Həmkarlar İttifaqları Konfederasiyasında “putyovka” biznesi - Milyonlar necə “yeyilir”?
 
 

Azərbaycanda həmkarlar ittifaqları və onların birləşdiyi konfederasiyanın fəaliyyəti ilə bağlı insanların yaddaşında qalan əsas xüsusi məqam bu qurumların “putyovka” biznesi ilə məşğulluğudur. Həmkarlar ittifaqlarının rəhbər şəxsləri hər il minlərlə “putyovka” satmaqla böyük gəlir əldə edirlər.

 

Sfera.az bildirir ki, qanunvericiliyə əsasən həmkarlar təşkilatına üzv olan işçilərin müalicə və istirahətini səmərəli təşkil etmək üçün həmkərlar təşkilatlarından yollayış (“putyovka”) almaq hüququ var. Həmin yollayışların vasitəsilə işçilər, onların ailə üzvləri Abşeron yarımadası, Nabran, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Lənkəran, Masallı, Lerik, Naftalan, Şabranda yerləşən istirahət mərkəzlərinə, sanatoriya-kurort müəssisələri və sağlamlıq düşərgələrinə gedə bilərlər.

 

Çoxlu sayda üzvü olan həmkarlar qurumlarlarının bu sahədə fəaliyyətini necə təşkil etdiyi, nə qədər yollayışı pulsuz verdiyi, yaxud nə qədərinin satıldığı, yollayışların hansı istirahət mərkəzlərinə verildiyi haqqında ətraflı məlumata rast gəlinmir.

 

Həmkarlar təşkilatlarının birləşdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da fəaliyyəti bu baxımdan olduqca şübhəlidir.

 

Azərbaycanda 1 700 000 nəfərə yaxın əmək müqaviləsi ilə işləyən şəxs var. Bundan başqa, çoxlu sayda insan pensiya alır. Qanunvericilik həmkarlar təşkilatına üzvlük haqqı ödəyənlərə, “pensiya fondu”na sığorta haqqı ödəyənlərə və onların ailə üzvlərinə yollayış almaq hüququ verir. Ümumilikdə bir neçə milyon insan həmkarlar təşkilatından yollayış ala bilər.

 

Amma sosial şəbəkələrdə, mediada dərc olunan məlumatlardan anlaşılır ki, yollayış ala bilən insanların sayı olduqca azdır. Halbuki, bu insanların bir qisminə “putyovka”lar pulsuz, bəzilərinə haqqını qismən ödəməklə, digərlərinə isə haqqı tam, lakin bazar qiymətlərindən aşağı olmaqla yollayış verilməlidir. Narazılıqlardan aydın olur ki, uzun müddət əmək fəaliyyəti ilə məşğul olan, həmkarlar təşkilatlarına üzv olan insalar ötən 20-30 il ərzində bir dəfə də olsun, “putyovka” ala bilməyib.

 

Bunun başlıca səbəbi həmkarlar ittifaqlarının və onların birləşdiyi konfederasiyanın “putyovka” satışını biznesə çevirməsidir. Bu biznes konfederasiyaya 1993-cü ildən bəri 30 ildir ki, rəhbərlik edən Səttar Möhbalıyevin vaxtında xeyli “inkişaf” etdirilib.

 

Hazırda həmkarlar ittifaqlarının balansında Azərbaycanın şəfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Bu mərkəzlərdə hər il on minlərlə insan məhz “haqqını” ödəməklə yollayış alaraq istirahət edirlər. Şəfalı yerlərdə istirahətə və müalicəyə ehtiyac yüksək olduğundan həmin yollayışlara tələb də böyük olur. Buna görə də uzun müddət əmək fəaliyyəti ilə məşğul olan şəxslər “putyovka” ala bilmədiyi halda ayrı-ayrı insanlar, “haqqını” ödəməklə, asanlıqla yollayış alıb istirahət və müalicə mərkəzilərinin xidmətlərindən yararlanırlar.

 

 
 
 

Həmkarlar konfederasiyasının hesabatlılığının aşağı səviyyədə olması, fəaliyyətində şəffalığı təmin etməməsi də qurumun fəaliyyətinin nöqsanlı olmasının göstəricisidir. Konfederasiyanın rəsmi informasiya resurslarından qurumun maliyyə hesabatları ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bilmək olmur ki, konfederasiyaya üzv olan təşkilatlar il ərzində nə qədər üzlük haqqı toplayır, bunun nə qədəri yollayışların maliyyələşdirilməsinə yönəldilir, istirahət və müalicə mərkəziləri hansılardır, təşkilatın balansında olan əmlakların saxlanılması üçün nə qədər vəsait ayrılır.

 

Konfederasiyanın bu məlumatları açıqlamaması “putyovka” biznesi ilə bağlı narazılıqların əsassız olmadığını göstərir.

 

Nəzərə alaq ki, həmkarlar ittifaqları ictimai qurumdur və onların gəliri əsasən üzvlük haqları hesabına formalaşır. Belə qurumlar üzvləri və ictimaiyyət qarşısında hesabatlı olmalıdır.

 

Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar göstərir ki, 2022-ci ildə həmkarlar konfederasiyasına 27 həmkarlar ittifaqı üzvdür. Həmkarlar ittifaqları isə 1 102 484 üzvü özündə birləşdirir. İttifaqlarda 14 202 həmkarlar təşkilatı, o cümlədən 60 birləşmiş və 501 şəhər, rayon komitələri  fəaliyyət göstərir.

 

Həmkarlar ittifaqı hər ay üzlərindən əməkhaqqı, təqaüd və əlavə hesablanmış qazancların, maddi yardımın, mükafatın və digər gəlirlərin müəyyən hissəsini üzvlük haqqı kimi alır. Adətən üzvlük haqqı 2 faiz civarında olur. Azərbaycanda orta aylıq əməkhaqqının 921 manat olduğunu nəzərə alsaq, təşkilatlar üzvlərindən hər ay ümumilikdə təxminən 20 milyon manat, bir ildə 240 milyon manat üzvlük haqqı toplayır.

 

Üzvlük haqqından başqa həmkarlar ittifaqları  təsərrüfat  hesabı ilə işləyən mədəni-maarif, idman müəssisələrindən və fəaliyyətin digər növlərindən, başqa mənbələrdən, o cümlədən ianələr hesabına vəsaitlər əldə edirlər. Digər vəsaitləri də nəzərə alsaq, ittifaqlar və konfederasiya il ərzində bir neçə yüz milyon manat gəlirə sahib olur.

 

Bu gəlirlərin çox hissəsi məhz üzvlərin və onların ailə üzvlərinin istirahətinə, müalicəsinə yönəldilməlidir. Lakin S.Mehbalıyevin rəhbərlik etdiyi konfederasiya bu vəsaiti qaranlıq məqsədlər üçün istifadə etməklə yanaşı, kütləvi şəkildə “putyovka” biznesinə də himayədarlıq edir.

 

Orxan

Bölmənin digər xəbərləri

22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı

Dünyapress TV

Xəbər lenti