Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar cəmiyyətin diqqət mərkəzindən düşmək bilmir. Son illər bu sahədə çalışan bəzi şəxslərin tibbi səlahiyyətlərinin olmaması, lisenziyasız fəaliyyət göstərməsi və nəticədə insan sağlamlığını təhlükə altına atması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb. Bu hallarla bağlı rəsmi qurumlar dəfələrlə açıqlama versələr də, yeni hadisələr ard-arda baş verir və ictimai qınaq daha da güclənir.

Son günlər medianın və sosial şəbəkələrin gündəmində "Gül Əliyeva" adı ilə tanınan Gülsüm Əliyeva var. O, rəsmi tibbi təhsilə malik olmadan estetik əməliyyatlar aparmaqda ittiham olunur. İddialara görə, Gülsüm Əliyevanın rəhbərlik etdiyi "VMR Estetik Klinika”da liposaksiya əməliyyatı olunan Gülbəniz Bayramova adlı qadın həyatını itirib. Bundan əlavə, paytaxt sakini Zarina Minkovskaya klinikada ayağına yeridilən maddədən sonra bədənində uzun müddət irin axını və çürümə ilə qarşılaşdığını bildirir. O, bu prosedurun illər öncə Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyini deyir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745827066_2.png
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən rəsmi açıqlamaya əsasən, Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur. AEM əməkdaşları 2024-cü ildə "VMR Estetik Klinika"da plandankənar yoxlama aparıb və nəticədə müəssisənin lisenziyasız fəaliyyət göstərdiyi müəyyən edilib. Bu səbəblə, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, klinikaya qarşı protokol tərtib olunub və məsələ müvafiq instansiyalara yönləndirilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745827066_3.png
Gülsüm Əliyeva ilə bağlı qalmaqallar bir başqa tanınmış və mübahisəli estetik prosedur icraçısı - Rəna Soltanovanı da yenidən diqqətə gətirib. Sosial mediada paylaşılan foto və məlumatlara əsasən, Gülsüm Əliyeva və Rəna Soltanova arasında yaxın münasibətlər olub. Rəna Soltanova sözügedən klinikada istifadə olunan və çoxsaylı sağlamlıq problemlərinə yol açdığı iddia edilən Auqafilling adlı preparatın təbliğatını aparan və təlimlərini keçirən əsas fiqurlardan biri olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745827066_4.jpg
Məlumatlara görə, Auqafilling adlı bu maddənin istifadəsi nəticəsində xəstələrdə bədənin müxtəlif nahiyələrində çürümə, irinləmə və deformasiya halları müşahidə olunub. Rəna Soltanova isə bu preparatı sosial şəbəkələrdə dəfələrlə tərifləyib, hətta "bu məhsula hər gün bir az daha aşiq olduğunu" qeyd edib. Lakin son hadisələr göstərir ki, onun "aşiqliklə" təbliğ etdiyi bu məhsul əslində bir sıra insan faciələrinə yol açıb. Bütün bunlar Rəna Soltanovanın bəyəndiyi preparatın əvəzolunmaz "bəhrəsidir".
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745827066_5.png
Bundan əlavə, sosial şəbəkələrdə bir qadın açıq şəkildə bildirib ki, Rəna Soltanova tərəfindən ona da Auqafilling maddəsi vurulub və hazırda ayağında çürümə və çirk axını müşahidə olunur. Qadın həmçinin vurğulayıb ki, bu vəziyyətə baxmayaraq, Rəna Soltanova məsuliyyətdən yayınmağa çalışır və iddiaların ona qarşı "böhtan" olduğunu söyləyir.

Bu arada, qeyd edək ki, Rəna Soltanova mediada və sosial şəbəkədə haqqında ən çox şikayət olunan estetik kosmetoloqdur. Onunun pasiyentlərinin müxtəlif bədən üzvlərinin çürüməsi, çirk gəlməsi ilə bağlı onlarla fakt var.

Mövcud vəziyyət bir daha sübut edir ki, estetik sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlığı və tibbi səlahiyyətləri ciddi şəkildə yoxlanmalı, insanların sağlamlığına cavabdeh olan bu sahədə nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Həm pasiyentlərin hüquqları, həm də cəmiyyətin ümumi sağlamlığı naminə bu məsələ diqqətlə izlənilməli və cavabdehlik mexanizmləri daha təsirli şəkildə tətbiq olunmalıdır.

/Qaynarinfo.az
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti