Mədəniyyət və İncəsənət Universitetinin rektoruna 101.299 manatlıq avtomobil xidmət göstərəcək
Mədəniyyət və İncəsənət Universiteti “Xidməti minik nəqliyyat vasitəsinin satın alınması” üzrə 15.02.2023-cü ildə elan etdiyi tenderə yekun vurub. Tenderin şərtlərinə görə iddiaçı şəxs satınalan təşkilata ban növü sedan ,biznes klass, rəng qara, mühərrik benzin və ya hybrid , mühərrik həcmi 2000- 2500 sm3 ,mühərrik gücü 190-210 a/g, eni güzgülərlə birlikdə ən azı 1865 mm, uzunluğu ən azı 4975 mm, təkər bazasının eni 2870 mm, hündürlük ən azı 1445 mm, oturacaqların sayı 5, dəri salon, salon tünd rəng, yanacaq çəninin həcmi minimum 60-65 l, mühərrik: maksimum dönmə (Nm@rpm) 243, sürət yığma 0-100 km/s maksimum 9.1 san, qarışıq yanacaq sərfiyyatı 8.4 l/100 km, arxa və ön əyləclər ventilyasiya olunan disk, mərkəzi multimedia ekranını idarəetmə üçün kompüter mausu kimi sensor, naviqasiya 3D qrafika, LDA sistemi, arxa görüntü kamerası, oturacaqların isidilməsi və ventilyasiyası, ön və arxa park radar, yağış sensoru, mərkəzi qapanma, lyuk, aktiv təhlükəsizlik paketi, inteqrasiya edilmiş 3 rejim eco-normal-sport, kruiz kontrol tam sürət diapazonu, sükan qızdırıcı, təkər R18 və ya R19, istehsal ili minimum 2022-2023-cü il, yürüş 0 km olan avtomobil almalıdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə tender müsabiqəsi 29.03.2023-cü il tarixdə tamamlanmış və “DREAM AUTO” Məhdud Məsuliyyətli Cəmiyyəti 60 bank günü ərzində Mədəniyyət və İncəsənət Universitetinə 101.299 manat dəyərində avtomobil alacaq.

Qeyd edək ki, “DREAM AUTO” 2019 cu ildən Azərbaycanda “Audi” markalı avtomobillərin rəsmi idxalçısı kimi fəaliyyət göstərir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DREAM AUTO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.11.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BABƏK PR, ev 43A, qanuni təmsilçisinin isə Məmmədov Vüqar İmaməli oğlu olduğu göstərilir.

MMC-nin rəsmi veb-saytında “Audi” markalı avtomobillərin bütün növlərini tapmaq mümkündür. Məsələn şirkət “Audi” A6 55 S-line markalı avtomobili 148 877 manata, A6 40 Design markalı avtomobili 96 274, A6 40 Sport markalı avtomobili 113 147 manata, RS 3 Sedan markalı avtomobili 115 132 manata, TT Roadster markalı avtomobili 77 416 manata, satışa şıxarıb. Amma veb-saytda bir çox avtomobillərin qiymətləri göstərilmir ki, bu da çox güman razılaşma yolu ilə satışa çıxarılanlardır.

Şirkətin Mədəniyyət və İncəsənət Universitetinə satmaq istədiyi avtomobilin hansı marka olduğunu müəyyən edə bilmədik. Tenderin şərtlər toplusunda alınacaq avtomobilin ümumi vəziyyəti haqqında ətraflı məlumat verilməsinə baxmayaraq markası göstərilməyib. Bu isə müəyyən suallar yaradır.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları, eləcə də ali təhsil müəssisələri xidməti avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsini 30 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova daşıyır. Görsənən odur ki, Universitet, daha doğrusu rektor xidməti avtomobili də özü üçün alır.

Aktualinfo.org

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti