Ardını oxu...
Dövlətin rəhbərliyinə ünvanlanmış, bir surətidə Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqqdim edirik:
Dövlətimizin başçısı, cənab Pezident İlham Əliyevə,
1-ci vitse-prezident xanım Mehriban Əliyevaya,
Nazirlər Kabinetinə,
Ombudsman sədrinə,
Ölkənin Baş Pokuroruna,
Bakı şəhər İcra Hakmiyyəti başçısına,
Binəqədi rayon İH-nin başçısına,
Bakı şəhər Prkurorluğuna,
Bnəqədi rayon Prokurorluğuna və Azərbaycan mətbuat orqanlarına.
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ev 8 C-də yaşayan Yusibova Ülviyyə Şahzadə qızından

"Azəravtoyol"un Yolların Mühafizə İdarəsi işçilərinin öz maraqlarını təmin etmək üçün hədə-qorxularının qarşısının alınması barədə şikayət

Salam, mən özümə məxsus Biləcəri qəs., Ordubadi küçəsi, 8 C ünvanında yaşayıram. Evimin qarşısından keçən küçə asfalt çəkilən zaman, oradakı kanalizasiya lyuku asfalt səviyyəsində qaldırılmamış, sonralar bir-neçə vaxt bundan öncə həmin kanalizasiya lyukü yol İdarəsi tərəfindən asfalt səviyyəsində qaldırılan zaman, mənim evimin darvazasının qarşısında quraşdırılmış trapımın lyukü daxil olan hissəsi onlar tərəfindən bağlanmışdır. Nəticədə mənim həyətim və evim yağış zamanı çirkab sularla dolmuş, yarnan gölməçələrə görə yararsız hala düşmüşdür. Mən həmin su gölməçələrinin yaranma səbəbini aradan qaldırmaq məqsədilə öz hesabıma darvazamın qarşısına tökdürdüyüm asfaltda, yolun hərəkət hissəsinə çıxmadan şəkillərdə gördüyünüz kimi kiçik təmir işləri aparmışam.
Yolların mühafizə və nəzarət əməkdaşları (hər dəfə biri) gəlib, məni narahat edirlər. Hər biridə gələndə müxtəlif məbləğlərdə cərimələnməklə məni hədələyirlər.Dünənə qədər məni çox sıxırdılar ki, hörmətimizi eləməsən iş görə bilməzsən.Onlar gedəndən sonra heçnə vermədən çirkab suların axıntsını düzəltdim. Ona görə bu gün də Yolların mühafizə idarəsinin işçisi olan Pərvin adlı birisi gəlib bildirdi ki, sən bizim icazəmiz olmadan darvazanın ağzını düzəltmisən. Ona görə sənə 2000 manat cərimə protokolu yazılacaq.( yəni, onları razı salmadığıma görə) Əvvəl bunlaı yola salmağa pulum yox idi. İndi gördülər ki, yolun darvazmın qabağında su xəttni düzəltmişəm əsəbləşiblər. Deyirlər ki, gəl idarəyə və Səftər müəllimlə ( İdarə rəsi Səftər İsmayılovu nəzərdə tuturlar) danış razılıq əldə et, yoxsa 2000 manat cərimələyəcəyik səni. Axı mən nəsə pis bir iş görməmişəm. Cənab Prezident bu barədə ölçü götürülməsi üçün Sizdən xahiş edirəm. Mənim imkanım yoxdur.
Qoşmalar: Evimin darvazasının qaşısı və yolun fotoları, Şəxs., vəsiqəm. video 1 ədəd.
İmza: Ülviyyə Yusibova
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Danimarkanın kommersiya bankı “Danske Bank” Azərbaycan və Rusiya da daxil olmaqla bir sıra keçmiş Sovet respublikalarından 200 milyard avrodan çox “çirkli pul” köçürmələrinin təşkilinə görə 2,2 milyard ABŞ dolları məbləğində cərimə ödəməyə razılaşıb.

Pul xarici ofşorlara köçürülüb və bank köçürmələri Estoniyadakı törəmə şirkət vasitəsilə həyata keçirilib.

ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, müəyyən edilmiş məbləğ “Danske Bank”ın maliyyə cinayətlərinin araşdırılmasının başa çatdırılması müqabilində onun hesablarından müsadirə olunacaq.

“Danske Bank”ın Estoniyadakı törəmə şirkəti olan “Danske Bank Eesti” 2007-2015-ci illərdə çirkli pulların yuyulması sxemində iştirak edib.

Bu müddət ərzində ABŞ-ın maliyyə sistemi vasitəsilə 160 milyard dollar köçürülüb. Nəticədə banka qarşı cinayət işi başlanıb və 2019-cu ildə yaranmış qalmaqal fonunda Estoniya Mərkəzi Bankı onun lisenziyasını ləğv edib.

Beynəlxalq jurnalist araşdırmaları zamanı məlum olub ki, “Avromed” şirkətinin rəhbəri, deputat Cavanşir Feyziyev “Danske Bank” vasitəsilə milyardlarla dolları ofşor hesablara köçürüb.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Danimarka bankı öz Estoniya filialının çirkli pulların yuyulmasında iştirakını tam etiraf edib və könüllü olaraq istintaqla əməkdaşlıq edib.

“Bugünkü “Danske Bank” iddiası və 2 milyard dollar cərimə onu göstərir ki, Ədliyyə Departamenti ABŞ-ın maliyyə sisteminin bütövlüyünü ciddi şəkildə qorumağa davam edir və Rusiya və ya başqa cür çirkli xarici pulların ona axıdılmasının qarşısını alır. Təşkilatın ABŞ bankı və ya xarici bank olmasından asılı olmayaraq, ABŞ maliyyə sistemindən istifadə edərkən bizim qanunlarımıza əməl etmək tələb olunur”, – deyə Baş prokurorun müavini Lisa O. Monako bildirib.

Nyu-Yorkun Cənub Bölgəsi üzrə ABŞ prokuroru Damian Williams: “İllərdir ki, “Danske Bank”, ABŞ maliyyə sistemi vasitəsilə milyardlarla dollarlıq şübhəli və cinayət vəsaitlərini köçürmək üçün ABŞ banklarını aldadır”, – deyib.

“Danimarkanın ən böyük bankı olan “Danske Bank”, yaxşı bildiyi ABŞ qanunlarına qəsdən məhəl qoymadı, həmçinin ABŞ vasitəsilə cinayət və şübhəli gəlirlərin yuyulması prosesini asanlaşdırdı. Bununla da o, ölkəmizin maliyyə şəbəkəsini riskə atıb. İndi bank məsuliyyətə cəlb olunur. Məhkəmə prosesi zamanı Danske Bank uzun illər ərzində həyata keçirilən saxta bank əməliyyatlarını həyata keçirmək üçün cinayətkar sui-qəsddə təqsirli bilinib. Cəza olaraq o, 2 milyard dollardan çox pulu müsadirə edir, həmçinin çirkli pulların yuyulması ilə mübarizə üçün tələblərə və tədbirlərə riayət etmək üçün öz ofisində yenilənmiş proqramı həyata keçirməyi öhdəsinə götürür. Bu proqrama ciddi əməl edilməlidir. Dünyadakı banklar və digər maliyyə institutları bu mesaja diqqət yetirməlidirlər: ABŞ maliyyə sistemindən istifadə etmək istəyirsinizsə, o zaman qaydalarla oynamalısınız. Əgər etməsəniz, sizi məsuliyyətə cəlb edəcəyik”, – prokuror əlavə edib.

“”Danske Bank”ın ABŞ banklarını risk altına qoyan saxta əməliyyatlarda günahını etiraf etməsi başqaları üçün ciddi xəbərdarlıq olmalıdır. Biz mütləq bütün saxta sxemləri üzə çıxaracağıq və ədalətə nail olacağıq”, – belə deyib FTB direktorunun müavini Pol Abbate.

Mənbə: Haqqın.az
 
Ardını oxu...
Naxçıvanda baş verən olaylarla bağlı yeni faktların üzə çıxması davam edir.

“Yeni Sabah”a danışan məlumatlı Naxçıvan sakinlərindən biri Şahbuz rayonunun keçmiş polis rəisi Elnur İsmayılov haqda maraqlı faktlar açıqlayıb.

O, keçmiş rəisin Şahbuz sakinlərinə qarşı qeyri-qanuni əməllərindən danışıb. İddia edir ki, E. İsmayılov rəis işlədiyi zaman Kolanı kənd sakinlərindən külli miqdarda pul alıb. Müxtəlif vasitələrlə kənddə mağaza işlədən Vəsaibdən 5 min, sürücü Yaməndən 4 min, Əlfəddindən 2 min, Ziyadan bir min, Elgündən 2 min manat aldığını bildirir.

“Onlar rəisin tələbi ilə mal-heyvanlarını sataraq pulunu Elnur İsmayılova verdilər. Həmin pullarla rəis Ağbulaq kəndində özünə villa tikdirib. Rəis həmin villanın tikintisində poli əməkdaşlarını fəhlə əvəzinə işlədirdi.

Elnur İsmayılov Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərovun bacısı oğlu idi və bundan istifadə edirdi”.

Mənbə deyir ki, E. İsmayılov rəis olduğu zaman Şahbuz rayonunun keçmiş içra başçısı Nurəddin Quliyevin də tövləsini əlindən alıb. O, bu hadisələrin 2020-2021-ci illər ərzində baş verdiyini və bu işlərin əksərini Zahir və Elməddin adlı müavinlərinin vasitəsi ilə həyata keçirdiyini bildirir.

Qeyd edək ki, açıq mənbələrdə Elnur İsmayılov haqqında kifayət qədər qalmaqallı və neqativ xəbərlər mövcuddur. Onun yol hərəkəti qaydalarını pozan və 50-60 manatlıq cəriməsi olan bu pozuntulara görə sürücülərdən 1000 manat tələb etməsi haqda məlumatlara rast gəlmək mümkündür.

Səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Ölkənin dərman monopolistlərindən biri, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçilən Kəmaləddin Qafarovun biznesinin əlindən alınması ilə bağlı iddialar var.

Xəbəri “Qlobal.az” yayıb.

Bildirilir ki, Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli Onkologiya Mərkəzinin direktor müavini olan Qafarov dərman bazarında yaratdığı qiymət xaosu ciddi narazılıqlar yaradıb.

Onun və digər dərman bazarında söz sahibi olan deputatların bu sahədən uzaqlaşdırılması gündəmə gəlib.

Son günlər Azərbaycan apteklərində satılan dərmanların keyfiyyətinin aşağı və qiymətlərinin baha olması ilə bağlı mətbuatda və televiziyalarda məlumatlar yer alır. Ümumilikdə ekspertlər bu sahədə xaotik bir vəziyyətin olduğunu hökm sürdüyünü deyirlər.

Hökumətə yaxın “haqqın.az” saytı isə dərman inhisarçılarından olan deputat Cavanşir Feyziyevlə bağlı da ciddi bir məlumat yayıb.

Bildirilir ki, Cavanşir Feyziyev və başqaları “Danske Bank” vasitəsilə xaricə milyardlar köçürüblər. Danimarkanın kommersiya bankı “Danske Bank” Azərbaycan və Rusiya da daxil olmaqla bir sıra keçmiş Sovet respublikalarından 200 milyard avrodan çox “çirkli pul” köçürmələrinin təşkilinə görə 2,2 milyard ABŞ dolları məbləğində cərimə ödəməyə razılaşıb.

Görünür, Kəmaləddin Qafarovun adı da gündəmə təsadüfən gəlməyib.

Məsələ ilə bağlı Kəmaləddin Qafarovdan mövqe öyrənmək mümkün olmayıb, deputat zənglərə cavab verməyib.
 
 
 
Ardını oxu...
Dünən Prezident İlham Əliyevin Fərmanı ilə Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun işdən azad edilməsindən sonra Naxçıvan MR-in sabiq İqtisadi İnkişaf naziri Famil Seyidovun qarnına sancıların dolduğu xəbər verilir.
Bildirilir ki, uzun illər Naxçıvanın İqtisadi İnkişaf naziri işləyən, 2019-cu ildə isə vəzifəsindən qovularaq Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi MMC-nin müdir müavini vəzifəsinə təyin olunan Famil Seyidov Oruc Zalovun bacısı oğludur. Famil Seyidovun son 3 ildə taxıl maxinasiyaları ilə qaz vurub qazan doldurduğu da gələn məlumatlar arasındadır.
Famil Seyidov Naxçıvan “xan”ı Vasif Talıbov Naxçıvanda hakimiyyətə gələn kimi onun komandasında yer alıb, əvvəl Muxtar Respublikanın Ticarət naziri, sonra isə İqtisadi İnkişaf naziri kimi mühüm vəzifələrdə işləyib. Onun xüsusilə İqtisadi İnkşaf naziri işlədiyi zamanlarda iş adamlarının başına inanılmaz oyunlar gətirildiyi deyilir. İddalara görə, Famil Seyidov iş adamlarına verdiyi kreditin 40%-ni şapka kimi alması, qalan 60%-i isə İrandan gətirdiyi keyfiyyətsiz malları onlara sırıması ilə məşhurdur. Məhz bu işgüzarlığı sayəsində Naxçıvanın iş adamları ucdan tutma iflasa sürüklənmiş və Muxtar Respublikanın iqtisadiyyatı bütünlüklə “xan” həzrətlərinin əlinə keçmişdir.
Əldə etdiyimiz məlumata görə, dayısının işdən çıxarılması xəbəri yayılar-yayılmaz Famil Seyidovun “hansısa xəstəlikdən əziyyət çəkdiyi” məlum olub. O indi xəstəliyə görə istefa ərizəsi yazıb xaricə “müalicəyə yollanmaq” istəyir. Təbii ki, bu xəstəliyin siyasi olduğundan şübhə duyulur. Ümid edirik ki, Naxçıvan iqtisadiyyatını böyrü üstə qoyan, Muxtar Respublikanın boşalmasında birbaşa “xidmətləri” olan Famil Seyidovun ölkədən qaçmasının qarşısı alınacaq və o, iş adamlarının qənimi kimi istintaqa cəlb olunacaq.
Heyder Oguz
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Naxçıvanda gedən proseslər ölkə gündəminin ən aktual mövzusuna çevrilib. Dövlət Təhlükəsizliyi Xidmətinin muxtar respublikada keçirdiyi əməliyyatlardan sonra külli miqdarda mənimsəmə faktları ortaya çıxarıldı və silsilə həbslər oldu. İndiyədək Naxçıvanın ləğv edilmiş Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, muxtar respublikanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi açıqlanıb. Bu, çox ciddi rəqəmdir. Əlbəttə ki, bu qədər vəsaiti həbs edilən adamların tək mənimsəməsini düşünmək sadəlövhlük olar.

Naxçıvanda uzun illərdir, korrupsiya, mənimsəmə mexanizmi qurulmuşdu. Muxtar respublikada korrupsiyanın, dövlət vəsaitinin mənimsənilməsi üçün qurulun sistemin başında duran məmurlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovdur. Gənc yaşlarından Vasif Talıbovun yanında çalışan, onun bütün qeyri-qanuni göstərişərini icra edən Azər Zeynalovun o vəzifədə qalması doğru deyildir. Vasif Talıbovla bərabər o da istefa verməli və cəzalandırılmalıdır.

TEREF.AZ-ın yazdığına görə, TNS xəbər verir ki, sosial şəbəkələrdə Azər Zeynalova məxsus olduğu bildirilən milyonluq mülklərin fotoları yayılıb. Bu faktlar Zeynalovun Naxçıvanda çirkaba bulaşmış, dövlət vəsaitlərini mənimsəyən, korrupsiya ilə məşğul olan məmurlardan olduğu faktını təsdiqləyir.

Təhlükəsizlik səbəbindən adını açıqlamadığımız Naxçıvanın yüksək vəzifəli məmuru TNS-in əməkdaşına bildirib ki, Azər Zeynalov Vasif Talıbovun “qara kassası”dır. Muxtar respublikadakı əksər məmurlar hər ayın sonunda Azər Zeynalovun kabinetində “hesabat” verirdilər. Naxçıvanın nazirlərindən tutmuş xəstəxana baş həkimlərinə qədər hər kəs büdcədən oğurladıqları, rüşvət kimi aldıqları vəsaiti Azər Zeynalova çatdırırdılar. Deməli, Naxçıvanda qayda belə imiş. Məmurlar qeyri-leqal yollarla əldə etdikləri vəsaiti Azər Zeynalova verir, birinci müavin isə gətirilən vəsaitin 20 faizini həmin məmura qaytarırmış. Bütün məmurlardan yığılan pulların isə 20 faizi sonda xan tərəfindən Azər Zeynalova verilirmiş.

Vasif Talıbovun tam etibarını qazandığından Azər Zeynalova muxtar respublikada “gözün üstə qaşın var” deyən olmayıb. O da bu etibardan istifadə edərək fantastik sərvətə sahib olub. İndi Azər Zeynalovun mülklərinin, obyektlərinin sayı hesabı yoxdur. Təkcə Naxçıvan Üzgüçülük Mərkəzinin arxasındakı ərazidə Azər Zeynalova məxsus bir neçə malikanə var, bir villa isə yeni tikilir.

Bundan başqa, Naxçıvanın Gənclər və İdman Nazirliyinin yaxınlığındakı ərazidə Zeynalova məxsus 4 mərtəbəli bina, elə həmin məhəllədə böyük bir villa var.

Naxçıvanın məşhur “Dörd fəsil” restoranı, “Dəyirmançı” restoranlar şəbəkəsi, Şərur şəhərindəki “Vağzalı” şadlıq sarayı da Azər Zeynalova məxsusdur.

Azər Zeynalovun qardaş Müşfiq Zeynalovun nəzarət etdiyi avtomobil servisi də Zeynalovlara hər ay yüz min manatlar qazandırır. Çünki Naxçıvandakı dövlət təşkilatlarının və məmurların bir hissəsi öz avtomobillərini baha qiymətə bu servisdə təmir etdirməli idilər. Niyə bir hissəsi, çünki əksər avtomobillərin təmir işi Talıbovlar ailəsinə məxus olan “Cahan” servisdə aparılırdı.

Azər Zeynalovun sərvətləri, qanunsuz əməlləri ilə bağlı redaksiyamızda hazırlanan geniş yazını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Hələlik isə sosial şəbəkələrdə yayılan fotoları təqdim edirik:
Ardını oxu...
Naxçıvan şəhərində dördmərtəbəli yataqxana binası

Ardını oxu...
Naxçıvan şəhərində Azər Zeynalovun oğluna məxsus villa

Ardını oxu...
Naxçıvan şəhərində Azər Zeynalovun ailəsinə məxsus olan və tikintisi davam etdirilən villa

Ardını oxu...
Şərur şəhərində "Vağzalı" şadlıq sarayı

Ardını oxu...
Babək rayonu ərazisində "Dörd fəsil" restoranı

Ardını oxu...
Naxçıvan şəhərində "Dəyirmançı" restoranı

Ardını oxu...
Naxçıvan şəhərində avtomobil servisi

Ardını oxu...

Şərur şəhərində ev

Ardını oxu...
Naxçıvan şəhərində "İstedad" kurslarının binası
 
 
 

Ardını oxu...
 
 

 
Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzinin işçiləri arasında kütləvi dava olub

 
Bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən məlumat daxil olub.
Mənbə qeyd edir ki, 09 dekabr 20222-c il tarixdə GEMİN direktor əvəzi İsmayılova Hürrüyyət Mayıl qızı mərkəzə gələrək kollektivə bildirib ki, təcili qəzəetlərə abunə pulu yığılmalıdır.Məhz bundan sonra kollektivdə çaxnaşma başlayıb.Sonda yeganə Xanımla Zahirə xanım arasında baş verən qalmaqal sonda saçyolduya çevirilib.Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci şöbəsində bu tibbi personalının dava-dalaş faktları araşdırılır.Məlumat üçün onu da qeyd edək ki, direktor əvəzi hadisə baş verən zaman məzuniyyətdə olub.
Qaldı ki, baş verən olaydan və pulyığımı hadisəsindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənovanın da yəqin ki, xəbəri var.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Dünyanınsəsi.Az

 

XalqXeber.Az
 
Ardını oxu...
…Bəli, bu hadisə məhkəmə yox, biabırçılıqdır və eyni zamanda əsl məzhəkədir. Doğrudan da hakim Marif Kazımov “şap elə bilir şupdadır, şup elə bilir şapdadır” prinsipi ilə işləyir. Dövlətin adından qərar verən hakim söhbətin nədən və boşaldılası evin hansı ünvanda olmasının fərqinə varmadan, eləcə də şikayətin əsaslılığını öyrənmədən, yəni məhkəmədə araşdırdığı işin predmetini dəqiq bilmədən hansısa maraq naminə belə bir qərar çıxarıb? Elə ona görə də indi haradasa baş verən bir haqsızlıqdan yazmaqla heç kəsi təəccübləndirmək olmur. Çünki hər bir vətəndaş Marif Kazımov kimi hakimlərin və işini öhdəsindən gələ bilməyən bəzi məmurların sayəsində istənilən qədər haqsızlıqla üzləşir. Bəzən adi bir problem məhz hansısa məmurun məsuliyyətsizliyindən şişib respublika səviyyəsinə çatır. Belə vətəndaşlardan biri də bu günlərdə redaksiyamızın qapısını döydü. Elə Gədəbəy rayon sakini Niyazi Yumux oğlu Məmmədov da başına gələn problemlə əlaqədar bizdən imdad istəyir. N.Məmmədovun özünü dinləyib, təqdim etdiyi sənədlərlə tanış olandan sonra adam dəhşətə gəlir ki, daha bu qədər də haqsızlıq olmaz axı. Bu haqsızlığa ədalət mücəssəməsi olan hakim də qoşulanda, adamın əli üzündə qalır. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi, hər gün hansısa haqsızlıqlarla rastlaşırıq. Bununla belə, yenə də təəccübümüzü gizlədə bilmirik. Ona görə ki, bu haqsızlıqlara yol verən məmurlardan və hakimlərdən fərqli olaraq bizim sinəmizdə daş yox, ürək var. Bu səbəbdən də Niyazi Məmmədovu ürək ağrısı ilə dinlədik.

***

Problemin həllini aidiyyəti qurumların diqqətinə çatdırmaq üçün N.Məmmədovla “Təzadlar”ın efirində də söhbət etdik. Amma istəyirəm saytımızda bu barədə daha ətraflı məlumat verim. Söhbətin mahiyyəti ondan ibarətdir ki, N.Məmmədovu 28 il yaşadığı mənzildən iş adamı Oktay Əıliyevin tələbi və Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun qanunsuz qərarı ilə çıxarmaq istəyirlər. N.Məmmədovun verdiyi məlumata görə O.Əliyev iş adamıdır. O, N.Məmmədovun yaşadığı Gədəbəy rayonunun Əlinağılar kəndindəki 28 il yaşadığı evinin yaxınlığında restoran tikib. Həmin restorana tikməyə hazırlaşdığı otelə ən yaxın və rahat yol N.Məmmədovun yaşadığı evin ərazisinə düşür. Ona görə də O.Əliyev həmin evi sökdürüb restoranı üçün yol açmaq istəyir. Onu da diqqətə çatdıraq ki, O.Əliyevin meşə zolağının ərazisində, Şəmkir çayının kənarında tikdirdiyi restoranın sökülməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyəti və Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin rəhbərliyi tərəfindən Gədəbəy Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmənin 02.03.2015-ci il tarixdə qəbul etdiyi qərarda göstərilir ki, restoran sökülməlidir. Bu qərarla razılaşmayan O.Əliyev Gədəbəy Rayon Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına kassasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Rüstəmov, İ.Mehdiyev, R.Muradov) 07.05.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh Əliyev Oktay İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməyib. O.Əliyev bu qərardan da Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.09.2015-ci il tarixdə çıxardığı qərarda O.Əliyevin şikayəti yenə də təmin edilməmiş və qeyri-qanunin tikdirdiyi restoranın sökülməsi haqqında Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərarı qüvvədə saxlanılmışdır.

Maraqlıdır ki, hər iki məhkəmə instansiyasında O.Əliyevin iddiası təmin edilməyib və restoranın sökülməsi qərara alınıb. Amma restoran hələ də nəinki sökülməyib, hətta ətrafında və Şəmkir çayının kənarında divarları daşlardan, üstü isə taxtalardan “besetka” lar tikilib. Bundan əlavə, həmin yerə istirahətə gələnlərin gecələməsi üçün otel də tikməyə hazırlaşır. Elə N.Məmmədovun 28 il yaşadığı evini sökdürmək istəyi də, həmin otelin yolunu asnlaşdırmaq üçündür.

***

Bizimlə söhbətində şikayətçi Niyazi Məmmədov onu da qeyd etdi ki, evinin yanında vaxtılə balıq vətəgəsi olub. İndi həmin yeri də O.Əliyev qeyri-qanuni olaraq zəbt edib və həmin yerdə otel tikmək niyyətindədir. «…Həmin otelə isə qısa yolu təmin etmək üçün O.Əliyev mənim evimi sökdürmək istəyir. Ona görə də O.Əliyev mənim 28 il yaşadığım «kupçalı» evimi əlimdən almaq üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət edib. Dövlət Reyestr Xidmətindən mənzil sahibi kimi çıxarışım olsa da, Gədəbəy Rayon Məhkəməsi 20.09.2022-ci il tarixdə hakim Marif Kazımovun sədrliyi ilə keçirilən iclasda 28 il yaşadığım mənzilin boşaldılması üçün çox gülməli bir qərar çıxarılıb… Bütün hüquqi sənədlər əlimdə ola-ola Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımov qanunsuzluq və özbaşınalıq edərək, şəxsi mənafeyini təmin etmək müqabilində mənim əleyhimə qərar çıxarıb. Bu qərarla mən 28 il yaşadığım evi tərk etməliyəm. Yaşadığım evə isə 04 sentyabr 2001-ci il tarixdə Dövlət Reyestr Xidmətindən qeydiyyat vəsiqəsi («kupça») verilib. Bütün bu sənədlər də hakim M.Kazımova təqdim edilib. Maraqlı bilirsinizmi nədir? Məhkəmədə iddiaçı Oktay Əliyev tez-tez hakimin üstünə qışqıraraq belə deyirdi: ”İşi nə uzadırsan? Tez ol, qərar qəbul elə, mən tələsirəm, işim-gücüm var”. Bu məhkəməyə və qanunlara hörmətsizlik deyilsə, bəs nədir? Hakimin isə O.Əliyevin bu tələbləri qarşısında müticəsinə durması onu göstərirdi ki, o, iddiaçı qarşısında gözü kölgəlidir. Mənə başqa adamlar vasitəsilə çatıb ki, hakim M.Kazımov bu işi həll etmək üçün qanunsuz yola gedib və… ona görə də O.Əliyevin qarşısında qul kimi dayanır. Bununla da O.Əliyevin qarşısında qul kimi dayanan hakim Marif Kazımov yox, Azərbaycanın qanunları olur. Çünki hamımızın bildiyi kimi, məhkəmədə qərarlar hakimlərin adından yox, Azərbaycan dövlətinin adından çıxarılır. Görün maddi maraq Marif Kazımova nə qədər güc gəlib ki, Azərbaycan dövlətinin adına zərbə vurmağı bir yana, evin boşaldılması haqqında qərarda mənim evim olan, yaşadığım Əlinağılar kəndi yox, Plan kəndi göstərilib. Bu həm gülməli, həm də ağlamalıdır. Məhkəmə icraçıları 22 aprel 2022-ci ildə mənim evimə gələndə mat qaldılar və məlum oldu ki, qərar Plan kəndindəki hansısa yarımçıq tikili üçün verilib. Mənim evim isə Əlinağılar kəndində 28 il yaşadığım hazır evdir. Qərarın ünvanının səhv olduğunu görən icraçılar, tez hakim Marif Kazımovun yanına qaçıblar. M.Kazımov da aprelin 25-də, tam qanunsuz olaraq, aprelin 20-sində qəbul etdiyi əvvəlki qərarı dəyişdi. Bu dəfə isə ünvan Qala kəndi göstərilmişdi. Yenə də hədəf mənim evimdir, amma ünvan başqa kənddir… Axı bu boyda savadsızlıq olmaz. Deməli, hakim işin predmetindən tam xəbərsizdir. Bu isə, Azərbaycan qanunlarını ayaqlar altına atıb tapdalamaq deməkdir. Məhkəmə bir gündə çıxardığı qərarı bir neçə gündən sonra dəyişdirə bilməz. Dünyanın heç yerində belə biabırçıığa rast gəlmək mümkün deyil. Yəqin ki, ədliyyə naziri və Məhkəmə Hüqüq Şurasının sədri cənab Fikrət Məmmədov Azərbaycan qanunlarını tapdayaraq, gözdən salan hakim Marif Kazımov haqqında çox ciddi tədbirlər görəcək…».

Şikayətçi Niyazi Məmmədov bizimlə söhbətində bir çox sənədlər göstərdi. Onların içərisində N.Məmmədovun Azərbaycan Republikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general -polkovnik cənab Əli Nağıyevə və surəti “Təzadlar” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsi diqqətimi çəkdi. N.Məmmədov ərizəsində böyük bir haqsızlıqla üz-üzə qaldığını yazır. «…Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun qanunsuz əməllərinin nəticəsi olaraq 28 il yaşadığım “kupça”lı evimdən çıxarılma təhlükəsi var…» və s.

Şikayətçi sonda yazır: «Hörmətli Əli müəllim. Sizdən xahiş edirəm: Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilikdə nəzərdə tutulmuş hüqüqlarımın pozulması hallarının bərpa edilməsi, növbəti məhkəmə çəkişmələrində ədalətin pozulmasının qarşısını almaq məqsədilə aidiyyəti dövlət qurumlarına, eləcə də saxtakarlıqda əli olan məhkəmə hakimləri ilə yanaşı Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim edilmiş saxta sənədlərə görə onların cəzalandırılmasını təmin edəsiniz! 28 ildir xüsusi mülkiyyətdə olan və 2001-ci ildən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsində qeydə alınaraq, qeydiyyat vəsiqəsi verilmiş, binalardan biri 106.2 kv.m sahəsi olan və digər sənədlər üzrə 95,09 kv.metr sahəsi olan, hal-hazırda isə yerində 213 kv.metr sahəsi olan, tam təmirli yeganə yaşayış evinin əlimizdən zorla alınmasının qarşısını almağınızı və pozulmuş hüquqlarımızın bərpa olunmasında bizlərə kömək etməyinizi bir daha Sizdən xahiş edirəm!”

Göründüyü kimi, Gədəbəy sakini Niyazi Məmmədov, necə deyərlər, durduğu yerdə işə düşüb. Daha doğrusu, Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımov onu işə salıb. Axı necə ola bilər ki, hakim Azərbaycan dövlətinin adından qərar çıxararkən məsuliyyət hiss etmir, inanılmaz qanunsuzluğa yol verir???

İnanmaq istərdik ki Məhkəmə Hüquq Şurasında hakim Marif Kazımovun barəsində ciddi tədbir görüləcək. Hansısa pulun və tamahın gücünə vətəndaşı dövlətdən belə narazı salmaq olmaz. Prezident cənab İlham Əliyev dəfələrlə bildirib ki, ”…Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi isə mən özüməm”.

Görəsən, Prezidentin bu tövsiyyəsinə əməl etməməkdə hakim Marif Kazımovun məramı və məqsədi nədir? O, vətəndaşı dövlətdən və qanunlardan niyə narazı salır?

Araşdırmamız davam edir… İnanırıq ki, bu və ya digər suallara tezliklə Ədliyyə Nazirliyindən, eləcə də İqtisadiyyat Nazirliyi tabeliyində olan Əmlak Komitəsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsindəki özbaşınalıqlarla əlaqədar cavab gələcək, günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar...
 //tezadlar.az//

Dünyapress TV

Xəbər lenti