BIR VAXTLAR MAŞINLA ADAM VURUB DEYILƏN ICRA BAŞÇISININ INDI DƏ, SÜRÜCÜSÜ INƏYI VURUB ÖLDÜRDÜ.
Neftçalanın gənc icra başçısı Prezidentin qəbulunda olarkən başladığı səhvlər seriyasını davam etdirir
Söz vaxtına çəkər, düz iki il əvvəl bəzi onlayn kütləvi informasiya vasitələrində Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunmuşdu.

Doğrudur, Neftçala rayon İcra Hakimiyyəti tələsik həmin məlumatı təkzib etdi ki, onlar həqiqəti əks etdirmir; ümumiyyətlə belə bir hadisə baş verməyib və kökündən yanlışdır.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırdı, hətta bir az da uzağa gedərək qərəzli informasiyaları dərc etməyin qanun qarşısında məsuliyyət yaratdığı, həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq da etdi. Ancaq o vaxt Mirhəsən Seyidova deyən olmadı ki, yayılan məlumat onun İcra Hakimiyyətini necə idarə etməyi ilə bağlı deyil, maşını idarə edə bilməməyi ilə bağlıdır. O üzdən həmin məlumata Rayon İcra Hakimiyyəti adından deyil, fiziki şəxs kimi, sürücü kimi öz adından münasibət bildirməlidir. O başqa söhbətin mövzusudur ki, bəlkə Mirhəsən Seyidov bəlkə “Dövlət elə mən özüməm” deyən Fransa kralı XIV Lüdovik kimi fikirləşir və bu qənaətdədir ki, Neftçala Rayon İcra Hakimiyyəti elə o özüdür, özü də İcra Hakimiyyətidir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1698341796_2.jpg
Əslində isə məlumatda İcra başçısı Mirhəsən Seyidovun 2021-ci ilin oktyabr ayında şənbə günü axşam saatlarında Neftçala rayon Kürqarabucaq kənd sakini, kənddə «Alim» adı ilə tanınan, əsl adı isə Həsənov Vahid Nüsrət oğlu olan, yaşlı şəxsə idarə etdiyi «tayota Camry» markalı minik avtomobili ilə xəsarət yetirdiyi, həmçinin, zərərçəkmiş şəxsə məxsus bir neçə xırdabuynuzlu heyvanlardan bəzilərini tələf etdiyi, bu azmlş kimi sakinlərin sözlərinə görə, hadisəni törətdikdən sonra hadisə yerini tərk etdiyi bildirilirdi. Kənd sakinləri tərəfindən hadisə yerinə polis və Təcili Tibbi yardım çağırıldığı, eləcə də hadisəni törədən avtomobilin dövlət nömrə nişanı da məhz sakinlər tərəfindən polisə bildirildiyi qeyd olunurdu. Vurğulanırdı ki, icra başçısı xəsarət alan şəxsin özü və yaxınları ilə anlaşaraq baş vermiş hadisəni gizlətmiş, görüntülərin ələ düşməməsi üçün həmin ərazidəki yol nəzarət kameralarının qeydə aldığı görüntülərin «təmizlənməsinı» nail olmuşdur.

Əlbəttə, həmin hadisədən sonra Mirhəsən Seyidov sürücülük vəsiqəsini təhvil vermədi. Çıxardığı yeganə nəticə bu oldu ki, özünə sürücü götürsün. Sürücünün peşəkarlıq səviyyəsinin necə olması da maraqlı deyil. Əsas odur ki, başçı özünü məsuliyyətdən sığortalasın, maşını özü idarə edəndə qol qoya biləcəyi qayda pozuntularını da sürücünün üstünə atsın.

Budur, bu ilin sentyabr ayında xəbər çıxdı ki, Mirhəsən Seyidovun sürücüsü İlkin Manafov “Qarabağ” restoranının yanında kənd sakininə məxsus inəyi İcra Hakimiyyətinə məxsus və iş adamı Qurban müəllimin icraya bağışladığı 18 AA 254 seriyalı “pikap” avtomobillə vuraraq öldürüb və sonra hadisə yerindən qaçıb.

Məsələ ilə bağlı münasibətlərini öyrənmək məqsədilə İcra Hakimiyyəti başçısının özünə, müavininə, sürücüsünə dəfələrlə telefon bağlantısı yaratmağa çalışsaq da, vatsap nömrələrinə mesaj göndərsək də, zənglərimizə, mesajlarımıza cavab vermədilər. Kənd sakinlərindən öyrəndik ki, qiyməti bazarda 2000 (iki min) manat civarında olan inəyə görə sürücü vur-tut 900 (doqquz yüz) manat təklif edib.

Sadiq oxucularımız xatırlayarlar, bir müddət əvvəl “Dəryaz” qəzetinin internet əlavəsi olan “Deryaz.az” veb-saytında “Neftçalada kəndlilərin örüş, otlaq sahələri zəbt edilib” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Həmin məqalədə neftçalanın kəndlərində əsas məşğuliyyəti heyvandarlıq olan əhalinin örüş, otlaq sahələrinin ayrı-ayrı imkanlı şəxslər tərəfindən zəbt edilməsinə, torpaqların sakinlərin tanımadıqları kənar şəxslərə satıldığı rayon rəhbərliyi tərəfindən şərait yaradıldığı bildirilirdi. Görünür, Neftçala İcra Hakimiyyətinin başçısı həmin məqalədən sonra “Dəryaz”dan ona heç bir xeyir gəlməyəcəyini qət edib və bizimlə hər cür kontaktdan yayınmağa qərar verib.

Beləliklə, Mirhəsən Seyidovun səhvlər seriyası davam edir. İlk səhvə isə o, 31 yaşında Neftçala Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunanda dövlət başçısının qəbulunda olarkən subordinasiya qaydalarını pozmaqla imza atmışdı. Belə ki, o, eyni vaxtda İsmayıllı rayonuna rəhbər təyin edilən 41 yaşlı Nahid Bağırovu qabaqlayaraq cənab Prezidentin kabinetindəki stolda dövlət başçsına daha yaxın olan stulda əyləşməyə tələsmişdi. Möhtərəm Prezident isə ona yerini göstərmişdi: “Sən yaşda kiçiksən, sən orda otur” — deyərək Nahid Bağırovla yerini dəyişməyi göstəriş vermişdi.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Habil Tağıyev
Deryaz.az

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti