Sumqayıtın icra başçısı stadionu belə “yeyib” –
Azərbaycan futbol ictimaiyyəti bir müddətdir Sumqayıtda tikilən Mehdi Hüseynzadə adına stadionun istifadəyə verilməsini gözləyir. Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulan arenanın açılışı 5 aydır baş tutmur. Stadiondakı işlər ötən ilin dekabrında başa çatsa da, açılış reallaşmır. Səbəb(lər) nədir?

Bu vəziyyət müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Aut.az xəbər verir ki, Publika.az mötəbər mənbələrdən stadionun açılışını yubadan səbəblərlə bağlı məlumatlar alıb. Stadionun yenidən qurulması zamanı layihədə nəzərdə tutulan əksər məsələlər reallaşdırılmayıb. Əsas problem arenanın tutumu ilə bağlıdır. İlkin layihədə stadionun 16 min tamaşaçı qəbul edəcəyi deyilsə də, yekunda bu rəqəm 9502-ə qədər enib. Bunun 545 yeri VIP, qonaqlar, rəsmi şəxslər və media üçün nəzərdə tutulub. Bu o deməkdir ki, stadiondan oyunları heç 9 min azarkeş izləyə bilməyəcək. Başqa bir vacib məsələ ehtiyat meydançalarla bağlıdır. Stadionun yanında 2 köməkçi məşq sahəsinin salınması planlaşdırılırdı. Ancaq həmin meydançalardan, ümumiyyətlə əsər-əlamət yoxdur.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-04_1680543241_2.jpg

Bundan başqa, ilkin layihədə komandaların və qonaqların qalacağı otel nəzər tutulub. Ancaq həmin binanı da gördüm deyən olmayıb. Stadionun qarşısında musiqili fəvvarə də olmalıydı ki, o da ortada yoxdur. Stadionun fasadı da yarımçıqdır. Ön hissə göy-ağlı mansar, yan və arxa hissənin isə adi beton-daşdan olması da diqqətdən yayınmır. “Dünyada bu arenanın analoqu yoxdur” desək, yanılmarıq. Çünki bütün hissə əvvəlcədən planlaşdırıldığı kimi göy-ağ rəngli olmalı idi.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-04_1680543239_3.jpg

Stadionun işıqlandırılmasında da ciddi problem var. Futbol qurumlarının yoxlaması zamanı məlum olub ki, sistem düzgün qurulmadığı üçün burada oyunlar keçirilə bilməz. Problemlər bununla bitmir. Stadionun adının daşıdığı Mehdi Hüseynzadə ilə bağlı da ciddi səhvə yol verilib. Normalda arena kimin adınadırsa, həmin şəxsin büstü stadionun qarşısına qoyulur. Sumqayıtda isə vəziyyət tərsinədir. Sovet İttifaqı Qəhrəmanın büstü girişə deyil, stadionun arxasına – dənizə tərəf qoyulub. Ən dəhşətlisi odur ki, büstün üz hissəsində ciddi problem var. Onun dəyişdiriləcəyi bildirilsə də, 5 aydır bu da reallaşmır.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-04_1680543235_4.jpg
Qeyd etdiyimiz bütün məlumatlar yoxlamalar zamanı aşkarlanıb. Bu da stadionun istifadəyə verilməsinə imkan vermir. Sadaladığımız faktlar kifayət qədər ciddi məsələlərdir. Arenanın inşasına cavabdeh olan qurum isə Sumqayıt Şəhər İcra Hakimiyyətidir. Məhz qurumun yol verdiyi səhvlər böyük bir şəhərin yeni stadiona qovuşmasına mane olur. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ilkin olaraq 5 milyon manat ayrılmışdı. Təbii olaraq, stadionun daha yüksək məbləğə tikildiyi məlumdur. Çünki təqdim edilən layihə əvvəlcədən araşdırılmış və müsbət cavablandırılmışdı. Ancaq planlaşdırılanların böyük bir hissəsinin reallaşmaması haqlı şübhələrə və yoxlamalara səbəb olub. Görünür ki, stadionun gözlənilən formada təqdim edilməməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinə ciddi problem yaradacaq. Stadionun tikintisində ciddi maliyyə yeyintisinə yol verildiyi bildirilir. Necə deyərlər, Sumqayıt İcra Hakimiyyəti bir stadionu ərsəyə gətirmək üçün az qala bir stadionu da “yeyib”. Arenanın tutumunun iki dəfə azaldılması, yardımçı meydançaların salınmaması, digər çatışmazlıqlar bunu deməyə əsas verir. Qurum isə 5 aydır tikintisi başa çatan arenanın nə vaxt istifadəyə verəcəyini açıqlanmır.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-04_1680543234_5.jpg

Şəhərin yeganə komandası “Sumqayıt” isə Azərbaycan Premyer Liqasındakı oyunlarını birtribunalı stadionda keçirir. Komandanın əvvəlcə bu mövsümün əvvəlindən, daha sonra isə fevralda Mehdi Hüseynzadə adına stadionda oynayacağı deyilsə də, bu reallaşmayıb. Bundan başqa, futbol üzrə ölkə kubokunun finalının yeni arenada keçirilməsi planlaşdırılırdı. Ancaq Şəhər İcra Hakimiyyətinin yaratdığı problemlər buna imkan verməyib. Nəticədə Peşəkar Futbol Liqası oyunun Bakıda keçirilməsinə qərar verib.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-04_1680543232_6.jpg

Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini öyrəndik. Öncə ev oyunlarını bu stadionda keçirəcək “Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a açıqlmasında məsələyə belə münasibət bildirdi:

“Stadionun hazırda bizə aidiyyəti yoxdur. Buna görə gedən proseslərdən məlumatsızıq. Bildiyimiz odur ki, işlər yekunlaşıb, açılışa hazırlıq gedir”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-04_1680543231_7.jpg

Rəşad Məmmədovun Sumqayıt şəhər İcra Hakimiyyətindəki həmkarı Eyvaz Qocayevin açıqlaması isə başqa cür oldu. O, yeyinti ilə bağlı iddiaları əsassız adlandırmaqla yanaşı, Məmmədovun açılışla bağlı açıqlamasını təkzib edib:

“İşlər yekunlaşıb. Açılışla bağlı hələ heç bir məlumat yoxdur. Stadionun tikintisi zamanı yeyinti olması ilə bağlı iddialara gəlincə, hamısı əsassızdır”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-04_1680543230_8.jpg

Sumqayıtlılar və futbol ictimaiyyəti isə səbrsizliklə Mehdi Hüseynzadə adına stadionun istifadəyə veriləcəyi günü gözləyir. Biz də məsələni diqqətdə saxlamağa davam edəcəyik.

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti