Tikdiyi binaların sakinləri narazıdır, özü isə... -
Zaman-zaman Milli Məclisdə təmsil olunan deputatlarn susqunluğu haqda yazılıb, deyilib. Deputat mandatının bəziləri üçün sadəcə biznesini qorumaq vasitəsi olması artıq sirr deyil. O da təsadüfi deyil ki, ölkənin müxtəlif sahələrində ən böyük iş adamlarının əksəriyyəti parlamentdə təmsil olunur. Onlardan biri də tikinti sahəsində hədsiz böyük paya malik olan deputat Ağalar Vəliyevdir.

Onun rəhbərlik etdiyi (rəsmi formada olmasa da) “Kristal Abşeron” şirkəti ölkənin müxtəlif regionlarında, xüsusilə paytaxt Bakıda böyük layihələr icra etməklə yanaşı, dövlət səviyyəsində gerçəkləşdirilən irimiqyaslı proqramlarda da iştirak edir. Bunların sırasına qaçqın və məcburi köçkünlər, şəhid ailələri və qazilər üçün tikilən binaları, fərdi mənzilləri daxil etmək olar. Yəni haqqında danışdığımız adam ölkənin tikinti sahəsində hədsiz böyük paya sahib olan bir şirkətin sahibidir.
Bütün bunlara baxmayaraq, A.Vəliyevin adı hər zaman susqun deputatların siyahısında olub. “Susqun deputatlar” dedikdə , sayı sizə az gəlməsin, parlamentin, demək olar ki, yarısı bu kateqoriyaya aiddir.

Ağalar Vəliyev isə bunların içərisində xüsusilə seçilir. “Qəhrəmanımız” 2020-ci ilin fevralında özünü buraxan parlamentin yerinə keçirilən növbədənkənar seçkilərdə 7 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsindən “seçilib”. Buna qədər isə o, parlamentdə 11 saylı Qaradağ Seçki Dairəsini təmsil edib. 2020-ci ilin fevral ayından bəri Milli Məclisin meclis.gov.az saytında yerləşdirilən stenoqramlarda A.Vəliyevin yalnız bir çıxışı var: 09.04.2020 – tarixində keçirilən iclasda o, 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair çıxış edərək mövzu ilə bağlı uzun bir mədhiyyə səsləndirilib. Vəssalam!

Bu yerdə xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 9-du maddəsinə görə, MM deputatının qanunvericilik təşəbbüsü hüququ var. Ən azı bu hüquqdan istifadə edən deputat müzakirələrdə iştirak edə, müəyyən çıxışlar edə bilər. Belə ki, həmin maddədə bildirilir ki, deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər edilməsi haqqında layihə təklif edə bilər;
qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;
Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər edilməsi haqqında təkliflər irəli sürə bilər.
Göründüyü kimi, Milli Məclisdə təmsil olunan hər bir deputatın danışması, çıxış etməsi üçün xeyli səbəb və yaxşı şərait var. Eyni zamanda deputatlar seçicilərini narahat edən məsələlərlə bağlı parlamentdə məsələ qaldıra bilərlər. Lakin bunun üçün görünür həqiqətən də seçicilərin səsini təmsil etmək lazımdır. Hansı ki, biz bir neçə deputatın timsalında bunu görürük. “Bizim deputat” isə necə deyərlər, “az aşım, ağrımaz başım” prinsipi ilə susmağa, səsini çıxarıb gündəmə gəlməməyə üstünlük verir.

Ağalar Vəliyevin stenoqramlar siyahısında qarşımıza çıxan yeganə çıxışından bir parçanı təqdim edirik: “Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar və hökümət üzvləri! Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və uğurla gerçəkləşdirilən irimiqyaslı köklü islahatlarla əlamətdar olmuşdur. Müzakirəmizə təqdim olunan, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri ilə seçilən Nazirlər Kabinetinin hesabatı, zənnimcə, yüksək peşəkarlıqla mükəmməl hazırlanmışdır...”

Əslində uzun çıxışdır, biz sadəcə girişini təqdim etdik: haqq etmədiyi kürsüdə oturan hər kəs belə bəlağətli danışar yəqin ki...
P.S. Ağalar Vəliyevin MM-in komitə iclaslarındakı fəaliyyəti ilə bağlı məlumatlı olmadığımız üçün yuxarıda yazılanların plenar iclaslara aid olduğunu xüsusi qeyd etməyi lazım bildik.

AFN.az

Bölmənin digər xəbərləri

22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı

Dünyapress TV

Xəbər lenti