrəcə gəlin, sonra müzakirə edək” mesajı verir.
Teref.az
 
Ardını oxu...
Hazırda ABŞ administrasiyasının nümayəndələrinin Qarabağa çıxışı yoxdur.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Birləşmiş Ştatlar Konqresi Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Dövlət Departamenti humanitar yardımın istiqamətini dəyərləndirmək üçün regionun müvafiq qurumları ilə işi davam etdirir. Qeyd etmək vacibdir ki, Qarabağın özünə giriş məhduddur. Mən özüm də bu yaxınlarda rayona səfərim zamanı ora baş çəkə bilmədim. Hazırda ABŞ administrasiyasının rəsmilərinin humanitar ehtiyacları qiymətləndirmək və proqramlar hazırlamaq üçün Qarabağa çıxışı yoxdur. Lakin ABŞ-ın regionda minalardan təmizləmə proqramları var”, - Riker ermənipərəst Bob Menendesin bu istiqamətdə sualını cavablandırarkən qeyd edib.
Ardını oxu...
Əgər Azərbaycan həqiqətən də regional nəqliyyat kommunikasiyalarının fəaliyyətində maraqlıdırsa və məsələdən “yeni eskalasiya üçün bəhanə kimi istifadə etmirsə” o zaman kommunikasiyaların açılması və bərpası məsələsi həll olunmuş hesab edilə bilər.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Mən də hesab edirəm ki, konkret həll yollarına getmək olar. Sadəcə olaraq bu istiqamətdə iş görmək lazımdır, görüş xatirinə görüşlər keçirmək yox. Belə bir fikir var ki, sammit görüşləri zamanı bizim çox vaxt bütün detallara varmağa vaxtımız olmur. Ona görə də ekspertlər səviyyəsində daha çox iş görmək variantına baxmaq lazımdır. O zaman bu işin nəticələri daha yüksək səviyyədə qeydə alınacaq, daha sonra isə ən yüksək səviyyədə yekun qərarlar qəbul ediləcək. Bu cür danışıq platformalarının formalaşdırılması gələcəkdə ən mühüm vəzifələrdən biridir və bu, bizə regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasına imkan verəcək” – deyə Paşinyan bildirib. \\KONKRET.az
 
Ardını oxu...
Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
 
Ardını oxu...
İşğaldan azad edilmiş ərazilər 2050-ci ilədək “netto sıfır emissiya” zonasına çevriləcək.

Cebhe.info xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransında deyib.

Ölkə nümayəndəsinin çıxışında iqlim sisteminə təsirlərin azaldılması sahəsində Azərbaycanın qlobal səylərə töhfəsi haqqında məlumatlar verilib.

Məlumatda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlanan yeni strategiyamızda istilik effekti yaradan qaz emissiyalarının azaldılması məsələsi xüsusi qeyd olunub.

Bu fəaliyyətlərin icrası iqlim dəyişmələri üzrə beynəlxalq təşəbbüslərlə tam uzlaşır və beynəlxalq öhdəliklərimizin yerinə yetirilməsinə, hədəflərimizə nail olunmasına bilavasitə töhfə verəcək.

Azərbaycanın enerji sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin 2030-cu ilə qədər hazırki 17%-dən 30%-ə çatdırılması, o cümlədən enerji səmərəliliyinin artırılması, aztullantılı nəqliyyata keçid və sənaye sektorunda aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, meşələrin və yaşıllıq sahələrin çoxaldılması və digər əhəmiyyətli mitiqasiya fəaliyyətlərimizin növbəti illərdə daha da intensivləşdiriləcəyi haqqında məlumat verilib.

Konfrans iştirakçılarının diqqətinə Azərbaycan ərazilərində 30 illik işğal dövründə Ermənistan tərəfindən törədilən dağıntıların və ekosidin tam miqyası barədə faktlar çatdırılıb.

Eyni zamanda, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı post-konflikt reabilitasiya, bərpa işlərinin həyata keçirilməsi, ərazilərin iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanaraq bərpası, “ağıllı” və “yaşıl” yanaşmaların tətbiqinin əsas prioritetlərimiz olduğu haqqında məlumat verilib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Hamımız bilirik ki, ermənilər Qarabağı Artsax adlandırırlar. Bəs bunun tarixi əsası varmı?
Tarix dərsliklərimizdə də Arsak toponimi göstərilməkdədir, lakin tamam başqa yozumla.
“Arsax” termininin, türkcə təfsirinin tərəfdarları olan bəzi müəlliflərimiz, məqalə və çıxışlarında bu adın (üstəlik, toponim kimi!) müxtəlif qədim mənbələrdən məlum olduğunu qeyd etmişlər – lakin konkret olaraq hansı mənbələrdən söhbət gedir o göstərilmir.
“Arsax” toponiminin mövcudluğunu təsdiq edən mənbələrin göstərilməməsi ilə, razılaşmalıyıq ki, bununla bağlı heç bir yazılı sübut (yunan, roma, fars, parfiya, ərəb, yəhudi, aramey) yoxdur, ki, heç olmasa bir dəfə Qarabağ ərazisinin həqiqətən də belə bir toponimlə qeyd olunduğu təsdiq olunsun.
Təbii ki, bəzi terminlərin türkləşdirilməsini, digərlərinin icad edilməsini heç kim qadağan edə bilməz, amma razılaşın ki, yeni toponimin tarix dərsliyinə daxil edilməsi üçün ən azı qədim yazılı mənbələrdə istinadlar şəklində güclü dəlillər lazımdır.
Əvəzində isə dərslikdə sakların məskəni haqqında səthi izahat verilmiş, müəlliflər bununla əlaqədar ərazinin “Ərsak” toponimi adlandırıldığını yazırlar.
Qeyd: Ərsak adı eramızdan əvvəl 3-cü əsrdən başlayaraq qədim Parfiya tarixindən yaxşı məlumdur və eramızın III əsrinə qədər, Parfiya dövlətinin banisi, mənşəcə skif olan I Ərsakın şərəfinə adlandırılan Ərsakilər sülaləsi tərəfindən idarə olunurdu.
Təbii ki, müxtəlif xalqlar, o cümlədən saklar (alanlar, balkarlar, hunlar, xəzərlər) Azərbaycan (və ya Qafqaz Albaniyası) ərazisində kompakt anklavlarda məskunlaşa və yaşaya bilərdilər - buna heç bir etiraz ola bilməz. Bəs xalqın antik dövrdə məskunlaşması bu gün keçmişin heç bir tarixi mənbəsində qeyd olunmayan yeni toponimləri icad etmək və xəritəyə salmaq hüququnu verirmi?
Bir daha təkrar edirik - bu ifadənin sübutu əsası yoxdur, çünki “Arsax” toponiminə antik və orta əsrlərin heç bir yazılı mənbəyində rast gəlinmir. Bunun bizim dərsliklərimizdə yazılması, doğrudan da, erməni millətçilərinin və tarixi saxtalaşdıranların “Artsax”ları haqqında həyasız ixtiralar xəzinəsinə hədiyyədir.
Qeyd: vaxtilə Alban Apostol Kilsəsinə məxsus olan Qandzasar monastırının içərisində hökmdar Həsən Cəlalın guya “böyük və qüdrətli Ərsak ölkəsinin hökmdarı, Alban bölgəsi çarı Vaxtanqın oğlu Böyük Həsənin nəvəsi” kimi, qeyd olunmasına gəlincə - qeyd etmək istərdim ki, onlar, şübhəsiz ki, ciddi şəkildə yenidən araşdırma tələb edir.
Bu yazının müxtəlif mənbələrdə fəqli sitatlarla gətirilməsi ilə yanaşı, yəqin ki, onların əsl məzmunu 18-19-cu əsrlərdə və hətta daha sonra saxtalaşdırmanın “böyük ustaları” tərəfindən təhrif oluna bilərdi.
Onu da qeyd etmək lazımdır ki, məsələn, yazının yuxarısındakı variantında tərcüməçinin vergülü düzgün qoymaması (ümumiyyətlə mətndə belə işarə varmı?) yazının məzmununu ciddi şəkildə təhrif olunmasına səbəb ola bilər.
Məsələn, vergülün “Arsak” sözündən əvvəl qoyulması yazılanların mənasını tamamilə dəyişdirir - “böyük və qüdrətli ölkənin hökmdarı Ərsak, Alban bölgəsinin hökmdarı, Vaxtanqın oğlu böyük Həsənin nəvəsi” – və bununla da belə çıxa bilər ki, Həsən Cəlal özündən danışır, özünü Ərsak adlandırır, beləliklə də oz mənşəyini sak xalqından olduğunu vurğulayır.
Bəs onda nə etməli?
Sonda belə bir sual yaranır - onda "Artsax" adlı erməni saxtakarlığı ilə nə etməliyik? Fikrimizcə, onu türkləşdirmək yox, saxtakarların psevdo-elmi yanaşmasının zəif cəhətlərindən istifadə edərək, bu anti-tarixi hoqqanın dirçəlməsinə heç bir şans qoymadan kökünü kəsmək lazımdır. Yani ümumiyyətcə istifadə etməmək.
Abbas İslamov, ""Arsax" toponimi olmayıb" məqaləsindən
rizvanhuseynov
Teref.az
 

Dünyapress TV

Xəbər lenti