Bu gün, 10:25           
Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Vətən uğrunda nə qədər qurbanlar verilib. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır.
Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqın qorunması vacib müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. Uğrunda minlərlə şəhid verdiyimiz bu torpağın mənəvi dəyəri çox yüksəkdir.
Bugün Laçınımız bir qrup yaltaqın yalağın haq bilməzin, özlərindən başqa heç kimi düşünməyən, "vətən" "dövlət" "xalq" deyənlərin cəngindədir. Bərpa və yenidənqurma, abadlıq işləri altından milyonlarla pul vəsaitləri göyə sovrulur. Tikilən evlərin çoxundan rayon sakinləri narazıçılıq edir. Evlər keyfiyyət baxımından çox aşağı səviyyədə tikilib bərpa edilib. Keyfiyyətli və komfortlu evlərdə tikilib. Laçında qiymətlər od tutub yanır. Bahalıq pik həddədir. Ora köçürülən rayon sakinlərinin çoxu hal-hazırda işsizlikdən əziyyət çəkir.
Haqqı demək haqqı müdaifə etmək lazımdır. Laçın kiminsə şəxsi mülkü deyil ki, monopoliya edib özəlləşdirsin.
Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin göstərişləri nöqtə vergülünə kimi icra olunmalı idi. Təəssüf ki, Cənab Prezidentin etimad edib nümayəndə təyin etdiyi hörmətli Məsim Məmmədov Laçında baş verən özbaşınalıqlarla göz yumur. Mənim tanıdığım onlarla şəxslər var ki, evləri tikilməyib. Ata yurdumuz bərpa olunub tikilmək əvəzinə hələ evə gedən yolu kəsib başqasının həyətini genişləndiriblər. Bütün bunların məsuliyyətini kim daşıyır?! Laçında tikilib "hazır" olan biabırçı nöqsanlara görə sökülən evlərin məsuliyyətini kimlər daşıyır? Cənab Prezident İlham Əliyevin müharibə bitər- bitməz abadlıq və quruculuq işlərinin başlamasına göstəriş verib ayırdığı pulları nəyə görə göyə sovururlar?!
Maraqlı mənzərə ortaya çıxıb. Laçınlılar bir neçə qrupa bölünüb. Əsas iki qrupu qeyd edəcəm. Laçında baş verən haqsızlıqla bağlı etiraz edənlər, və Laçında baş verən haqsızlıqları malalayanlar.
Bəylər və xanımlar haqqı demək vətənini, dövlətini sevməmək deyil. Əksinə sevib can yandırmaq deməkdir. Biz dövlətimizi, vətənimizi sevirik. Dövlətimizin malını mülkünü talan edənlərə qarşı mübarizə aparırıq. Bununla bağlı Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, harada haqsızlıq, məmur özbaşınalığı gördünüz yazın şikayət edin. Əminəm ki, Laçında baş verən neqativ halların qarşısı alınacaq. Xoşbəxt firəvan şəkildə bütün laçınlılar doğma Laçında yaşayıb yaradacaqlar.
Teref.az yazır ki, daha sonra müəllif bir Laçın sakininin yazdığı sttusu paylaşıb. Statusda Laçında bu günki gün üçün qiymətlərlə bağlı faktlar öz əksini tapıb.Statusuda təqdim edirik:
"Yusif Şamil Oğlu
Laçın şəhər sakinin şərhini olduğu kimi şərh bölümünə yerləşdirirəm.
MƏN LAÇIN ŞƏHƏRİNDƏ YAŞAYIRAM. HƏMİŞƏLİK SAKİN OLARAQ DEYİRƏM. RAHAT MARKETDƏ. 300qr.lıq çörək 1 bir manat. Smith 1man 20. qəpik. Qold əkbər çay 250.qramlıq.7man 52qəpik. Bakıda 3man.52. qəpik. Şəkər tozu 5kq.lıq 10.man. 50. Qəpik. Paçkada qreçka, düyü, vermişik, makaron. BAKIDAN çox baha.
Araq zəhərə qalsın nə məcburdu araq içənlər? Şəhidlərin qanı qurmayan o müqəddəs torpaqlarda araq heç ki lazımda deyil. Həkəri çayın kənarında bir çaynik çay 6mdan 8 man.qədər mürəbbə, pletka şokoladlı mütləqdir. Satıcı belə dedi.avtobus yoxdu RAHAT MARKET köhnə opitin yerində çıxmaq olmur. Hərbiçilər, fəhlər çoxdu deyə alver yaxşıdı. Quzu əti 1kq. 20manat. Kələm, pomidor, badımcan, bibər 1kq.=1man .50.qəpik. eləbil LAÇIN CAMAATI banklardan faiz alır.
Çox bahalıdır.
Ответить
7 ч."

Yusif Şamil Oğlu

 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti