Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Birlik təsərrüfat həsablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir.

Birlik öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi; Bitkilərin Mühafizəsi Stansiyası; Ağac Bəzək Bitkiləri Sovxozu; Avtonəqliyyat idarəsi; Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.

Yerli mediada zaman-zaman istər Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, istərsə də Birliyə tabeli müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı geniş tənqidi məqalələr yayılır. Məsələn, mətbuat (faktinfo) yazır ki, son bir neçə ildə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ( YTB) rəhbərləri dəfələrlə dəyişdirilib.Belə ki, Eldar Əzizov Bakı ŞİH-nin başçısı olandan sonra uzun illər, daha dəqiq desək, 2001-ci ildən YTB-nin baş direktoru professor Vaqif Novruzova töhmət verərək onu vəzifəsindən azad elədi və Elşən Məmmədzadəni onun yerinə təyin etdi. Amma heç nə dəyişmədi, köhnə rüşvət və korrupsiya halları davam etdi və bir az da çoxaldı.

Elşən Məmmədzadə işə çıxan gündən portfelini götürüb, sahələrə çıxdı və qarşısına çıxan işçilərə deyirdi ki, uşaqlar nə olur olsun pul qazanmaq lazımdır. BŞİH Elşən Məmmədzadənin işləyə bilmədiyini görüb, mənzil kommunal idarəsində işləyən, ixtisasca kimya müəllimi, uxun müddət Nizami rayonunda hərbi komissar işləmiş, Mirdamət Seyidovu YTB-yə müavin təyin etdi və bütün səlahiyyətləri ona verdi. O gündən, Elşənin baş direktorluğu formal xarakter daşıdı və YTB-nin qara günləri M.Seyidov gələndən başladı. O, öz maddi maraqlarına görə əsl mütəxəsisləri işdən kənarlaşdıraraq, yaşıllıqdan başı çıxmayan qeyri ixtisas sahiblərini birliyə işə götürdülər. Mirdamət Seyidov bilərəkdən sahələrdən işçilərin işə davamiyyət tabelini yığışdirdı ki, işçilər qol çəkəndə onun üçün saxlanılan ölü canları görməsinlər.

Aktualinfo.org verilən ən son məlumatlarda isə Birliyin Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsində baş alıb gedən yeyintilərdən bəhs edilir. Qeyd edək ki, Xidməti İdarəsi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri ərazisindəki yaşıllıqların su ilə təmini, yeni su xətlərinin çəkilməsi və artezian quyularının qazılmasını həyata keçirir. Xidməti İdarəsinin yeni su xəttlərini və artezian quyularını harada çəkməsi,harada qazması barədə heç kim səhih məlumat bilmir. Bunun üçün burada nə qədər dövlət vəsaitinin talandığını təxmin belə etmək olmur. Amma yaşıllıqların su ilə təmini işlərində talanan pullardan xəbəri olanlar var.

Redaksiyamıza verilən məlumatda bildirilir ki, Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin balansında 14-15 su daşıyan avtomobil var. Bu avtomobillərlə şəhərin bəzi küçə və prospektlərində suvarma xətti olmayan yaşıllıqların suvarılması üçün nəzərdə tutulub. Məlumata görə son 3 aydır sözügedən su daşıyan avtomobillər naməlum səbəblərdən şəhərə buraxılmır. Yəni, avtomobillər qarajda işsiz dayanır. Amma Xidmət İdarəsinin rəisi Yaşar Salahov hər gün bu avtomobillərə güya işə çıxır adı ilə yol vərəqi (putyovka) yazıb 30 litr benzin silir. Təxmini hesablamalarımıza görə bu 15 avtomobilə hər gün hardasa 400 litrdən çox benzin yazılır. Bunu pula çevirdikdə isə gündə 400-450 manat edir. Bunu aya vurduqda isə 10-12 min manata gəlib çıxır.

Bunlardan əlavə, verilən məlumatlara görə Yaşar Salahov həm də sözügedən 15 avtomobilin sürücüsünün maaşlarına da əl qoyub. Məlumata görə sürücülər hər ayın sonu işə gəlib, 490 manata qol çəkib çıxıb gedirlər. Maaşlar isə Yaşar Salahova qalır.

Məlumatlarda həmçinin bildirilir ki, Yaşar Salahovu son vaxtlar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Mirdamət Seyidovun kabinetində tez tez görmək olur. Hətta deyilənlərlərə görə Yaşar Salahov Birliyin rəisinin rəsmi, qeyri rəsmi sifarişlərini həyata keçirir.

Qeyd edək ki, məlumatları dəqiqləşdirmək istəyimiz alınmadı. Yaşıllaşdırma Təsərrüfatı Birliyindən nə də Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsindən telefonlarımıza cavab verən olmadı. Mövzuya bir daha qayıdacağıq.

Aktualinfo.org

Bölmənin digər xəbərləri

17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir

Dünyapress TV

Xəbər lenti