Sumqayıt Texnologiyalar Parkı”nın baş direktorunun “topdağıtmaz” sərvəti
Keçən ilin may ayında "Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunaraq onun yerinə Hicran Valehov təyin edilib...

Hicran Valehov indiyə qədər "Azərbaycan Dəmir Yolları” İdarə Heyətinin sədr müavini olub. Mediada yer alan iddialara əsasən cumhuriyyet.az olaraq bildirək ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 15 ilə yaxındır ki, həyata keçirilən maxinasiyaların başında Hicran Valehov dayanıb. Əslən Kəlbəcərdən olan və Cavid Qurbanovun kadrı kimi tanınan Hicran Valehov uzun illərdir ki, köhnə vaqonların təzə adı ilə silinib büdcədən milyonların mənimsənilməsi, ezamiyyət xərclərinin şişirdilib ələ keçiriiməsi və digər maxinasiyaları həyata keçirib.

İxtisasca sığorta müfəttişi Hicran Valehov Avropada geniş biznes şəbəkəsi qurub. Beləki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı "ELUREL TRANS S.R.O.” şirkəti 2018-ci ilin aprel ayının 4-dən Hicran Valehovun adına rəsmiləşdirilib. Sənədlərə görə, cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorová 5803/8, Pezinok 902 01.

Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş "CETS, s.r.o.” şirkətinin sənədlərinə görə, 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə "ALLİANCE – GROUP” şirkətidir. 200 min çex kronu nizamnamə kapitalı olan "CETS, s.r.o.” hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021). 2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb. Nizamnaməyə görə, bu şirkət istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər. Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda "Alliance-group.eu, spol. s r.o” şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur. Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637)."Alliance-group.eu, spol. s r.o” daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur. Şirkətin Aynur Süleymanlıya aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib. Birdən birə STP-də peyda olan Hicran Valehov qısa müddətdə buranı da öz biznes obyektinə çevirib. Maliyyə xidmətinə öz kadrlarını yerləşdirən Valehov bütün əsas yeyinti vəzifələrində etibarlı adamlarını əyləşdirib.
http://patriot.az/
 

Bölmənin digər xəbərləri

22 May 2025 Daxil Kərimov yeni himayədar axtarışında?
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Dünyapress TV

Xəbər lenti