Beyləqan təhsilində, "bal tutan, barmaqlarını yalayır" VİDEO
Çox təəssüflər olsun ki, təkcə təhsil deyil, elə bir çox sahələrdə hər hansı bir vəzifəyə təyin olunan şəxs, işinin məsuliyyətini deyil, çalışdığı qurumda öz yaxınlarını da yerləşdirməyin yollarını düşünür. Yaxud da müəssisədəki boş vakansiyalara xüsusi "qiymət" təyin edərək, satmağa başlayır. Acınacaqlıdır ki, bu kimi hallara təhsil sahəsində daha çox rast gəlinir.

Doğrudur, son günlər təhsil sahəsində ciddi yoxlamalar aparılır və aşkar olunan qanun pozuntularında adı hallanan şəxslər işindən uzaqlaşdırılır. Hansı ki, son bir ayda müxtəlif rayonlarda artıq bir neçə müəllim və direktorlar işdən azad ediliblər. Elm və Təhsil naziri Emin Əmrullayev də öz çıxışında bu cür yoxlamaların hələ davam etdiriləcəyini bildirib.

Beyləqan rayon sakinləri nazirin bu çıxışından ümidlənərək, obyektiv yoxlamaların sözügedən rayonun Xalaç kənd tam orta məktəbinə də təşrif buyurmalarını arzulayırlar.

"DogruXeber.az" bildirir ki, əslində redaksiyamıza müraciət edən Beyləqan rayonunun Aşqallar kənd sakini Məmmədov Sədi Bəndalı oğlunun sözlərinə görə bu ilin fevral ayında Mil-Muğan regional təhsil idarəsi tərəfindən Xalaç kənd orta məktəbində yoxlamalar aparılıb, hətta aşkar olunan nöqsanlara görə sözügedən məktəbin direktoru Murad Məmmədov işindən uzaqlaşdırılıb da, amma iki ay sonra hansısa "sehirli əl" onu yenidən direktor kürsüsünə əyləşdirib.

Sədi Məmmədovun "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda danışdıqlarını aşağıda təqdim etdiyimiz videoda izləyin !

Gördüyünüz kimi, Beyləqan rayon Aşqallar kənd sakini Sədi Məmmədov qız övladının təhsil aldığı Xalaç kənd tam orta məktəbində dərs zamanı yoldaşları tərəfindən oyuncaq ilanla qorxudulmasının onun səhhətində ciddi problemlər yaratdığını iddia edir.

Həmçinin, sözügedən məktəbin direktoru Murad Məmmədovun isə məsələdən rahatlıqla sovuşmaq üçün, qızı üç saat otaqda saxladığını, müəllimlərə isə uşağın valideynlərinə bu barədə heç bir söz deməmələrini tapşırdığını deyir.

Sədi Məmmədovun iddiasına görə övladı bu hadisə zamanı ciddi sarsıntı keçirib və psixoloji travma alıb. Direktor Murad Məmmədovun isə tədbir görmək yerinə uşağı üç saat gizlətməsi valideynlərinin hiddətinə səbəb olub.

Bundan əlavə Sədi Məmmədov bütün kənd sakinlərinin sözügedən məktəbin direktoru Murad Məmmədovun əlindən zara gəldiklərini deyir.

Onun sözlərinə görə, "direktorun bir qızı həmin məktəbdə katibə, bir qızı müəllim, bir qzının əri birinci mavini, bir qızının əri kompüter müəllimi işləyir. Bundan əlavə oğlu, qardaşı arvadı, bacısının əri - hamısı məktəbdə işləyir. Ona görə də təhsilimiz yoxdur.

Qeyd edim ki, dəfələrlə şəhid anası Murad müəllimdən məktəbdə hər hansı bir işlə təmin olunmasını xahiş etmişdi. Axırda Murad müəllim o, boyda məktəbdə ona süpürgəçi işi verdi ki, ayaq altı süpürsün.

Dəfələrlə bu barədə aidiyyatı qurumlara şikayətlər etmişik, heç bir nəticəsi yoxdur. Düzdür, Fevralın 12-si və 13-də iki gün ardıcıl Mil-Muğan regional Təhsil İdarəsi tərəfindən məktəbdə ciddi yoxlamalar aparıldı. Aşkar olundu ki, direktor Murad müəllim bir neça müəllimə artq dərs saatları yazıb, dövlətin pulunu mənimsəyirmiş. Həmçinin əlavə olaraq, dövlət hər ay 60 saat məşğələ saatı verirmiş, amma bu dərslər sözügedən məktəbdə heç vaxt keçirilməyib. Həmin 60 saat dərsin 1800 manat pulu mənimsənilib. Ona görə də martın 11-də Murad müəllimin direktorluğuna da, müəllimliyinə də xitam verildi. Amma, iki aydan sonra gəldi ki, "mən müəllim kimi işləyirəm".
İşlədiyi 14 ildə qanunsuz əməlləriylə özünə şərait quran cinayətkar necə oldu ki, müəllim kimi işə qaytdı?

Direktor dərs saatlarını satıb, müəllimlərdən keçirilməyən əlavə saatların pulunu mənimsəyib. Amma, buna görə bir neçə müəllimə cərimə cəzası yazıldı.
Nəyə görə pulu yeyən direktor, cərimələnən müəllimlər olur?"

P.S: Qeyd edək ki, Sədi Məmmədovun söylədikləri barəsində Xalaç kənd tam orta məktəbin direktoru Murad Məmmədovun da mövqeyini öyrənmək məqsədilə, mobil telefonuna zəng etdik. Bir zəngimizə ümumiyyətlə cavab vermədi. Aradan xeyli müddət keçdikdən sonra, təkrar aradıq. Bu dəfə isə bir xanım telefonu götürdü və "Murad müəllimin özü yoxdur, telefonu maşında qalıb. Mən qızıyam, mütləq deyərəm, sizə zəng edər" cavabını verdi. Lakin, aradan bir neçə gün keçməsinə baxmayaraq, hələ də Murad Məmmədov bizimlə əlaqə saxlamayıb.

Onu da vurğulayaq ki, Sədi Məmmədov direktorun telefona cavab verməyəcəyini, yaxud cavab vermək üçün dəstəyi kiməsə verəcəyini əvvəlcədən bizə demişdi. Görünür hətta yerli sakinlər belə təhsil müəssisəsini "ailə biznesi" kimi idarə edən Murad Məmmədovun taktikalarını artıq əzbər bilirlər.

Qeyd: "DogruXeber.az" olaraq bildiririk ki, yuxarıda qeyd olunan məlumatlarla bağlı bütün aidiyyatı qurumlara tərəfimizdən rəsmi sorğular göndərilib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
 

Bölmənin digər xəbərləri

19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...

Dünyapress TV

Xəbər lenti