AMAL-ın bəhrəsini daha çox kim gördü –
Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Məşğulluğun Artırılması Layihəsi”ni (AMAL) 2018-ci ilin oktyabrında ictimaiyyətə təqdim edib. Təqdimatda layihənin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüs olduğu bildirilib.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi AMAL regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyıb. Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu.

Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, 2019-cu ilin aprelində İmişli, Bərdə və Zaqatala rayonlarında ilk təlimlərə başlanılıb. Təlimlər biznes ideyalarının işlənməsi və layihələrə çevrilməsi istiqamətindədir. Daha sonra məlumat verilib ki, AMAL-a ölkə üzrə 1000-dən artıq gənc müraciət edib. Bunlardan 400-dən artığı ikinci mərhələyə – təlimlər mərhələsinə keçib. Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan AMAL-çı seçilib. İmişli, Bərdə və Zaqataladakı təlimlərə 100 nəfərədək iştirakçı qatılıb.

Açıq mənbələrdə AMAL-ın təşkilatçılığı ilə Qəbələ, Oğuz, Biləsuvar, Beyləqan, Samux regionlardan olan 8 nəfər gənc fermerin ölkənin aparıcı arıçılıq təsərrüfatı olan “API DELTA Group” MMC-də təcrübə keçmək imkanı əldə etdiyi yazılır.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, FAO-nun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi də dəstək verirdiyi həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məqsədilə icra edilən Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində bir çox tədbirlər keçirilib. Bir çox rayonlarda keçirilən təlimlərin təşkilinə milyonlarla manat dövlət vəsaiti ayrılıb.
Amma 5 ildən artıqdır həyata keçirilən bu layihə çərşivəsində kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes uğurları qazanması barədə heç bir məlumat əldə edə bilmədik. Açıq internet resurslarında belə məlumata rast gəlmədik.

Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri Elvin Nəbiyevin barəsində isə bir çox maraqlı məlumatlar əldə etdik.

Elektron mediada yayılan məlumatlara görə Nəbiyev Elvin Bahəddin oğlunun qanuni təmsilçisi olduğu “Agrodev” MMC Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 2022-ci ilin sentyabr ayının 30-da “Qərzəkli meyvə bitkilərinin in vitro üsulu ilə çoxaldılması texnologiyasının elmi əsaslarının işlənməsinin satın alınması” lotu üzrə keçirdiyi satınalmanın qalibi olub və 69.561 manat dəyərində dövlət sifarişi alıb. Yenə mediada yazılanlara görə, bu MMC-nin qanuni təmsilçisi Nəbiyev Elvin Bahəddin oğlu eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan bir sıra təşkilatlarda rəsmi vəzifə tutur.

Amma “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə:Maddə 6. Satınalmalarda maraqlar toqquşması:

6.1. Təchizatçıların aşağıdakı hallarda satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

Qeyd edək ki, “AgroDev” MMC-nin rəhbəri Elvin Nəbiyev eyni zamanda “OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri, eyni zamanda Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəridir.

Elektron mediada yazılanlara görə “AgroDev” MMC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir çox qurumların tenderlərində qalib edilib.

Aktualinfo.org-un apardığı araşdırmada məlum oldu ki, “AgroDev” MMC 20.08.2019-cu ildən 12.09.2019-cu ilə, yəni 22 günə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin keçirdiyi iki satınalmanın qalibi olub.

Tinglərin alınması (lot 1), istehsal vasitələri və avadanlıqlarının alınması (lot 2), aqro-texniki xidmətlərin göstərilməsi (lot 3), bilik və bacarıqların artırılması (lot 4) üzrə 1.067.525 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 20.08.2019 -cu ildə açıqlanıb.

Agro-texniki xidmətlərin göstərilməsi (lot 3) üzrə 1.278.977 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 20.08.2019 -cu ildə açıqlanıb.

Bu tenderlər Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən bir mənbədən satınalma metodu ilə keçirildiyindən milyonlarla manat dövlət vəsaiti ayrılmış xidmətlərin harada həyata keçirilməsi barədə heç bir məlumat yoxdu.
Təsəvvür edin, 5 ildən çoxdur ki, dövlət vəsaitlərini kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə xərcləyən AMAL-ın Amal.gov.az saytı hələ işləmir. Maraqlıdır, müasir dövrümüzdə hər bir məlumatları internet resuesları üzərində əldə edə bildiyimiz halda, saytı işləməyən AMAL kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsi kimi yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmanı ictimaiyyətə necə çatdıra bilib?

Xüsusilə qeyd etmək istərdik ki, AMAL Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə həyata keçirdiyi layihədir. AMAL-ın missiyası gənc liderlərin kənd təsərrüfatı sahəsində sahibkarlıq və özünüməşğulluq imkanlarının artırılmasına dəstək vermək olub. Amma göründüyü kimi AMAL kənd təsərrüfatı sahəsində sahibkarlığın artırılmasına dəstək olmaqdansa Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərinə çoxlu pullar qazandırıb. Onlardan biri də təbii ki, Elvin Nəbiyev olub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir. O, 2019-cu ilin yanvarından Aqrar Xidmətlər Agentliyinin sədri təyin olunub. Seymur Mövlayev daha əvvəl “Aqrolizinq” ASC-nin sədri vəzifəsində, ondan əvvəl isə Bakıda 3 saylı ASAN xidmət mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Sabiq Kənd Təsərrüfatı naziri İnam Kərimovla qohumluq telləri var.

Əldə etdiyimiz məlumatlara görə Elvin Nəbiyevin də sabiq nazirlə qohumluq telləri var. İnam Kərimovun Kənd Təsərrüfatı Nazirliyindən getməsinə baxmayaraq Elvin Nəbiyevin bu yaxınlarda yeni vəzifə ilə mükafatlandırılacağı gözlənilir. Bu, ya Kənd Təsərrüfatı Nazirliyində, ya da Dövlət Məşğulluq Agentliyində baş tutacaq.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...

Dünyapress TV

Xəbər lenti