Şəhid qanıyla müqəddəsləşən Qarabağda harama bulaşanlar…  FOTO
Azərbaycanda əksər dövlət layihələrindən narazılıq var. Bunun bir səbəbi odur ki, heç bir layihə ictimai müzakirədən keçmir, insanların fikri öyrənilmir. İşğaldan azad olunan ərazilərdə evlər tikilir, amma rayon ziyalılarından, ağsaqqallarından, elə gənclərin özündən soruşan yoxdur ki, yeni rayonunuzu, kəndinizi, evinizi, necə görürsünüz?
Bu gün Yeni Qarabağın layihəsini bir gün Qarabağda olmayanadamlar, avrotəhsillilər cızır. Onlar da selin hardan gəldiyini, küləyin hayandan əsdiyini, əkini harda əkərlər, qoyun quzunu harada otararlar bilmədən “çertyoj” çəkirlər. Ona görə də nəticədə kəllə-mayallaq vəziyyət yaranıb. Qubadlıda, Cəbrayılda və digər rayonlarda kənd evlərinin əksəri ikimərtəbəli olub. Birinci mərtəbədən əsasən “əl damı” kimi istifadə olunub. Kəndçi əkdiyi, biçdiyi məhsulu, qış azuqəsini birinci mərtəbəyə yığardı, yuxarıda da özü qalardı. Amma indi Qubadlının Mahruzlu kəndində ev tikiblər, evlər yerlə birdir. Kənd evini də elə tikərlərmi? Özü də yalın ətəyində, dərənin dibində, selənlikdə o cür evmi olar? Bu adamlar bir iki cərgə kubikə qənaət ediblər, yoxsa avropa təhsilli, Qarabağdan xəbərsiz memarların çəkdiyi layihə elə budur? Hər nədirsə, ortada olan, tikilən evlər göz qabağındadır…
İndi sorğu sual etsən deyəcəklər ki, bəs ağsaqqallar şurasının rəyini də öyrənmişik. Hansı ki, o ağsaqqallar şurasının üzvləri icra başçısının, yaxud o biri məmurların tapşırığı ilə “dejurnı ziyalı” obrazında çıxış etməkdən başqa iş görmürlər. Heç kim inciməsin, olanı yazıram. Ola bilsin ki, məsələ bir az böyüsə, o ağsaqqalları yenə üstümüzə qaldırıb “sən hələ uşaqsan, belə şeyləri bilməzsən” kimi bəyanat da verdirsinlər. Amma kimsə üstümüzə kəmçirəcək deyə doğrunu yazmaqdan geri durası deyilik.
Bir müddət əvvəl Cəbrayılda aparılan tikinti ilə bağlı da fikrimi yazmışdım. Narazılığım o idi ki, yer qıtlığı olmaya-olmaya niyə binalar yaxın tikilib. Köhnə Cəbrayıl şəhərinin kiçik də olsa, modelini yaratmaq olmazdımı?
Amma Cəbrayılda tikilən binaların bir-birinin qarnına girdiyini yazanda da üstümə yüngül səlib yürüşü oldu.
Guya mən o boyda qələbəni görmürəm. Vallah, yazdıqlarıma ağız büzənlərin əksəriyyətinin vətənpərvərliyi, milli heysiyyatı mənim qarşımda diz çöküb tövbə edər, yəni, o qədər cılızdırlar.
Mən minlərlə qəhrəmanımızın, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, ordumuzun şücaəti hesabına işğaldan azad olunan Qarabağımızda hər şeyin ən gözəlini arzulayıram, istəyirəm, belə haqqım da çatır ki, tələb edəm.
Bu tələbi Ali Baş Komandan, Dövlət başçısı da edir. Min bir dəngə quraraq, iqtisadi siyasət apararaq, milyonlar nədi, milyardlar ayıraraq azad olunan torpaqlarımızda cənnətməkan qurmağı əsas hədəf qoyub. Amma… İş icraçıları nə qələbəyə, nə də qələbədən sonrakı siyasətə uyğun davrana bilmirlər.
Nə etməli? Etməli çox iş var. Ən azı, kadr siyasətinə, kadr seçiminə, iş prinsiplərinə yenidən baxmaq olar. Mənim belə səlahiyyətim yoxdur. Gücüm gördüyümü, doğru bildiyimi yazmağa çatır, onu da edirəm.
Bir onu təvəqqe edirəm, ya da bir başa tələb edirəm: Şəhid qanıyla müqəddəsləşən Qarabağ torpaqlarında haram iş görməyin, vicdanla çalışın. Ordan haram yolla qazanılan, oğurlanan, mənimsənilən hər manatda minlərlə şəhidin qanı, yüz minlərin ahı, milyonların haqqı var…
Zaur Əhməd
TEREF
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726649259_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726649259_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726649260_3.jpg
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti