FHN-də ƏCAİB-QƏRAİB işlər davam edir...
Fövqəladə hallar Nazirliyində son dövrlərdə baş verən hadisələr cəmiyyətdə bu dövlət qurumunun ciddi tənqidinə hədəf olmuşdur. Bəzi harınlamış məmurlar dövlət əmlakını yeyib üstündən su içdikdən sonra da qadın əməkdaşları yoldan şıxarmaqla, intim videolar çəkib özlərini qəhrəman kimi hiss etməklə gündəmə gəlirlər. Bu yaxınlarda məhkəməsi başa çatmış Zaur Mirzəyev hadisəsinin şokundan çıxmağa macal tapmamış yeni bir sürprizlə qarşılaşmaq ehtimalımız da gündən-günə təşviş doğurmaqdadır. Aktualxeber.az-a daxil olan məlumata görə , FHN-in Yanğından Mühafizə Xidməti Maliyyə Şöbəsinin rəisi Elvin Xanlar oğlu Mehdiyev Zaur Mirzəyevin əməllərini təkrarlamaq yolunu tutub. Bu o Elvin Mehdiyevdir ki, Ramiz Mehdiyevin yaxın qohumudur. Dərd burasındadır ki, Ramiz Mehdiyev vəzifədən getsə də, onun qohum-əqrəbası sarmaşıq kimi dövlət aparatını bürümüşdür. Təbiidir ki, hamının işləməyə də, vəzifə tutmağa da haqqı vardır. Lap elə Elvin Mehdiyevin də. Tutduğu vəzifə də pis deyil. Amma…
Bax məsələ o, ammadadır. Elvin Mehdiyev o boyda Xidmətin maliyyə işlərini fırlatmaqla yanaşı, eşq macəraları yaşamaq üçün də fürsətini fövtə vermir. Bu yaxınlarda FHN-in qaynar xəttinə edilən vətəndaş şikayəti göstərir ki. Elvin Mehdiyev haqqında edilən şikayət əsassız deyildir. Necə deyərlər, od olmasa tüstü çıxmaz. Vətəndaş şikayətində bildirmişdir ki, Elvin Mehdiyev onun gəlininə sataşır, intim əlaqələr təklif edir. Biz həmin vətəndaşın kimliyini bilirik. Lakin etika xatirinə hələlik bu adı açıqlamırıq. Gözləyirik ki, nazir Kəmaləddin Heydərov nəhayət ki, Elvin Mehdiyev haqqında tədbir görsün.
Maraqlı məsələlərdən biri də odur ki, bu cür hadisələr məhz FHN-in Yanğından Mühafizə Xidmətində baş verir. Ona görə də bu Xidmət ilk növəbədə öz əməkldaşlarının odunu söndürmək məcburiyyətində qalıb.
Hər bir halda cənab nazir Kəmaləddin Heydərov təcili əncam çəkməlidir. Əks təqdirdə yeni Zaur Mirzəyev həngaməsi cəmiyyəti silkələyəcəkdir. Bu da həm Nazirliyin, həm də Kəmaləddin Heydərovun nüfuzuna zərbə olacaqdır.
 //tezexeber//

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti