Naxçıvanda karxana sahibləri: "Nazir bizdən 150 min rüşvət istəyir."
Naxçıvanda bağlanan qum kaxranalarının yenidən işə düşməsi üçün hər bir sabihkardan 150 min manat rüşvət istənilir. Bundan əlavə, onlara qoyulan aylıq „tas“ da iki min manata qaldırılıb. Bu haqda “Gündəlik Naxçıvan”a sahibkarların özləri məlumat veriblər. Onlar bildirirlər ki, yerli Ekologiya və Təbii Sərvətlər Narizliyi bir müddət öncə karxaların bağlanması ilə bağlı qərar verib. Daha sonra Xanlar Mustafayev sahibkarları qəbul edərək, karxanaların yenidən işə düşməsi üçün onların hər birindən 150 min manat tələb edib.
Şərur rayonundan olan şikayətçi S. Tahirov deyir ki, yeni şərtlər sərf etmədiyindən narizlə razılaşmayıblar:
“Naxçıvanda tam özbaşınalıqdır. Vəziyyət o həddə çatıb ki, nazir özü şəxsən rüşvət tələb edir. Deyir ki, tapşırıq yerli baş nariz Ceyhun Cəlilovdan gəlib. Ondan da soruşublar, deyib ki, Fuad Nəcəflinin göstərişidir. İndi biz hara şikayət edək? Ali Məlcisə kimi gedib çıxmışıq, ağzımızdan vurub, geri qaytarıblar. Demək, həqiqətən də tapşırıq başdan gəlib. Necə edəcəyimizi bilmirik. 150 min rüşvət istəyirlər, 2-3 min də aylıq tas. Demək istəyirlər ki, bütün qazancınızı gətirib, bizə verin. Məcburam özümə başqa iş tamam. Ancaq, bir tərəfdən də buraxıb getmək istəmirəm. Karxanını təkcə avadanlıqlarına kreditə də girib, bir milyon manatdan artıq pul vermişəm. Demirəm istəməsinlər. Lakin, insaflı alsınlar ki, biz də qazanıb, borclarımızı ödəyə bilək”.
Adını çəkilməsini istəməyən digər sabihkar isə, məcbur qalıb, istənilən rüşvəti ödədiyini bildirir:
“Verdiyim pulu çıxarmaq üçün saxtakarlıq etməyə, yəni alıcıları altadmağa məcburam, bunu açıq deyirəm. Məsələn, indi iki kub qumu üç adıyla satıram. Əlavə olaraq, qumun içinə gil qatırıq. Başqa cür alınmır. Bizi bu saxtakarlığa məcbur edən nazirin özüdür”.
Yerli sakinlər isə qum qıtlığının yaranmasından şikayət edirlər. Şərur ranoy sakini Əkbər Hüseynov deyir ki, bu səbəbdən evinin tikintisini dayandırmalı olub:
“Karxanalar gedirik, deyirlər ki, işləməyə icazə vermirlər. İşləyənlər də gilli qum satırlar. Bir maşın aldım, usta dedi ki, bu qumla tiksən, ev bir müddət sonra uçacaq. Karxanadan deyirlər 150 min rüşvət vermişik, gil qatmağa məcburuq. Belə çıxır ki, yuxarıların sahibkarlardan aldıqları rüşvət bilim belimizdən çıxacaq. Tikintini dayandırıb gözləyirəm ki, nazirlə sahibkarlar nə vaxt dil tapacaqlar”.
TEREF
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti