Ərəbşünas Vüqar Behbudov necə Dövlət Sosial Xidmətlər Agentliyinin sədri oldu..? -
Vüqar Behbudovun mənzil, avtomobil, putyovka biznesi...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı qurumdakı MÜDAFİƏ sözü əbəs yerə deyil. Bu nazirlik dövlət üçün Müdafiə Nazirliyi qədər vacib qurumdur. Niyə..?
Məlumdur ki, dünyada bütün hakimiyyətlərin ən böyük problemi iş qabiliyyətli insanlar üçün MƏŞĞULLUQ və iş qabiliyyəti olmayan insanlar üçün SOSİAL TƏMİNAT-dır. Bu iki vacib məsələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yəni cənab nazir Sahil Babayevə həvalə olunub. Doğrudan da, vətəndaşlar üçün vacib olan MƏŞĞULLUQ, yəni yeni iş yerlərinin olması və şəhid ailəsi, qazi, veteran, əlil, xəstələr, iş qabiliyyəti olmayanlar, təqaüdçülər, sahibsiz internat uşaqları üçün isə SOSİAL TƏMİNATDIR.
Çox təəssüf ki, cənab nazir Sahil Babayev bu iki vacib sahəni az qala iflas həddinə çatdırıb. Son illər minlərlə insanın təqaüdləri ləğv olunub və məşğulluq adı altında vətəndaşlara xəstə inək, qoyun verilməsi və yüksək qiymətə sənədləşdirilməsi barədə ölkə mediasında kifayət qədər yazılıb. İndi gəlin görək, 5 ildir nazir postunu tutan Sahil Babayev bu vacib vəzifələri kimlərə tapşırıb. Sahil Babayevin mühüm vəzifə verdiyi Vüqar Behbudov kimdir ?
Bu adam 2000-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Sonra 2002-ci ildən Vergilər Nazirliyində, 2008-ci ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatının Sosial xidmətlər sektorunun müdiri, 2016-cı ildən həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ildə Sahil Babayevin əmri ilə nazirliyin tabeçiliyində olan Dövlət Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Yuxarıda qeyd etdiyimiz kimi ölkədə mühüm vəzifə olan DÖVLƏTİN SOSİAL SİAYSƏTİ Vüqar Behbudova tapşırılıb.
Birincisi, dünyanın heç bir yerində ərəbşünas və ya şərqşünasa dövlətin sosial siyasəti həvalə edilmir. Axı, ərəbşünas hara, sosial siyasət hara..?
Vüqar Behbudov bu mühüm vəzifədə çalışdığı son illərdə nəinki başqalarının haqqını yeyib, hətta internatda böyüyən kimsəsiz uşaqlara dövlət tərəfindən verilən mənzilləri də satıb. Belə ki, Vüqar Behbudovun agentliyi internatda böyüyən gənclərə dövlətin verdiyi mənzillər üzərində ev alveri, biznes qurub. Bu hələ harasıdır..?
Dövlət internatda böyüyən gənclərə təkcə mənzillər vermir, həm də mənzillər lazım olan mebellə, avadanlıqlarla təmin olunur.
Təsəvvür edirsiniz, hətta açılış mərasimində Ölkə Rəhbəri iştirak edərkən də dövlət başçısına məlumat verilib ki, mənzillər avadanlıqla təmin edilib. Ancaq bütün bunlar yalan olub.
İndi gördünüzmü, bu məmurlar hətta Prezidentə də yalan deyirlər. Şikayət edənləri isə həbslə hədələyirlər.
Bütün bunlar azmış kimi, Vüqar Behbudovun agentliyi yüzlərlə, minlərlə təqaüdçüləri, qaziləri, şəhid ailələrini, veteranları aldadıb, onların hesabına milyonlar qazanıb. Belə ki, şəhid ailələri və müharibə əlilləri mənzillə, avtomobillərlə təmin olunmalıdır. Ancaq Qarabağ qaziləri və əlilləri Vüqar Behbudov barəsində bütün qurumlara şikayət ediblər, amma nəticəsi olmayıb. Söhbət təkcə mənzillərdən və avtomobillərdən getmir.
Ümumiyyətlə, bu agentliyin işi həm də şəhid ailələri və müharibə əlillərinin sanatoriya-kurort mərkəzlərində müalicəsini təşkil etmək, onlara pulsuz, dövlətin hesabına putyovka verməkdir. Amma putyovklar da mənzillər kimi kənar şəxslərə satılıb, külli miqdarda pullar qazanılıb. Siz elə bilirsiniz, bunları Vüqar Behbudov təkbaşına eləyib...? Elə bilirsiniz bu əməllərdən Sahil Babayevin xəbəri olmayıb..?
Sözün qısası, Vüqar Behbudovun mənzil, avtomobil, putyovka biznesi on minlərlə insanı dövlətdən narazı salıb. Yəqin ki, yaxın zamanda Vüqar Behbudov qanun qarşısında cavab verməli olacaq.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti