Ardını oxu...
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi tender müsabiqəsinin qalibi “MKS Pyramida” MMC (VÖEN – 3102651821) olub.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, MİDA Cəbrayıl şəhərində 7,87 ha, Füzuli şəhərində isə 8,90 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinə hazırlıqla əlaqədar məlumat lövhələrinin hazırlanıb quraşdırılması üçün “MKS Pyramida” MMC-yə 35 min 197 manat 9 qəpik ödəyəcək.
Belə ki, şirkət Cəbrayıl şəhərində quraşdırılacaq 7 lövhə üçün 22 min 312 manat 62 qəpik, Füzuli şəhərində quraşdırılacaq 5 lövhə üçün isə 12 min 884 manat 47 qəpik alacaq.

Rəqəmlərdən də göründüyü kimi 1 ədəd lövhənin qiyməti Cəbrayıl şəhəri üçün 3,2 min manat, Füzuli şəhəri üçün isə 2,6 min manata başa gələcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “MKS Pyramida” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin adına daha əvvəl MİDA-nın keçirdiyi tender müsabiqəsində rast gəlmək olur. Nizamnamə kapitalı 10 manat olan MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abşeron rayonu, Masazır qəzəbəsində yerləşən şirkətin qanuni təmsilçisi Cabbarlı Sənan Mehman oğludur.
 
Verdiyev Müqayis Cəmil oğlu 15.12.1955-ci il təvəllüdlü, Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır.
M.C.Verdiyev Bakı Şəhər Məhkəməsinin 24.01.2000-ci il tarixli hökmü əsasında həmin dövr üçün qüvvədə olan AR CM-nin 93-8-ci maddəsinin 4-cü bəndi, 170-ci maddənin 3-cü bəndi, 148, 172 və 38-ci maddələri ilə 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Mənimsəmə və ya israf etmə yolu ilə özgəsinin əmlakını talama zərərçəkənə xeyli miqdarda ziyan vurmaqla törədildikdə; Rüşvət alma bir qrup şəxs tərəfindən qabaqcadan sövdələşmə əsasında edildikdə və ya dəfələrlə və ya hədə qorxu tədbiq olunmaqla edildikdə, yaxud külli miqdarda rüşvət alındıqda; Mənimsəmə; Vəzifə saxtakarlığı; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə).
Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 30.12.2002-ci il tarixli hökmü əsasında AR CM-nin 178.2.2, 178.2.3, 178.3.2, 256.3, 311.2, 66.3-cü maddələri ilə 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; (Dələduzluq təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; külli miqdarda ziyan vurmaqla törədildikdə; Balıq və digər su bioresurslarının qanunsuz tututlması şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə; Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə).
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04.02.2015-ci il tarixli hökmü əsasında AR CM-nin 178.3.2, 179.3.2, 211.1, 66.3 və 67-ci maddələri ilə 09 il 14 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsinin 17.02.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib AR CM-nin 179.3.2, 178.3.2, 66.3 və 67-ci maddələri ilə 05 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə; Mənimsəmə və ya israf etmə kulli miqdarda törədildikdə; Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə və Hökmlərin məcmusu üzrə cəza təyin etmə).
Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 03.09.2018-ci il tarixli hökmü əsasında AR CM-nin 178.3.2, 62, 46.2, 222.2, 66.3, 66.4, 66.5-ci maddələri ilə 04 il müddətində azadlıqdan məhrum etmə və 02 il 06 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli qərarı ilə 02 il 06 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli qərarı ilə 09 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. (Dələduzluq kulli miqdarda ziyan vurmaqla törədildikdə; Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi; Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə).

Həmişə özünü böyük iş adamı kimi təqdim edən Müqayis Verdiyevlə bağlı mediada gedən materiallarla tanış olanda adam dəhşətə gəlir. Əlbəttə, digər iş adamları ilə də bağlı mediada müxtəlif xəbərlər yayılıb. Ancaq Müqayis Verdiyevlə bağlı xəbərlər, məqalələr xeyli saydadır. Əlbəttə, həmin məqalələri oxumağa, araşdrımağa nə vaxtımız, nə də həvəsimiz var. Təkcə həmin məqalələrin başlıqlarına nəzər salanda adam dəhşətə gəlir. …Müqayis Verdiyev Qarabağ Qazilərinin PULUNU QAYTARMIR... Qarabağ qaziləri deyir ki, Müqayis Verdiyev 400 minlik maşın sürür, amma biz Qarabağ qazilərini işlədərək, pulumuzu vermir. Müqayis Verdiyevlə bağlı başqa bir yazının başlığı belədir: Narazı Qarabağ qaziləri, fəhlələr, ustalar Müqayis Verdiyevin evinin qarşısında aksiya keçirmək, pullarını tələb etmək istəyir… Bəli, Qarabağ qaziləri deyir ki, həbsxanadan çıxan Müqayis Verdiyevə yenidən hansısa yollarla 4 millyon manatlıq tender verilib, o isə bunun 2 milyonunu mənimsəyərək özünə və övladına bahalı avtamobil alıb amma onlara məxsus daş karxanasından götürülən materiealların dəyəri yüz mindən yuxarı olan borcunu ödəmir, ödəməkdən boyun qaçırır.
Hər dəfə onlara tez bir zamanda görüşəcəyik deyə yalandan vədlər verir: “Bu şəxs dələduzluq, dövlət malını talamaya görə dəfələrlə həbsxana həyatı yaşasa da dərs olmur, görünür arxasında hansısa gözəgörünməz qüvvələr var” deyə etirazçılar bildirib. Belə məqalə başlıqları bir deyil, beş deyil, on deyil…
Bütün bu narazılıqlar ortada ola-ola Müqayis Verdiyev özü başqalarını şantaj etməyə başlayır. Müqayis Verdiyevin şantaj serialı ilk olaraq Goranboyun ozmankı icra başçısı Nizaməddin Quliyevlə bağlı olub. Guya Nizaməddin Quliyevin Müqayis Verdiyevə 400 min manat borcu var imiş. Daha doğrusu, Müqayis Verdiyev məhkəmədə icra başçısının üzünə dirənib ki, guya Goranboy rayonundakı tikinti işlərinə məhz bu rayonun rəhbəri Nizaməddin Quliyevin israrlı xahişləri əsasında qatılıb. Subpodratçı kimi «Fəqan Xidmət»dən aldığı işi isə vaxtında və qüsursuz yerinə yetirib.
Bu işlərin müqabilində nəzərdə tutulan pulu isə əsasən üç adamdan alıb: İcra başçısı Nizaməddin Quliyevdən, onun oğlu Ramal Quliyevdən və müavini Baxış Abdullayevdən. Və sonda guya 400 min manatı verməyiblər. Müqayis Verdiyev eyni ssenarini sonradan Yevlaxın o zamankı icra başçısı Qoca Səmədova tətbiq elədi.
Sözün qısası, Müqayis Verdiyev daha sonra şantaj əməllərini Göyçayın əvvəlki icra başçısı Mehdi Səlimzadəyə onun vəkili Rəşidlə birgə tətbiq elədi, daha sonra bu əməllərini Sumqayıtda işə saldı.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Müqayis Verdiyev bu əməllərinə görə bir neçə dəfə həbsdə də olub. Amma öz köhnə əməllərindən əl çəkmir… Hazırda Müqayis Verdiyev daha başqa yollarla dövlət nümayəndələrini, məmurları şantaj edir. Hətta məmurlara hədə-qorxu gəlir ki, Prezident Administrasiyasında adamlarım var, deyərəm sizi cəzalandırar, kimi istəsəm adının üstündən QIRMIZI XƏTT çəkdirərəm… yuxarıdakı Sabir də mənim adamımdır… Hətta ailə üzvümdür. Nə desəm odur…Əlaqədə olduğum adamların hamısına pul verirəm…
Bütün bunlar azmış kimi Müqayis Verdiyev hətta məmurlara hədə-qorxu gəlir ki, mənim özümün media şəbəkəm var, pulumu verib sizi mediada ifşa edərəm: “Ən bərk gedən baş redaktorlar mənim pullarımdan bəhrələnirlər. Mən cəmiyyət arasında nüfuzu olan adamam”. Müqayis Verdiyevin sevimli ifadəsi, informasiya kimdə varsa, qalib odur: “ Mən çox informasiyalı adamam. Kimi istəsəm həbs elətdirərəm kimi istəsəm həbsxanadan azad etdirərəm”.
Biz bir media qurumu olaraq Müqayis Verdiyevə bildiririk ki, sən güc-bəla ilə 4-cü sinifi bitirmisən, ali təhsilin də yoxdur, cinayət əməlləri ilə məşğulsan, residivistsən, 1 ildə 8 dəfə həbs olunmusan,..
Bir sözlə, səndən hər əməli gözləmək olar.. Müqayis Verdiyev PA-da çalışan Qarabağlı xanımların da adından sui-istifadə edir. Biz belə birisinə kömək edənlərə, dəstək verənlərə bildiririk ki, işlədiyiniz yüksək mövqeyinizi qoruyun, axı sizə etimad göstəriblər.
Ardı var...
gundelik baki
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.

Teref.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu vəzifəyə təyin olunmasından heç iki il keçməmiş Anar Kərimovun işdən çıxarılması bir çox suallar yaradıb. Belə ki, adətən Azərbaycanda yüksək posta gətirilən məmurlara həmin sahədə özünü təsdiq etmək, lazımi işlər görmək üçün müəyyən zaman tanınır. A.Kərimovda isə belə olmadı və bu, açıq suallar yaratdı.

Məlum olduğu kimi, hələ bu qurumda Əbülfəs Qarayevin vəzifəsindən azad olunması ilə nəticələnən Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar A.Kərimovun vaxtında da davam etdi. Bu əməliyyatlar nəticədə onun birinci müavini Elnur Əliyevin bir neçə ay əvvəl işdən çıxarılması və digərlərinin həbsi ilə nazirlikdə baş verən oğurluq, yeyinti faktlarını obrazlı ifadə etsək, mədəniyyətsizliyi ortaya qoydu.

Bütün baş verənlər, həm də A.Kərimova bir siqnal idi. Lakin görünür, o, nə sələflərindən, nə də müasirlərindən dərs götürdü.

Bu arada, nazirin öz həddini aşması ilə bağlı daha bir fakt ortaya çıxıb.

“Qafqazinfo”ya daxil olan fotodan çox şey aydın olur. Belə ki, bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birinə qatılan A.Kərimov, həmkarı, kənd təsərrüfatı naziri İnam Kərimov və onların xanımları sarayda adətən dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sıraya əyləşiblər.

Deyilənə görə, nazirə həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq kresloların üstündəki örtüyü açdırıb və israrla orada oturub.

Vurğulayaq ki, A.Kərimovun yerini bilməməyi təkcə özünə aid olmayan yerdə oturması ilə bağlı deyil. O, qısa zaman kəsiyində nazir işləməsinə baxmayaraq, hərəkətləri ilə sənət adamlarının narazılığına səbəb olmuşdu. Belə ki, onun, hətta əsas yoxlanmalı yerləri qoyub Azərbaycan Dövlət Kukla Teatrı kimi bir mədəniyyət ocağında yeyinti axtarması gülüşlə qarşılanmışdı.

Sadaladıqlarımız məhz A.Kərimovun nazir ömrünün belə qısa bitməsi ilə nəticələndi. Zənnimizcə, bu tale bir daha yüksək etimad göstərilən məmurlar üçün örnək olmalıdır.
Ardını oxu...
 
 
 

 
 
 
 
 
 
 
 
Ardını oxu...

Ruslan Əliyevin “Azəriqaz”İstehsalat Birliyinə rəis təyin olunmasının üç ili ötən ay tamam oldu. Bu müddət ərzində keçmiş rəis Əkbər Hacıyevin adamı kimi tanınan köhnə müavin, yeni rəis nə kimi işlər görə bilib, sözügedən sistemdə nə kimi yeniliklər edə bilib? Qeyd edək ki, Ruslan Əliyevin rəiz vəzifəsinə keçməsindən sonra Birlikdə apardığı kadr islahatlarından, ayrı-ayrı qurumlarda rüşvət və mənimsəmə hallarına yol verdiklərinə görə barələrində qanuni ölçü götürülmüş bir sıra şəxslərin bu gün “Azəriqaz”İB-in idarəetmə sistemində məsul vəzifələr tutduğunu vaxtı ilə biz gündəmə gətirmişdik. Qurumda işə təyin olunmuş rəhbər vəzifəlilərin idarəetmədə yol verdiyi ciddi nöqsanlar mövzusuna da vaxtı ilə toxunmuşduq.
Ruslan Əliyevin kadr siyasəti heç də “Azəriqaz”İstehsalat Birliyində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına, şəffaflığın və operativliyin təmin edilməsinə hesablanmayıb. Sosial şəbəkələrdə, elektron media resurslarında “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti barədə yayılmış məlumatlar da bunu təsdiq edir. Əhali tərəfindən mətbuat vasitəsi ilə yuxarı instansiyalara olunan çoxsaylı müraciətlərdə və sosial şəbəkələrdə vətəndaşlar tərəfindən yayılan şikayətlərdə bildirilir ki, “Azəriqaz” İstehsalat Birliyi paytaxt Bakı başda olmaqla ölkənin hər yerində abonentlərə, kiçik və orta sahibkarlara qarşı səlib yürüşünə çıxıb. Belə ki, qaz işçiləri obyektlərə baş çəkərək sahibkarlara böyük məbləğdə cərimələr yazirlar. Səbəb kimi guya saygaclara müdaxilə edildiyi göstərilir. Bir çox mətbuat orqanının apardığı araşdırmalar zamanı “Azəriqaz”ın bu tip hərəkətləri son vaxtlar qurumda olan böyük korrupsiya olayını ört basdır etməyə, güya əhalinin qaz pulu verməmək üçün saygaclara müdaxlə etdiyini göstərməsi məlum olub.

Bu gün əhalinin narazılığına səbəb olan hallardan biri də yeni qaz xəttlərinin çəkilişi ilə bağlıdır. Məlum olduğu kimi maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı xüsusi lisenziyaları olan sahibkarlar və fiziki şəxslər tərəfindən həyata keçirilir. Sözügedən sahibkar və fiziki şəxslərin müəyyən etdiyi qiymətlər isə çox vaxt əhalinin ciddi narazılığına səbəb olur. Yayılmış bir çox məlumatlarda qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı ilə məşğul olan sahibkarların “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən edildiyi göstərilir. Bu isə “Azəriqaz” rəsmilərilə dolayısı ilə hesablaşmalardan xəbər verir.

“Azəriqaz” İB Təmir-Tikinti İdarəsi isə daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yenilərilə əvəz edilməsinə, səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsinə cavabdehlik daşıyan, əsaslı təmir-tikinti işləri aparan bir qurumdur. “Azəriqaz” İstehsalat Birliyində əsaslı təmir-tikinti işlərinə nəzarət funksiyası isə baş direktorun müavini Ramil İsgəndərova tapşırılıb.

Redaksiyamıza verilən məlumatlara görə Ramil İsgəndərov 2019-cu ilin noyabrında Ruslan Əliyev “Azəriqaz” İB-nin baş direktoru kreslosuna keçəndən sonra müavin vəzifəsinə gətirilib.“Azneft” İstehsalat Birliyinin Baş direktoru olmuş Daşqın İskəndərovun 2019-cu ilin dekabrında SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunmasından sonra. Qısası,Ramil İsgəndərov SOCAR vitse-prezidentinin qardaşı oğludur. Bəs Ramil İsgəndərovun “Azəriqaz”da işi nədən ibarətdir? Yuxarıda qeyd etdiyimiz kimi, ölkə ərazisində qaz kəmərlərinin yenidənqurulması, qazpaylama infrastrukturunun yaradılması layihələrinin hazırlanmasına, təmir-tikinti işlərinin həyata keçirilməsinə nəzarət etmək.

İnternet resurslarında açıq mənbələr üzərindən apardığımız araşdırmalarda “Azəriqaz” İstehsalat Birliyini tərəfindən son illər bir çox rayonlarda kəndlərin qazlaşdırılmasının həyata keçirməsi barədə geniş məlumatlar tapdıq. Bu işlərin həyata keçirilməsinə nəzarət isə Ramil İsgəndərovun səlahiyyətindədir. Çünki, İstehsalat Birliyinin baş direktorunun keçirdiyi”Açıq mikrofon” aksiyalarında Ramil İsgəndərov əsaslı tikinti üzrə müavin kimi daim Ruslan Əliyevin yanında olur. Bu isə o deməkdir ki, kəndlərin qazlaşdırılması işinin başında birbaşa Ramil İsgəndərov dayanır. Redaksiyamıza verilən məlumatlara görə məhz bu işlərin həyata keçirilməsinə ayrılan dövlət vəsaitlərinin çox hissəsi baş direktorun müavini Ramil İsgəndərovun vasitəsi ilə təyinatından kənarlaşdırılır. Əldə eydiyimiz məlumatlara görə Ramil İsgəndərov bu vəzifəyə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın İsgəndərov tərəfindən məhz bu məqsədlə otuzdurulub. Həm Ruslan Əliyevə nəzarət etmək, həm də var -dövlət toplamaq məqsədi ilə.

Məlum deyil son illər kəndlərin qazlaşdırılmasına nə qədər dövlət vəsati ayrılıb, xərclənib. Çünki bu sahədə “Azəriqaz” İB tərəfindən şəffaflıq təmin edilməyib. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalarda da “Azəriqaz” İstehsalat Birliyi tərəfindən kəndlərin qazlaşdırılması işlərinin həyata keçirilməsi ilə bağlı məlumatlar əldə edə bilmədik. Belə ki, 2019-cu ildə, yəni Ruslan Əliyev, Ramil İsgəndərov birliyi vəzifə başına gələnə qədər “Azəriqaz” İstehsalat Birliyi regionlarda tikinti-təmir işləri üzrə 7 açıq tender proseduru keçirib. Amma 2020-2021-ci illərdə Birlik bununla əlaqədar heç bir tender keçirməyib, 2022-ci ildə elan olunanlar isə aşağıdakılardır.

Qeyd edək ki, İstehsalat Birliyi 2022-ci ildə satınalma planlarına iki açıq tender daxil edib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi müxtəlif mal-materialların satın alınması üzrə keçirdiyi açıq tenderə 25.11.2022-ci il tarixdə yekun vuraraq “ŞİMAL SERVİS” Qapalı Səhmdar Cəmiyyəti ilə 95273.29 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.

Digəri isə, “Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Şirvan Aqro” MMC-yə məxsus qeyri-yaşayış obyektinin xarici qaz kəmərinin tikintisi” işlərinin aparılmasına tələb olunan mal-materialların satın alınması üzrə nəzərdə tutulub ki, bununla bağlı 29.11.2022-ci il tarixdə tender elanı verilib.

Cavab almaq istədityimiz bir çox suallar da buradan yaranır. “Azəriqaz” İstehsalat Birliyi son iki ildə müxtəlif mal-materialların satın alınması hansı üsularla həyata keçirib. “Azəriqaz” “Şirvan Aqro” MMC-yə məxsus qeyri-yaşayış obyektinin xarici qaz kəmərinin tikintisi” işlərinin aparılması ilə əlaqədar tender keçirirsə, bu günə qədər kəndlərin qazlaşdırılması işlərinin həyata keçirmək üçün tələb olunan mal-materialların satın alınması ilə bağlı nə üçün heç bir tender keçirilməyib?

“Azəriqaz” İstehsalat Birliyinin rəsmi portalına yerləşdirilmiş məlumatlara əsasən deyə bilərik ki, respublikamızın ayrı-ayrı bölgələrində, ucqar kəndlərində qazlaşdırma işləri son illər genişlənib. Təbii ki, bu məqsədlə külli miqdarda dövlət vəsaiti də ayrılıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə 2012-ci ildə respublikada qazlaşdırma işlərini həyata keçirmək məqsədi ilə SOCAR tərəfindən bir milyard manatdan çox dövlət vasiti ayrılıb. Amma göründüyü kimi respublikada qazlaşdırma işləri hələ də davam etdirilir. Bu o deməkdir ki, vaxtı ilə Əkbər Hacıyev, Rövnəq Abdullayev tandemi dövlət vəsaitini təyinatınatından kənarlaşdırıb. İndi isə eyni əməlləri Daşqın İskəndərov, Ruslan Əliyev, Ramil İsgəndərov triosu davam etdirir.
Ardını oxu...
İnşaat Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2004-cü ildə yaradılıb. Kollec 2005-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərir. Kollec Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərməyinə baxmayaraq, müstəqil olaraq satınalmalar həyata keçirir. İnşaat Kollecinin keçirdiyi satınalmalarda da bəzi dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalarda olduğu kimi kifayət qədər şübhəli məqamlar var.

TEREF.AZ bildirir ki, qlobal.az İnşaat Kollecinin sifarişçi olduğu bir sıra satınalmalar üzərində araşdırmalar aparıb.

Kollec yekun vurduğu ən son satınalmalar cari ilin dekabr ayının 13-də həyata keçirilib.

Bu satınalmaların ümumi məbləği 81.793 manat təşkil edib.

Bu satınalmalarda şübhəli məqam İnşaat Kollecinin eyni gündə yekun vurduğu hər üç satınalamada qalib elan edilən təşkilatların hüquqi ünvanlarının eyni ünvanda - Sumqayıt şəhərində yerləşməsidir:

İnşaat Kollecinin bu ilin dekabr ayının 13-də "Maşın və avadanlıqların alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 49.875 manat, satınalmanın qalibi "DİSCOVERY AA" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2906788651) olub.


"DİSCOVERY AA" MMC 2022-ci ilin avqust ayının 8-də təsis edilib. MMC-nin qanuni təmsilçisi Abdullayeva Sədaqət Həsən qızı, hüquqi ünvanı isə Sumqayıt şəhəri, 10-cu MKR, ev 42 mənzil 59 ünvanıdır.

Kollecin dekabr ayının 13-də həyata keçiridiyi ikinci satınalma isə "Tikili və avadanlıqların cari təmiri" lotu üzrə olub. Bu satınalmanın məbləği 21.998 manat, qalibi isə "RPS" (VÖEN: 2901835771) Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ardını oxu...
"RPS" MMC 2009-cu ildə qeydiyyata alınıb. Bu MMC-nin qanuni təmsilçisi Əliyev Babək Ceyhun oğlu, hüquqi ünvanı isə Kollecin digər satınalmasında qalib edilən "DİSCOVERY AA" MMC ilə eyni hüquqi üvandadır: Sumqayıt şəhəri, 10-cu MKR, ev 42 mənzil 59.

İnşaat Kollecinin 13 dekabr tarixində yekun vurduğu sonuncu satınalma "Dəftərxana və təsərrüfat mallarının satın alınması" lotu üzrə keçirilib. Bu satınalmanın məbləği 9.920 manat, satınalmanın qalibi isə "SÜNBÜL SERVİS" (VÖEN: 2906791031) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Ardını oxu...
"SÜNBÜL SERVİS" MMC "DİSCOVERY AA" MMC ilə eyni tarixdə - 2022-ci ilin avqust ayının 8-də qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Abdullayeva Sədaqət Həsən qızıdır. Abdullayeva Sədaqət Həsən qızı həm də "DİSCOVERY AA" MMC-nin qanuni təmsilçisidir. MMC-nin hüquqiq ünvanı SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 5/24, m. 7 ünvanıdır.

Göründüyü kimi İnşaat Kollecinin 13 dekabr tarixində yekun vurduğu ümumi dəyəri 81.793 manat təşkil edən satınalmalarda qalib elan edilən təşkilatların ikisinin hüquqi ünvanı, ikisinin isə qanuni təmsilçiləri eyni şəxsdir. Bu isə satınalmanın əvvəlcədən razılaşdırılmış ehtimalını artırır.

Maraqlıdır ki, İnşaat Kollecinin əvvəlki tarixlərdə həyata keçiridiyi satınalmaalrda da qalib elan edilən təşkilatlar mütləq əksəriyyəti Sumqayıt şəhərində yerləşir:

Ardını oxu...
1. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 4850 AZN

"TURAN-NQ" Məhdud Məsuliyyətli Cəmiyyəti
Ardını oxu...
Hüquqi ünvanı: Sumqayıt şəhəri, 9 mkr, ev 53, m 40.

Buralarda tender-mender hərləyən yoxdur...

2. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 4790 AZN

"AVRO DİZAYN" Məhdud Məsuliyyətli Cəmiyyəti
Ardını oxu...
Hüquqi ünvanı: Sumqayıt şəhəri, MƏH 20, ev 589, m. 4

Buralarda tender-mender hərləyən yoxdur...

3. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 4744 AZN

"Milla" Məhdud Məsuliyyətli Cəmiyyəti
Ardını oxu...
Hüquqi ünvanı: Sumqayıt şəhəri, 9 MKR, ev 52A, m. 19

Buralarda tender-mender hərləyən yoxdur...

4. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 1470 AZN

"CORDOBA-2017" Məhdud Məsuliyyətli Cəmiyyəti
Ardını oxu...
Hüquqi ünvanı - Sumqayıt şəhəri, 18 MKR, ev 29, m. 54

Buralarda tender-mender hərləyən yoxdur...

5. İstehsalyönlü müxtəlif xidmətlər İstehsalyönlü müxtəlif xidmətlər 4500 AZN

"Kometa-15" Məhdud Məsuliyyətli Cəmiyyəti

Hüquqi ünvanı - Sumqayıt şəhəri, MƏH 14, ev 2/29, m. 36
Ardını oxu...
İnşaat Kollecinin yuxarıda qeyd edilən satınalmalarının qalibi olan MMC-lərin heç birinin fəaliyyət profili, faktiki ünvanı, işçi sayı barədə məlumat yoxdur. Eyni zamanda bu şirkətlərin hansı lisenziyalar əsasında fəaliyyət göstərdikləri barədə də informasiyalara rast gəlinmir.

Qeyd edək ki, İnşaat Kollecinin direktoru Namiq Ağamalıyevdir.

Kollecin nəzdində fəaliyyət göstərdiyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru isə Gülçöhrə Məmmədovadır.

Buralarda tender-mender hərləyən yoxdur...
Ardını oxu...
Gülçöhrə Məmmədova

İnşaat Kollecinə qəbul "Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri”, "İnformasiya texnologiyası sistemləri”, "Tikinti məmulatları və konstruksiyaları istehsalı”, "Nəqliyyat vasitələrinin təmiri və servisi", "Dizayn”, "Bina və qurğuların tikintisi və istismarı”, "Qaz təchizatı sistemi və avadanlıqların quraşdırılması və istismarı”, "Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlıqları” və "Geodeziya və xərtiçilik” ixtisasları üzrə aparılır.

Memarlıq və İnşaat Universitetindən və İnşaat Kollecindən xəbərə münasibət öyrənə bilmədik.
 

Ardını oxu...
9.12.2022-ci il tarixində "DogruXeber.az" informasiya portalında "Xətai rayonunda bu tikintilərə kimlər, niyə göz yumur ? - FOTO" başlığı altında bir yazı yayımlamışdıq.

Sözügedən yazıda Xətai rayonu Həzi Aslanov qəsəbəsində, Kazımağa Kərimov və Şirin Mirzəyev küçələrində gecədən-gecəyə aparılan qanunsuz tikintilər, həmçinin Neyrocərrahiyyə xəstəxanası ilə üzbəüz avtobus dayanacağına bitişik, yolun düz yaxınlığında aparılan biznes obyektinin tikintisi barəsində məlumatlar yer alırdı.

Biz bütün bunlar barəsində dərc etmədən əvvəl Xətai rayon İcra Hakimiyyətinə məlumat vermişdik. Həmçinin 14.12.2022-ci il tarixində Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinin elektron ünvanına da rəsmi müraciət göndərmişdik.

Hətta, müraciəti göndərdikdən 2-3 gün sonra quruma zəng edib, nədən cavablandırılmadığını soruşmuşduq.
Qurumdan bildirilmişdir ki, "qeyd edilən ünvanlara nümayəndə göndərəcəyik, gedib araşdırsınlar".
- "Bəs bizə cavabı nə vaxt göndərəcəksiniz?" sualımıza isə, - "Saat indi 5-dir, iş vaxtı bitməyinə az qalıb. Yəqin ki, sabah " cavabını almışdıq.

Lakin, təəssüflə bildiririk ki, müraciətlərimiz hər iki qurum tərəfindən bugünə qədər cavabsız qalıb.

Yeri gəlmişkən, elə müraciətimizin bugünə qədər cavabsız qalma səbəbini öyrənmək üçün bu gün Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinə zəng etdik.

Telefona cavab verən xanım operator ümumi şöbəyə yönləndirəcəyini bildirdi və xəttə gözləməyi xahiş etdi.
Bir neçə dəqiqə gözlədikdən sonra dəstəyi kargüzarlıq şöbəsindən Zahid adlı şəxs qaldırdı.

- "Zahid müəllim, dekabrın 14-də sizin elektron ünvanınıza rəsmi müraciət göndərmişik, amma buvaxta qədər tərəfinizdən heç bir cavab verilməyib. Bunun səbəbini öyrənə bilərik?", deyə soruşduq.

Zahid bəy müraciətimizi axtarmaq üçün bizi xeyli telefonda gözlətdi. Dəstəyin o biri tərəfindən gələn səslərdən belə başa düşdük ki, Zahid bəy xanım köməkçisi ilə baxılmamış müraciətlər arasında bizim müraciətimizi axtarır, tapa bilmir.

- "Zahid müəllim, bu qədər axtardığınıza görə belə başa düşdüm ki, siz müraciətimizə bugünə qədər baxmamısınız və indi zəng etməsək, heç baxmayacaqdınız da", deyə soruşduq.

Zahid bəy isə, "Xeyr, ay xanım. Siz düz başa düşmədiniz. Gözləyin indi tapırıq " deye"cavab " verdi. Hərçənd ki, buna "cavab " da demək olmaz.

Nəhayət xeyli axtarışdan sonra müraciətimiz (yəqin ki, baxılmamış çoxsaylı müraciətlər arasından) tapıldı və müraciətlə tanış olub, sonra cavab vermək üçün bizdən əlaqə nömrəsi istənildi.

Nə yaxşı ki, müraciəti göndərəndən 8 gün sonra əlaqə saxlayıb, yadlarına saldıq, yoxsa yəqin ki, heç məlumatlarla da tanış olmayacaqlardı, nəinki cavab vermək.

İndi də gözləyək görək, cavabı nə vaxt verəcəklər.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz tikintilər artıq, başa çatmaq üzrədir.

Yeri gəlmişkən, onu da diqqətinizə çatdırırıq ki, Şəhərsalma və Tikinti Arxitektura Komitəsinə "DogruXeber.az" informasiya agentliyi olaraq, dəfələrlə - Yasamal rayonun bir neçə fərqli ərazilərində, həmçinin Xətai rayonu ərazisində aparılan tikintilər barəsində rəsmi müraciətlər göndərmişik. Lakin, müraciətlərimizdə qeyd etdiyimiz bütün qanunsuz tikintilərin inşası axıra qədər davam etdirildi. Aidiyyatı qurum - ARXKOM isə kimsəyə "gözün üstə, qaşın var" demədi.

Maraqlıdır, bu qədər qanunsuz işlərə qurum tərəfindən susaraq verilən razılığın səbəbləri nələrdir?
Bir halda ki, ölkə başçısı özü belə bir neçə dəfə şəhərsalma barəsində iradlar səsləndirib, o zaman ARXKOM -un bu "rahatlığı" nəyin, yaxud kimin verdiyi güvəncidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
F.Ələkbərov adına Xanallar tam orta məktəbinə atılan şər-böhtan təsdiqini tapmadı
 
Son bir neçə gündür Şəmkir rayonu F. Ələkbərov adına Xanallar kənd tam orta məktəbi haqqında xoşa gəlməyən, şər və böhtan xarakterli yazılar yayılmaqdadır.
Ancaq onu qeyd edək ki, hər bir inkişaf edən cəmiyyətdə bu cür xəbərlər olur. Əsas odur ki, bu xəbərlərin heç bir əsası yoxdur. F.Ələkbərov adına Xanallar kənd tam orta məktəbi 2009-cu ilədən istifadəyə verilib. İndiyə qədər məktəbdə hər hansı bir pis hadisə qeydə alınmayıb. Şagirdlər vaxtı-vaxtında istiliklə təmin olunurlar. Məktəbdə şagirdlərin yaxşı təhsil almaları üçün yaxşı şərait var. Məktəbdə yüksək biliyə malik olan mütəxəsis müəllimlər çalışır. 2003-cü ildən məktəbə rəhbərlik edən Nərxanım İsrafilova şagirdlərə yaxşı təhsil almaları üçün hər cür şərait yaradıb. Onlar təkcə təhsil almır eyni zamanda boş vaxtlarını səmərəli keçirmək üçün məktəbdə təşkil edilən bilik yarışlarında iştirak edirlər. Bütün bunlar məktəb direktoru olan Nərxanım İsrafilovanın əməyi sayəsində ərsəyə gəlir. Bütün şər-böhtanlar öz təsdiqini tapmayıb. Bu sadəcə bir qrup insanın Xanallar kənd tam orta məktəbi və ora rəhbərlik edən Nərxanım İsrafilovanın işlərinə kölgə salmaq istəyənlərin son arzusudur. Onların arzuları elə ürəklərində qalacaq. 

Ardını oxu...
DİA.AZ: - "Əsl vətəndaş Vətəni sevməyi bacarmalıdır. Dilini, dinini, milli-mənəvi dəyərlərini, Vətəninin ərazi bütövlüyünü qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Dövlət rəmzlərimizi bilməli, sərvətlərimizi göz bəbəyi kimi qorumağı, qanunlarımıza hörmətlə yanaşmağı bacarmalıdır. Ən ümdəsi isə odur ki, həyatda yerini düzgün tutmalı, Vətənə layiqli övlad olmalıdır. Əsl vətənpərvər lazım gələndə canını qurban verməyi belə, bacarmalıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Biz bu gün sevinirik ki, yüksək vətənpərvərlik hissləri ilə tərbiyə olunmuş gəncliyimiz var və bu gənclik böyük siyasi irsin daşıyıcısı, Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı ilə 44 günlük Vətən müharibəsi dövründə işğal altında olan torpaqlarımızı azad etdilər və tarixi qədim olan Azərbaycanımızı öz ərazi bütövlüyünə qovuşdurdular. Bu nöqteyi-nəzərdən, tarix müəllimlərinin üzərinə böyük vəzifə düşür. Şanlı Qələbəmizin əhəmiyyətini, onun nəticələrinin qorunmasının vacibliyini yetişməkdə olan nəslə çatdırmaq, Vətən müharibəsi qəhrəmanlarını tanıtmaq, şəhidlərimizin xatirəsinin əziz tutulmasını təbliğ etmək və s. Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir.
Lakin müşahidələr və etibarlı mənbələrdən alınan məlumatlar göstərir ki, tarix müəllimləri arasında bu olduqca vacib vəzifəni layiqincə yerinə yetirməyənlər var və daha təhlükəli meyl budur ki, bu müstəvidəki nöqsanlar heç də öyrədənin peşəkarlıq səviyyəsinin azlığından deyil, bəzən siyasi orientasiyasının şübhəli olmasından irəli gəlir. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə, Quba rayon 1 nömrəli orta məktəbin tarix müəllimi Ələkbərova Aynurə Lətif qızı tarix fənnində Vətən müharibəsinin əhəmiyyətini, torpaqlarımızın geri alınması ilə bağlı məsələləri düzgün rakursdan tədris etmir, şagirdləri çaşqınlığa salır. Adının çəkilməsini istəməyən valideyn bildirir ki, müəllimə bir neçə dəfə bu məsələ ilə bağlı iradlarını bildirsə də, A.Ələkbərova ona sərt cavab vermiş, özündənrazı halda “məndə heç kim nöqsan tuta bilməz” demiş, üstəgəl, arxasının möhkəm bağlı olduğunu, qohumunun əslən naxçıvanlı “kürəkəninin” yüksək vəzifədə işlədiyini, lazım gəlsə həmin şəxsi məlumatlandıracağı, təsirli tədbir gördürəcəyi ilə hədələmişdir.
Məlumatı təqdim edən mənbə bu məsələnin KİV-də ictimailəşdirilməsindən sonra aidiyyəti qurumların həmin müəllim barəsində araşdırma aparacağına, fəaliyyətinin yoxlanılmasının təşkil ediləcəyinə, barəsində lazımi ölçü götürəcəyinə ümid edir. Bizə də maraqlıdır: Görəsən, tarix üzrə dərs vəsaitinin üz qabığında xaçmazlı Topçu Vüsalın fotoşəklinə qubalı Aynurə müəllimənin münasibəti necədir?"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Teref.az yazır ki, Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu Milli Məclisin keçmiş deputatı Elton Məmmədovdan şikayət edir. Milli Məclisin keçmiş deputatı Elton Məmmədov onu işlətdiyini və pulunu vermədiyini iddia edən vətəndaş saytımıza bunları yazır:
Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu tərəfindən

ŞİKAYƏT

Milli Məclisin keçmiş deputatı Elton Məmmədov məni işlədib aldadıb pulumu vermir. Zəhmət haqqımı gedib istəyəndə mənə deyir ki, polis rəisinə zəng edib deyib səni həbs etdirəcəm.
Mən Ucar rayonunda yaşayıram tikinti ustasıyam sənətkaram. Keçmiş deputat Elton Məmmədov sürücüsü Sırac Quliyev vasitəsi ilə mənimlə danışdı ki, ona məxsus Ucarın Qazıqumlaq kəndində yerləşən villasının həyətində böyük bir avtomobil qarajı inşa edim.
Lahiyə-smeta hazırlandı və bu ilin sentyabr ayında tikintiya başlanıldı.7 x12 ölçüdə avtomobil qarajı 3 ay müddətində inşa edildi.Qarajda 10 nəfər usta işlədildi.Bahalı materiallardan incəliklərlə inşa edilən qaraj keçmiş deputat Elton Məmmədovun çox xoşuna gəlsədə pulumu kəsdi 3700 manatımı vermədi.Mən ona izah etdim ki, 3 ay ərzində hər gün taksi ilə Qazıqumlaq kəndinə gəlib-getməyə təkcə 1000 manat pul xərclənib.
Mən tikinti materialları satan maqazinlərə pul borclu qalmışam.Hansı ki, həmin tikinti materiallarını Elton Məmmədovun avtomobil qarajının inşası üçün maqazinlərdən nisiyə götürmüşəm.Tikinti işlərində mənə köməklik edən fəhlələrə pul borclu qalmışam.
Mənə olan 3700 manat pul borcunu almaq üçün 3 dəfə Elton Məmmədovun evinə getmişəm.Axırda mənə dedi ki, polis rəisnə deyib səni həbs etdirəcəm.
İndi çıxılmaz vəziyyətdə qalmışam, maqazinlərə və fəhlələrə pul borcumu verə bilmirəm.
Çox təəcüblü qalmışam ki, belə bir yalançı-kələkbaz adam uzun illər necə millət vəkili olub ? Fəhlənin zəhmət haqqını kəsən çox imkanlı bir adamdan deputat olar ?
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm məni işlədib aldadıb pulumu vermək istəməyən Milli Məclisin keçmiş deputatı Elton Məmmədovun barəsində tədbir görəsiniz.Heç olmasa keçmiş nazir Ziya Məmmədov qardaşına desin ki, fəhlənin pulunu kəsmə halallıq al.
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
Ağcabədi rayon Qaradolaq kənd sakinləri susuzluq səbəbindən ziyana düşüblər.

DİA.AZ bildirir ki, Qaradolaq sakinləri əkin sahələrində şümlama işlərini aparsalar da, toxum səpə bilmirlər.

Sakinlər deyirlər ki, əslində su kanalı var, ancaq axar suyu yoxdur. DİA.AZ-a bildirilənə görə, fermerlər pambıq əksələr də, məhsul götürə bilməyiblər, sahələri susuzluqdan yanıb.

Rəsmi qurumlar problemdən xəbərdar olduqlarını deyirlər. Bildirilər ki, Afşar kəndinin suvarma işi qurtardıqdan sonra su Qaradolaq kəndinə də veriləcək.

Daha ətraflı aşağıdakı videoda:

 

Dünyapress TV

Xəbər lenti