WhatsApp-Image-2023-08-28-at-18.08.34-1-1024x1024.jpeg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin direktoru Murad Qəhrəmanlı hazırki vəzifəsində Adət İbrahimovu əvəzləməzdən əvvəl el içində “Qocalar Evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində Təsərrüfat və xidmət şöbəsinin müdiri işləyib və barəsində çoxsaylı şikayətlər səslənən direktor Samirə Mehtiyevanın rəhbərliyi altında “zəngin” təcrübə keçib. Çoxsaylı məlumatlara görə, DSMF-nin keçmiş Sosial təminat şöbəsinin müdiri, hazırki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun instruktajı üzrə “Qocalar Evi”nin məruz qaldıqları haqsızlıqlara etiraz edən sakinləri daha bedtər ədalətsizliklə üzləşir, onlara psixi xəstə adı qoyularaq, psixonevroloji sosial xidmət müəssisələrinə köçürülürlər. Beləliklə, onların ara-sıra mətbuata sızan narazılıqları “zərərsizləşdirilir”.

Yeri gəlımişkən xatırladaq ki, Samirə Mehtiyevanın qol qoyduğa qanunsuzluqlar barədə “Dəryaz” qəzetində xeyli tənqidi məqalələr dərc olunub. Olub ki, S.Mehtiyeva ona irad tutan şəxslərə güvəndiyi qardaşı, Kikboksinq Federasiyasının vitse-prezidenti Oktay Mehdiyevin möhtərəm Prezident İlham Əliyevlə birgə şəklini göstərərək, sinəsinə döyür, arxası-dayağı olduğunu bildirərək ondan şikayət etmək istəyən şəxsləri hədələyib.

Məlumata görə, 1 saylı müəssisənin 217 sakininin təxminən 25-30 nəfəri I, digər əksəriyyəti isə II və III qrup əlillərdir. Bildirilir ki, Murad Arif oğlu Qəhrəmanlı hazırki vəzifəsinə təyinat alandan sonra gördüyü birinci iş xəstələrin pensiya kartlarını “xoşluqla” əllərindən alması olub. Deyilənə görə, M.Qəhrəmanlı bu işləri müəssisənin sakinləri sırasından başqaları ilə müqayisədə diribaş olan Səbinə və Gülya adlı qadınların əli ilə görür. Hərçənd, hansısa mübahisə Gülya ilə direktorun arasını vurub və aralarında elə gərgin situasiya yaranıb ki, Gülya xanım ayağından xəsarət də alıb. Di gəl, xoşagəlməz söz-söhbət yayılmasın deyə onu dövlət xəstəxanasına aparmayıblar.

Etibarlı mənbədən aldığımız informasiyaya görə, bu yaxında sözügedən müəssisədə xəstələrədn iki nəfəri digərləri tərəfindən zorlanıb. Müəssisə rəhbərliyi təsərrüfat bacısı Kübra və sanitar Lalə adlı iki işçini zorlananların yaxınlarının üstünə minnətə göndərib. Amma danışıqlardan gözlənilən nəticə alınmayıb. Bundan sonra direktorun Kübra xanıma və nəzarətçi işləyən əri Qurbana acığı tutub. Təsərrüfat bacısını və ərini bu hadisədə məsuliyyətsizlikdə suçlayıblar və öz hesablarına məzuniyyətə göndəriblər. Məzuniyyət müddətləri bitəndən sonra birdəfəlik yola salınacaqları ehtimal olunur. Halbuki, Kübra xanımın iş vaxtı səhər saat 9-dan axşam saat 5-ə kimidir, Qurban da gündüz növbəsində işləyir. Bəlli olduğu kimi, zorlama hadisələri isə gecə saatlarında baş verib.              

Murad Qəhrəmanlının adının mənfi mənada hallandığı məsələlərdən biri də rəhbərlik etdiyi müəssisəyə alınan yumşaq inventarların, dərman və sarğı ləvazimatlarının, paltar və yorğan-döşək dəstlərinin, azqiymətli, tezxarabolan əşyaların, hazır yeməklərin təchizatçısı olan malgöndərən firmalarla “centlmen sövdələşmələridir”. Bildirilir ki, müəssisə rəhbəri onun korruptiv şərtləri ilə razılaşan podraçılarla anlaşaraq məhz onları keçirdiyi tenderlərdən, kotirovka sorğularından “qalib” çıxarır. Nəticədə kəmiyyəti kağız üzərində göstərilən malların və xidmətlərin az bir qismi müəssisədə təyinatı üzrə çatır, qalan çox hissəsinin dövlət tərəfindən ödənilən pulu isə nağdlaşdırılaraq sövdəgərlər arasında bölünür. Bundan başqa, qeyd olunur ki, dini, milli və dövlət bayramlarında da xeyriyyəçilərin xəstələrə göndərdikləri ianələrin, ərzaq sovqatlarının da xeyli hissəsi mənimsənilir.

Mövzuya yenidən qayıdacağıq.

Deryaz.az

Bölmənin digər xəbərləri

21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO

Dünyapress TV

Xəbər lenti