Qaradağda məmur vətəndaşa BELƏ KƏF GƏLDİ...
Bakı Şəhər Gənclər və İdman İdarəsinin balansında olan Qaradağ Rayon Gənclər və İdman İdarəsində baş məsləhətçinin vətəndaşdan pul alaraq qaytarmaması ilə bağlı ciddi ittihamlar gündəmə gəlib.

Xəbəri "Bizimxeber.az" yayıb.

Bildirilir ki, redaksiyaya edilən müraciətdə qeyd olunur ki, idarənin baş məsləhətçisi İlqar Qasımov tədbirlər keçirmək və müxtəlif işlərin görülməsi üçün vətəndaşdan külli miqdarda pul alaraq qaytarmayıb.

Məsələ Qaradağ Polis İdarəsinə kimi gedib çıxıb. Belə ki, Qaradağ Rayon Gənclər və İdman İdarəsinn baş məsləhətçisi İlqar Qasımov, "tədbirlər üçün pul lazımdır" adı ilə vətəndaşdan dəfələrlə borc pul alıb.

O, hər dəfə bildirib ki, baş idarədən pullar tədbirlərdən sonra verilir: "Bizə pul lazımdır ki, tədbirləri keçirək və sonra idarədən veriləndə qaytaraq".

İddia olunur ki, vəıtəndaşa qaytarılmayan pulun məbləği 70 min manatdan artıqdır.

İlqar Qasımov pulları tədbirlər keçirmək adı altında istəyib. O, uzun illər ərzində bu fəaliyyəti davam etdirib və nəticədə vətəndaşla aralarında 70 min manatdan artıq borc yaranıb.

Bu borcun qaytarılmaması səbəbindən vətəndaş hüquq mühafizə orqanlarına müraciət edərək məsələnin hüquqi tərəfini araşdırmasını tələb edib.

Qaradağ Polis İdarəsi tərəfindən məsələ ilə bağlı araşdırmalar aparılıb. Bu cür maliyyə qanunsuzluqları, xüsusilə də dövlət strukturlarında baş verdikdə, dövlət xidmətlərinin şəffaflığına və vətəndaşların etibarına ciddi zərər vurur.

İttiham olunan şəxslərin məsuliyyətə cəlb olunması, pulların qaytarılması və büdcə vəsaitlərinin düzgün istifadə olunması ilə bağlı tədbirlərin görülməsi, dövlət strukturlarında şəffaflığın və vətəndaşların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Vətəndaş müraciətində bildirir ki, Qaradağ Rayon Gənclər və İdman İdarənin rəisi Elçin Abbasovla görüşüb və onu baş məsləhətçisinin əməlləri barədə məlumatlandırıb.

Elçin Qasımov isə hadisə barədə məlumatsız olduöğunu, araşdırdacağnı bildirib.

Qaradağda məmur vətəndaşa BELƏ KƏF GƏLDİ...
Qaradağ Rayon Gənclər və İdman iarənin rəisi Elçin Abbasov

Pulunu tələb edən vətəndaş isə bildirir ki, İlqar Qasımovun ona 70 min manatdan artıq borcu olduğunu faktlarla təsdiqləməyə hazırdır.

O, əlində sübutlar, səs yazıları, whatsapp yazışmaları olduğunu və burda onun borclu olduğu açıq qeyd olunur. Yəqin ki, Gənclər və İdman naziri Fərid Qayıbov da baş verənlərin araşdırılmasına maraqlı olacaq və içtimaiyyətə ətraflı məlumat veriləcək.

Haqqında səslənən iddialara münasibət bildirən Qaradağ Rayon Gənclər və İdman İdarəsinn baş məsləhətçisi İlqar Qasımov faktı təsdiqləyib. O, belə bir halın olduğunu və polisdə ifadə verdiyini deyib: "Bu mülki məsələdir. Bəli, belə bir borc məsələsi olub, polisə çağırılmışam və ifadəmi vermişəm. Bu mənimlə qarşı tərəfin məsələsidir".

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti