b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_8bcb57f0a84a50494fd792fde0019d47.jpeg
 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycanın Rumıniyadakı Səfirliyi tərəfindən Ulu Öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən büstünün qarşısında tədbir təşkil olunmuş, abidənin önünə əklillər və tər çiçəklər qoyulmuşdur.

Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyindən məlumat verilib.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Tədbirdə çıxış edən səfir Q.Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmiş, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışmışdır. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulanıb.

Mərasimdə Rumıniya Xarici İşlər Nazirliyinin Şərq Qonşuluğu üzrə Baş İdarəsinin direktoru Dan Yanku, Rumıniya Parlamentinin Senatının üzvü, Senatın Media və Mədəniyyət Komitəsinin sədri Kristian-Auqustin Nikulesku-Tsıqırlaş, Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Moldova Respublikasının Rumıniyadakı səfiri Viktor Kirila və digərləri çıxış etmiş, mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət veriblər.

Tədbir əsnasında abidənin ətrafında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş fotosərgi, eləcə də iştirakçılar üçün açıq havada çay süfrəsi təşkil olunmuşdur.
Tədbirdə Türkiyənin Rumıniyadakı Səfirliyinin, “SOCAR Petroleum SA” şirkətinin, “Yunus Emre” İnstitutunun Buxarest ofisinin rəhbərliyi və əməkdaşları, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

 

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_НоваяПапка_9cae2caf-db42-4fb6-b294-ef4158efbce6.jpeg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_НоваяПапка_03e9e64f-f2dc-4582-bbad-95f6d7e46b4e.jpeg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_НоваяПапка_98e426ea-1095-4081-98de-ca026470295d.jpeg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_НоваяПапка_34e9f692-743e-4611-a499-f3e8b3e1fc7f.jpeg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_НоваяПапка_f95bd6f3-a2f0-4a54-9e3f-568c48dab19b.jpeg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_НоваяПапка_b175bfe9-72f3-4390-8df1-4302675387a8.jpeg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_НоваяПапка_56f79e1c-d588-49f5-b3de-ba39c5aa840c.jpeg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_НоваяПапка_vh.jpeg
 
 

Dünyapress TV

Xəbər lenti