Doğma anasını 2 dəfə dəlixanaya saldıran DGK məmuru Həsən Soltanzadə... -
Problem 13 ildir həll olunmur...
Bu gün Bakı şəhər sakini – Səbail rayonu, Bünyad Sərdarov küçəsi 17, mənzil 22 ünvanında yaşayan Təmrazova Aliyə Həsən qızının başına gələnlər barədə sosial şəbəkədəki səs yazısına qulaq asanda adamın yazmağa, deməyə sözü qalmır.
Min ildən çoxdur ki, deyirik ki, cənnət anaların ayağı altındadır.
Bəs doğma oğlu, özü də yüksəkçinli dövlət məmuru olan, hazırda Dövlət Gömrük Komitəsində ( DGK ) çalışan Həsən Soltanzadə niyə doğma anasına cəhənnəm əzabı yaşadır..?
Ananın dediklərindən bəlli olur ki, oğlu Həsən Soltanzadə ilə 2010-cu ildən problemləri var. Sonda Səbail Rayon Məhkəməsi qərar verib ki, oğlu ona əməliyyat üçün 7100 manat ödəsin. Amma oğlu məhkəmə qərarına əməl etmir.
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, oğul ( əgər ona oğul demək olarsa ) Həsən Soltanzadə qanunsuz yolla doğma anasını dəlixanaya saldıraraq onun var-dövlətinə sahib çıxıb, evindən külli miqdarda pul və qızıl-ziynət əşyalarını oğurlayıb.
Aliyə Təmrazova dəfələrlə sabiq Baş prokuror Zakir Qaralovun, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Mədət Quliyevin və digər məmurların qəbulunda olub. Amma anaya kömək edən olmayıb.
Əksinə, ana deyir ki, Zakir Qaralovun qəbulunda olarkən o məni təhqir elədi.
Aliyə Təmrazova başına gələn müsibətlərdən, o cümlədən yaşadığı evin qarşısından oğurlanıb, zorla psixiatriya xəstəxanasına aparılması, orada saxlanıldığı üç gün ərzində evinin sənədlərinin, qızıl-zinət əşyalarının oğurlanmasına görə 4 yaşından təkbaşına böyütdüyü yeganə oğlu, Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqi Həsən Sultanzadənin günahkar olduğunu deyir. Aliyə xanım deyir ki, Həsən Sultanzadəyə havadarlıq edənlər olmasaydı, indiyədək onun doğma anasına qarşı elədikləri cəzasız qalmazdı.
Yeri gəlmişkən, Həsən Sultanzadə hüquq-mühafizə orqanlarında çalışan dostları vasitəsilə qəbula gedən anasını təhqir etdirir, hətta orada ona zor tətbiq edərək 2-ci dəfə dəlixanaya aparırlar.
Hətta Həsən Sultanzadənin 3-cü dəfə anasını zorla dəlixanaya aparması cəhdi alınmayıb.
68 yaşlı ana xüsusən Səbail rayonunun keçmiş prokuroru Şirxan Adıgözəlovu günahlandırır: “Ikinci dəfə mənim tam sağlam olduğum həkim rəyi ilə sübut edildiyi halda, yenə də küçədən oğurlanıb dəlixanaya aparılmağımda bu adamın rolu olub. Çoxsaylı müraciətlərimə baxmayaraq, onun əməlinə hüquqi qiymət verilmir.
Bu dəfə ”dəlixana əməliyyatı” da baş tutmayandan sonra Həsən Sultanzadə 18 sentyabr 2014-cü il tarixli məktubla Kəmaləddin Heydərova müraciət edib ki, üçüncü dəfə dəlixanaya yerləşdirilməyim üçün ona yardım etsin”.
68 yaşlı qadın onu qanunsuz olaraq dəlixanaya salanlar və bu müddətdə evindən oğurluq edənlərin cəzalandırılmasını tələb edir.
Bütün bu əzablardan sonra ana Aliyə Təmrazova Prezident İlham Əliyevə müraciət edərək pozulmuş hüquqlarının bərpası, cinayətkarların cəzalandırılması üçün dövlət başçısından kömək istəyir.
Burada deyirlər...sözün bitdiyi yer...
P.S. Bir ananın can deməsi üçün bütün varından, yoxundan çıxan övladlar var. Bir ananın yaşından asılı olmayaraq, bircə saat artıq yaşaması üçün canını belə qurban verən övladlar tanıyıram. Övladları üçün bütün məşəqqətlərə dözən analar əlbəttə ki var. Ən kobud misal isə, bir ana söyüşünə görə, ömürlük həbsxanada çürüyən övladlar tanıyıram. Onu da deyim ki, analar, atalar və övladlar heç vaxt kateqoriyalara bölünmürlər. Ögey və ya doğma olsalar belə. Amma bir məsələ var, bəzən belə deyirlər. Filankəs filankəsin ögey oğludur, filankəs filankəsin ögey anasıdır. Görəsən, Aliyə Təmrazova hansı analardandır? Və ya Həsən Soltanzadə hansı övladlardandır? İstər ana üçün, istər oğul üçün bir məsləhətimiz var. Nə qədər ki, günahlarınız sizinlə o dünyaya getməyib, tövbə edərək barışın. Dünya malı müqəddəs deyildir, müvəqqətidir.
Gundelik Baki.com
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti