Direktorun qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... - NƏ BAŞ VERİR?
Son illər Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunsa da, bu, elm ocağında vəziyyət düzəlmir ki düzəlmir.
Hətta kollektivin davamlı narazılığı və şikayətləri, İnstitutdan xaric edilən professor və işçilərin mətbuatda dərc olunan qalmaqallı müsahibələrindən sonra Səhiyyə Nazirliyi Kardiologiya İnstitutuna yoxlama komissiyası göndərsə də, bu da nəticə vermədi. İnstitut kollektivinin bildirdiyinə görə, himayədarları bu dəfə də Gülnaz Dadaşovanı cəzalandırılmaqdan sığortalaya bildilər.
Görünür elə bu cəzasızlıq İnstitutun direktorunu necə deyərlər, yeni-yeni "qəhrəmanlıqlara" həvəsləndirir.

Bakupost.az -a daxil olan məlumata görə, İnstitutun kollektivi öz problemləri ilə bağlı direktorun qəbuluna düşə bilmir. İşçilər İnstitutdakı problemlərlə bağlı onunla görüşmək üçün kollektiv şəkildə müraciət etsələr də, direktor onların bu istəyini də geri çevirib.
Kollektivin əsas narazılıqlarından biri İnstitutdakı mühit, iş rejimi, elmi işçilərə sayğısız münasibətlə bağlıdır. Belə ki, işçilərin bildirdiyinə görə, İnstitut direktorunun müavini Azər Mirzəxanlı "burda mənəm, Bağdadda kor xəlifə" ədası ilə davranır. Qeyd edək ki, bu barədə əvvəllər də tez-tez mətbuatda müxtəlif məlumatlar yayılır, Gülnaz Dadaşovanın geniş səlahiyyətlər verdiyi A.Mirzəxanlının əsassız olaraq, bəzən isə xırda məsələlərə görə işçilərə izahat yazdırdığı qeyd olunurdu. Kardiologiya İnstitunun elmi işçilərindən biri bu inzibatçılığa münasibət bildirərkən, "sanki elmi-tədqiqt institutunda deyil, "konslagerdə" çalışırıq" demişdi.
Kollektivin bildirdiyinə görə, direktor müavini Azər Mirzəxanlı açıq şəkildə Prezidentin 14 yaşına qədər uşaqları olan həkimlərin növbətçiliyi haqqında fərmanının onu maraqlandırmadığını deyir. Onun institutun əməkdaşlarını həmin fərmana pozmağa məcbur etdiyi bildirilir.

İnstitutda çalışanlar Gülnaz Dadaşovanı bu elm ocağında qoçu dəstəsi saxlamaqda da ittiham edirlər:
"Direktor institutda öz məsələlərini həll etmək üçün qoçu dəstəsi saxlayır. Bu adamlar onun sürücüsünün qohumlarından ibarətdir. Gülnaz Dadaşova onların hərəsinə bir iş verib. Həmin adamlar kabinetlərə daxil olur, direktorun göstərişlərini həkimlərə çatdırırlar".
Qeyd olunur ki, İnstitutda kapital təmirə ehtiyac var. Belə ki, hər dəfə isitmə sistemi sıradan çıxır və həkimlər onu öz vəsaitləri hesabına təmir etdirirlər.

Bundan başqa, direktor bu yaxınlarda bir neçə həkimin otaqlarını əllərindən alması narazılığa səbəb olub:
"Bu günlərdə isə direktorun ağlına yeni ideya gəlib: angioqrafiya şöbəsi açmaq. Bunun üçün bir neçə həkimlərin kabinetini onların əlindən alıb. Nəticədə virus infeksiyalarının tüğyan etdiyi indiki vaxtda həkimlər 5-5, 6-6 qruplaşdırılır və 5 kvadratmetr sahəsi olan ordinaturada oturmağa məcbur edilirlər. Biri-birinin üzərinə asqıra-asqıra, öskürə-öskürə dar otaqlarda işləməyə məcbur olurlar. Uzun tənqidlərdən sonra açılan yeganə duş kabinəsi, həmçinin stasionarda müalicə olunanlar üçün nəzərdə tutulan qadın tualeti angioqrafiya şöbəsi ideyasına görə sökülüb. Hazırda ikinci mərtəbədə qadınlar və kişilər eyni tualetdən istfadə etməyə məcburdur.
Direktor özünüreklam xatirinə Qocalar evində aksiyalar keçirir, bununla bağlı videoçəkliş apartdırıb qocalara qarşı "xeyirxah" olduğunu nümayiş etdirir, ancaq öz institunda yaşlı alimlər və həkimlər sayğısız, aşağılayıcı münasibətə məruz qalırlar. Onun müavini Mirzəxanlı isə tez-tez deyir ki, bu yaşlı professorlar bizim nəyimizə lazımdır, onları pensiyaya göndərmək daha yaxşıdır".

Qeyd olunan narazılıqlarla əlaqədar Kardiologiya İnstitutu ilə əlaqə saxladıq. Oradan İnstituda angioqrafiya şöbəsinin açıldığını Bakupost.az -a təsdiqlədilər. Qeyd etdilər ki, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Həkimlərin kabinetlərinin əllərindən alınmasına və 5-6 həkimin dar bir otaqda yerləşdirilməsinə gəlincə, İnstitutdan bildirdilər ki, angioqrafiya şöbəsinin açılması ilə əlaqədar təmirə aid olan hissədə dəyişiklik aparılıb və bununla bağlı heç bir problem yoxdur:
"Hazırda bütün həkimlər müvafiq otaqlara yerləşdirilib və fəaliyyətlərini davam etdirirlər".
İnstitutda çalışan və himayəsində 12-14 yaşa qədər azyaşlı uşağı olan tibb işçilərinin gecə növbəsinə salınması haqda sualımıza isə belə cavab verdilər:
"Bu məsələ tam olaraq hüquqi cəhətdən tənzimlənir. Əmək Məcəlləsinin 242-ci və 98-ci maddələrinə görə, belə halda əməkdaşlar yalnız öz yazılı razılığı ilə cəlb edilir. Onlarla bağlanmış müqavilədə buna yazılı razılıq veriblər".
BakuPost
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti