Ardını oxu...
AzTV-nin sədr müavini, tanınmış teleaparıcı, əməkdar artist Rafiq Həşimov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Rafiq müəllim, öncə təşəkkürümü bildirirəm ki, müsahibə üçün bizə vaxt ayırmısınız. Tamaşaçı sevgisini, hörmətini qoruyub saxlamaq çətindirmi?

- Mən sizə təşəkkür edirəm. Tamaşaçı sevgisini qazanmaq çətindir. Bu sevgini qoruyub saxlamaq, ondan da çətindir. Bu fenomenal bir şeydir. Bu ya olur, ya da ki, olmur. Mən öz tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın. Hazır olmaq o deməkdir ki, nitqin təmiz olsun. Biləsən ki, nə istəyirsən, hansı mətnləri çatdırmaq istəyirsən, nə üçün efirə çıxırsan? Bütün bunlar çox vacibdir. Sevgi bir gündə qazanılmır. Aparıcı ilə tamaşaçı arasında qəribə bir bağ, əlaqə var. O səni ya qəbul edir, ya da ki, etmir. Əgər ilk dəfədən qəbul etdisə, sonradan həmin aparıcı efirdə çaşa bilər, o qədər də uyğun olmayan situatsiyaya düşə bilər, bu zaman tamaşaçı ona sanki can yanğısı ilə yanaşır, əzizləyir. Tamaşaçı laqeyd olduğu aparıcıya bu münasibəti göstərmir. Bunun üçün əlbəttə ki, bacardıqca səmimi olmaq lazımdır. Səmimiyyət yeganə göstəricidir ki, o hər yerdə qəbul olunur. Aparıcı səmimi olmalıdır. Efirdə tamaşaçı gözü qabağında yaşamaq ən çətin məsələlərdən biridir. Necə edə biləsən ki, onu qoruya biləsən?! Bu çoxlu məhrumiyyətlər tələb edir. Hər hansı avtobusda ola bilərsən, küçədə ola bilərsən, mağazada və s. müxtəlif yerlərdə ola bilərsən, o səni həmişə ekrandakı kimi görür. Ona görə də onu qoruyub saxlamaq çox çətindir. Məşhur bir məsəl var- “Göründüyün kimi ola bilmirsənsə, olduğun kimi görün”. Bu məsələyə öz yanaşmam var, mən deyirəm ki, “olduğun kimi ol”. Yəni, səmimi ol. Tamaşaçı gözü qarşısında yaşamaq həm də niyə görə çətindir?! Ona görə ki, tamaşaçı obrazı istənilən efirə çıxan aparıcıdan ağıllıdır, zövqlüdür, mədənidir. Çünki o obraz xalqdır.

- Yeni nəsil aparıcılardan bəyəndikləriniz varmı?

- Var, efirimiz yaxşı aparıcılarsız deyil. Amma indi kiminsə adını deyərəm, kiminsə adını çəkmərəm, subyektivlik olar. Ədalətsiz görünmək istəmirəm.

- Davamçınızı gördüyünüz aparıcılar bəs necə, var?

- Mən özüm nə etmişəm ki?! Tam ciddi deyirəm. Mən özümə sahəmdə nələrsə əldə etmiş bir adam kimi yanaşa bilmirəm. Sadəcə mən bacardığım qədər xidmət etmişəm. Ona görə də düşünürəm ki, davamçılarım haqda düşünmək qeyri-təvazökarlıq olardı. Kimsə belə hesab edirsə, sağ olsun. Amma mən özüm bu barədə düşünə bilmirəm. Bütün aparıcılara arzu edirəm ki, tamaşaçı sevgisi qazansınlar. Ən azından tamaşaçıların rəğbətini qazansınlar. Çünki sevgi böyük anlayışdır.

- Mükəmməl aparıcı necə olmalıdır?

- İlk növbədə aparıcının nitqi təmiz olmalıdır. Sözlərin düzgün tələffüzü onun üçün əsas göstəricilərdən biri olmalıdır. Yaxşı olar ki, aparıcı savadlı, bilikli olsun. O ki, qaldı mükəmməl aparıcı necə olmalıdır? İnsan hər hansısa peşə ilə məşğul olmağa başlayır, ibtidai sinifdən başladığı dövrdən ya mükəmməlləşir, ya bir yerə qədər gəlir. Mükəmməllik kamillikdir. Sadədən mükəmməlliyə bir ömür yol var. Kimə bu nəsib olur, kimə isə yox. Bu həyatın özü kimi bir məzmun kəsb edir. Aparıcının nitqinin səlis olması üçün diqqət etməli olduğu məqamlar var. Sözlər hərflərdən ibarətdir, onlar düzgün tələffüz olunmalıdır. Durğu işarələrinə diqqət yetirmək lazımdır. Bu musiqiyə çox bənzəyir. 5 sətr not xəttləri var, onun içində pauzalar olur. Onu musiqiçi ifa edəndə maraqlı səslənir. Əgər xaric olursa, tamaşaçı onu o dəqiqə tutur. Nitqdə də belədir, sən durğu işarələrini düzgün tələffüz etməlisən. Bundan sonrakı isə məntiqi vurğuların düzgün vurulmasıdır. Bu üç mərhələdən düzgün keçən aparıcı 4-cü mərhələdə əsas məsələyə, əsas məqsədə nail olur. Hər bir adamın özünəməxsus intonasiyası formalaşır. İntonasiya hər bir aparıcıda, müxbirdə fərqli olur. Yaradan hər birimizi fərqli yaradıb. Mən uzun illərdir bunu tədris edirəm və effektini də görürəm. Mənim hazırladığım aparıcılar, müxbirlər hamısı fərqlidir. Heç biri biri-birinə bənzəməz. Hərəsinin öz siması, dəsti-xətti olur. Fikir verin bütün pis müğənnilər bir-birlərinə oxşayırlar. Yaxşı müğənnilər isə hamısı fərqlidir. Bu sözü aparıcılara da şamil etmək olar.

- Rafiq müəllim, sizin aktyor sənətinə də böyük sevginiz olub. Niyə bu sənəti davam etdirmədiniz?

- 1990-cı ilin əvvəlləri idi. Dostlarla birləşdik, dedilər ki, bəlkə filmdə oynayasan?! Mən o vaxt efirə çıxmırdım. Boş vaxt oldu, 1994-cü ildə “Məktubardı” deyilən filmdə baş rolu oynadım. Deyilənə görə pis də alınmayıb. Elə onunla da mənim aktyorluq bioqrafiyam başlandı və bitdi. Baxmayaraq ki, uşaq vaxı aktyor peşəsinə meylim olub. Bu sənəti davam etdirmədiyim üçün peşman deyiləm.

- Sevimli aktyorumuz Fuad Poladovla çox yaxın dost olmusunuz. Bəzən deyirlər ki, dostun xasiyyəti də, xüsusiyyəti də dostuna keçir. Bəs Fuad Poladovdan sizə keçən nə oldu?

- Dost arasında hamı bir-birindən təsirlənir. Ümumi onları birləşdirən nəsə olur. Mənim həyatım belə gətirib ki, özümdən yaşca böyük adamlarla çox dostluq etmişəm. Tanınan simalar da olub, həyatda da olub, indi də var. Atam yaşında olan adamlarla dostluq etmək, əlbəttə ki, mənə müsbət təsir edib. Bu məni bir qədər tez qocaldıb, yaşlandırıb. Dostluq anlayışı kişiyə verilmiş böyük bir hədiyyədir, şərəfdir. Ən çətin universitetlərdən, məktəblərdən biri də məhz odur. Necə edəsən ki, sən dostuna layiq olasan?! 5 yaşımda Güzdək kəndində oynadığım uşaqlarla indi də dostluq edirəm. Əlbəttə ki, bu yaşımızda bir-birimizə “uşaqlar” deyə müraciət edirik. Texnikom, universitet yoldaşlarım, digər sahədə olan insanlarla da dostluq edirəm. Dostluğun bir resepti var. O da təmənnasızlıqdır.

- Əziz dostunuz Fuad Poladovu necə xatırlayırsınız?

- Bu barədə uzun danışmaq olar. Fuad Poladov sözün yüksək mənasında əsl insan idi. Fuad Poladov öz peşəsini sevən, həm də ona ləyaqətlə, vicdanla xidmət edən böyük aktyor idi. Fuad Poladov ailə və insani dəyərləri axıra qədər yaşayan bir şəxsiyyət idi.
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başa çatsa da, bir sıra suallar hələ cavabını tapmayıb.

Xüsusilə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsi, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı müzakirələr gündəmə gəlib. Lavrovun səfərinin nəticələri və digər məsələləri ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-nun suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Sergey Lavrovun Bakıda apardığı danışıqların bəzi detalları qarşılıqlı razılaşmaların əldə olunduğu qənaətini yaradır. Məsələn, Lavrov Rusiyanın vasitəçilyi ilə Azərbaycanın Ermənistanla müzakirələrin keçirilməsinə hazırdır. Ancaq onun Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına qarşı çıxması tərəflər arasında fikir ayrılığının qaldığını deməyə əsas verir. Sizcə, Lavrov Azərbaycandan hansı nəticələrlə döndü?
- Danışıqlarda Laçın məsələsi əsas mövzulardan biri olub. Əslində, Laçın mövzusunu həm Rusiya, həm də Qərb siyasətçiləri qəsdən uyğunlaşdırır. Söhbət nəzarət və “blokada”dan gedir. Azərbaycan Laçın-Xankəndi yoluna nəzarət etmək istəyir. Bu, yalnız bizim konstitusiya və qanunlarımızın, suverenliyimizin tələbləri ilə bağlı deyil. Çünki 10 noyabr Bəyanatında yer alan məsələlər öz həllini tapmayıb.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanın Qarabağda hərbi biləşmələri mövcuddir. Azərbaycana qarşı mövqe tutan insanlar Ermənistana sərbəst şəkildə gedib-gəlir. Nəzarətin olmaması səbəbindən 10 noyabr Bəyanatının icrası ləngiyir. Ona görə də Lavrovun fikirlərində Zəngəzura aid tələblər yer almayıb. Bir bəndin yerinə yetirilməməsi digər məsələlərə də yenidən baxılmasına imkan yaradır. Beynəlxalq münasibətlərdə belə bir prinsip var-bu öhdəlik məni qane edirsə, onu qəbul edirəm, əgər qane etmirsə, ondan imtina etmək hüququm var. Bu baxımdan, Lavrovun mövqeyi tam zəifdir. Yəni Lavrovun açıqlaması Rusiyanın zəifliyini göstərir. Ona görə də Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurulacaq. Buna heç kimin şübhəsi yoxdur. Digər tərəfdən, Moskva da, rəsmi Bakı da başa düşür ki, Azərbaycan bu yolda nəzarət-buraxılış məntəqəsi qursa, Rusiya heç nə etməyəcək. Əks halda, Rusiya ilə münasibətlər və Moskvanın Ukraynadakı müharibənin başlanmasından sonra bizim regionda formalaşmış maraqları təmin olunmayacaq.

Lavrov Bakıda sadəcəRusiyanın mövqeyini səsləndirdi. Ancaq bu, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsini təşkil etməyəcəyi anlamına gəlmir. Rusiya bunu istəsə də, istəməsə də Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratmalıdır. İndi Lavrov yola nəzarət üçün texniki vasitələrdən danışır. Hesab edirəm ki, yüklərin daşınmasına və gediş-gəlişə nəzarət məsələləri öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən ünsürlər o məntəqəni tərk etməlidir.

- Amma Lavrov bildirdi ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulması müzakirə olunmayıb və bu yolda hərəkət 10 noyabr Bəyanatına uyğun təmin edilməlidir. Buradan görünür, Rusiya Azərbaycanın belə bir təşəbbüsünə qarşıdır.
- Əslində, Lavrovun bu bəyanatı bizim xeyrimizədir. Bu, Qərbə ünvanlanmış siqnaldır ki, Rusiya nəzarət-buraxılış məntəqəsinin olmamasını istəyir. ABŞ və bəzi Qərb ölkələri də başa düşür ki, Rusiya bunu nə üçün edir. Mən inanmıram ki, yola nəzarət məsələsi tezliklə öz həllini tapacaq. Ancaq Azərbaycan bu prinsipial mövqeyindən dönməyəcək. Qeyd edim ki, sərhəddə nəzarət tam şəkildə bərpa olunmasa, qələbənin də əhəmiyyəti azalır. Ermənilər yaxşı başa düşür ki, bu yoldan münaqişəni davam etmək üçün alət kimi istifadə edirlər. Əgər bu alət onların əlindən alınsa, proses hansı istiqamətdə gedəcək.

Ümumiyyətlə, ölkənin tam sərhədləri olmalıdır. Mən təklif etmişəm ki, Kəlbəcər yolu Azərbaycanın qanunlarına uyğun olaraq, fəaliyyətə başlasın. Nəticədə biz “blokada” mifini dağıtmış olarıq. Azərbaycan bəyan edə bilər ki, kim istəyirsə Kəlbəcər yolundan istifadə edə bilər.

-Sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadan bu mümkündürmü?
-Şərti olaraq mümkündür. Onsuz da Zod tərəfdən yolu açmaqla Ağdərə istiqamətində hərəkəti təmin etmiş olarıq. Bu da taktiki baxımdan, bizim xeyrimizədir. Beləliklə, göstərməliyik ki, problemi yaradan Azərbaycan deyil. Ermənistana və Qarabağa gedən insan sərbəst keçə bilər.
- Heç kimə sirr deyil ki, Lavrovun səfərinin əsas məqsədlərindən bəlkə də birincisi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsinə nail olmaqdır. Müzakirələrdən sonra rusiyalı nazir bildirdi ki, Azərbaycan buna razılıq verib. Artıq deyə bilərikmi ki, Azərbaycan danışıqlarda iştiraka, Rusiya isə Vardanyanın “vurulması”na və Lavrovun dediyi kimi, Laçın yolunda texniki vasitələrin, yəni skaner avadanlığının quraşdırılmasına razılıq verib?

- Vasitəçilərin görüşü ilə bağlı süni stereotiplər yaradılır. Guya Praqa görüşü Soçi danışıqlarından fərqlənir və sairə. Görüş yerinin coğrafi baxımdan dəyişməsi heç nəyi dəyişmir. Bəyəm Praqda, yaxud Soçidə Azərbaycanın maraqları fərqlənir? Xeyr. Eləcə də Ermənistanın mövqeyi. Sadəcə olaraq, digər bir mövzu üst-üstə düşür. Bizə göstərmək istəyirlər ki, guya Qərb məsələni həll edəcək. Burada qarşıdurma süni şəkildə göstərilir. Onların təklfinin fərqini kimsə mənə deyə bilərmi?

-Sizcə, Azərbaycanla Ermənistan arasında danışıqların Blinkenin vasitəçiliyi, yaxud Brüssel formatı çərçivəsində baş tutması Rusiyanı narahat etmir?
- Bu narahatlığın bizim maraqlarımıza xeyri var? Yoxsa Blinken gedib Laçında nəzarət postu yaradacaq? Blinken Lavrovdan fərqli nə isə deyirmi? Xeyr. Yəni bu və ya digər formatın səmərəliliyi orada nümayiş etdirilən mövqedən asılıdır. Brüssel formatında, yaxud Soçi görüşündə Azərbaycanın xeyrinə nə isə deyildiyini mənə göstərsinlər. Azərbaycanın xeyri baxımından bu görüşlərin fərqi varmı? Mən bir mütəxəssis kimi bu fərqi görmürəm.

- Amma ötən il Brüssel formatı çərçivəsində sülh sazişinin mətninin hazırlanmasına dair Azərbaycanla Ermənistan arasında razılıq əldə olunmuşdu. Oktyabrın 31-də Soçi görüşündə isə Rusiya Azərbaycanın maraqlarına birbaş zidd olaraq, status məsələsini gündəmə gətirdi və hətta Qarabağın gələcək taleyinin qeyri-müəyyən müddətə təsirə salınmasını təklif etdi.

- Bu da bir nağıldır və stereotipin yaradılmasıdır. Vaşinqton sənədində də göstərilir ki, status məsələsinə baxılacaq. Mən həmin sənədə baxmamışam. Lakin bilirəm ki, orada yazılacaq ki, təhlükəsizlik və hüquqlar məsələsi müzakirə olunmalıdır. Bu da status deməkdir. Bizim üçün nağıl yaradırlar və istəyirlər ki, ona inanaq. Bəs deyirdilər sərhəddə Rusiya və Fransa müşahidəçiləri toqquşacaq? Halbuki, belə bir hadisə baş vermədi.

- O halda, Ermənistan nə üçün Qərbə üstünlük verir və Rusiyanın vasitəçiliyi ilə danışıqlardan yayınır?

- Yayınmır və müzakirələrə gələcək. Sadəcə olaraq, görüntü yaradır ki, Laçın-Xankəndi yolunu açmaq üçün Rusiya təzyiq nümayiş etdirməlidir. Əgər Paşinyan Rusiyanı qane etməsəydi, 2021-ci ildə generalların üsyanı olanda ona dəstək verərdimi? Paşinyan Moskvanı tam qane edir. Rusiya yaxşı başa düşür ki, Qərb Paşinyana təzyiq göstərir. O da öz manevrləri ilə vaxtı uzadır. Paşinyan hakimiyyəti Qərbpərəstdir və yaxşı başa düşür ki, Rusiyanın onları saxlamağa pulu yoxdur. Yəni bu oyunda Rusiyanın və Qərbin mövqeyi eynidir.

- Lavrovun bu səfərindən sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında görüş keçiriləcəkmi?

- Görüş baş tutsa da, heç nə dəyişməyəcək. Sadəcə olaraq, Rusiya müəyyən mesajlar vermək üçün bu məsələdən istifadə edir. Putinə lazım olanda özünü sülh tərəfdarı kimi göstərmək üçün bu mənzərəni quraşdırır. Bu da təbliğat məqsədi daşıyır. Hamı başa düşür ki, Ermənistandan Qarabağdakı cinayətkar rejimə dəstək olmasa, məsələ qısa müddətdə həll olunar. Amma bu, nə Rusiyaya lazımdır, nə Ermənistana, nə də Fransaya.

- Lavrov bildirib ki, Azərbaycan tərəfi danışıqlarda iştiraka hazırdır, Ermənistan hələlik yekun razılığını verməyib: “Hesab etmirəm ki, biz xidmətlərimizi təklif etməkdə çox israrlı davranacağıq”. Amma faktiki olaraq, Rusiya israrlı görünür. Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayev İrəvana səfər edib, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı da olub. Bu baxımdan, Lavrovun israr etməyəcəyi barədə dediyi nə qədər səmimi səslənir?

- Söhbət görüşün coğrafi məkanından deyil, müzakirələrin gündəmində nəyin olmasından gedir. Əgər Ermənistan bundan qaçırsa, deməli, müzakirə mövzusu onu qane etmir. Ola bilsin ki, Lavrov Bakıda belə deyir, amma o biri tərəfdən Ermənistana deyir ki, sən danışılara gəlmə. Kim bilir? Biz həmişə məsələlərə nəticə etibarı ilə baxırıq. Amma onlar üçün bu prosesdir. Hər bir mərhələdə onlar üçün təbliğati və digər uduşlar lazımdır. Lavrov Qarabağ məsələsini həll etməyə və ya sərhədlərin delimitasiyası üçün gəlmir. Bəlkə sanksiyalar altında olan Rusiya Azərbaycandan başqa xahiş edir? Laçın mövzusunu atıblar ortaya, kim bilir ki, hansı məsələni müzakirə edir? Bizə göstərilən mənzərə heç də real vəziyyəti əks etdirmir.

- Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik formatını onlayn diplomatiya əvəz edir. Tərəflər sülh sazişinin prinsipləri ilə bağlı təklifləri bir-birinə onlayn qaydada göndərir. Belə olan təqdirdə vasitəçiyə ehtiyac varmı?

- Azərbaycanla Ermənistan arasında onlayn diplomatiya birinci dəfə deyil tətbiq olunur. Hələ 1994-cü ildə atəşkəs razılaşması faks mübadiləsi ilə əldə olunub. Bu da onlayn diplomatiyadır. Bu, sadəcə olaraq, texniki üsuldur. Vasitəçilik isə bizə deyil, Ermənistana lazımdır. Onlar vasitəçilik yolu ilə öz maraqlarını təmin etməyə cəhd göstərirlər. Ermənistan Qarabağa olan iddiasından əl çəkməyəcək. Ya biz onları bundan imtina etməyə vadar edə bilərik, ya da vasitəçilər. Vasitəçi ölkələr də bizə deyirlər ki, gəlin danışaq, çalışarıq onlara təsir edək. Eyni fikri Ermənistana da deyirlər. 30 il ərazində başa düşdük ki, bunlar boş və mənasızdır. Ona görə də vasitəçiliyin Brüsseldə, Soçidə, yaxud Vaşinqtonda keçirilməsinin fərqi yoxdur. Prosesin mahiyyəti dəyişməlidir.

- Ruben Vardanyan “post”undan kənarlaşdırıldı, amma Qarabağı tərk etmədi. Bu, Rusiyanın ev sahibliyi ilə danışıqların keçirilməsində yaranmış maneəni aradan qaldırdımı?

- Bu da təbliğat mifidir. Vardanyandan başqa Qarabağda yüzlərlə, bəlkə minlərlə cinayət törətmiş adam var. Biz nə üçün Vardanyanı qabardırıq? Daha doğrusu, bizim üçün onu ortaya atıblar. Vardanyanların Azərbaycan ərazisinə gəlib-getməməsi üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılmalıdır. Ümumiyyətlə, Vardanyanın Qarabağda qalması bizim xeyrimizədir. Çünki bu, gərginlik mühitini daha da genişləndirir. Ermənilər arasındakı qarşıdurma daha da dərinləşir. Orada siyasi maraqlardan əlavə kriminal qruplar var. Onların öz gəlirləri, əmlakları var. Vardanyan isə gəlib deyir ki, mən bunlara rəhbərlik edəcəyəm. Onlar da sual verir ki, bəs biz burda kimik? Ona görə də maraqlar toqquşması baş verdi.

-Amma bu gərginlik həm də Rusiyaya lazmıdır...

-Bəli. Rusiya bu gərginılikdən Paşinyanın Qərbyönlü siyasətinə qarşı ideoloji silah kimi istifadə edir. Lakin Vardanyanın bir səhvi oldu. Rusiya elə zənn edirdi ki, Vardanyanı Qərb qəbul etməz. Qərb isə Vardanyanı qəbul etdi. Avropanın kütləvi informasiya vasitələri Vardanyanı çox ciddi istifadə etdi. Ona görə də Vardanyanı hədəfə gətirdilər. Rusiya da hiss etdi ki, Vardanyan Fransa və Avropa ilə əməkdaşlığa gedib öz oyununu oynayacaq. Bu layihə Rusiya xeyir gətirmədi. Çünki onlara elə layihə lazımdır ki, Qərbyönümlü fikirlər bölgədən uzaqlaşdırılsın. Çünki Rusiya gələcəkdə Qərblə siyasi alverə hazırlaşır. Təxminən Minsk Qrupu kimi format yaratmaqla bölgədə öz mövcudluğunu təsbit etməyə çalışırlar. O alver indi də gedir. Fransa və Rusiya bu və ya digər şəkildə əlaqədədir.
Ardını oxu...
“Axmat”ın keçmiş futbolçusu Zaurbek Pliev Çeçenistan rəhbəri Ramzan Kadırovun klubun futbolçularına etdiyi hədiyyələrdən danışıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, Ramzan Kadırovla görüşləri barədə təəssüratlarını da bölüşüb.

- Rusiyaya qayıtmaq üçün Qazaxıstan millisindən imtina edib, “Axmat”a getdiyinizi dediniz. Sizinlə birlikdə komanda 2016/17 mövsümündə tarixi beşinci yeri tutub. O zaman hamı avtomobil parkını yenilədi?

- Mən “Axmat”da oynayanda xüsusilə bahalı hədiyyələr vermirdilər. Mən cəmi bir neçə dəfə Ramzan Axmatoviçin hədiyyələr verdiyini görmüşəm. Məsələn, Ablaya Mbenqa maşın "Spartak"a iki qol vurduqdan dərhal sonra verilib. O, şagirdləri Utsiev və Mitrişevə “Mercedes” vermişdi. Ümumiyyətlə, Kadırov bizi nədənsə məhrum etməyib, hər şey həmişə var idi.
Ardını oxu...
- Kadırovla görüşləriniz necə keçirdi?

- Davamlı ziyafətlər verirdi, bir dəfə də məni öz iqamətgahına dəvət edib. Məhz mövsümdə çempionatı beşinci yerdə bitirəndən sonra olub.
İqamətgah öz ölçüsü ilə yadda qalıb və çox nadir heyvan cinsləri də var idi - aslan və ya pələng. Onda bütün dünyada onlardan cəmi üç nəfərdə var idi, onlardan biri onun iqamətgahında yaşayırdı.

Böyük bir avtomobil dayanacağı da diqqətimi çəkib. Çox sayda avtomobil, fikrimcə, idman avtomobilləri də var idi.

- Yırtıcılar iqamətgahda necə saxlanılırdı?

- Pələngləri qəfəslərdə saxlayırdılar və böyük qıfıl altında zəncirləyirdilər.

Pliev 2015-2019-cu illərdə "Axmat"da çıxış edib. Hazırda Milli Futbol Liqasının “Rodina” klubunda çıxış edir.

 
 
 
Ardını oxu...
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Teref.az onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Avropa İttifaqının missiyası artıq Ermənistanda fəaliyyətə başlayıb. Sizcə, birtərəfli qaydada hansısa monitorinq aparmaqla konstruktiv mövqe sərgiləmək nə dərəcədə məntiqlidir?

- Hazırda Avropa İttifaqının Ermənistana sülh missiyası adı altında kəşfiyyatçılar, hərbçilər, polislərin əraziyə gətirilməsi başqa mətləblərdən xəbər verir. Əslində Ermənistanın burada niyyətinin tamamilə başqa cür olduğu aşkara çıxdı. Yəni, bu missiyanın Azərbaycanla razılaşdırılmadan Ermənistan gəlməsi bir daha göstərdi ki, bu ölkənin sülhün əldə edilməsində zərrə qədər də marağı yoxdur. Ermənistan təmsilçiləri beynəlxalq platformalarda özünü yazıq, məzlum kimi göstərir. Amma ölkəyə qayıdan kimi başqa bəyanatlar verirlər. Çünki Ermənistanın niyyəti odur ki, sülh prosesini manipulyasiya etsin. Onların bu davranışları indi də davam edir.

- Aİ-nin missiyasının Ermənistana gəlişindən bir gün sonra Azərbaycana qarşı hərbi təxribat baş verdi. 5 istiqamətdə Azərbaycan əraziləri atəşə tutuldu. Missiyanın gəlişi ilə təxribatin baş verməsi təsadüfdür?

- Əslində son hərbi təxribatlarla bu missiyanın da məqsədinin nədən ibarət olduğu aşkara çıxdı. Çünki onlar bura xüsusi bir tapşırıqla gəlib. Məqsəd də mümkün sülh prosesinə mane olmaqdır. Azərbaycan qalib dövlət olmasına baxmayaraq Ermənistana sülh əlini uzadıb. Bir il öncə Azərbaycanın 5 bənddən ibarət sülh konsepsiyası Ermənistana təqdim olunub. Erməni tərəfi ilk dövrdə bu sülh konsepsiyasına razı olduğunu bildirmişdi. Görünür Ermənistana kənardan məsləhət verənlər sülh müqaviləsinin imzalanmasına əngəl törətdilər. İndi də Ermənistan da bu yolla gedir. Lakin erməni tərəfi anlamalıdır ki, bu uğursuz bir yoldur və sonu yoxdur. Çünki bu cür xətti tutmaqla Ermənistan yalnız özünün çətin vəziyyətini daha da ağırlaşdırır.

- Rusiyanın həm missiyanın göndərilməsi, həm də Ermənistanın ABŞ-ın və Qərbin diqtəsi ilə atdığı addımlara reaksiyası necə olacaq?

- Rusiya Xarici İşlər Nazirliyi ilə ilk gündən buna etiraz etmişdi. Onlar bildirmişdi ki, Avropa İttifaqının Ermənistana göndərilən missiyası Azərbaycanla razılaşdırılmış formada olmalı idi. Rusiya tərəfi də buna tərəfdar olmadığı açıqlamışdı. Vurğulanırdı ki, bu addım regionda vəziyyəti daha da gərginləşdirəcək. Faktiki olaraq indiki proses də məhz gərginliyə doğru gedir. Çünki Azərbaycanın ərazilərinin digər bölgələri ilə yanaşı rus sülhməramlılarının məsuliyyət zonasına daxil olan hissəsi də qanunsuz erməni silahlıları tərəfindən atəşə tutulub.

- Sülh prosesi qeyri-müəyyən vaxta qədər uzanıb. Belə olduğu halda müharibə təhlükəsi daha real görünür. Bu təhlükəni necə dəyərləndirirsiniz?

- Sözsüz ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Amma sülh istəyiriksə, müharibəyə də hazır olmalıyıq. Çünki bizim Ermənistan kimi qonşumuz var. Onlara isə heç vaxt etibar etmək olmaz. Azərbaycanın istəyi o idi ki, prosesi siyasi-diplomatik yolla həll etsin. Amma bu yolu onlar anlamırsa, başa düşdükləri dildə yəni, Dəmir Yumruqla danışılacaq. Bu gün Fransa kimi ölkələrin onlara hansısa bir dəstək verməsi heç nəyi həll etmir. Emannuel Makron isə özünü Napaleon Bonapart kimi aparmaq niyyətinə düşüb. Amma hamı bilir ki, ondan Napaleon olmaz. Eyni zamanda Fransa keçmiş Minsk qrupunun olduğu dövrdə belə Ermənistana açıq-aşkar tərəfkeşlik edib. Amma bu fəaliyyət heç bir nəticə verməyib.

- Ermənistanın himayəçisi İranın bu məsələlərə susqun yanaşması nədən qaynaqlanır? İranın rəqibi olan Qərbin Ermənistanda mövqe tutmasına bu ölkənin heç bir reaksiya verməməsinə səbəb nədir?

- Bu çox maraqlı məqamdır. İranın susqunluğu məlum deyil. Çünki Ermənistan ərazisinə dəvət edilmiş həmin missiyanın tək Azərbaycanla serhəd xətti boyunca işlər aparmayacağı bəllidir. Qərb missiyasının tərkibində olan kəşfiyyatçılar Ermənistanın İranla olan sərhədinə də nəzarət edəcək. Ermənistanda olan Rusiyanın hərbi bazası da mütləq ki bu missiyanın diqqətindən kənarda qalmayacaq. İran da nəhayət ki bunları başa düşməlidir. Maraqlısı isə odur ki, İran bu bölgəyə kənar qüvvələrin gəlməməsi üçün bəyanatlar verirdi. İndi Ermənistana Avropa İttifaqının uzunmüddətli hərbi kontingenti gəlib. Sual olunur ki, İran niyə buna etiraz etmir? Azərbaycanı az qala gündə bu məsələ ilə bağlı təhdid edən İranın Ermənistana Fransa jandarmasının, Almaniya polisinin və digər kəşfiyyat orqanlarının gəlişinə etirazını hələ heç kəs eşitməyib. Nəhayət, İran görməlidir ki, Ermənistandan dost olmaz. Çünki indi Ermənistan ona da xəyanət etmiş oldu. Ümumilikdə isə bu dünya var olandan qorxu, güc üzərində bərqərar olub. Gücün varsa haqlısan, gücün yoxdursa haqqın yoxdur. Ona görə də, biz ölkə olaraq həmişə güclü olmalıyıq və güclü də olacağıq.
 
Ardını oxu...
90-cı illərdə Azərbaycana ərəb körfəzi ölkələrindəki terrorçu qruplaşmalardan da ciddi terror təhlükəsi var idi.

DİA.AZ bildirir ki, bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda məhzəbçilik çox geniş yayılırdı.

"Radikal vəhabiliklə, radikal şiəliyin ölkəmizdə yayılmasında sanki bir yarış gedirdi. Biz həmin dövrdə ərəb körfəzi ölkələri tərəfindən idarə olunan bir neçə terror qruplaşmalarını, dəstələrini neytrallaşdırdıq. Hansıki, həmin terrorçu qruplar tərəfindən də ölkəmizdə terror aktlarının törədilməsi planlaşdırılmışdı. O cümlədən "Ceyşullah" adlanan terrorçu dəstə var idi, onların rəhbərliyi də neytrallaşdırıldı."

S.Heydərov əlavə edib ki, ulu öndər Heydər Əliyev Qəbələyə səfər edən zaman ona qarşı terror aktı planlaşdırılmışdı.

"Bundan başqa Amerika, İsrail səfirliklərinə terror aktı və aeroportun ələ keçirilməsi planlaşdırılmışdı. 90-cı illərin axırlarında Çeçenistanda vəziyyət çox gərgin idi. Çeçenistanda olan qruplaşmaların ərəb ölkələrindən idarə olunan terrorçu qruplaşmalarla birlikdə ölkəmizə daxil olmaq və Azərbaycanı ələ keçirmək planları var idi. Bütün bunların qarşısı Heydər Əliyevin rəhbərliyi ilə qətiyyətlə alındı", - deyə o qeyd edib.

Ardını oxu...
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ olaraq onunla müsahibəni təqdim edirik.

- Münxen Təhlükəsizlik Konfransına Xameneyi rejiminin nümayəndələrinin yox, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ailə üzvlərinin çağırılması müzakirə mövzusuna çevrilib. Sizcə, konfransın təşkilatçıları niyə belə bir seçim etdilər?

- Əslində, bu, qlobal səviyyədə baş verən proseslərin məntiqi nəticəsi, həm də qlobal böhrana səbəb olan dövlətlərə - İran və Rusiyaya verilən gözdağı idi.

Münxen Təhlükəsizlik Konfransına yalnız iki dövlət – Rusiya və İran dəvət edilmədi. Bu konfransın əsas leytmotivi məhz Rusiyanın Ukraynadakı işğalçı müharibəsi oldu. Məzlumun – Ukraynanın yox, işğalçı Rusiyanın yanında yer almağa qərar verdiyi və bu yöndə rus ordusunu silahlandırdığı üçün İran bu konfransa dəvət almadı. Beləliklə, Rusiyanın yer aldığı siyahıya daxil edildi.

Bu kontekstdə Qərbdə İrandakı mövcud mollakratiyaya qarşı alternativ kimi önə çıxarılan Pəhləvi rejiminin qalıqları konfransa dəvət olundu.

Yenə deyirəm: bu, bir gözdağı və İrana verilən mesaj idi. İndi dünyadan təcrid edilmiş iki dövlət varsa, biri Rusiya, digəri İrandır. Bu da gələcəkdə İrana qarşı daha sərt məhdudiyyətlərə, daxildə kütləvi iğtişaşlara və molla rejimini dəyişmək üçün hərbi seçimlərin gündəmə gəlməsinə yol aça bilər. Artıq buna hazırlığın getdiyi görünür.

- Bəs İrandakı kütləvi etirazlar fonunda fəallaşan Pəhləvi ailəsinin yenidən hakimiyyətə gəlməsi ehtimalı nə qədərdir? Şahın oğlu Rza Pəhləvinin özü də belə bir niyyətlərinin olduğunu gizlətmir.

- Zənnimcə, bu, Qərbdə qəbul edilmiş qərar deyil. Ola bilsin ki, müəyyən dairələrin marağında olan bir sülalədir. Bəlkə də onlar gələcəkdə molla rejimini əvəzləmək üçün bir alternativ kimi təqdim etmək istəyirlər. Ancaq hələlik bunun real plan olduğunu demək çətindir. Çünki Pəhləvi rejiminin qalıqları və ya Rza Pəhləvi İran toplumunda birləşdirici fiqur kimi qəbul olunmur. Bu, çox ciddi amildir.

Bu gün birləşdirici fiqur ola bilməyən hansısa qüvvənin İranda hakimiyyəti dəyişdirə biləcəyinə inanmıram. Vaxtilə Pəhləvi rejimi xalqa rifah, iqtisadi inkişaf, sosial ədalət və zülmün aradan qaldırılması ilə bağlı çoxlu vədlər vermişdi. Amma bunların heç biri yerinə yetirilmədi. Əksinə, Pəhləvi rejimi İranda yaşayan digər xalqları farslara xidmət edən kölə olaraq görürdü, insanlara haqq tanınmadı. Bunlar da Pəhləvi rejiminin devrilməsini asanlaşdıran amillərə çevrildi.

Məsələ budur ki, pəhləvilərdən sonra hakimiyyəti qəsb edən mollakratiya rejimi də onlardan fərqli olmadı. Pəhləvilər necə digər xalqları istismar edirdilərsə, hüquqlarını tapdalayırdılarsa və Güney Azərbaycan türklərinə qarşı sərt assimilyasiya siyasəti aparırdısa, eyni şeylərin ikiqatını molla rejimi etməyə başladı. Pəhləvi rejimi kimi mollalar da Güney Azərbaycana verdikləri vədləri yerinə yetirmədilər, yetirmirlər. Əksinə, türklərə etdikləri zülmü bir qədər də sərtləşdirdilər.

İran cəmiyyəti yenidən hakimiyyətə qayıdacağı təqdirdə Pəhləvi rejiminin mollalardan fərqli siyasət yürüdəcəyinə inanmır. İnsanları bu yalana inandırmaq mümkün deyil. Çünki İran cəmiyyəti artıq ayılıb. Ayrıca, bu gün etirazçı elektoratın önündə gedənlər heç də yaşlı insanlar deyillər, onlar gənclərdir. İndi İranda aparıcı qüvvələr dinamik gənclərdən ibarətdir. Bu gənclər İranın gələcəyini müəyyən edəcəklər. Bu gəncləri də Pəhləvi rejiminin yalanlarında inandırmaq mümkün deyil.

Ayrıca, 1979-cu il “islam inqilabı”nın əsas aparıcı qüvvəsi güneyli soydaşlarımız idi. İranda hakimiyyəti onlar dəyişdilər. Yəni Pəhləvi rejimini devirən güneyli qardaş-bacılarımız idi. Bu gün güney azərbaycanlılar qlobal imperializmin nökərlərini hakimiyyətə gətirməyə hazırlaşmırlar. Artıq Güney Azərbaycanda milli dövlətçilik şüuru oyanır. Düzdür, bu, istədiyimiz sürətdə deyil, amma proses irəli doğru gedir. Yavaş da olsa, Güney Azərbaycan cəmiyyəti ideoloji baxımdan təşkilatlanır, bütövləşir.

Molla rejimini əvəz etmək istəyən pəhləvilər ondan fərqli deyil, eyni qafadadırlar. Bu xəmir hələ çox su aparacaq. Hesab edirəm ki, Güney Azərbaycanın milli dövlətçilik istiqamətində irəliləməsini sürətləndirmək və onu buna hazırlaşdırmaq üçün hər kəs öz əlini daşın altına qoymalıdır. Zaman həm Güney, həm də Quzey Azərbaycan dövləti üçün çox qiymətlidir.

- Sizcə, Güney Azərbaycan üçün çıxış yolu hansıdır: İranda hakimiyyət dəyişikliyi, yoxsa müstəqillik?

- Əvvəla, müstəqil olmaq üçün mövcud rejim dəyişməlidir. Zənnimcə, müstəqilliyi qazanmaq üçün təkcə Güney Azərbaycandakı etiraz dalğası kifayət etməyəcək. Bunun üçün Güney Azərbaycan İrandakı bütün türk etnosunu bir bayraq və bir ideologiya altında birləşdirməyi bacarmalıdır. Məlumdur ki, orada təkcə Azərbaycan türkləri yox, türksoylu bir çox xalqlar yaşayır. Onların maraqları bir çətir altında birləşə bilər. Belə insanların sayı 50 milyona qədərdir. Yəni İranda əsas güc türk etnosudur.

Digər yandan, müasir dəyərlərə, demokratiyaya açıq digər etnosları da bu ideologiya ətrafında birləşdirməyə ehtiyac var. Məsələn, ərəblər və bəlucları. İranda molla rejimini qəbul etməyən, onu düşmən hesab edən digər etnoslar da var. Düşünürəm ki, bütün bu xalqların bir bayraq altında birləşməsi çıxış yolu ola bilər və bu gəlişmə türkləri daha da gücləndirəcək. Yalnız bundan sonra rejimi devirib, müstəqil dövlət yaratmaq mümkündür. Artıq buna hazırlaşmaq lazımdır.
 
Ardını oxu...
Arif Babayevin ömür-gün yoldaşı Gültəkin Babayeva Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Gültəkin xanım, bu gün sənətkarın doğum günüdür. Onu ürəkdən təbrik edirik. Hər zaman müsahibəni onunla etmişik. Bu dəfə istədik ki, onunla bağlı sualları sizə ünvanlayaq. Doğum gününü necə qeyd etdi?

- Öncə Arif müəllimə qarşı göstərdiyiniz bu diqqətə və hörmətə görə sizə təşəkkür edirəm. Ad günləri hər zaman təmtəraqlı keçib. Biz istəsək də, istəməsək də bu belə olub. Çünki xalqın və dövlətin sevimlisidir. Görün nə qədər tələbələr yetişdirib. Bu baxımdan çox xoşbəxt xanəndədir. Hər zaman deyir ki, məni həm xalq, həm də dövlət sevir. Bütün ordenlərə, fəxri adlara layiq görülüb. Bir sənətkara bundan artıq daha nə lazımdır?! Bu il də doğum günü Dövlət Filarmoniyasında qeyd olundu. Tələbələri və gənc xanəndələr mahnılarını ifa etdilər. Özü də iştirak etdi, təşəkkürünü bildirdi. Onun doğum günləri həm ad günündən 1 həftə əvvəl, həm də 1 həftə sonra davam edir. Verilişlər çəkilir, gözəl proqramlar hazırlanır. Bu diqqət Arifi çox sevindirir.

- İstərdim lap əvvəldən başlayaq. Necə tanış olmusunuz?

- Ariflə ailə həyatı quranda 18 yaşım var idi. Məktəb bitirməmişdim. Gəlib gördü, alıb gətirdi. Amma oxumaq da istəyirdim. Tibb universitetinə imtahan verdim, bir balım çatmadı. Sonra dedi ki, eybi yox, özüm səni oxudacam. 3 övladımız oldu, baş onlara qarışdı. Heç təhsil, oxumaq yada düşmədi, yaddan çıxdı. Ən böyük arzularımdan biri həkim olmaq idi, indi qızım həkimdir, mənim arzularımı yerinə yetirib. Hətta Arif də mənə dedi ki, “arzuların daha yerinə yetdi, qızın həkim oldu”.

- Bu illər ərzində bir-birinizə dözmək çətin olmayıb ki?

- Xeyr! Heç bir vaxt çətin olmayıb. Nə o, nə də mən şərait yaratmamışam ki, çətinlik olsun. Ailədə hər şey hər iki tərəfdən asılıdır. 55 ildir ki, bir yerdəyik, o məni, mən də bu günki gündə onu qoruyuram. Arif müəllim cavanlığında çox səbirsiz insan idi. Amma yaşı artdıqca artıq səbirli olur. Heç vaxt məni incitməyib. Özümü onsuz, tək təsəvvür etmirəm. Həmişə dua edirəm ki, Allah ona can sağlığı versin, pis gün göstərməsin. Ən azından o günü mən görməyim.

- Ən böyük arzusu nə idi?

- Ən böyük arzusu Ağdamına, Sarıhacılı kəndinə getmək idi. Şükür Allaha ki, o arzusu da həyata keçdi. Lalə Azərtaşla birlikdə Ağdama yollandı. Əfsuslar olsun ki, valideynlərinin məzarını tapmadı... Amma ordan gələndə böyük sevinc içində idi. Təsəvvür edirsiniz, insan 30 il torpağından ayrı düşür, 30 ildən sonra ora ayaq basır?! Bu böyük bir sevincdir!

- Səhv etmirəmsə siz də onunla birlikdə getmişdiniz?

- Xeyr, mən onunla Şuşaya getmişdim. Avqust ayında. Muğam müsabiqəsinin finalını Şuşada keçirmişdilər.

- Ən çox hansı yeməkləri, təamları bəyənir?

- Yeməkdə kaprizi yoxdur. Nə hazırlayıramsa yeyir. Plovun bütün növlərini xoşlayır. Ümumiyyətlə milli mətbəxə böyük həvəsi var.

- Bir neçə dəfə ölüm xəbərini yaymışdılar. Bu ona necə təsir etmişdi?

- Bu xəbərlərə artıq öyrəşib. Bilirik ki, bu da sevgidəndir. Amma yaxşı olardı ki, jurnalistlər məlumatlı olsunlar. Məlumatı yaymazdan öncə zəng edib, soruşsunlar. Şükür Allaha, nömrəsini hamı bilir. Bu xəbərlər ondan çox sevənlərinə və ailə üzvlərinə pis təsir edir. Ölüm haqdır, hamı üçün var. Amma yalan xəbərlər kimə və nəyə lazımdır ki?! Özü normal qarşılamasa da, hiss etdirmir. Deyir ki, əgər bu yalan xəbərlərdən kimsə çörək pulu qazanacaqsa, qoy yazsınlar.

- Bu gün ən böyük arzusu nədir?

- Arif artıq ömrünün 85-ci ilini yaşayır. Ən böyük arzuları həyata keçib. Təbii ki, arzudan arzu doğur, arzular heç bir vaxt insanı tərk etmir. Ən böyük arzusu dövləti, milləti, sevənləri və ailəsi ilə bağlıdır. Nəvə, nəticə sahibidir. Həm də Sarıhacılı kəndini bərpadan, yenidənqurmadan sonra görmək istəyir. Müsahibələrinin birində Ağdamda bir ev muzeyinin olmağının istədiyini bildirmişdi. Dövlətindən, prezidentindən, birinci xanımdan çox razıdır. Hər zaman Mehriban xanım Əliyevanın, cənab prezidentin mədəniyyət xadimlərinə, muğam sənətinə böyük töhfələr verdiyini bildirir, bu haqda sevinərək danışır. Mənim isə onunla bağlı ən böyük arzum can sağlığıdır. Ona qulluq etmək, baxmaq mənim üçün böyük fəxrdir, şərəfdir.
Ardını oxu...
Azərbaycanda taksi minik avtomobillərinin sürücülərinə qarşı tələbin olmaması əsas məqamları nəzarətdə saxlamağa imkan vermir.

Bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, lisenziyaların ləğvinin iqtisadiyata müsbət effektlə yanaşı mənfi təsirləri də olub: “Bunlardan birini biz bu gün məhz taksi daşımalarında görürük. Bu gün taksi dayıcılarının 90 %-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyətini həyata keçirir.

Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir. Lisenziyaların yerinə gələn fərqlənmə nişanını almaq üçün istər sürücüyə, istərsə də avtomobilə münasibətdə hər hansı tələb qoyulmur. Bu bir tərəfdən bazarda rəqabəti artırır. Bunun nəticə olaraq da qiymətlərin nəinki qonşularla hətta bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağı olduğunu görürük. Bu, təbii ki əhalini maraqlarına xidmət edir. Lakin belə olan halda biz sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışı, avtomobillərin texniki vəziyyəti kimi əsas məqamları nəzarətdə saxlaya bilmirik".

R. Nəbiyev vurğulayıb ki, bu səbəbdən də istər taksilərin sayı ilə bağlı, istər parklanmayla bağlı məslələlərə konkret olaraq Bakı şəhərinin timsalında mobillik kontekstində baxılmalıdır: "İctimai nəqliyyat marşrutlarının sayı, onların keçdikləri əraizlər, metro stansiyalarının, qovşaqların mövcudluğu və sair bu kimi amillər hamısı bir yerdə taksilərə olan tələbi ortaya qoymalıdır”.
 
Ardını oxu...
O dövrdə biz Ermənistan xüsusi xidmət orqanlarının qarşısında bəzən ona görə zəif qalırdıq ki, kadr çatışmırdı…

“Sumqayıt hadisələri baş verəndə sərəncam gəldi, 3 nəfərlik komanda ilə Sumqayıta getdik. Bizdə şöbə rəisi olan Yasif Nəsirov da bizimlə idi. Gedib gördük ki, bu proses də əvvəlcədən qurulub, plan əsasında həyata keçirilir”

Bunu APA-ya müsahibəsi zamanı təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Azər Qarayev deyib.

– Azər müəllim, ulu öndər Heydər Əliyevin sırf erməni milliyyətçiliyinə qarşı mübarizəsi məsələsindən başlayaq.

– Bilirsiniz, Azərbaycana qarşı erməni milliyyətçiləri hər zaman düşmənçilik mövqeyi sərgiləyiblər. Bunun tarixi keçmişi çox uzaqdır: 1918-ci ildən bəri ermənilərin bizə qarşı torpaq iddiası davam edir. Amma, sözsüz ki, ulu öndər rəhbərlikdə olduğu dövrdə ermənilərin qaldırdıqları milliyyətçilik məsələlərini diqqətdə saxlayıb, lazımi qaydada ölçülər götürüb və qarşısını alıb. Ulu öndər Dövlət Təhlükəsizlik Komitəsində sədr olduğu müddətdə və eyni zamanda, digər dövlət vəzifələrində olan vaxt ermənilərin düşmənçilik mövqeyi olub. 1930-40-cı illərdə təhlükəsizlik orqanlarında əksəriyyət qeyri-millətdən idi, o cümlədən aralarında ermənilər də var idi. Hətta ermənilər çoxluq təşkil edirdilər. O dövrdə Azərbaycana və azərbaycanlılara qarşı böyük bir mübarizə var idi. Məqsəd ziyalı şəxsləri qaralamaq, onları hədəf seçib hansısa bir cinayətə görə günahlandırmaq idi. Repressiya tarixini hamımız yaxşı bilirik. 1937-38-ci illərdə nə qədər ziyalımız repressiya qurbanı oldu. Kimisi güllələndi, kimisi sürgün olundu və başqa işgəncələr…

Bilirsiniz, birinə qarşı cinayət işi qaldırılanda məhkəmə qərar qəbul etməlidir. Amma o dövrdə məhkəmə yox idi: əvəzində “üçlüklər” var idi. Onlar nə qərar qəbul edirdilərsə, vəssalam, o da icra olunurdu. İndi biz arxivlərə nəzər salanda görürük ki, həmin üçlüklərin ikisi erməni olub, biri rus. Yəni heç biri azərbaycanlı olmayıb. Onu demək istəyirəm ki, hələ o dövrdən artıq Azərbaycana qarşı mübarizə var idi. Və ulu öndər hələ o vaxtlarda böyük vəzifələrdə olmasa da, bütün bunların hamısını görürdü, müəyyən mübarizələr aparırdı. Bilirdi ki, ermənilər hər zaman bizə qarşı pozuculuq fəaliyyəti aparırlar. Respublikada gedən bu prosesləri, sözsüz ki, Moskva da dəstəkləyirdi. Yenə də təkrar edirəm ki, xüsusi xidmət orqanlarında azərbaycanlılar çox az idi. Bu da məqsədli idi. Bu cür adamlar daha çox Azərbaycanda yaşayan ermənilər, ya da Moskvadan gələn rus vətəndaşları olurdu.

Ulu öndər 1958-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi təyin olundu. Hansı ki, SSRİ dövründə yeganə insan idi ki, 35 yaşında belə bir mühüm vəzifəyə təyin olunmuşdu. Onun əsas məqsədi orqanda milliləşmə məsələsi idi. Və elə bu yöndə də dərhal fəaliyyətə başladı. Nəticədə, müxtəlif üsullarla qeyri-millətdən olanları çıxarıb azərbaycanlı gənc kadrları cəlb etməyə başladı. Sözsüz ki, onların özləri ilə olduqca ciddi yoxlama aparılırdı, yəni hər adam oraya götürülmürdü. O şəxsləri götürürdülər ki, onlar dövlətə və xalqa bağlı olurdular. Hər bir namizəd yoxlanıldıqdan sonra ulu öndər şəxsən özü yekunda söhbət aparırdı. Bu söhbət əsnasında həmin adamın dünyagörüşünə, biliyinə, Azərbaycan tarixi haqqında bilgisinə, hətta ədəbiyyat düşüncəsinə qədər hamısını sorğu-sual edirdi. Bundan sonra isə həmin o cavan kadr yaşlı bir kadrın, bir növ, öhdəliyinə verilirdi.

– Yəni təcrübəsini artırmaq üçün…

– Bəli, həmin gənc kadrların təcrübəsi olmurdu. Ona görə də təcrübəli əməkdaşlar yeni nəslə işin bütün tərəflərini izah edirdi. Aydın məsələdir ki, Heydər Əliyev bütün namizədlərin dərslərində ola bilmirdi, amma ayda bir dəfə mütləq şəkildə yenidən həmin kadrlarla görüşür, yeni nələri öyrəndiklərini şəxsən özü müəyyən edirdi.

– Siz özünüz neçənci ildə xüsusi xidmət orqanlarına qəbul olmusunuz?

– Mən 1976-cı ildə daxil olmuşam. O zaman Heydər Əliyev partiya işinə çağırılmışdı. Respublikanın birinci katibi vəzifəsində çalışırdı. Mən özüm Minsk Ali Məktəbinin kurslarını bitirmişdim. Praktikaya gələndə mənə dedilər ki, birinci olaraq arxivdən Heydər Əliyevin icraatında olan işlərlə tanış olmalısan. Bu, mənim üçün, cavan bir kadr üçün çox önəmli bir şey idi.

– Neçə yaşınız var idi?

– 26-27 yaşlarımda idim. Bilirsiniz, mənim də o zaman heç bir təcrübəm yox idi. İşləmişdim, amma mülki işlərdə. Belə bir yerdə çox təcrübəsiz idim. Dediyim kimi, Heydər Əliyevin icraat işləri ilə tanış oldum. Bu, mənim gələcəyim üçün olduqca mühüm rol oynadı. Belə bir parlaq şəxsiyyətin apardığı işlə tanış olmaq sözlə ifadə ediləsi bir şey deyil.

İcraatla tanış olduqca heyrət edirdim. Hətta ulu öndərin xəttində belə qüsur yox idi, muncuq kimi idi. Yəni o, hərtərəfli istedada malik olub. Sənədlərdə həm də dərkənarlar olur. Bilirsiniz, bu cür orqanlarda hər bir iş üçün əvvəlcədən plan qurulurdu. Amma ulu öndərin dərkənarlarına baxmaq kifayət idi ki, artıq planı qurasan.

Mən sizə bir şeyi də dəqiq deyim ki, ulu öndər partiya işində olanda belə həmişə diqqəti yenə də xüsusi xidmət orqanlarında idi. Onların hər işi, hər bir əməliyyatı ilə maraqlanırdı. Bilirsiniz, təhlükəsizlik orqanları dövlətin sütunlarından biridir. Birinci katib olduğu üçün ona kifayət qədər ciddi məlumatlar daxil olurdu. Amma ulu öndər yenə də təhlükəsizlik orqanlarına həmin məlumatı yoxlamaq üçün tapşırıq verirdi.

– Siz oradakı təhsilinizi bitirəndən sonra harasa göndərildiniz, ya elə Bakıda qaldınız?

– Yox, mənim təyinatım Gəncə şəhərinə verildi. Gəncədə respublikanın ikinci böyük şəhəri olaraq xüsusi xidmət orqanlarının şöbəsi yerləşirdi. Bu şöbəyə tabe olan 7-8 rayon vardı: məsələn, Göygöl, Gədəbəy, Yevlax, Goranboy, Tovuz, Şəmkir, Qazax kimi rayonlar Gəncədəki əsas şöbəyə tabe idi.

Hamıya məlumdur, ulu öndər kənd təsərrüfatı sahəsinə ciddi önəm verirdi. Rayonlara daimi səfərləri olurdu, təsərrüfat işləri ilə maraqlanır, olan problemlərin aradan qaldırılması üçün tapşırıqlar verirdi. Nəzərə alsaq ki, bizim xidmət orqanı həm də nəqliyyatın da təhlükəsizliyi məsələsinə cavabdeh idi, onun səfərləri zamanı məsuliyyət böyük idi.

Ulu öndər birinci katib olaraq, SSRİ Kommunist Partiyasının bürosunun namizədi seçilmişdi. Bu səbəbdən, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Heydər Əliyevin təhlükəsizliyini Respublika Dövlət Təhlükəsizlik Komitəsinə həvalə etmişdi. Onun özünün xüsusi vaqonları var idi, 3 vaqon idi, nömrələri də “555”. Vaqonlarda hər cür şərait yaradılmışdı: istirahət otağı, işləmək üçün otaq, qonaq otağı və digər. Daha çox səfərlərə gecə çıxırdı və səhər artıq lazımi əraziyə çatırdı – Ağdam, Bərdə kimi rayonlara səfəri daha çox olurdu. Özünün Yevlaxda xüsusi dayanacağı var idi. Gecə 3-4 radələrində gəlirdi, biz də gözləyirdik, səhər isə səfərini həyata keçirirdi.

Biz Təhlükəsizlik Komitəsi olaraq, həm də dəmiryolluna nəzarəti həyata keçirirdik. Ulu öndərin səfərləri zamanı onun qatarı hələ yola düşməmişdən qabaq xüsusi bir vaqon göndərirdik, əvvəlcədən həmin dəmiryolunun sazlığını yoxlayırdı. O qaydaya əsasən, yol keçidlərinin hər birində polis postları olurdu. Mənim də işlərim içində həmin postların işini yoxlamaq var idi. Əgər görsəm ki, yoxdur, dərhal DİN-ə məlumat verirdim, problem aradan qaldırılırdı. Yəni Heydər Əliyevin mühafizəsinə bu qədər ciddi fikir verilirdi. Yaxud ulu öndər, tutaq ki, Yevlaxa gəlirdi. Biz görürdük ki, səhər 7 tamamda artıq hazır olurdu. Özü də belə səfərləri zamanı qətiyyən kostyum-qalstuk geyinməzdi. Tarlalara getmək üçün nəzərdə tutulmuş geyim geyinirdi, ayağında da uzunboğaz çəkmə olurdu.

Bərdənin birinci katibi var idi, Rüstəm Səfərəliyev. SSRİ Əmək Qəhrəmanı idi. Ulu öndər onu çox istəyirdi. Bəzən Heydər Əliyevi o qarşılayırdı.

Bax, beləcə bir neçə dəfə olub ki, Heydər Əliyevi bu cür səfərlər zamanı müşayiət etmişəm. Tək mən yox, onun mühafizəsində mərkəzin özündən də əməkdaşlar olurdu, sistemli şəkildə mühafizəsi həyata keçirilirdi.

Xatırlayıram, bir dəfə pambıq tarlalarının birində idik. Tarlanı gəzir, diqqətlə hər şeyə baxırdı. Axırda hamı ilə söhbət zamanı ulu öndər dedi ki, manqa başçısı kimdir? Bir nəfər dedi ki, yoldaş Əliyev, mənəm. Ulu öndər qayıtdı ki, pis deyil, yaxşı baxırsan, görürəm. Amma bir sualım var, düzünü de: neçə dəfə buranı suvarmısan? Manqa başçısı dedi ki, 3 dəfə. Bunu eşidən kimi ulu öndər gülümsədi və dedi: yox, düz demədin, iki dəfə suvarmısan. Hamı da məəttəl baxır. Dedi, bilirsən, haradan bildim? Mən pambıq koluna baxıram, üstündəki qozaları görürsənmi? Bax, mən saydım, 25 qoza var, sən əgər 3 dəfə suvarsaydın, 30 olardı. Dedi, mən səni başa düşürəm, sənin planında var idi, sadəcə mən iki gün tez gəlmişəm deyə, belə olub.

Ulu öndər çox sadə adam olub, haqqında saatlarla danışmaq olur. Onu da deyim ki, sadə olduğu qədər də tələbkar idi.

– Azər müəllim, 1967-ci ilin əvvəllərində Dağlıq Qarabağda yaşayan milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Siz materiallarla tanış idiniz, ona görə bunu da soruşmaq istədim.

– Bəli, doğrudur. Mən sonradan o materiallarla tanış oldum. Bu fakt doğrudur. Bu hadisə məişət zəminində olmuş bir fakt idi. Həmişə ermənilər münaqişə salmağa, söhbəti böyütməyə çalışırdılar. Hadisə var idi, əlbəttə. Bu da su üstündə olmuş bir hadisə idi. Kənd yeri olub, biri deyib suyu birinci mən istifadə edəcəyəm, o biri deyib ki, yox mən. Nəticədə, atəş açılıb, göyə atmaq istəyib, necəsə olub, güllə oradakı uşağa dəyib və uşaq da ölüb.

– Amma bu söhbət çox böyüdü. Onların qisası məsələsi də oldu.

– Bəli, bəli. Onu deyirəm axı, ermənilər hər vəchlə bütün bu cür münaqişələri böyüdürdülər. Cinayət işi açılmışdı, bu adamlar məhkəmə salonuna xüsusi maşınla aparılanda ermənilər qisas məqsədilə maşının qabağını kəsib maşına od vurublar. Nəticədə, 3 nəfər azərbaycanlı orada yanıb həlak olub. Guya bu, onların qisası idi.

– Bu cinayət işi prosesinə ulu öndər nəzarət edirdimi?

– Bəli, birbaşa özü nəzarət edirdi. Hətta özü şəxsən hadisə yerinə gəlmişdi. İstintaqı aparan komitəyə çox ciddi tapşırıq vermişdi. Əslində, bu işi prokurorluq aparmalı idi, amma şikayət yazıldı ki, azərbaycanlılar bizi sıxışdırır-filan, bu səbəbdən, Moskvadan icazə alındı və işi bizim istintaq şöbəsi aparası oldu.

Sizə bir şeyi də deyim, əgər Heydər Əliyev bu cür proseslərin qarşısını almasaydı, 1987-88-ci ildə olmuş Sumqayıt hadisələri məhz 1967-ci illərdə baş verəcəkdi. Çünki ermənilər dayanmırdı. Camaatı ən son həddə qədər qızışdırır, torpaq iddiaları qaldırırdılar.

– Həmçinin 1967-ci ildə SSRİ tərəfindən təsdiqlənmiş bir qərar var idi ki, Ermənistana Azərbaycan ərazisindən 2000 hektar ərazi verilməlidir. Amma yenə də Heydər Əliyev bu gedişata mane olur.

– Doğrudur. Siz bilirsiniz ki, azərbaycanlıların, ümumiyyətlə, o ərazilərdən çıxarılması, digər bu kimi şeylər məhz Moskva tərəfindən hazırlanırdı. Götürək elə 1948-ci ili. Nə qədər bəhanələrlə azərbaycanlılar oradan çıxarıldı. Guya işçi qüvvəsi lazımdır, kənd təsərrüfatı axsayır və s. Aydın məsələdir ki, bu, yalnız və yalnız torpaq iddiasıdır. Ermənilər bunu öz imkanları daxilində edə bilməzdi, onlara dəstək var idi.

Siz deyən fakt da tamamilə doğrudur. Heydər Əliyevin həmin dövrdə nüfuzu çox yüksək idi. Bu səbəbdən, ulu öndər çox ciddi əsaslarla çıxış elədi, uydurma faktların qarşısına konkret faktlar qoydu və nəticədə, dediyiniz kimi, gedişat yarımçıq qaldı, plan həyata keçirilə bilmədi.

– Azər müəllim, Xankəndidə guya tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaradılmışdı. Ümumiyyətlə, bu təşkilatın yaradılması prosesi necə oldu, sizin xəbəriniz var idimi, ya necə?

– Bəli. Mən Gəncəyə təyinat almışdım, artıq 2-ci il idi ki, vəzifədə idim. Nəqliyyat, dəmiryolu və digər sahələrə daimi nəzarətimiz var idi. O vaxt Xankəndi ərazisində “KQB”nin böyük bir idarəsi var idi. Buna baxmayaraq, nəqliyyata biz nəzarət edirdik, onlara tabe deyildik. Sizə dəqiq deyim ki, bu da Heydər Əliyevin xüsusi bir planı idi ki, nəzarət mütləq şəkildə bizdə olsun. 1978-ci ildə Xankəndiyə də dəmiryolu çəkildi. Özü də bu dəmiryolu, dediyim kimi, ulu öndərin təşəbbüsü, tələbi və xahişi ilə çəkilmişdi. Çünki Moskva bu qədər böyük vəsaiti vermək istəmirdi. Xülasə, dəmiryolu çəkildi. Bundan sonra artıq mənim Xankəndidə adamım, agentim olmalı idi. Çünki gedən proseslərdən xəbərdar olmalı idim. O ərəfələrdə diqqətimi bir cavan oğlan çəkdi, bir xeyli onu araşdırdım, anladım ki, bizim işimizə yarayır.

– Azərbaycanlı idi?

– Yox, erməni idi, haradasa, 22-23 yaşı olardı. Texniki İnstitutu İrəvanda bitirib gəlib dəmiryolunda siqnal və işarələrlə bağlı qurumda mühəndis kimi işləyirdi. Bunun sənədləri ilə tanış olub rəhbərliyə bu barədə məlumat verdim. Eyni zamanda, onu başqa mənbələrdən də öyrəndim, ailəsini araşdırdım. Nəticədə, aydın oldu ki, bununla işləmək olar və mən onu işə cəlb elədim. Mütəmadi olaraq, məni oradakı proseslərlə məlumatlandırırdı.

– Siz aranızda əlaqəni necə qurmuşdunuz?

– Biz tamamilə ayrı yerlərdə görüşürdük. Bir-birimizə müəyyən işarələr verib ya Ağdamda, ya Bərdədə görüşürdük. Görüşlərimizin birində dedi ki, (özü də aksentlə danışırdı) Xankəndiyə Ermənistandan adamlar gəlir. Mən də dedim ki, normal haldır. Qayıtdı ki, Azər müəllim, yox, bunlar siyahı tutublar. Adamlara qol çəkdirirlər ki, Dağlıq Qarabağ vilayəti Ermənistana birləşmək istəyir. Azərbaycan ərazisi kimi qalmaq istəmir. Bunlar imza toplamaqla məşğuldurlar. Hətta mənə də qol çəkdirmək istədilər, amma mən razı olmadım. Qol çəkmədim, dedim ki, mənim istəyimlə olmaz ki, buna dövlət baxmalıdır.

Bir şeyi də deyim ki, mən onu qabaqcadan təlimatlandırmışdım ki, bu cür işlərə qətiyyən qol qoymasın. Təşkilat kimi də sizin dediyiniz “Krunk”un adını çəkdi. Dedim, sən bunu eşitmisən, ya dəqiq deyirsən? Dedi ki, dəqiq bilirəm. Mən danışıram 1978-ci ildən, bu illər üçün belə bir məlumat çox ciddi məlumat idi. Gecə ikən qayıdıb gəldim, rəisə elə gecə ikən də bildirdim ki, ciddi bir problem var. Dedi, çox ciddidirsə, gəlim? Dedim, gəlin. Gəldi, materialla tanış oldu. Dedi ki, hə, çox ciddi məsələdir, səhər Bakıya məruzə edərəm. Onda sədr Yusifzadə idi, ona məsələni məruzə elədi. Yusifzadə məlumatı verən adam barədə sorğu-sual etdi. Tapşırıq verdi ki, rəis özü də məlumatı verən adamla görüşsün. Bizim rəis həm də əvvəllər kəşfiyyatçı olmuşdu. Bir görüş təşkil elədik – Bərdədə. Məxfi bir yerimiz var idi, sırf bu görüşləri orada keçirirdik. Rəis həmin adamı xeyli sorğu-sual elədi. Yekunda da mənə dedi ki, mən qayıdıram, amma sən qal burada, başqa mənbələri də araşdır. Mənim mənbəm az idi, amma bir neçə namizədim var idi. Dedim, icazə verirsinizsə, onları da danışdırım. Dedi, elə və danışdıqlarını da yaz ki, əlimizdə əsas olsun. Xülasə, 3 nəfərlə görüşdüm, onlar da təsdiqlədilər. Biri hətta dedi ki, məni qorxutdular ki, qol çəkməsən, başını ağrıdacaqlar. Hamısını yazıb sənədləşdirdim, gətirib verdim rəisə. Tanış olub dərhal Ziya Yusifzadəyə zəng vurdu, yeni faktları bildirdi. O da dedi ki, bütün bunları ümumiləşdirib məktub formasında yaz göndər mənə. Göndərdik. Mən gözləyirdim ki, bu qədər faktdan sonra Moskva nəsə edəcək, tədbir görəcək, kimlərsə həbs olunacaq.

– Olmadı?

– Heç bir şey! Bir az keçdi, maraqlandım ki, nə oldu bəs? Rəis qayıtdı ki, bilmirsən Moskvanı? Dedilər, boş şeydir.

– Moskva onları müdafiə edirdi, ya necə?

– Bilirsiniz, etinasız yanaşırdılar. Deyirdilər ki, onsuz bu iki xalq arasında ədavət var. Siz onlardan şikayətçisiniz, onlar da sizdən. Mən sizə deyim ki, elə SSRİ-nin süqutu da məhz bu Qarabağ söhbətlərindən başladı.

– Azər müəllim, onda belə deyə bilərik ki, “Krunk”u Moskvanın razılığı ilə yaratmışdılar?

– Bəli, “Krunk” cəmiyyətini Ermənistanın xüsusi xidmət orqanları Moskvanın razılığı ilə yaratmışdılar. Sözsüz ki, bu belə idi. Bir də ki, bu cəmiyyətə erməni lobbisi dəstək verirdi. Ümumiyyətlə, erməni lobbisinin diktəsi ilə fəaliyyət göstərirdilər.

1950-ci ilin əvvəllərində Suriyadan Ermənistana çoxlu ermən iəsilli miqrantlar gəldi. Erməni lobbisi öz adamlarını məhz o miqrantların içərisinə salıb, yaxud elə onları öz adamlarına çevirib göndərmişdilər. Yəni bizə qarşı görülən işlər bax belə başladı.

– “Krunk”dan başqa hər hansısa bir təşkilat, ya cəmiyyət var idimi?

– Yox, yox. Təkcə o idi və idarə olunan, əvvəlcədən planlanan bir təşkilat idi. Moskva da icazə vermədən biz burada heç kəsi məsuliyyətə cəlb edə bilmirdik. Ona görə də o cəmiyyət belə genişləndi. Bir də ki, Qarabağda bu hadisələrin cərəyanı və onun pik həddə çatması Heydər Əliyevin 1987-ci ildə işdən azad olunması səbəb oldu. Çünki Heydər Əliyev orada olduğu müddətdə hər şeyin qarşısını ala bilirdi. O ki vəzifədən getdi, bax bu hadisələr belə inkişaf eləməyə başladı. Orada qeyri-millətdən olan Ukraynanın birinci katibi var idi, bir nəfər Qazaxıstandan, bir də Heydər Əliyev, vəssalam.

– Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasında ermənilərin hər hansı rolu olub?

– Şübhəsiz. Ermənilərin bir xaç atası var idi, akademik Aqambekyan. O dövrdə Heydər Əliyevin həmin vəzifədən kənarlaşdırılmasında onun böyük rolu olmuşdu. Bu proses də erməni lobbisinin diktəsi ilə həyata keçirilmişdi. Ulu öndər vəzifədən gedəndən sonra artıq ermənilərin əl-qolu necə lazımdırsa, açıldı.

– Əslində, sizdən soruşacaq çox sualım var, ona görə bəzən mövzudan mövzuya rabitəsiz keçməyə məcbur qalıram. Növbəti sualım odur ki, 1967-ci ildə Heydər Əliyevin məktublarının birində göstərilir ki, Xankəndidə bəzi küçələrdə erməni dilində vərəqlər yayılıb.

– Bu özü də pozuculuq fəaliyyətinin bir növü idi. Şüarlar hazırlanırdı, gecə ikən şəhərin görünən yerlərinə həmin yazıları yapışdırırlar.

– Əsasən şüarları nə idi?

– “Biz Azərbaycan ərazisində yaşamaq istəmirik”, yaxud “Ermənistana birləşmək istəyirik” və s. Yəni dediyim kimi, sırf pozuculuğa hesablanmış ifadələr. Heydər Əliyevin sayəsində sərəncam verildi, məsələ araşdırıldı, fəalların hamısı tapılaraq məsuliyyətə cəlb olundular. Bilirsiniz, Heydər Əliyev erməni milliyyətçilərini daim diqqətdə saxlayırdı. Ən adi bir pozucu fəaliyyəti görən kimi, ya hiss edən kimi, dərhal tədbir görür, fəaliyyətə keçirdi.

– Azər müəllim, gələk Xankəndi talanlarına. Proses necə başladı və necə inkişaf elədi? Yəqin ki, “Krunk”un fəaliyyətinin rolu burada olub.

– 1985-1986-cı ildən dediyiniz “Krunk” artıq pozuculuq fəaliyyətini açıq formada davam etdirməyə başladı. Hətta İrəvandan Qarabağa – Xankəndiyə silah-sursat daşınırdı, ermənilər silahlandırılırdı. İnqilaba hazırlaşdılar.

– Onda belə çıxır ki, inqilaba hazırlıq getdiyindən bizim təhlükəsizlik orqanlarının məlumatı var idi.

– Əlbəttə, var idi. Özü də məlumatı alan kimi Heydər Əliyev özü şəxsən qrup yaratdı. Prokurorluq, polis, təhlükəsizlik xidməti orqanlarından və deputatlardan ibarət komanda yığıldı. Biz gedirdik Qarabağa, komissiya olaraq əvvəlcə müraciət edirdik ki, kimdə qanunsuz silah varsa, gətirib təhvil versin. Kim gətirib verirdisə, xəbərdarlıq edilirdi ki, bundan sonra sizdən yenə silah tapılsa, məsuliyyətə cəlb olunacaqsınız. Bizim bu apardığımız tədbirlər bəhrəsini verirdi. Heç olmasa, 100 nəfərdən 70-i qorxub silahlarını təhvil verirdi. Amma qalanlarında qalırdı axı.

– Bax, deyirsiniz ki, adamlardan silahı alıb xəbərdarlıq edirdiniz. Bunu Moskvaya məruzə etdikdə onların reaksiyası nə olurdu? Yəni ortada qanunsuz silah faktı var, bu, cinayət işi sayılır.

– Məsələ də burasındadır ki, biz deyirdik ki, bu adamda qanunsuz silah var, amma onlar cinayət işi qaldırmırdılar. Belə-belə proses başladı inkişaf etməyə.

O dövrdə Ermənistanda yaşayan azərbaycanlılar da artıq oradan qovulmağa başladılar. Evlərindən iynə belə götürməyə qoymurdular, piyada, əli-ayağı yalın formada. Yəni ən ağır, ən qəddar formada həyata keçirildi. Ona görə də azərbaycanlılar da artıq etirazlar etməyə başladılar. Xatırlayıram, 200-ə yaxın azərbaycanlı Xankəndiyə getmişdi. Onda artıq Qarabağın o ərazisi özlərinə görə Azərbaycandan ayrılmışdı. Məhz o zaman həmin gedən adamlardan ikisini güllə ilə vurmuşdular. Bu hadisədən sonra artıq müharibə qaçılmaz idi. Amma elə oldu ki, kolxoz sədri Xuraman xanım (Sosialist Əməyi Qəhrəmanı idi) gəldi və yaylığını kişilərin qabağına atdı. Bunun da mənasını bilməyən yoxdur. Bununla da məsələ bitdi. Məhz o dövrdə Ermənistandan qaçıb gələnlərin bir qismi Sumqayıta yerləşdi və Sumqayıt hadisələri də başladı yavaş-yavaş qızışmağa. Bütün bunlar təsadüfən, ya öz axarı ilə olmurdu. Bu planlanmış formada həyata keçirilirdi və Ermənistan xüsusi xidmət orqanları burada əsas rol oynayırdılar.

Sumqayıt hadisələri baş verəndə sərəncam gəldi, 3 nəfərlik komanda ilə Sumqayıta getdik. Bizdə şöbə rəisi olan Yasif Nəsirov da bizimlə idi. Gedib gördük ki, bu proses də əvvəlcədən qurulub, plan əsasında həyata keçirilir. Ümumiyyətlə, proses zamanı istintaq aparmaq üçün azərbaycanlıları yaxın buraxmadılar. Moskva prokurorluğunun müstəntiqi cəlb olundu. Qəti şəkildə yerli xidmət orqanlarından adam buraxılmadı.

Hələ Sumqayıt hadisələri olmamışdan qabaq yoxlayıb gördük ki, Sumqayıtdakı ermənilərin doxsan faizi neçə ildir, ermənilərə pul köçürürlər. Məsələn, Petrosyan adlı adam İrəvana hər ay filan qədər pul köçürüb. Deməli, bu fəaliyyət burada da aparılırdı. Kim ki “Krunk”a dəstək göstəribsə, onlara dəymirdilər, kim ki imtina edib, o adamların evləri qarət olunurdu, ya öldürülürdü.

– Ümumiyyətlə, Ermənistan və Azərbaycan xüsusi xidmət orqanlarının münasibəti nə yerdə idi? Nəzərə alsaq ki, eyni dövlətin tərkibində olmuşuq.

– Dediyiniz kimi, bir dövlətin tərkibində olmağımız açıq formada ədavətə imkan vermirdi. Onlar daim gizlin formada pozuculuq fəaliyyəti görürdü, biz xəbər tuturduq, Moskvaya müraciət edirdik, amma dediyim kimi, bu məsələlərə o qədər də isti münasibət bəslənilmirdi.

O dövrdə onların diversiya qrupları iki dəfə metroda terror təşkil etmişdilər. Həmçinin iki dəfə də avtobusda partlayış törədildi. Bütün bunlar hamısı insan tələfatı demək idi. Və məqsəd də o idi ki, hakimiyyətə gələn Heydər Əliyevə qarşı xalqda inamsızlıq formalaşdırılsın. Yəni əhalidə rəhbərliyə qarşı inamsızlıq yaratmaq istəyirdilər, bu da bir plan idi.

– Azər müəllim, danışdığınız dövrdə Azərbaycan xüsusi xidmət orqanlarında işçi azlığı məsələsi də olub. Bunun səbəbi nə idi?

– İşçilər var idi, sadəcə məsələ o idi ki, cəbhəçilər hakimiyyətə gəldiyi vaxt yaşlı, təcrübəli əməkdaşları orqandan xaric elədilər. Bu da böyük bir boşluğun yaranmasına səbəb oldu. O dövrdə mənim 10 illik təcrübəm var idi. Amma məndən çox-çox qabaq fəaliyyətdə olan əməkdaşlar var idi ki, onların hamısı göndərildi. Əvəzində isə küçədən, oradan-buradan öz adamlarını yığdılar. Təcrübəsiz adamlar axı belə bir orqanda nə edə bilər?

O vaxt birinci müavin var idi – Sülhəddin Əkbər. O məni çağırıb dedi ki, siz bilirsiniz, sizi burada niyə saxlamışam? Dedim, yox. Dedi, elə bilməyin ki, mən sizin ala gözünüzə aşiq olmuşam, xeyr. Məqsəd odur ki, siz bu yeni gələn uşaqları öyrədəsiniz. Mən də dedim ki, onu zaman göstərər. Aradan altı ay keçdi, məni yenidən çağırdı. Dedi ki, axı bunlar bu altı ayda heç nə öyrənə bilməyib. Bu nədir? Dedim, mən sizə demişdim axı. Onların adicə xətlərini göstərdim ki, bunlar heç yazı yaza bilmirlər.

Demək istədiyim odur ki, o dövrdə biz Ermənistan xüsusi xidmət orqanlarının qarşısında bəzən ona görə zəif qalırdıq ki, kadr çatışmırdı. Amma bütün bunlara baxmayaraq, o cinayətlərin açılmasında çox dəqiq işlədik və müqəssirləri, icraçıları tapdıq.

– Bayaq silsilə törədilən partlayışlar barədə danışdınız. Bəs o partlayışların konkret hansı cəmiyyət, ya təşkilat, qrup tərəfindən təşkil olunduğu bilindi?

– Partlayışı təşkil edən adam “Sadval” cəmiyyətinin üzvü idi. Yəni vəziyyət qarışıq idi. Və ermənilər metrodakı hadisəni bir nəfər ləzginin əli ilə eləmişdilər. Özü də bu adamın anası ermənilər tərəfindən əsir götürülübmüş. Buna deyiblər ki, sən bizə kömək ol, yaxşı olacaq. Öyrədiblər, buna 3 aylıq təlim keçirilib. Ondan sonra da deyiblər ki, ananı gətir qoy yanımıza, get hadisəni törət, sonra da gəl ananı götür. Bir növ, anasını girov qoyub.

Xülasə, partlayış oldu, bu bizim üçün çox faciəvi hal idi, orqan adına gecə-gündüz istintaq aparırdıq. Buna vəd ediblər ki, bu işi görürsən, 50 min dollar alacaqsan. Əvvəlcədən 5 minini veriblər, qalanını da ananı aparmağa gələndə verəcəyik deyiblər. Və buna deyiblər ki, partlayıcı maddəni saatla qoymuşuq. Partlayıcı qurğunu qoy vaqonda, növbəti stansiyada düş, ondan sonra partlayacaq.

Hadisə yerindən partlayıcı qurğunu qoyduğu çantanın bir hissəsi, vəsiqəsi və “Sadval” yazılan bir kart tapılmışdı. Biz bu dəlillərlə Qusara gəldik, orada komitənin bölməsi var idi. Onlardan bütün “Sadval”ın siyahısını götürdük. Vəsiqədəki ad oradan çıxdı. Adı Azər idi. Gördük ki, bacısı Texniki İnstitutda 3-cü kursda oxuyur. Gəldik onun evinə, qardaşı haqqında soruşduq ki, haradadır? Dedi ki, qardaşım Moskvada işləyir. Dedik, onu nə vaxt görmüsən? Dedi, 2 gün qabaq. Soruşduq ki, nə geyinmişdi? Geyimini və əlində bir çantanın olduğunu dedi və beləliklə, biz hər şeyi müəyyən etdik. Hətta nəticə elə çıxdı ki, bu partlayışın törədilməsində SSRİ “KQB”sinin əməliyyat müvəkkilinin də rolu olub, onun rəhbərliyi altında olub. Görün gedib haralara çıxa biliblər?

Demək istədiyim odur ki, hadisənin qarşısını məhz belə səbəblərdən ala bilmirdik.
 

Ardını oxu...
Müğənni Samir Cavadzadə Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Samir bəy, mətbuatdan uzaq durursunuz. Maraqlıdır, yaradıcılıq planlarınızda nə kimi yeniliklər var?

- Yeni mahnılarım var, klip çəkdirməyi düşünürük. Bir müddət uzaqlaşmışdım. Arada hansısa verilişə çıxırdım. İndi layihələrim olacaq. Konsert proqramı ilə də çıxış etməyi də düşünürəm.

- Bir müddət Röya Ayxan ilə küsülü idiniz, indi barışmısınız.

- Biz elə də çox küsülü olmamışıq, bir-birimizlə dava etməmişik. İnciklik olub, kənara çəkilmişik. Amma dar günümüzdə həmişə bir-birimizin yanındayıq. Hər şey əladır.

- Yaxın günlərdə sosial şəbəkədə ad çəkmədən bəzi insanları ikiüzlülükdə günahlandırdınız. Bu haqda nə deyə bilərsiniz?

- Paylaşımım şou-biznes nümayəndələrinə aid deyil, ümumlikdə fikir idi. Bir mahnı üzəridə işləyirik. Mahnının adı "Boş ver"dir. "Yalançı gülüşləri, saxta görüşləri, Salamı belə düşünüb verənləri boş ver". Əslində, tamaşaçıları o mahnıya hazırlaşdırırdım. Mahnı uzandı, aranjemanı bəyənilmədi. Mahnının daha yaxşı olması üçün gözləyirəm.

- Röya Ayxanla "Deyin ona" duetini ifa etdiniz. Onunla yenidən duet ifa etməyi düşünürsünüzmü?

- Əgər diqqət etsəniz görərsiniz ki, mən çox duet ifa etməmişəm. Təkliflər var, hər kəsin təklifini səmimi qəbul edirəm. Amma mahnılar var ki, mənlik deyil. Görürəm ki, digər duetlər kimi yadda qalmayacaq. Həmişə fikirlərimi açıq deyirəm. Düşünürəm ki, mahnının iki aylıq geniş yayılması lazım deyil, sonra itib batsın. Keyfiyyətli mahnı olsun, yaddaşlarda qalsın.

- Siz çox az müğənnilər sırasında görürük.

- Deyirsiniz ki, heç kimlə dost deyiləm(gülür).

- Bir zamanlar Nura Suri ilə dost kimi çox yaxın münasibətiniz var idi. Hazırda küsülüsünüz.

- Allahın salamıdır, bir-birimizə veririk. Mənim heç kimlə münaqişəm yoxdur. Sağ olsunlar, əsas da musiqiçilər mənə çox böyük hörmət və rəğbətlə yanaşırlar. Sadəcə mən bir gün o restorana gedim, gəzim, elə bir insan deyiləm. Sakitcə qapalı məkanlara gedirəm. O demək deyil ki, özümdən razıyam, insanlardan gizlənirəm. Xeyr! Özüm bu sahədə olsam da sakitliyi sevən insanam.
 

Dünyapress TV

Xəbər lenti