Ağlar günə qalan NAXÇIVAN TƏHSİLİ...
DİA.AZ: - "16.04.2023 cü il tarixdə yayılan xəbərdə bildirilirdi ki, Naxçıvan təhsil nazirliyi aparatının rəhbəri Rəşad Əlizadənin oğlu Yusuf Əlizadə, Naxçıvan Dövlət Gömrük komitəsinin keçmiş sədri Səhhət Həbibbəylinin oğlu İsa Həbibbəyli, Culfa rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyevin oğlu Bayram Əliyev və digərləri Təhsil nazirliyi vasitəçiliyi ilə Respublika fənn olimpiadaları və beynəlxalq olimpiada qalibi olaraq, qeyri qanuni şəkildə Ali məktəblərə imtahansız qəbul olunublar. Lakin bunlardan başqa da imtahansız qəbul olanlar tapılıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

MƏQALƏNİN ƏVVƏLİ BURADA: Naxçıvanda təhsilin evini NECƏ YIXIBLAR... - ŞOK FAKTLAR AÇIQLANIR...

Məqalənin davamında deyilir: "Naxçıvan Muxtar Respublikası Təhsilini ciddi araşdırsalar, vəzifədə olan nazirlik işçiləri və şöbə müdirlərinin əksəriyyəti ya diplomları saxtadır ya da 50 ballıq fiziki tərbiyə, təsviri incəsənət ya da ki musiqi müəllimliyi ixtisaslarıdır..

Ən acınacaqlı vəziyyət Şərur rayonundadır..
Təhsil, təhsilli gənclər bizim gələcəyimizdir, bu dövlətin onurğa sütunudur..
Aldığımız məlumatlara görə Şərur rayonunda ümumiyyətlə təhsildən söz gedə bilməz..
Məktəblərdə alverçi və katoloqçu müəllimlər, işçilər əlindən, yaxşı müəllimlərdə cana gəlib.

Şərur RTŞ nin müdiri Malik İsmayılov 2021- ci ilin oktyabr ayında Sədərək rayon təhsil şöbəsinin müdiri vəzifəsindən azad edilərək,
Şərur rayon təhsil şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Sədərkdə işlədiyi müddətdə etmədiyi cinayət qalmayıb
( qanunsuz təyinatlar, xaricdə olan uşaqların məktəblərdə adının getməsi və təhsil intriqaları, başlıca rüşvət )
Bunu Sədərək təhsil işçiləri yaxşı bilir.
Malik İsmayılov Azərbaycan təhsil qanunlarını pozaraq imtahansız müəllim direktor və s vəzifələrə də təyinatlar edə bilir. 16.04.2023-cü il tarixli paylaşımınızda onun Şərur 1 nömrəli məktəbə imtahansız UBTR və biologiya müəllimi təyin etməsi haqqında məlumat verilmişdi.
Şərurda imtahansız təyinat artıq normal hala çevrilib.

Məsələn:
Alışar kənd sakini Seyidov Kazim keçmiş Alışar kənd tam orta məktəbinin direktoru sertifikasiyadan kəsilərək, vəzifədən və müəllimlikdən könüllü azad edilib Bakı şəhərinə köçmüşdür.
Bu əvəz edilməz kadr nəyin qarşılığında Bakı şəhərindən çağırılaraq Şərur təhsilində yüksək vəzifə ilə ( direktor )təmin olunub ?.
Şərur rayon Təzəkənd kənd məktəbinin dərs müdiri hansı imtahandan keçib, o insana müəllimlik hüququ necə verilib ?
Malik İsmayılov həqiqətəndə kadr ovçusudur Şərurda o qabliyyətdə bir müəllim tapılmadı Culfa rayon sakinini Bakı şəhərindən gətirilib Şərur məktəbində vəzifə ilə təmin edilib.
Bu biyabırçılıqdır bu Şərur rayon Təhsil Şöbəsinə tabe olan müəllimlərə təhqirdir.
Şərurda belə təyinatlar tez tez olur.
Bunların qarşılığında isə Malik İsmayılov aşağısı 3-5 min AZN rüşvət alır.
Malik İsmayılov Şərura gəldiyi gündən təyin etdiyi direktor və ya direktor müavinlərini ancaq pul qarşılığında işə götürüb..

Maraqlı bir faktı diqqətimizə çatdırıblar..

Araşdırdıq çox maraqlı faktlar ortaya çıxdı.

Şərurda yalnız ailə problemi olan boşanmış İTPM, fiziki tərbiyə, təsviri incəsənət, ÜTF və musiqi ixtisası üzrə olan qadın müəllimlər ardı arası kəsilmədən məktəblərdə vəzifə ilə təmin olunurlar..əlbəttə hər müəllimin haqqıdır, amma görəsən ailəsi olmayanlar təhsilə daha çox vaxt ayırdıqları üçünmü təyinatlar bu yönlüdür ?
Əminəm ki elədir.

Araşdırdıq və bizə məlum oldu ki, Şərur rayon Təhsil şöbəsində lazımı qədər iş bilən və təcrübəli işçilər var.
O işçilərində qələmi Malik İsmayılov tərəfindən qırılıb.

Malik İsmayılov özüdə ÜTF ixtisasıdır..
Qısacası bizim araşdırmalarımızın nəticəsindən belə çıxır ki, bu adam
harada bir gənc xanım müəllime görsə (Əvvəlki təhsil nazirinin müavini Əli Vəliyev kimi ) deyir ki gəl səni verim direktor işlə.

İclaslarda kişi direktorlar ilə çox kobud rəftar edir.
Onlara ancaq adları ilə ya da başqa adla müraciət edir.
Məsələn:
Həsən müəllimə sadəcə Həsən deyir ya Aftandil deyir.
Həmçinin Malik İsmayılov bəzi məktəblərdə tapşırıqları ya xanım təşkilatçiya ya da xanım lobaranta verir.
Məktəb adı çəkmək istəmirəm onsuzda bunları şərur təhsilində hamı bilir.

PS. Bizim fikrimizcə bütün bu oyunbazlıqdan Təhsil Naziri Rəhman Məmmədovun xəbəri olmamış olmaz..
Hörmətli Rəhman Məmmədov, neçə ki, o vəzifəni daşıyırsınız Naxçıvan məktəblərində təhsil alan şagirdlərin ahı sizin boynunuzdadır. Bu gün sadəcə bir rayonda olan özbaşınalıqdan və Naxçıvanda təhsilin nə gündə olmasında söhbət açdıq...

Növbəti paylaşım, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Culfa rayon Təhsil Şöbəsində olan qanunsuzluqlardan olacaq..
Araşdırmamız davam edir".

DAVAMI OLACAQ...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

22 May 2025 Daxil Kərimov yeni himayədar axtarışında?
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Dünyapress TV

Xəbər lenti