Bakıda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu
Bakının Nizami rayonunda tikinti şirkəti qanunsuz əməllərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Onlar bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaların qapı pəncərəsini sökərək qəzalı vəziyyətə saldıqdan sonra, indi də binanın həyətinin asfalt örtüyünü dağıtmağa başlayıb.
Sakinlərdən Timur Əmirxanov Sputnik Azərbaycan-a bildirib ki, məhəllədə yaşayış davam etsə də, tikinti şirkəti insanların istifadə etdiyi həyəti dağıtmağa başlayıb. Uşaqların oynadığı həyətdə asfalt örtüyü dağıdılıb, yeraltı su xətləri zədələnib.

"Tikinti şirkəti binada yaşayış olmasına baxmayaraq həyəti sökməyə başlayıb. Həyətin hər yerini dağıdırlar. Söhbətgahlara qədər yaşayış üçün bütün infrastrukturu məhv edirlər. Bəs biz həyətə necə düşək, necə hərəkət edək? Onlar sakinləri binadan qaçırtmaq üçün hər üsula əl atırlar. Həyətimizi viranəyə çeviriblər. Buna bütün dövlət qurumları göz yumur. Nizami Rayon İcra hakimiyyəti heç bir şikayətimizə baxmır. Sakinlərin həyatını tikinti şirkətinin ümidinə buraxıb. Biz burada çarəsiz vəziyyətdə qalmışıq. Həyətə iri tikinti texnikaları gətiriblər. Onlara görə uşaqları belə həyətə buraxa bilmirik ki, onlar texnikaların altında qalar. Heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Biz Prezident İlham Əliyevdən kömək istəyirik. "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi bizi öz evimizdə girov saxlayır", - deyə sakin şikayətlənib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726244336_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-09_1726244336_2.jpg
 
 
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti