Elgizin reklam etdiyi Benjamin həkim gözümü kor etdi –
Elgizin reklam etdiyi Benjamin həkim gözümü kor etdi – Müxtəlif televiziya proqramlarında məşhur aparıcıların reklam etdiyi həkimlərdən zaman-zaman şikayətlər gəlir.
Bakupost.az xəbər verir ki, növbəti şikayət ARB kanalında aparıcı Elgiz Əkbərin “Elgizlə izlə” verilişində 100 % tutulmuş gözləri açan həkim kimi təqdim olunan Benjamindəndir.
Əsl adı Azər Kərimov olan həkimə müraciət edən Salyan rayon sakini Gülşən Adışirinova əməliyyatdan sonra gözünün kor olduğunu iddia edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443652_2.jpg
Fotoda: Həkim Benjamin Azər Kərimov
Bakupost.az -a müraciət edən hər iki gözündən əlil Gülşən Adışirinova Elgiz Əkbərin həkimi tərifləməsindən sonra gözünü ona etibar etmək qərarına gəlib. Verilişə dəvət olunan qadına gözünün sağalacağını deyib, onu müayinə və əməliyyata alıblar.

Hətta qadına və ailə üzvlərinə kanal tərəfindən bir müqavilə imzaladılıb, şərtlərə görə əməliyyatdan sonra çıxıb həkim barədə xoş sözlər deməlidir. Əgər bundan boyun qaçırsa, cərimə ediləcəyi bildirilib.
Nəhayət, gözünün xilas olacağı ümidilə Kəpəz Hospitala gələn xəstə bundan sonra başına gələnləri Bakupost.az -a müsahibəsində danışıb.
Gülşən Adışirinova özünün və oğlunun başına gətirilənləri açıqlayıb.
Ətraflı videomüsahibədə izləyin.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443652_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443653_4.jpg
Müsahibədə ünvanına kəskin ittihamlar səsləndirilən, Kəpəz Hospitalda çalışan Azər Kərimovla əlaqə saxlayaraq, onun məsələyə münasibətini öyrənmək istədik.
Həkim açıqlama verməsə də, özünü onun meneceri kimi təqdim edən Elturan adlı şəxs həkimə şər-böhtan atıldığını bildirdi:
“Həmin xanıma sadəcə, linza əməliyyatı olunub. Xəstədə yüksək şəkər olduğu üçün sonradan torlu qişada qopmalar olub. Bunun əməliyyata heç bir dəxli yoxdur. Ekspertizanın rəsmi rəyi var. Prokurorluq məsələni araşdırıb, iş bağlanıb. İndi məhkəmə işi gedir. Danışdıqlarının böyük hissəsi yalandır. Məqsəd həkimi şantaj etməkdir. Nə həkim, nə Kəpəz Hospital ona transplantasiya və pul vədi verib. Bütün bunlar onun istəyidir. Biz onun gözünü zədələməmişik. Hazırda məhkəmə prosesi gedir, qərarı gözləyirik”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443769_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443769_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443769_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443770_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443770_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708443770_6.jpg
 
 
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti