İcra başçısının müavini fəhləyə təpik atdı -
Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini, RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Tərtər rayonu üzrə “DOST İş Mərkəzi” MMC-də yaşıllaşdırma sahəsində çalışan fəhlələri nalayiq sözlərlə təhqir və təhdid edir.
Bu barədə 56 yaşlı fəhlə Aydın Şahverdiyev Pravda.az-a ünvanladığı şikayətində bildirib.

Onun şikayətini təqdim edirik: “Martın 30-da rayonda aparılan abadlıq işləri çərçivəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının qarşısında işləyirdik. Bizə tapşırılan işi görürdük. İşimizi icra başçısının birinci müavini Elvin Umudovun tapşırığına uyğun “DOST İş Mərkəzi” MMC-nin nümayəndəsi Saleh müəllim bölür. Bizim idarəmiz Dövlət Məşğulluq Agentliyinə baxır. Abbas Cavadov ora gələrək məni nalayiq sözlərlə təhqir etdi, özü söz-söhbət yaratdı. Mənə dedi ki, qudurmusan, sənin başını əzdirərəm, məhv etdirərəm. Etirazımı bildirdim ki, fəhləyəm, sən məni niyə təhqir edirsən. O, heç kimlə yola getmir. Dərdi nədir, bilmirik. Bundan əvvəl də belə hallar yaşanıb. Onda da etirazımı bildirmişdim. Saleh müəllim də ona tapşırıb ki, fəhələlərlə düzgün rəftar etsin. Başqaları ilə də bu cür davranır. Məni təhqir etdiyi vaxt yanımızda iki briqada, xəstəxananın da qarşısında camaat var idi, şahiddirlər, hamı gördü.

Abbas Cavadov mənə təpik atdı, söyüş söydü. Bizi ayırdılar. Əsəbdən əsirdim. Elə həmin an “102” xidmətinə zəng etdim. Məni polis şöbəsinə çağırdılar. Qəsəbəyə baxan nümayəndələr dedilər ki, Abbas Cavadov icra işçisi olduğu üçün məsələyə prokurorluq baxır. Martın 31-də Tərtər rayon prokuroru ilə görüşmək istəsəm də, o, tədbirdə idi. Müavini ilə də görüşə bilmədim. Polis şöbəsi məni məhkəməyə göndərdi ki, gedib ərizəni orada yazım. Məhkəmə də geri qaytardı ki, burada belə ərizə yazılmır. Latın əlifbasında yaza bilmədiyim üçün xahiş etdim ki, ərizəni yazmağıma köməklik göstərsinlər. Polis tərəfindən heç bir tədbir görülmədi. Həmin vaxtdan Abbas Cavadovu görməmişdik. O, aprelin 12-də yenə gəldi, traktorçu ilə də mübahisəsi oldu. Bizi niyə təhqir etməlidir? Birinci Qarabağ döyüşçüsüyəm. Vətən müharibəsində qəsəbədə zirzəmidə qalıb, yaralılara kömək etmişik, həlak olanların dəfnlərində iştirak etmişik. Hörmətli Prezidentimiz icra başçılarına, icra nümayəndələrinə həmişə tapşırıq verir ki, vətəndaşları incitməsinlər. Bu adam dövlət məmurudur, fəhləyə niyə təpik atmalıdır?”

Vətəndaşın şikayəti ilə bağlı Abbas Cavadovun da mövqeyini öyrənmək üçün Pravda.az-ın əməkdaşı onunla əlaqə yaratmağa çalışıb. Tərtər RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən əməkdaşımıza deyilib ki, A.Cavadov ərazidədir, ancaq saat 15:00-dan sonra əlaqə yarada bilərik. Lakin A.Cavadovla deyilən saatda da əlaqə yaratmaq mümkün olmayıb.

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti