Eyvaz Hüseynov mətbuata müraciət edən narazı sakinləri təhdid edib? - Xocavənd sakinlərinin etirazı // VİDEO
"DogruXeber.az" xəbər verir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında, ötən həftənin şənbə günü yenə Xocavənd rayon sakinlərinin hələ də davam edən problemləri müzakirə olunub.

Proqram ilə canlı bağlantı yaradan Xocavənd sakini, eyni zamanda müharibə veteranı Eldəniz Məmmədov bildirib ki, "Xocavənd rayon icra hakimiyyəti "sən demə, iş üçün müraciət edən bəzi şəxsləri yerli məşğulluq idarəsinə göndərir və özləri də məşğulluq idarəsinə tapşırıq verirlər ki, yalnız onların göndərdikləri adam işlə təmin olunsun. Təbii ki, bunu da öz maraqları xatirinə həyata keçirirlər".

Ətraflı videoda:

Yeri gəlmişkən, qeyd edək ki, canlı yayım zamanı Xocavənd sakini olduğunu deyən, Mirzağa Nağıyev adlı şəxs, yayımın şərh bölməsində, sözügedən rayonda bəzi dövlət idarələrində işə düzəlmək üçün müxtəlif məbləğlərdə rüşvət tələb olunduğunu yazıb.

Bundan əlavə, icra başçısı Eyvaz Hüseynovun dostu , eyni zamanda müavini Əfsanə Quliyevanın atası olan Ələddin Quliyevin geniş istirahət parkının ərazisini zəbt edib, parkı məhv edərək, orada restoran inşa etdirdiyini də Mirzağa Nağıyev adlı istifadəçi yayımın şərh bölməsində vurğulayıb. Maraqlıdır ki, Mirzağa Nağıyevin yazdığı məlumatları canlı yayımda olan Eldəniz Məmmədov və şərh bölməsində olan digər Xocavənd sakinləri də təsdiqləyib.

Həmçinin, sakinlər istər içməli sudan, istərsə də təsərrüfatlarını suvarmaq üçün sudan əziyyət çəkdiklərini də bildiriblər.

İcra başçısının müavini Azər Süleymanovun geniş taxıl tarlalarının görüntülərini redaksiyamıza göndərən Eldəniz Məmmədov bildirib ki, suvarma zamanı su Azər Süleymanovun və Eyvaz Hüseynovun "səxavət"indən bəhrələnən digər məmurların əkin sahələrinə yönəldildiyi üçün, digər yerli sakinlərin təsərrüfatı susuzluqdan məhv olur.

Bəli, Xocavənd sakinlərinin gileyləri şsizlikdən başlayıb, torpaqsızlıqdan, susuzluqdan, dərman çatışmazlığından, həkim səhlənkarlığından və sair yol keçərək, Eyvaz Hüseynovun "Kanal14"ə çıxanlar və baxanlar barəsində "tədbir görəcəyi" ilə təhdid etməsinə qədər uzanır. Amma, deyəsən hələ bu da son deyil. Əgər, Eyvaz Hüseynov həqiqətən də sakinlərin iddia etdiyi kimi, kanalımıza çıxmalarına görə onları təhdid edibsə, onların barəsində "tədbir görəcəyini" deyibsə, bu o, deməkdir ki, bu rayondan hələ çooox məlumatlar, müraciətlər, şikayətlər olacaq.

Maraqlıdır ki, 32 illik icra başçısı təcrübəsi olan Eyvazov, illərdir ki, israrla tələb etmələrinə rəğmən, onların mövcud problemlərinin aradan qaldırılması barəsində heç bir tədbir görməyib (hər halda sakinlər özü belə deyir), amma kanala çıxanın barəsində tezliklə tədbir görəcəyini deyir?

Burdan da belə çıxır ki, Eyvaz Hüseynov idarəçiliyində olan rayonda baş verən, mövcud olan və narazılıq yaradan bütün problemlərdən xəbərdardır, amma o, problemlərin aradan qaldırılması üçün tədbir görmək yerinə, narazı sakinləri susdurmaq üçün tədbir görəcəyini deyir.

Yoxsa, ölkə başçısının İcra başçılarına "Mən sizi bu vəzifəyə təyin edirəm ki, vətəndaşlara xidmət edəsiniz", "vətəndaşları incitməyin" və digər bu kimi tapşırıqlarına Eyvaz Hüseynov ümumiyyətlə məhəl qoymur?!

Vətəndaşlara deyil, özlərinə və yaxınlarına xidmət edir ki, bu da ən azından "Kanal14"də təqdim olunan torpaq siyahısından bəlli olur. Vətəndaşlara "etdiyi xidmət" də ki, göz qabağında...

Əlqərəz...

Biz sözümüzü burda bitirsək, səbri tükənmiş Xocavənd sakinlərinin nə sözü bitir, nə də problemləri.
Odur ki, mövzuya yenə qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti