Vidadi Orucovdan oğlunun “qazandığı” havayı pulların mənbəyini soruşan olacaqmı?
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə fiziki şəxs Emil Vidadi oğlu Orucov arasında qeyri-yaşayış sahəsinin icarəsi üzrə bağlanmış 320.067 manat məbləğində satınalma müqaviləsi elektron medianın gündəmindən hələ düşməyib. Bu dəfə hamı Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğlu Emil Vidadi oğlu Orucovun belə bir obyekti hansı vəsaitlər hesabına əldə etdiyini yazır. Həqiqətən də, ildə üç yüz min manat gəlir gətirən bir obyektin ərsəyə gəlməsinə güman ki, az pullar xərclənməyib. Bəs Emil Vidadi oğlu Orucov bu pulları necə əldə edib?

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Emil Vidadi oğlu Orucovun 1987-ci ildə anadan olduğu göstərilir. Bu o deməkdir ki, onun hazırda 37 yaşı var. Hesabladıqda Emil Orucov ömrünün ən az 26-27 ilini təhsilə (orta məktəb, ali təhsil, magistratura, aspirantura) verib. Hərbi xidməti də buraya əlavə etsək bu 28 il edir. 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etdikdə onun cəmi 31 yaşı olub. Bir sözlə ömrünün çoxunu elmə həsr etmiş bir şəxsin birdən-birə uğurlu bir biznesmenə çevrilməsi Azərbaycanda mümkündürmü?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara fiziki şəxs Emil Vidadi oğlu Orucov son üç ildə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 12.02.2024-cü ildə 320.067 manat, 20.12.2022-ci ildə 318.622,07 manat, 14.11.2020-ci ildə 289.872 manat. Göründüyü kimi Emil Orucov icarəyə verdiyi yerdən son üç il ərzində kifayət qədər böyük gəlir əldə edib. Buradan Dövlət Agentliyinin rəsmilərinə qaytarılan “otkat”ı və vergi rüsumlarını çıxsaq belə az pul qalmır. İndi siz deyin, Azərbaycan reallığında gənc ömrünün çoxunu elmə həsr etmiş (hərçənd bunun özü də sual altındadır – bunlar atasının pulları ilə də əldə oluna bilər) bir şəxsin bu qədər böyük gəlirlər əldə etməsi mümkündürmü? Qətiyyən mümkün deyil.

Amma onun atası, 68 illik ömrünün 27 ilini direktor vəzifəsində işləmiş Vidadi Ömər oğlu Orucov bunu edə bilər. Qeyd edək ki, Vidadi Orucov 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmiş, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır.

Odur ki, Vidadi Orucov belə bir obyektə, hətta bundan da böyük obyektlərə sahib ola bilər və göründüyü kimi sahibdir də. Təbii ki, o bunları aylıq maaşıyla edə bilməzdi. Vidadi Orucov uzun illərdir rəhbəri olduğu kolleclərdən yaxşı pul yığıb. İmtahanlarda rüşvətxorluğun tüğyan etdiyi vaxtlarda. Həmin rüşvətlərdən əldə etdiyi pulları da Vidadi Orucov daşınmaz əmlaka yatırıb. Qeyd edək ki, indi kolleclərə qəbula nəzarət gücləndirilib, imtahanlarda rüşvətin qarşısı qismən alınıb. Amma Vidadi Orucov 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olarkən nə qədər qanunsuzluqlara yol verib, nə qədər saxtakarlıqlara imza atıb, kim bilir? Hələ koleclərə ayrılan dövlət vəsaitləri də var burada. Cari təmir işlərinə, əsaslı təmir işlərinə, dəftərxana və təsərrüfat mallarına, maşın və avadanlıqlara, inventarların alınmasına ayrılan dövlət vəsaitlərini demirik hələ. Vidadi Orucov küllü miqdarda pulları da bu yollarla qazanıb.

Həmin pullara da Vidadi Orucov övladlarının adına obyektlər tikdirib. Oğlu Emil Orucovun adına olan bəlli oldu. Digər oğlu, Tural Orucovun adına görəsən harda, nə var? Göründüyü kimi vaxtı ilə rüşvət hesabına tikdirdiyi obyektlər Vidadi Orucova indi dividentlər gətirir. Yəni çirkli pulları Vidadi Orucov leqallaşdırıb edib tər-təmiz. İndi rüşvətdən qazana bilməsə də, pullar ona havayı gəlir, göydən yağır, sağdan-soldan gəlir, oğlunun adına olsa da belə. Bu pulların mənbəyini isə ondan soruşan yoxdu. Heç olmayacaq da. Biz bir mətbuat orqanı olaraq soruşmağa cəhd etdik. Vidadi Orucovun elektron poçtuna məktub göndərdik, mobil telefonu vaitəsi ilə oğlunun icarəyə verdiyi yerlə bağlı yayılan məlumatlara münasibət öyrənməyə çalışdıq. Faydası olmadı, düz məlumatlara Vidadi Orucov nə kimi münasibət göstərə bilərdi ki?

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu tenderdə bir sıra qanunsuzluqlara yol verib. Tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Odur ki, bəzi araşdırmalardan sonra bu mövzuya bir daha qayıdacağıq?

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti