“Araz” super-marketi həm müştəriləri, hım də “Ariel”i aldadır



“Araz” super-marketlər şəbəkəsinin mağazalarında satılan bəzi mallara endirim kampaniyaları tətbiq olunur. Endirim elanları hətta radio verilişlərinin içində reklam kimi səsləndirilir və səsgücləndirici qurğular vasitəsilə mağazaların salonunda müştərilərə də eşitdirilir.
Hərçənd, hər şey heç də göründüyü, göstərildiyi kimi deyil. Bu günlərdə redaksiyamıza müraciət edən müştəri bildirir ki, “Araz” marketlər şəbəkəsinin Bakı şəhəri, Azadlıq prospekti – 103 ünvandakı mağazadan toplam qiyməti 42.60 AZN təşkil edən bir neçə adda məhsul, o cümlədən, 5 kq-lıq bağlamada “Ariel” yuyucu tozu alıb. Müştərinin mağazanın içində çəkdiyi fotoşəkildən bəlli olur ki, yuyucu tozun 5 kq-lıq bağlamasının qiyməti 30.99 AZN-dən 15.99 AZN-ə endirilib. Müştəri malları alıb evə qayıdandan sonra mağazanın kassasından verilən qəbzə baxıb görüb ki, yuyucu toz ona 15.99 AZN-ə deyil, 21.99 AZN-ə satılıb. Beləliklə, müştəri 6 AZN aldadılıb.
Məsələ ilə əlaqədar “Araz” super-marketlər şəbəkəsinin aid olduğu “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müdiri Pərvanə xanımla vatsapp vasitəsilə əlaqə saxladıq. İlk əvvəl şirkət rəsmisi problemi sistem xətası kimi təqdim etməyə çalışdı: “Bunların elanı artıq mağazalarda gedir radioda. Endirim çox olduğu üçün kassada sistemi dəyişməyə ləngiyir əməkdaşlar. Çeki dərhal təqdim etsinlər, dəyişsinlər”. Öz növbəmizdə bildirdik ki, hər şeyi olduğu kimi dərc edəcəyik, hadisəni də, onun verdiyi izahı da. Pərvanə xanım əvvəlcə “lazım deyil, Siz soruşdunuz, mən cavab verdim”, sonra isə “özünüz bilin” dedi və ardından həmin müştəriyə ünvanladığı belə bir tövsiyəsini çatdırmağı bizdən xahiş etdi: “Siz o müştəriyə deyin ki, çeki əlinə götürüb “Nəşriyyat”ı gəzənə qədər mağazada pulunu geri alsın. Ya da o müştəri Siz özünüz deyilsəniz”.
Pərvanə xanım bizə vatsap vasitəsilə mağaza əməkdaşının səsini də göndərdi: “Burda heç bir problem yoxdur, qiymətlər doğru keçir. 30 AZN-lik çek tamamlananda məhsul endirimə düşür. Burda 30 AZN endirimdə olan “Ariel”lə bir yerdə tamamlanıb. Elə olmalı deyil. Yəni, digər məhsulların cəmi qiyməti 30 AZN olmalıdır ki, “Ariel” endirimə düşsün. Burda heç bir qiymət fərqi yoxdur. Yəni, “Ariel”in normal qiyməti 21.99 AZN-dir, həmin qiymətlə də keçib, burda heç bir səhv yoxdur. 21.99 AZN-ə olan mal ümumiyyətlə, endirimdə olan mal deyil, endirimdə olan 5 kq-lıq maldır. 21.99-a olan 3 kq-lıq “Ariel”in qiymətidir”.
Bunun ardından şirkət rəsmisinin növbəti mesajı gəldi: “Ariel” məhsulundan 30 AZN-lik alanı nəzərdə tutur. Bu endirim “Araz”ın yox, “Ariel”in verdiyi endirimdir. Məhsul istehsalçısı öz məhsulundan daha çox sata bilmək üçün həvəsləndirici qiymət endirimi qoyub bizim mağazada. Siz səhv malı müqayisə edirsiniz. Endirim 5 kililuq “ariel”ədir, çekdəki 3 kq olan məhsuldur. Adam görmür ki, məhsul 3 kiloluq götürür, ya 5 kiloluq?”
Belə çıxır ki, “Araz” super-marketi“Ariel” yuyucu tozunun 5 kq-nı 15.99 AZN-ə, 3 kq-nı 21.99 AZN-ə satır? Hansı avam müştəri bu fürsəti qaçırar? Buradan belə nəticə hasil olur ki, “Araz” super-marketlər şəbəkəsi həm müştərini, həm də “Ariel” yuyucu tozunu onlara satdıran distribütoru da aldadır. Axı, “Araz”a kim ixtiyar verib ki, “Ariel”in etdiyi endirim hesabına müştəriyə özünün 30 AZN-lik digər məhsulunu sırısın?

Əgər müştəri doğrudan da 5 kq götürübsə, kampaniya indi də qüvvədədir 5 kq üçün, pulun qalığını alsın.

İbrahim Hümbətov


“Araz” super-marketi həm müştəriləri, hım də “Ariel”i aldadır


“Araz” super-marketi həm müştəriləri, hım də “Ariel”i aldadır


“Araz” super-marketi həm müştəriləri, hım də “Ariel”i aldadır


“Araz” super-marketi həm müştəriləri, hım də “Ariel”i aldadır


“Araz” super-marketi həm müştəriləri, hım də “Ariel”i aldadır


“Araz” super-marketi həm müştəriləri, hım də “Ariel”i aldadır

Bölmənin digər xəbərləri

22 May 2025 Daxil Kərimov yeni himayədar axtarışında?
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Dünyapress TV

Xəbər lenti