Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları  İDDİA
Abşeron rayonunun Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1 nömrəli tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunlarından bir qrup ziyalılar tərəfindən şikayət.

Bildiririk ki, işlədiyimiz təhsil müəssisəsində hüquqlarımız kobudcasına pozulur və qeyri-qanuni proseslər gedir. Bizlər təhsildə baş verən problemləri işıqlandıramağımızın əsas səbəbi odur ki, artıq bizləri müəllim olaraq işləməkdən iyrəndiriblər. İşıqlandıracağımız bir çox məsələlər var, korrupsiya, təhsil konustusiyasının qanunlarına hörmətsizlik (yəni qanunlara riayət edilməməsi), müəllimə rəhbərlik tərəfindən yuxardan aşağı baxılması, Sertifikasiya və MİQ nəticəsi yüksək olan müəllimlərə Pedoqoji Şurada hörmətsizlik, Dərs bölgüsünün bağlı qapılar ardında keçirilməsi (yəni 1 saat dərsi 100-120 manata satılması yən hər tədris ilinin əvvəlində hər müəllimdən 30-36 saat dərs vermək üçün 1000-1700 manat arası pul alır dərs saatına görə bu isə təxminən 100 min civarında pul deməkdir), məktəbdə fond pulu yığılması (hər ay hər müəllimdən 20 manat), Bəzi texniki işcilərin adı var,lakin özüləri yoxdur, müəllimləri hər il dərs saatlarını vakansiyaya çıxarmaqla hədələməsi hər bir halda bu bir cinayətdir, çünki müəllimlər pul verməyə məcbur olur, əgər verməsə növbəti tədris ili dərs saatı azalacaq və az maaş alacaq.

Bu maaşla ailə saxlamaq olmur, (xüsusilə barmaqla sayılacaq qədər az olan kişi müəllimlərimiz üçün daha faciəvidir), 10-11 siniflərdən məktəbə gəlməmək müqablinda hər bir şagirdin valideynindən hər 2-3 aydan bir 100 manat pul yığılması, xəstə uşaqların dərs pulunun mənimsənilməsi, fakültətiv dərsləri müəllimlərin adına yazaraq mənimsənilməsi (dərs keçirilmir), Zəfər tarixi dərsini məktəbin Labarantların və qeyri ixtisas peşəsinin keçməsi(yəni drektorun hədəsi altında) Müzəffər Azərbaycan xalqına, ordusuna qarşı hörmətsizlikdir, hər il məktəbin təmiri adıyla müəllimlərdən pul yığılması, ən önəmlisi isə Vətənimizin azadlığı uğrunda savaşan məktəbimizin veteran müəllimlərinə dərs saatlarının pulla satılmasıdır. Bu dövlətə və Azərbaycan xalqına qarşı cinayətdir və xəyanətdir.Xəbərdarlıq edilərək şikayət edəcəyimizi bildirsədə Direktor heçkimdən qorxmur. Həmdə karrupsiya yolu ilə əldə etdiyi qazanc sayəsində Bakının mərkəzində özünə 3 bina evi alıbdır. Bütün bunlar bir məktəbdə iyrəncilik yaradır, təhsil sistemin ləkəliyir, hər bir halda bu proseslərlə bağlı qəti tədbir görülməlidir. Ən şərəfli peşə müəllimlik olsada zamanəmizdə bu peşəni ucuza satanlar,aşağı görənlər var. Ancaq artıq müəllimlik peşəsini bu məktəbdə ən ucuz alverçi peşəsinə çeviriblər. Direktor heç bir hüquq qaydalarına riayət etmədən, müəllimlərin dərs saatlarını vakansiyaya çıxarır, halbuki müəllimlərin dərs saatı ilə bağlı imtinası yoxdur. Bu isə müəllimin əmək hüquqlarının kobutcasına pozulmasıdır. Bu cür xoşagəlməz halların olmaması üçün yazıb Sizdən xahiş edirik ki, bu mövzu ilə bağlı müvafiq tədbirlər görülməsini təmin edəsiniz!
Mənbə:kaim.az
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti