“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur... - Prezidentə müraciət!
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan Məsimov Mafik Nizaməddin oğlu, eləcə də Məmmədova Aygün Aslan qızı, Cabbarlı Cəlil Oktay oğlu, Balaqayeva Zülfiyyə isa qızı, Süleymanov Hikmət Elbrus oğlu və s. tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi icra edirik:

“Cənab Prezident!

Məlumat üçün bildirək ki, “FAM-88” MMC tikinti şirkətinin rəhbərləri 2019-cu ildən başlayaraq Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 25-ci məhəllədə yaşayış binası inşa etməyə başlamış, lakin tikintini yarımçıq saxlayaraq başa çatdırmamışlar. Tikinti şirkətinin rəhbərləri 28 mənzil və bir neçə obyekti - eyni mənzili və obyekti - müxtəlif tarixlərdə bir neçə vətəndaşa sataraq dələduzluq etməklə, külli miqdarda pul vəsaitini mənimsəmişlər. Lakin tikintini başa çatdırmadan yarımçıq saxlamışlar.

Aldadılmış vətəndaşlar arasında vətən müharibəsi qaziləri, şəhid ailələri, təqaüdçülər, yaşlı müəllimlər, birinci qrup əlillər və dövlət məmurları var. Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə, Şəhərsalma və Arxitektura İdarəsinə ayrı-ayrılıqda şikayətlərimizi bildirmişik. Bir ildən çox müddətdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, hər birimizin ərizələri, ifadələri alınmış, lakin bu müddət ərzində nə binanın tikintisinin başa çatdırılması, nə də bizə dəyən maddi zərərin ödənilməsi üçün təqsirkar şəxslər barəsində tədbir görülməmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bizim suallarımıza məqsədyönlü şəkildə yayındırıcı cavablar verirlər.

Biz zərərçəkmiş vətəndaşlar illərlə işləyib dövlətin vergi və sosial ödənişlərini edib, minbir əzab-əziyyətlə yığdığımız vəsaiti öz həyat və mənzil şəraitimizi yaxşılaşdırmaq, gələcək arzularımızı həyata keçirmək üçün “FAM-88”MMC çirkətindən mənzil və obyekt almışıq. Lakin şirkətin rəhbərləri tərəfindən aldadılaraq, arzularımız və ümidlərimiz sarsıdılmışdır.

Cənab Prezident!

Ümüdimiz tək Sizə və Sizin dəmir yumruğunuzadır. Biz Sizə güvənirik və xahiş edirik ki, yuxarıda göstərilən hallarla əlaqədar “FAM-88” MMC tikinti şirkətinin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 25-ci məhəllədə yerləşən binanın tikintisinin başa çatdırmasına və ya bizə dəyən maddi zərərlərin ödənilməsi üçün işin nəzarətdə saxlanılmasına göstəriş verəsiniz”.

Qeyd edək ki, məsələ ilə bağlı “FAM-88” MMC tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704526608_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704526608_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704526608_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704526608_4.jpg
Hurriyyet.az
 
 
 

Bölmənin digər xəbərləri

22 May 2025 Daxil Kərimov yeni himayədar axtarışında?
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Dünyapress TV

Xəbər lenti