Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər
Yardımlı rayonunda ekologiya içilərinin meşələrin kütləvi şəkildə məhv etməsindən xəbər vermişdik. Həmçinin, baş verən ekoloji cinayəti gizlədilməsinə cəhdlər edildiyini də bildirmişdik.

Qeyd edək ki, noyabrın 18-dən başlayaraq 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında yüzlərlə ağac işlik material üçün kəsilib. Və işlik material üçün lazım olmayan hissələr odun kimi satılıb.



Ləzir kəndinin sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı apardığı yoxlamalar meşə təsərrüfatı mərkəzinin rəhbərliyinin məsuliyyətini azaltmaq məqsədi ilə keçirilib. Görüntülər yoxlama aparan ekologiya işçilərinin müdhiş saxtakarlığa əl atdığını göstərir. Belə ki, diametri 1.1 metr olan ağacı Rauf adlı ekologiya müfəttişi ölçü qoyulmamış 52 santimetr göstərir və bu barədə ölçünü götürən şəxsə piçıltı ilə bildirir. Görüntülərdə cinayət faktını əks etdirən səs aydın şəkildə eşidilir.



Meşə mafiyası niyə kəsilmiş ağaca 52 santimetrdən artıq ölçü qoymağa imkan vermir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmişdir ki, meşə ərazisində diametri 52 sm-dən yuxarı kəsilmiş ağacın hər sm üçün 33 manat əlavə cərimə hesablanmalıdır. Deməli, 52 sm-ə qədər 50 manat hesablanır, ondan yuxarı isə hər sm-ə 33 manat üzərinə gəlir.

Bu arada ekologiya müfəttişlərinin videogörüntülərdə ölçüsünü azaltmağa çalışdığı sözügedən ağacın cəriməsi 50 manat yox, 1954 manatdan çox olmalıdır. Üstəlik adı “Qırmızı Kitab” a salınmış ağac olduqda isə bunun cəriməsi 5 mislinə vurulur. Həmin ağac şabalıdyarpaq palıd ağacıdır. Bu isə adı Qırmızı Kitaba daxiı edilmiş ağac cinsidir.
Meşə quldurları isə həmin ağacı şabalıdyarpaq palıd yox, şərq palıdı kimi qeydə alırlar. Halbuki şərq palıdının gövdəsinin diametrli 60 sm gəlib çatır, şabalıdyarpaq palıdın gövdəsinin diametri isə 100-150 sm.

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər
Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər

Göründüyü kimi, meşə mafiyası təkcə adi ağacları yox, qanunla kəsilməsi qadağan olunan nadir agac cinslərini də məhv ediblər. Amma təbiəti qorumalı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti baş verən ekoloji cinayət faktının miqyasını azaltmağa çalışır…


Mənbə: "Aztoday.Az"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Bölmənin digər xəbərləri

22 May 2025 Daxil Kərimov yeni himayədar axtarışında?
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Dünyapress TV

Xəbər lenti