Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33Q ünvanında yaşayan Məsumova Şəfiqə Bəhlul qızı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Qlobal.az Şəfiqə Məsumovanın müraciətini təqdim edir:

“Mən, Məsumova Şəfiqə Bəhlul qızı 1999-cu ildən Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Vətənə, millətə layiq savadlı gənclərin yetişməsində bir vətəndaş-müəllim kimi öz vəzifə borcumu layiqincə yerinə yetirirəm.
Ümumilikdə 33 illik pedaqoji stajım var. 2000-ci il tarixindən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm.

 

2003-cü il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33Q ünvanında oğlum Nurlan Məsum və Hacılı Lamiyə ilə qeydiyyatdayıq və hal-hazırda iki azyaşlı nəvəm də bizimlə yaşayır. Yaranmış təhlükəli vəziyyətlə bağlı qızım və nəvələrim başqa yerdə yaşamağa məcbur olublar. Ailəmin rahatlığı, əmin-amanlığı, sağlam muhitdə yaşamaq hüququ əlimizdən alınıb. Bunun səbəbkarı özlərini əvvəllər “Çardağ”, daha sonra “Marbel Construction” Məhdud Məsuliyyətli Cəmiyyət kimi təqdim edən MTK-dır. Adı çəkilən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin ləğv olunmuş 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xətlərinə zərər vurulur. Hətta su xətlərinin dəfələrlə zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub.

Söküntünün qalıqlarını hər gün məktəbə gedib-gəldiyim yola və evimin qarşısına tökmüş, indi isə evimin qarşısını heç bir haqları və əsasları olmadan taxta konstruksiya ilə hasarlayıblar. 27 Yanvar 2024 tarixində evimin qarşısında qanunsuz hasarlama üçün dirəklərin basdırılmasına etirazımı bildirdikdə isə “Hara istəyirsən, şikayət et!”- dedilər. Taxta hasarlar tezalışan təhlükə mənbəyi olmaqla yanaşı qapalı, kimsəsiz bir yerdə yaşamaqdan, şirkət tərəfindən ailəmə, evimə qarşı hər hansı bir təhlükənin, təxribatın törədiləcəyindən narahatam. Mərkəzi yola çıxmaq üçün istifadə etdiyimiz piyada yolunu bağlayıb, öz məqsədləri üçün maşın yolunu açıq saxlayıblar. Öz evimizdə rahat yaşamağa bilərəkdən maneçilik yaradılır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin normal şəraitdə, sağlam ətraf mühitdə yaşamaq hüququ var. Adı çəkilən (Marbel Construction) MTK bizi normal yaşamaq hüququmuzdan məhrum edir.

Yeni Azərbaycan Partiyasının üzvü olaraq hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində belə “işgüzar” sahibkarlar öz qeyri-qanuni hərəkətləri ilə dövlət başçısının nüfuzuna, apardığı siyasətə əks mövqe tutaraq, vətəndaşların sosial rifahına, firavanlığına xələl gətirirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bu özbaşınalığın qarşısını almaq üçün demokratik Azərbaycan Respublikasının vətəndaşı, bir müəllim, bir ana, bir qadın olaraq bununla bağlı müvafiq qəti tədbirlərin tərəfinizdən görülməyini xahiş edir, evimin hasarlanaraq blokada şəraitinə salınmasının qarşısının alınması üçün sizə müraciət edirəm.

Müdrik siyasətçi, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ordunun Müzəffər Ali Baş Komandanı möhtərəm prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva vətən uğrunda canından keçən şəhid və qazi ailələrinə etimad göstərmiş, öz diqqət və qayğılarını əsirgəməmişlər. Şəhid Elçin İsaqzadənin yaxın qohumu kimi dəyərli prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadan kömək istəyirəm”.

 

 

 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti