Artıq bir müddətdir ki, sosial şəbəkələr arasında “Tik-tok”a maraq kəskin artıb. “Tik-tok” Azərbaycan seqmentində demək olar ki, insanların böyük maraqla istifadə etdiyi sosial məkana çevrilib. Ölkəmizdə mövcud olan söz və internet azadlığı sosial mediada insanların öz fikirlərini bölüşməsinə geniş imkanlar yaradı. Hər cür insana ev sahibliyi edən “Tik-tok” sosial şəbəkəsi yerli məmurlarımıza da imkan tanımaqdadır.
Xəbəral.az bildirir ki, “Tik-tok”-da gecəsini gündüzünə qatan yerli məmurlardan biri də 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlu Nicat Paşayevdir .
Nicat Paşayev məmur olaraq “Tik-tok” sosial şəbəkəsində qarşı tərəfləri təhqir etməklə və acaib göbəy rəqsləri ilə yadda qlıb. Eyni zamanda sosial şəbəkələr mədəni maarifçilik təbliğatında kasat olan bu gənc özünübəyənmiş məmur əcaib ağız, göz hərəkətləri ilə özünü idarə edə bilmir və hər kəsə meydan oxuyur.
Nicat Paşayevlə bağlı araşdırma aparan əməkdaşlarımız ilginc məlumatlar əldə edib.
Belə ki, Nicat Paşayev “Azəravtoyol”-un sədri Saleh Məmmədovun yaxın dostu 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğludur.
Mübariz Paşayevlə bağlı məlumatlar isə belədir:
Mübariz Paşayev dediyimiz kimi, “Azəravtoyol”-un sədri Saleh Məmmədovun yaxın dostudur. Bu “müqəddəs” dostluğundan istifadə edən M. Paşeyev illərdir 10 saylı Yol İstismar idarəsin öz şəxsi malı kimi istifadə edir. M. Paşayev həmçinin öz yaxın qohumlarını 0 saylı Yol İstismar idarəsində ən gəlrli vəzifələrdə yerləşdirib.
Direktorun bu yaxın qohumları idarədə ümumi qazanca şərik olaraq çalışdığı deyilir. Hansı ki, bu adamların çoxu heç idarənin qapısını belə tanımır.
Əsas gəlirli shələrdə Mübariz Paşayevin oğlu Nicat Paşayev, qardaşı və qardaşı oğlu Zaur Paşayev eləcə də baş iqtisadçı olan qohumu Elmdarı misal çəkmək olar.
Xəbəral.az “Tik-tok”-da əcaib göbək rəqsi oynayan gənc məmur Nicat Paşayevin videosunu təqdim edir: //GUNinfo.az//
Saatlı rayonunun Əhmədbəyli kənd sakinləri Novruzəli Əliyev və Şahin Əsgərov iddia edir ki,kənd inzibati ərazi dairəsinin sədri Samiq Teymur oğlu Şahmarovun qanunsuz əməllərlə məşğuldur və dövlətin ayırdığı küllü miqdarda subsidiyaları mənimsəyir, yüz hektardan çox torpağı dövlət məmuru olduğu halda öz adına sənədləşdirib. Samiq Şahmarov isə "Kanal32"yə açıqlamasında onların səsləndirdikləri fikirlər əsassız hesab edib və ona yönəlik qərəz kimi qiymətləndirib.
Xeyli müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini, sonra rəisi olmuş, hazırda nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri olan Fuad Heydərov barəsində az qala 1 saata yaxın internetdə axtarış aparsaq da bu adamın kimliyi barədə bir cümələyə də rast gəlmədik. Axı, bu adam mühüm dövlət qurumu olan Dövlət Əmək Müfəttişliyinin rəisi olub, yəni sıradan biri deyil. Bu adam neçənci ildə anadan olub, hansı ali məktəbi bitirib, ixtisası nədir, hərbi qulluqda olubmu və s..? Birdən oxuyuruq ki, təzə nazir Sahil Babayev işdən azad olunan Müfəttişliyin rəisi Elman Cəfərovun yerinə onun müavini Fuad Heydərovu təyin edib. Vəssəlam. Fuad Heydərov barəsində bu qədər. Vallahi, bizi qınamayın ee...elə bil bu adamlar göydən zənbillə mühüm dövlət vəzifələrinə təyin olunurlar. Bir daha qeyd etmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi çox mühüm dövlət qurumudur. Azərbaycanda yüz minlərlə, bəlkə də milyondan çox işləyən vətəndaşlar var. Bunların əmək müqaviləsindən tutmuş məzuniyyətinə qədər, iş başında aldığı xəsarətdən tutmuş müalicəsinə qədər məsələlərə Müfəttişlik baxır. Müfəttişlik barəsində qısaca məlumat verək ki, məsələ oxucuya aydın olsun. Müfəttişlik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət, özəl, sahibkarlıq, fiziki şəxslər, hüquqi şəxslər və s fəaliyyət sahələrində Azərbaycan dövlətinin Əmək Məcəlləsinin düzgün həyata keçirilməsinə nəzarət edir. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Və...üstəlik əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün dövlət orqanları qarşısında məsələ qaldırır. Yəni gördünüz ki, bu qurumun əlində işçilərin hüquqlarını qorumaq üçün kifayət qədər səlahiyyət var. Amma.... Əmması odur ki, az qala hər gün oxuyuruq ki, filan MTK-nın apardığı tikintidə fəhlə binadan yıxılaraq öldü. Görəsən, Fuad Heydərov bir dəfə maraqlanıbmı ki, həmin fəhlənin əmək müqaviləsi varmı..? Əlbəttə, yoxdur. Görəsən həmin MTK-da əməyin təhlükəsizliyinin qorunması ilə bağlı Fuad Heydərov bircə dəfə məsələ qaldırıbmı..? Əlbəttə, yox. Görəsən, həmin MTK-larda fəhlələrə qanuni məzuniyyət verilirmi..? Fəhlələr iş saatından artıq işlədilirmi ? Bəzən hətta dövlət qurumları ixtisar adı altında işçiləri işdən uzaqlaşdırır. 1-ci və 2-ci qrup əlillərin iş vaxtı qısa olmalı, əmək məzuniyyətləri 42 gündən az olmamalıdır. Görəsən, 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxarılan Elşən Tağıyevi qurumda necə işə götürüblər..? Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldığına görə, işdən qovulmuşdu. Belə bir adama Fuad Heydərov necə yenidən vəzifə verib? Sözün qısası, Fuad Heydərov vaxtilə Müfəttişliyi rüşvət və korrupsiya yuvasına çevirmişdi. Və... nazir Sahil Babayev onu vəzifəsindən azad edərək nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edib. Onun yerinə kimi təyin edib..? Bu başqa bir yazının mövzusudur. Ancaq biz deyirk ki, bu kadr siyasətinin adı buğdan götürüb saqqala qoymaqdır, ay Sahil Babayev. Cənab nazir, bəs deyirdin sosial sahədə inqilabi dəyişikliklər edirəm... //gundelik-baku.com//
Vətəndaş Məhərrəmov Ceyhun Bahrəm oğluna qarşı 03.05.2022-ci il tarxidə Abdullayev Zaur və Faiq, Kave Araz, Mustafayev Xəyal, Vəliyev Teyyub tərəfindən xuliqanlıq cinayəti törədilməsi faktı üzrə 20 may 2022-ci il tarixdə Xətai rayon prokuroru, baş ədliyyə müşaviri İmanov Sərdar Eyzam oğlu tərəfindən AR CM-nin 221.2.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılaraq cinayət işinin ibtidai istintaqının aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmiş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Həbib Həbiblinin cinayət işiylə bağlı araşdırmasından sonra şahidlərin ifadələri və videokamera görüntülərinə əsaslanan qərarı ilə təqsirləndirilən şəxs Abdullayev Zaur Zahid oğlu AR-nın CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Faiq Abdullayev, Araz Kave, Xəyal Mustafayev və Teyyub Vəliyev isə AR-nin CM-nin 221.2.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Buna baxmayaraq, Bakı şəhəri Xətai rayonu məhkəməsinin hakimi Fuad Axundovun hökmü ilə bu cinayətin AR CM-nin 221-ci (Xuliqanlıq) maddəsindən AR CM-nin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilərək onlar barəsində 9 ay müddətində azadlıqlarının məhdudlaşdırılması cəzası, yəni “gecə saat 12-dən səhər saat 7-ə kimi evdən çıxmamaq” cəzası təyin etmişdir. Fuad Axundovun qərarına əsasən yuxarıda qeyd etidiyimiz şəxslərin keçmiş münasibətini nəzərə alaraq onların əməllərini ictimaiyyət münasibətlərinə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkət kimi qiymətləndirilmişdir. Halbuki, binanın həyətindan kənar quraşdırılmış müşahidə kamerasının qeydiyyatından göründüyü kimi bu döyülmənin səs və təsiri nəinki bina sakinlərinə, hətta digər kənar şəxslərin müşahidə etməsinə, narahat olmasına və beləliklə cəmiyyətdə də saymazlıq nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarının, əxlaq və mənəviyyat normalarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Lakin Xətai rayon məhkəməsinin hakimi Fuad Axundov bu görüntünü məhkəmə hökmündə nəzərə almağı və şərh etməyi “unutmuşdur”, yəni davanı gəlib müşahidə edən kəslərin videogörüntülərinə hüqiqi qiymət verməmişdir. Belə ki, görüntülərdən də aydın olunur ki, Faiq Abdullayevin öncədən kameranı bağlaması, digər kameranı isə sındırmaları, nümayişkar şəkildə Ceyhun Məhərrəmovu çağırması, qrup şəklində döyülməsi, “səs-küyə” digər şəxslərin gəlib izləməsi, şahidlərin də ifadəsinə əsasən söyüş və təhqirlərin uca səslə səslənməsi, binada yaşayan şəxslərin bu döyülməni müşahidə etməsi məhz həmin əməllərin xuliqanlıq maddəsinin dispozisiyasına aid olduğunu göstərir. Qeyd etmək lazımdır ki, bu qanunsuz tövsif edilməni həm də prokuror müşahidə etmiş, lakin həmin hökmdən protest verməmiş və apellyasiya şikayəti ilə müraciət etməmişdir. Hazırda vətəndaş Ceyhun Məhərrəmov özü apellyasiya şikayəti ilə Apellyasiya Məhkəməsinə müraciət etmiş, növbəti məkəmə baxışı isə 07.03.2023-cü il tarixində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçiriləcəkdir. Buna baxmayaraq, təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmədiyinə görə hazırda da onlar vətəndaş Ceyhun Məhərrəmovu təhqir və təhdid edərək təzyiq göstərməkdə davam edir və hətta Apellyasiya Məhkəməsinin qərarını belə öz xeyirlərinə həll olunduğunu bildiriməkdən çəkinmirlər. Ümid edirik ki, Apellyasiya Məhkəməsində vətəndaş Ceyhun Məhərrəmovun işinə ədalətli baxılıb qanunamüvafiq hökm çıxarılacaqdır.
Qazax şəhər avtovağzalının mülki müdafiə üçün nəzərdə tutulmuş zirzəmisi ticarət mərkəzinə çevrilib
Bu günlərdə redaksiyamıza Qazax şəhər avtovağzalında mövcud olan bir çox neqativ hallar barədə məlumatlar daxil olub. Verilən məlumatlarda bildirilir ki, şəhər avtovağzalı vağzala deyil, daha çox ticarət mərkəzinə bənzəyir. Beləki ,hal-hazırda burada 30-a yaxın ticarət mağazası fəaliyyət göstərir. Mağazalar və iaşə obyektləri artıq aftovağzalın xaricində və içərisində olması ilə bərabər, insanların mülki müdafiəsi üçün nəzərdə tutulmuş zirzəmidə də yerləşdirilib. Burada “Böyük ucuzluq” adlı 3 mərtəbəli böyük bir mağaza da fəaliyyət göstərir. Müraciətlərin əksəriyyəti isə sözügedən 3 mərtəbəli magazanın zirzəmisi ilə bağlıdır. Vətəndaşların mülki müdafiəsi üçün nəzərdə tututlmuş həmin zirzəmidə ticarət fəaliyyəti göstərildiyi bildirilir.
Qazax şəhər sakinlərini narahat edən də məhz bu mövzudur. Çünki, Qazax rayonu mənfur qonşu respublika ilə həmsərhəddir və rayon sakinləri hal-hazırda müharibə gözlənilən şəraitdə yaşayırlar. Hətta bu barədə avtovağzalın “ Xan Eyvaz” ləqəbli müdürinə şəhərin bəzi ziyalı və ağsaqqaları məsləhət versələr də, o bunların heç birinə məhəl qoymamış və öz ciblərini doldurmaq üçün,hər şeyi gözə almışdır. Bununla kifayətlənməyən “Xan Eyvaz” kəndlərə işləyən marşrut avtobuslarından hər günə bir 1.50 azn pul yığır. Uzağa gedən manşrutlardan isə daha çox yığılır. Sürücülərin bir neçəsindən müsahibə götürdük. Yığılan pulların qarşılığında hansısa qəbz verilib verilmədiyini soruşduq. Süücülərin bildirdiyinə görə, onlara heç bir qəbz verilmir . Şəhərlər arası marşrut aftobusları isə başqa şeylərdən şikayətçidirlər. Çünki,vağzalın ərazisində marşurut avtobuslarından çox şəxsi mikroavtobuslar və taksilər onların müştərilərini aradan çıxarır ki, buna da “Xan Eyvaz “ şərait yaradır. Çünki , vağzal rəhbərliyi tərəfindən onlardan daha çox pul alınır. Vergidən yayınmaları barədə isə, araşdırmalarımız davam edir. Bu haqda sonraki saylarımızda yazacağıq. Avtovağzalın rəhbər şəxləri bu faktlarla əlaqədar, KİV haqqında qanunun 8 maddəsini pozaraq, müsahibə verməkdən imtina edirlər və telefon zənglərinə belə cavab vermək istəmirlər.
Ümidvarıq ki, aidiyyətı qurumlar cavabsız buraxılan suallarla bağlı araşdırma edib bizim redaksiyamıza da yardımçı olarlar.(Shafaqadogru.com)
Qarşı tərəfi dinləməyə və fikirlərini dərc etməyə hazırıq .
Vüqar Behbudovun mənzil, avtomobil, putyovka biznesi... Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı qurumdakı MÜDAFİƏ sözü əbəs yerə deyil. Bu nazirlik dövlət üçün Müdafiə Nazirliyi qədər vacib qurumdur. Niyə..? Məlumdur ki, dünyada bütün hakimiyyətlərin ən böyük problemi iş qabiliyyətli insanlar üçün MƏŞĞULLUQ və iş qabiliyyəti olmayan insanlar üçün SOSİAL TƏMİNAT-dır. Bu iki vacib məsələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yəni cənab nazir Sahil Babayevə həvalə olunub. Doğrudan da, vətəndaşlar üçün vacib olan MƏŞĞULLUQ, yəni yeni iş yerlərinin olması və şəhid ailəsi, qazi, veteran, əlil, xəstələr, iş qabiliyyəti olmayanlar, təqaüdçülər, sahibsiz internat uşaqları üçün isə SOSİAL TƏMİNATDIR. Çox təəssüf ki, cənab nazir Sahil Babayev bu iki vacib sahəni az qala iflas həddinə çatdırıb. Son illər minlərlə insanın təqaüdləri ləğv olunub və məşğulluq adı altında vətəndaşlara xəstə inək, qoyun verilməsi və yüksək qiymətə sənədləşdirilməsi barədə ölkə mediasında kifayət qədər yazılıb. İndi gəlin görək, 5 ildir nazir postunu tutan Sahil Babayev bu vacib vəzifələri kimlərə tapşırıb. Sahil Babayevin mühüm vəzifə verdiyi Vüqar Behbudov kimdir ? Bu adam 2000-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Sonra 2002-ci ildən Vergilər Nazirliyində, 2008-ci ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatının Sosial xidmətlər sektorunun müdiri, 2016-cı ildən həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ildə Sahil Babayevin əmri ilə nazirliyin tabeçiliyində olan Dövlət Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri vəzifəsinə təyin edilib. Yuxarıda qeyd etdiyimiz kimi ölkədə mühüm vəzifə olan DÖVLƏTİN SOSİAL SİAYSƏTİ Vüqar Behbudova tapşırılıb. Birincisi, dünyanın heç bir yerində ərəbşünas və ya şərqşünasa dövlətin sosial siyasəti həvalə edilmir. Axı, ərəbşünas hara, sosial siyasət hara..? Vüqar Behbudov bu mühüm vəzifədə çalışdığı son illərdə nəinki başqalarının haqqını yeyib, hətta internatda böyüyən kimsəsiz uşaqlara dövlət tərəfindən verilən mənzilləri də satıb. Belə ki, Vüqar Behbudovun agentliyi internatda böyüyən gənclərə dövlətin verdiyi mənzillər üzərində ev alveri, biznes qurub. Bu hələ harasıdır..? Dövlət internatda böyüyən gənclərə təkcə mənzillər vermir, həm də mənzillər lazım olan mebellə, avadanlıqlarla təmin olunur. Təsəvvür edirsiniz, hətta açılış mərasimində Ölkə Rəhbəri iştirak edərkən də dövlət başçısına məlumat verilib ki, mənzillər avadanlıqla təmin edilib. Ancaq bütün bunlar yalan olub. İndi gördünüzmü, bu məmurlar hətta Prezidentə də yalan deyirlər. Şikayət edənləri isə həbslə hədələyirlər. Bütün bunlar azmış kimi, Vüqar Behbudovun agentliyi yüzlərlə, minlərlə təqaüdçüləri, qaziləri, şəhid ailələrini, veteranları aldadıb, onların hesabına milyonlar qazanıb. Belə ki, şəhid ailələri və müharibə əlilləri mənzillə, avtomobillərlə təmin olunmalıdır. Ancaq Qarabağ qaziləri və əlilləri Vüqar Behbudov barəsində bütün qurumlara şikayət ediblər, amma nəticəsi olmayıb. Söhbət təkcə mənzillərdən və avtomobillərdən getmir. Ümumiyyətlə, bu agentliyin işi həm də şəhid ailələri və müharibə əlillərinin sanatoriya-kurort mərkəzlərində müalicəsini təşkil etmək, onlara pulsuz, dövlətin hesabına putyovka verməkdir. Amma putyovklar da mənzillər kimi kənar şəxslərə satılıb, külli miqdarda pullar qazanılıb. Siz elə bilirsiniz, bunları Vüqar Behbudov təkbaşına eləyib...? Elə bilirsiniz bu əməllərdən Sahil Babayevin xəbəri olmayıb..? Sözün qısası, Vüqar Behbudovun mənzil, avtomobil, putyovka biznesi on minlərlə insanı dövlətdən narazı salıb. Yəqin ki, yaxın zamanda Vüqar Behbudov qanun qarşısında cavab verməli olacaq. gundelik baki.com Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Teref.az
"Yardımlı rayonundan yazırıq, rayon İcra hakimiyyəti indi də özünə xal qazandırmaq üçün tabeliyində olan ərazi nümayəndəliylərinə tapşiriq verib ki, hər ərazi 20 vətəndaşın mənzilini məcburi sığorta etdirməlidir". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra bildirir: "Tələb olunur ki, "ASAN login"də 100 nəfəri qeydiyatdan keçirməlidir hər icra nümayəndəsi. Onlar da məcburi qaydada "https://rih.gov.az/" portalında Yardımlı rayon İcra Hakimiyyətinin yerləşdirdiyi şəkiləri bəyənməlidir.
19 may 2016 cı ildən Yardımlı rayonuna rəhbərlik edən başçı görəsən, bu 7 ildə Yardımlı rayonunda hansı işdəri görüb ki, indi də düsüb mənziləri məcburi şəkildə sığorta eləidirir, insanları sanki biyara, töycüyə cəlb edirmiş kimi yerli məmurlara öhdəlik qoyur? Hansı yaxşı və faydalı əməlinə görə, sakinlər yerli icranı bəyənməlidir?".
Qeyd edək sakinlərin müraciətində əlavə ittihamlar da var ki, bununla bağlı da dəqiqləşdirmə aparmadan məlumat verə bilmirik. Bizi izləməkdə davam edin.
Məsələ ilə bağlı teref.az olaraq Yardımlı RİH-dən münasibət öyrənmək istəsək də, hər zaman olduğu kimi alınmadı. Yenə də qarşı tərəfi dinləməyə hazırıq...
Naxçıvan Muxtar Respublikası (MR), Culfa şəhər sakini Quliyev Fətəli Nuru oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyən şikayətçi iddia edir ki, rəsmi qurumlar ondan rüşvət tələb edir:
“Mən, Quliyev Fətəli Nuru oğlu, yazaraq sizə bildirirəm ki, Naxçıvan Muxtar Respublikasında kiçik sahibkarlıqla məşğul olurdum. Mebel sexi işlədirdim. 2015-ci ilin dekabr ayında Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinin isçiləri - Ələkbərov Ramil, Mirzəyev Eldəniz və Kərimli Əkbər mənə aid olan sexə gelib, sertifikat üçün 2200 manat pul tələb etdilər. Mən o pulu verə bilməyəcəyimi bildirdim. Nəticədə onlar qeyri-qanuni akt tərtib edərək, mebel dəzgahlarını möhürlədilər. Mən onlara məhkəməyə müraciət edəcəyimi bildirdim. Dedilər ki, “get kimə istəyirsən şikayət et”.
Bəxtiyar İsmayılovun və aparat müdiri Hüseyn müəllimin qəbulunda oldum. Onlara cənab Prezidentin 1 noyabr 2015-ci il sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda göstərişini xatırlatdıqda, mənə dedilər ki, o bizə aid deyil, biz istədiyimiz zaman istədiyimiz obyekti yoxlayırıq.
Mən dərhal Naxçıvan Muxtar Respublikasının İnzibat İqtisadi Məhkəməsinə rəsmi qaydada müraciət etdim. Məhkəmənin hakimi Faiq Heydərov prosesi qeyri-qanuni olaraq 1 il uzatdı və yekunda ədalətsiz qərar verdi.
Hakim sanki onların vəkili kimi çıxış edirdi. Məhkəmədə hakimin gözü qarşısında Ədliyyə polisi həyat yoldaşına şillə atdı. Belə dırnaq arası “hüquqşunas”lardan mən necə kömək gözləyim?
Son prosesdə məhkəmə qanunsuz qərar verib, seximi bağladı. Ali Məclisə şikayətə getdim, Cəlil Rüstəmov məni qəbul etdi, dinlədi və sonra hədə-qorxu gəldi. Bunlar mafiyadır, dövlət qulluqçusu deyillər”.
Redaksiyadan: Bu, bir iddiadır, nə qədər doğru və yanlış olduğunu biz deyə bilmərik. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə monitorinqlər keçirilib. Keçirilən monitorinq nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını üzə çıxarıb. Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib. Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb. Beləliklə, Quba-Xaçmaz zonasında çaylardakı bu intensiv istismar fəaliyyəti regionda su ehtiyatlarının tükənməsinə, yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, burada qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurmuşdur. Belə birgə monitorinqin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan Viləşçay Su Anbarı İstismarı İdarəsinin xidmət zonasında da keçirilməsi lazımdır. Uzun müddət İdarədə hidrotexnik, mühəndis, baş mühəndis işləyən Kərimov Rusif Şakir oğlu idarəyə rəis vəzifəsinə təyin olunandan sonra qol qoyduğu qanunsuzluqlar barədə təşviş doğuran xəbərlər yayılmaqdadır. İnternet resurslarında Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi, hidrotexniki qurğuların təmiri təyinatı ilə ASC-dən ayrılan vəsaitlərin mənimsənilməsi, tenderləri idarə rəisinin özünə yaxın şəxslərin rəhbərlik etdikləri şirkətlərə satmasından, fermerləri incitməsindən, idarənin texnikasını öz şəxsi maraqları naminə qeyri-qanuni icarəyə verməsindən, yanacaq və sürtgü materiallarını silərək talan etməsindən və başqa qanunsuzluqlara dair kifayət qədər informasiyalar vardır. Bildirilir ki, idarədə maşın və mexanizmlər üçün ehtiyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında dövlət vəsaiti mənimsənilir. Anbardakı balıq biznesi və anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə də tənqidi materiallar az deyil. Redaksiyamıza ötən il ayrı-ayrı tarixlərdə qeydə alınmış, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimovun rəvac verdiyi talançılığa dair faktların video-görüntüləri təqdim olunmuşdur: 13.08.2022-ci il tarixdə çəkilmiş video-materialdan bəlli olur ki, Su Anbarı İstismarı İdarəsinin ekskavatoru Viləşçay yatağından çınqıl qazıb daşıyır. Çəkilişə polis maşını da düşüb, amma görüntüdən məlum olur ki, asayış keşikçiləri nədənsə hərəkətsizlik edirlər. 27.11.2022-ci il tarixdə qeydə alınmış digər materialda isə Viləşçay Su Anbarının Masallı rayonunun Digəh kəndinin yuxarı başındakı (Digəhdən Bambaşı kəndinə gedən yolun altı) qarajının həndəvəri görüntüyə gəlir. Sakitçilik olanda Rusif Kərimovun texnikası beton boruları çıxarıb yük maşınına yükləyir. Qazılıb çıxarılmış boruların yerinə isə zir-zibil gətirib tökür, üstünü də traktorla hamarlayırlar. Sanki heç nə olmayıb kimi. Boruları daşıyan “Belorus” markalı traktorun isə dövlət nömrə nişanını görünməz ediblər ki, tanınmasın. Rusif Kərimov haqqında bir məlumatrı da diqqətə çatdırmağı vacib bilirik. O, 2019-cu ildə Yaponiyada MDB dövlətlərinin 7 nəfərlik mütəxəssisi ilə birlikdə Azərbaycanı təmsil edərək 2 aylıq peşəkar kurs keçib. Amma Yaponiyadakı həmkarlarından doğru-dürüst işləmək təcrübəsi əxz etmək əvəzinə, qayıdandan sonra daha artıq dərəcədə korrupsiyaya qurşanıb. Elə ona görə də o vaxtdan yerli həmkarları ona kriminal aləmin məşhur simalarından olmuş Yaponçikin ləğəbini veriblər. İbrahim Hümbətov //azeerinfo.media//