“Azərsu”da İmran Abbasov talanı: İcra başçısının qardaşı Zaur Mikayılovla əlbirdi? -VİDEO

DogruXeber.az: - Azərsu ASC-nin sabiq sədri Qorxmaz Hüseynovdan sonra qurumda şəffaf idarəetmənin tətbiq ediləcəyi ilə bağlı gözləntilər də özünü doğrultmadı. Agentlikdən cumhuriyyet.az-a daxil olan məlumata görə, qurumun indiki rəhbərliyinin imicinə zərbə vuran şəxslərdən biri də Su ehtiyatları Agentliyinin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasovdur. İmran Abbasov əvvəllər Suraxanı rayon, indi isə Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun doğmaca qardaşıdır. Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra, Azərsu ASC-də departament rəisinin müavin və daha sonra indiki vəzifəsinə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına, arpa, buğdaya qədər payı var. Ancaq əsas problem bu şəxsin rəhbərlik etdiyi idarədə dözülməz şərait yaratmasıdır. Belə ki, onun regionçuluq və qərəzçilik prinsipinə söykənən idarəçiliyi kollektiv arasında ciddi narazılıq yaradıb. Siravi gözətçidən,fəhlədən tutmuş hər kəsin işinə yersiz müdaxilələr edən İmran müəllim özünü padşah kimi aparır.

İmran Abbasovun idarəçiliyində ən müəmmalı məqam anbara müxtəlif mallar gətirən şirkətlərlə münasibətidir.”İnterkabel”, “Universal”, “Polimart”, “Şurataz”, AkPiping, Hinal Grup kimi şirkətlərə süni şəkildə sertifikat problemi yaradılır ki, bu problem də yalnız İmran müəllimə xüsusi konvert təqdim olunduqdan sonra aradan qaldırılır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, İmran Abbasovun əməllərindən ən çox əziyyət çəkən şirkətlərdən biri də “Fuad kimya” şirkətidir. Belə ki, şirkətin “Azərsu”ya təqdim etdiyi məhsulların qabları geri verilməli olduğu halda, İmran Abbasov onları Keşlədə yerləşən balıq bazarı alverçilərinə və Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən məzarlıqlara satdırır. Məsələn anbara gələn və əsas vəsait sayılan priterlər Agentliyin regionlarına və idarələrinə göndərildikdən sonar fərqli olduğu üzə çıxıb. Bu mallar İmran Abbasovun “convert siyasəti” ilə qəbul olunsa da departament rəisi Samir Qənili işdən çıxarılıb, lakin səbəbkara göpzün üstə qaşın var deyən olmayıb. Ardınca İmran Abbasov əsas vəsait sayılan UPS – ləri sənəd üzrə olan yox, digər göstəricilərlə anbarına doldurub. Məsəl üçün UPS – 600 – ün yerinə anbara UPS – 700 qəbul edilib. Bu da öz növbəsində Agentliyin rayon və regional sukanal idarələrinə gedib çatanda bəlli olub.İdarələr səsini çıxardanda Abbasov bunun rəhbərliyin tapşırığı olduğunu deyir. İri su xəttlərinin üzərinə qoyulan siyirtmələr müqavilədə Türkiyə istehsalı olsa da anbara daxil olan Çin istehsalıdır.İri diametrli metal borular müqavilədə tikişsiz, anbara daxil olan tikişli və qalınlığı fərqlidir. Bu günlərdə kanalizasiya xətlərinin açılması üçün nəzərdə tutulan material əvəzinə yanmış məftil alınıb ki, işə yaramayan bu kompanent ciddi narazılıq yaradıb. Bütün bu məhsulları anbara daxil etmək üçün konvertin qalınlığı nəzərə alınır. Agentliyin Sədri Zaur Mikayılov İmran Abbasov haqqında ölçü götürməməsi onun özünü də şübhə altına salır.

P.S. Bəhs olunan material və maliyyə maxinasiyalarını təsdiq edən foto və video faktları növbəti yazımızda təqdim edəcəyik.

 

 

Bölmənin digər xəbərləri

22 May 2025 Daxil Kərimov yeni himayədar axtarışında?
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Dünyapress TV

Xəbər lenti