Muxtar Babayev Vüsal Talıblı ilə bağlı niyə tədbir görmür? - Yüz hektarlarla fond torpağı gizli icarəyə verilib
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblı meşə ərazilərinin yararlı torpaqlarının böyük hissəsini müxtəlif şəxlərə icarəyə verib.

Ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondunda əməliyyat həyata keçirdi. Prokroluğun rəsmi açıqlamasında bildirildi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondunda istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov qanunsuz əməllərə görə həbs olunub. Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib və onların hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma və həbs qətimkan tədbirləri seçilib.

Ekologiya və Təbii Sərvətlər nazirliyində gəlirli yerlərdən birinin məhz meşə sahələri olması hər kəsə bəllidir. Bir çox meşə idarələrinin rəhbərləri gizli şəkildə meşə torpaqlarının bir hissəsini müxtəlif adamlara icarəyə verməsi, daha məhsuldar olan əraziləri isə yaxın ətraflarına məxsus adamların adlarına rəsmiləşdirməsi ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb.

Belə məmurlardan biri də Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblıdır.

AzFakt.com saytına daxil olan məlumatda bildirilir ki, Vüsal Talıblı dövlətə məxsus meşə ərazilərinin yararlı torpaqlarının böyük hissəsini müxtəlif şəxlərə icarəyə verib. Həmçinin direktorun bəzi əraziləri özü əlkdiyidə qeyd edilir. Vəzifəyə təyin ediləndən torpaq icarəyə verilməsi işinə girişən Vüsal Talıblının bu işdən yaxşı qazanc əldə etdiyi bildirilir.

Qeyd edək ki, ölkə mətbuatında Vüsal Talıblının Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi üçün 70 min manat xərc çəkdiyi iddia edilirdi.

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Teref. Xocanın Blogu
 

Bölmənin digər xəbərləri

22 May 2025 Daxil Kərimov yeni himayədar axtarışında?
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Dünyapress TV

Xəbər lenti