Ardını oxu...
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi kv 40-90/94, ev 2/7, mənzil 58 ünvanında yaşayan Abdullayev Elman İbrahimxəlil oğlu tərəfindən

Şikayət ərizəsi

Bildirirəm ki, 12 mart 2014-cü il tarixində Xırdalan şəhəri H.Əliyev pr.34 ünvanında “ESKA” MMC-nin inşa etdiyi binadan XI mərtəbə ümumi sahəsi 90 kv.m olan 129 saylı mənzili MMC–nin direktoru Ələmdar Polad oğlu Hüseynova 49500 (qırx doqquz min beş yüz) manat nağd şəkildə əlbəəl ödəməklə almışam. Ödənilən məbləğ müqabilində mənə rəsmi kassa çeki və maliyyə sənədi verilməmişdir. Pulu ödəyəndən sonra mənimlə müqavilə bağlananda binanın nə vaxt təhvil verilməsi barədə maddə yoxdur, ancaq mənə şifahi formada bildirildi ki, binanı 1 il müddətində tikib təhvil verəcəyik. Bina həmin müddətdə təhvil verilməmişdir. 28 dekabr 2022–ci ildə mənzilə çıxarış almaq üçün MTK–nin sədri Roza Səfərovaya müraciət etdim (əlaqə nömrəsi: + 994 55 538 60 59)(MMC hazırda MTK–ilə əvəzlənmişdir). Roza Səfərovaya Dövlətdən mənzilə çıxarış almaq istəyəndə məndən 720 (yeddi yüz iyirmi) manat sayğacların pulunu (qaz, su, işıq) və 2018–ci ildə isə kommunal haqqı istədi və dedi ki, bu ödənişlər üçün də qəbzlər vermirik. Mən ona xatırlatdım ki, fiziki şəxslər üçün kommunal sayğacların pulsuz olması barədə ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamı vardır. O bunun müqabilində mənə dedi ki, bu vəsaiti ödəməsən heç bir sənəd verməyəcəyik, get hara şikayət edirsən elə. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Qaz Təchizatı haqqında NK–nin 12 may 2011–ci il 80 saylı qərarı (maddə 13, bənd 9), “Sudan istifadə qaydaları”nın təstiq edilməsi haqqında 17 iyul 2014–cü il 262 saylı qərarları vardır (maddə 1, bənd 8). Mənim “ESKA” MTK ilə sayğac quraşdırılması, kommunal haqqı ödəməyim barədə müqaviləm yoxdur və heç bir öhdəliyim yoxdur. Bütün sayğaclar MTK–nin hesabına quraşdırılmalıdır. “ESKA” MTK 216 mənzildən ibrarətdir, onların 110 mənzilin sahiblərindən 720 manatdan qanunsuz olaraq 720 manat vəsait yığılmışdır. Verməyənləri MTK–nin patronu Roza Səfərovanın birbaşa əmr verəni Elxan Dadaşovun (əlaqə nömrəsi: +994 50 326 21 31) göstərişi ilə incidirlər. Bir 2 aya yaxındır ki, yollarda zülüm çəkirik. 02 fevral 2023–cü ildə Roza Səfərova mənə zəng edərək hədə- qorxu gəlir ki, səndən şikayət edəcəm. Elxan Dadaşov Roza Səfərova vasitəsilə insanların konstitutsiya hüquqlarını pozur, Cənab Prezidentin vətəndaşların rifahı üçün imzaladığı sərəncamları ayaq altına atır. Aldığım məlumata görə "ESKE" MTK-nin sahibi Elxan Dadasov Azərbaycan Memarliq ve İnşaat Akademiyasinda baş müəllim işləyir və qanunsuz olaraq sahibkarlıqla məşğul olur, sakinlərə süni əngəllər yaradır.

Xahiş edirəm, E.Dadaşovun qanuna zidd əməlləri barədə Azərbaycan Memarlıq ve İnşaat Universitetinin rektoruna, Azərbaycan Elm və Təhsil Nazirinə məlumat verərək mətbuat vasitəsi ilə ictimaiyyətə çatdirasınız. Mən Roza Səfərovanın bu hərəkətini ölkə Prezidentinin vətəndaşların rifahının yüksəldilməsi üçün verdiyi sərəncamın sabotaj edilməsi kimi qiymətləndirirəm, ona görə də sizə müraciət edirəm, mənim şikayətimi yuxarı dövlət orqanlarına və cəmiyyətə çatdırasınız.

Xahiş edirəm, hüququmu qoruyasınız.

Qeyd olunan ünvanda yerləşən mənzilə aid protokol mənə verilsin, sayğacların təmənnasız qoyulması təmin olunsun, “ESKA” MTK-da baş verən qanunsuzluqlar barədə dövlət orqanlarına və mediaya məlumat verilsin ki, bu qanunsuzluqlara əhali məlumatlansın.

İmza: E. Abdullayev
(055 720 77 11) //moderator.az//
 
Ardını oxu...
Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi dəyişilsə də, burada xidmət səbiyyəsi dəyişməyib, əksinə, yeni direktorun apardığı bəzi dəyişiklər insanların işini daha da çətinləşdirib.

Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.

Məlumata görə Azər İsmayılov Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edildikdən sonra ilk işi qeydiyyat şöbəsinin yerini dəyişmək olub:

"Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor gəldikdən bir müddət sonra qeydiyyat yerini dəyişdi. Əvvəllər qeydiyyat sırası 5-6 cərgə üzrə olardısa indi xəstəxanaya gələn insanlar bir cərgədə dayanır. Nizam-intizamsızlıq, sıxlıq olur. Bura gələn insanlar əyləncəyə gələn gənclər deyil ki, uzun müddət ayaq üstə dayana bilsinlər. Əksəriyyəti xəstə adamlardı, belə sıxlıqda cərgədə dayanan sağlam adam da hansısa xəstəlik tapa bilər."-deyə, yazırlar.

Abşeron RMX-da ödənişli xidmətlər üçün alınan pulların 1-2 saatdan bir hansısa mülki şəxs tərəfindən toplandığı deyilir:

"Abşeron Rayon Mərkəzi Xəstəxanasında bəzi xidmətlər ödənişlidir. Bu xəstəxana elə bil "sağlamlıq arayışı" satmaqla məşğuldur. Bir sağlamlıq arayışı 40 manata verilir. Ödənişləri 1-2 saatdan bir gəlib insanların gözü qarşısında yığıb aparırlar. Sanki, o pullar iş gününün sonunadək xidmət göstərənlərin seyfində qalsa kimlərsə oğurlayacaq".

Abşeronda xəstəxanasında diabet xəstələrinə dərman preparatlarının vaxtlı-vaxtında verilmədiyi vurğulanır:

"Diabet xəstələri üçün dövlət təminatı ilə verilən dərman preparatları və digər tibbi ləvazimatlar da düzgün qaydada verilmir. Dərman almağa gələndə bəzən rayon poliklinikasından bizə dərmanların qurtardığı deyilir. Məcbur qalıb həmin dərmanları apteklərdən pul ilə alırıq. Halbuki qeydiyyatda olan hər bir diabet xəstəsi üçün dövlət büdcəsi hesabına dərman və digər tibbi ləvazimatlar alınır. Amma bu dərman və ləvazimatlar hara yoxa çıxır bilmirik. Bütün bunlar azmış kimi, bu yaxınlarda poliklinikada fəaliyyət göstərən endokrinoloqların yerinin dəyişdirilməsi də xeyli diabet xəstəsini daha acınacaqlı duruma salıb. Rayonun ən ucqar kəndlərindən Xırdalana dərman dərman almağa gələn şəkər xəstələri geriyə dərmansız qayıdır".-deyə, şikayət məktubunda qeyd edirlər.

Şikayətçilər yazır: "Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovdan xahiş edirik, əgər görüntü naminə yox, həqiqətən də yenilik etmək, TƏBİB rəhbərliyinin ona olan etimadını doğrultmaq istəyirsə Abşeron rayonunda olan diabet xəstələrinin siyahılanması işini aparsın. Əksəriyyəti yaşlı olan, yeriməyi belə bacara bilməyən insanların süründürməçiliyinə son qoysun. Abşeron rayonu çox böyük rayondur. Elə diabet xəstələri var ki, dərmanlarını almağa 3-4 avtobus dəyişərək gəlirlər. Rayonun hər bir kəndində tibb məntəqəsi, laboratoriya var. Olmazmı bu insanlar dərmanlarını yaşadıqları yerdə, yaxud ona daha yaxın olan dövlətin tibb müəssisələrindən alsınlar. Axı Azərbaycanın ən ucqar rayonlarında bu sistem var".

Qeyd edək ki, Azər İsmayılov ötən ilin dekabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

TƏBİB xəbərə mövqe bildirməyib.

Qlobal.az
 
Ardını oxu...
Azərbaycanda təhsil sistemində korrupsiya hallarının aradan qaldırılması istiqamətində son zamanlar ciddi tədbirlər görülməkdədir.

Təhsil sistemində aparılan struktur və kadr dəyişiklikləri və eyni zamanda hüquqi mühafizə orqanlarının təhsil müəssisələrində apardıqları əməliyyatlar korrupsiya və rüşvət hallarının aradan qalxmasına müəyyən mənada müsbət təsir edir.

Bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Ağdam Musiqi Kollecində keçirdiyi xüsusi əməliyyat bir daha təhsil müəssisələrində olan acınacaqlı vəziyyəti ortaya qoymuş oldu.

Qlobal.az xəbər saytının əldə etdiyi məlumatda iddia edilir ki, korrupsiya və rüşvət hallarının geniş yayıldığı təhsil müəssisələrindən biri də Ağdam Dövlət Sosial-İqtisadi Kollecidir.

Məlumatda son illər dövlətin kollecin təmirinə ayırdığı vəsaitlərin təyinatı üzrə xərclənmədiyi vurğulanır.

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kolleci həm texniki bazasına, həm də təhsil səviyyəsinə görə respublikada ən geridə qalan kolleclərdəndir.

Saytımıza verilən məlumatda dövlətin kollecin təmirinə ayırdığı vəsaitin satınalma yolu ilə mənimsənildiyi, görüntü olaraq isə bir-iki vedrə emulsiya alınıb divara yaxıldığı iddia edilir.

Ağdam Dövlət Sosial-İqtisadi Kollecindən iddialara mövqe öyrənə bilmədik.

Mövzunu diqqətimizdə saxlayacağıq. /Qlobal.az//
 
Ardını oxu...
"Uşaq bağçaları Elm və Təhsil Nazirliyinə veriləndən sonra valideynlər əvvəlki illərinə şükür edirlər". DİA.AZ bildirir ki, bu ittihamla tanınmış təhsil eksperti Kamran Əsədov çıxış edib.
"Bildiyiniz kimi, Azərbaycanda 1692 DÖVLƏT uşaq bağçası var və bu müəssisələrə 123 min uşaq cəlb oluna bilər" deyə fikrini davam etdirən ekspert daha sonra bildirir:
"Hörmətli Elm və Təhsil Nazirliyi başınız hər şeydən pul yığmağa (RTİ-ləri direktor, direktor müavini təyinatlarına, sınaq imtahanı keçirmək, XI sinifləri rayon məktəblərinə yazdırmaq və s) necə qarışıbsa, DÖVLƏT uşaq bağçasının da pullu olduğunu düşünübsünüz.
Siz özəl sektordan gəldiyiniz üçün elə bilirsiniz ki, bütün xidmətlər pulludur. Arada gözünüzü və əlinizi pul yığıb saymaqdan saxlayın, o gözünüz və əliniz ilə 2 vərəq kitab oxuyub öyrənin ki, DÖVLƏT UŞAQ BAĞÇASI PULSUZDUR!
Dövlət uşaq bağçasında bütün xidmətlər pulsuzdur, heç bir məqsəd üçün pul yığıla bilməz.
Amma göründüyü kimi, Elm və Təhsil Nazirliyi tətilə gedir, tapşırıb ki, pul yığıb verin, biz istirahətdə gedirik.
Elm və Təhsil nazirliyindən xeyir-dua alan Yeni Günəşli qəsəbəsində 262 nömrəli bağçanın əməkdaşı yalnız tabe olduğu quruma bəlli olan qaydalarını elan edir.
Deyəsən Elm və Təhsil Nazirliyi videolarına çox baxdıqları milyarder İlon Maskı qısa müddətdə keçmək istəyirlər. Nə olub, niyə belə tələsirsiniz?
Hörmətli Elm və Təhsil Nazirliyi, pul yığmağı bir az saxlayıb dincəlin.
Təhsil müəssisələrinə bayram istirahət günlərinizdə rahat əylənmək üçün pul yığılmaq tapşırığınızı saxlayın. Hamı sizin kimi işləmədən, oturduğu yerdən pul qazanmır.
O uşaq bağçasında valideyn var ki, övladına yemək verə bilmir, bağçaya göndərir ki, orada yesin.
Elm və Təhsil Nazirliyi, qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz.
Sayənizdə təhsil sistemində müsbət nə vardısa, hamısı dəyişib, iyrəncliklər baş alıb, sizin tələbiniz ilə pul yığılması əsas məqsədə çevrilib".

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Mustafa Yıldırımın başına gələnlər hər bir əcnəbi vətəndaşın başına gələ bilər…
"Bakı TV.az” İnternet Televiziyası olaraq 10 gün öncə Türkiyə vətəndaşı olan, “Mustafa Yıldırım” şirkətinin sahibi Mustafa Yıldırımın ofisində Azərbaycan vətəndaşı Zaur Hüseynov tərəfindən qəddarcasına döyülməsi, təhqir olunması barədə zərərçəkənin öz dilindən məqalə yazaraq olayı ictimailəşdirmişik və hadisənin videosunu paylaşmışıq.
Bir neçə gün sonra mövzuya yenidən qayıdaraq millətimizə, dövlətimizə başucalığı gətirməyən bu cinayət əməlinin obyektiv araşdırılması üçün dövlətin mühüm hüquq-mühafizə orqanlarına müraciət ünvanlamışıq. Amma hadisədən və bizim müraciətimizdən xeyli vaxt keçsə də, dövlət qurumları tərəfindən heç bir konkret reaksiya yoxdur. Bizim yeganə məqsədimiz dövlətimizin imicini qorumaq, eyni zamanda Qarabağ müharibəsində bizim yanımızda olan türk qardaşımızın yanında olmaqdır.
Təəssüf ki, 10 gün müddətində Mustafa Yıldırımı çağırıb baş verən olayla bağlı maraqlanan olmayıb. Sanki belə də olmalıdır. Sonra da deyirik ki, xarici mediada-filanda barəmizdə yazırlar. Cənablar, yazacaqlar dəə, gözümüzün qabağında Türkiyə vətəndaşını, iş adamını döyürlər, heç bir dövlət qurumu maraqlanmır, adicə bir izahat almağa dəvət etmirlər. Fərz edək ki, döyülən heç Türkiyə vətəndaşı deyil, Kanada, yaxud İsveç vətəndaşıdır. Onda da eyni hal olacaqdı. Yaydığımız video istintaq üçün konkret materialdır.
Biz hələ tərəflərin telefon danışıqlarını əks etdirəm SƏS yazılarını demirik. Bütün bunlara görə, biz bir media olaraq yenidən, 3-cü dəfə bu mövzuya qayıtmalı olduq. Yəqin ki, məsələyə hüquq-mühafizə orqanları tərəfindən ədalətli mövqe olana kimi bu mövzunu davam etdirməli olacağıq. Xatırlatma üçün qeyd edək ki, Bakıda döyülən 55 yaşlı Türkiyəli iş adamı, “Mustafa Yıldırım” şirkətinin rəhbəri Mustafa Yıldırım BakıTV.az İnternet Televiziyasınin rəhbəri Habil Vəliyevə müraciət edərək hüquqi və media dəstəyi istəmişdi:
“Hörmətli Habil müəllim, Sizdən xahiş edirəm ki, mənim Zaur Hüseynov tərəfindən ofisdə döyülməyim, saldırıya məruz qalmağım, təhdid və təhqir olunmağım ictimailəşdirilsin. Xahiş edirəm, sizə təqdim etdiyim video TV-nizdə işıqlandırılsın və hüquq-mühafizə orqanlarına göndərilsin. Mənim bir Türkiyə vətəndaşı olaraq ictimai vəkilim olmağınızı xahiş edirəm”. Biz də bu müraciətdən sonra xəbərin birtərəfli dərc olunmaması üçün, yəni obyektivlik üçün Zaur Hüseynovla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edəndə, onun cavabı “Yaxşı eləmişəm döymüşəm” oldu.
Bizimlə söhbətində Zaur Hüseynov zorakılığı necə sübut edəcəyimizi soruşanda, əlimizdə video-görüntü olduğunu dedik. Video məsələsindən təlaş keçirən Zaur Hüseynovun dostu, özünü onun vəkili kimi təqdim edən Elnur Abbaszadə redaksiyamıza telefon açaraq, ikilikdə, üçlükdə görüş keçirməyi, məsələni yoluna qoymağı təklif edirdi, hətta bəzi vəkillərin, media mənsublarının ( Pərviz Həşimli, Bəhruz Bayramov ) adını çəkirdi. Tərəfimizdən istədiyi cavabı ala bilməyən, özünü vəkil kimi təqdim edən Elnur Abbaszadə bizi xüsusi ittiham qaydasında məhkəmə iddiası ilə hədələyirdi.
Bütün bunlar azmış kimi, Zaur Hüseynov döydüyü 55 yaşlı türk iş adamına zəng edərək ona hədə-qorxu gəlir, onu görüşə çağırır, onu təhdid edirdi. Bütün proses boyu apardığımız danışıqların SƏS YAZISI fakt kimi əlimizdədir.
Yəni biz bir media olaraq mümkün olanları etməyə hazırıq ki, türk qardaşımızın hüququ və ən əsası dövlətimizin imici qorunsun.
Bizi izləyin. BakıTV.az İnternet Televiziyası
 

Ardını oxu...
Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov bu vəzifəyə təyin edilərkən Prezidentə söz vermişdir ki, bu təyinat mənim üçün çox böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir. Bu etimadınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm və Vətənimiz üçün, ölkəmiz üçün canla-başla çalışacağam.Amma cənab sədr deyilən etimadı nəyin ki, doğrulda bildi əksinə ölkədə su böhranı yaradaraq xalq ilə hakimiyyət arasında böyük narazılığa imza atdı.Belə olmasaydı Saatlıda kənd əhalisi “su üsyanına” qalxmazdı.Hazırda anoloji “Su üsyanı” Goranboy rayonun Nizami kəndində də gözlənilir.
Bu haqda Goranboy rayonun Nizami kəndinin bir qurub sakinləri Dünyanınsəsi.Az saytı vasitəsi ilə ölkə başçısına müraciət ünvanlayıblar.
Müraciət sahibləri bildirirlər ki, Aqrar İslahat Komisiyası tərəfindən ailələrimizə verilən pay torpaqlarında 6 aydır ki, taxıl əkməyimizə baxmayaraq sözügedən sahəni bir dəfə də olsun belə suvara bilməmişik.
Ona görə ki, ərazidə olan subartezian quyusu təmir olunduqdan sonra Göygöl Elektrik Şəbəkəsinin rəhbərliyi 63 kvt-luq transformatorun fəaliyyətini dayndırıb. Səbəb olaraq isə Göygöl Elektrik Şəbəkəsinin rəisi Elgün Qafarov fermerlərə bildirir ki, yeni qazılmış quyu üçün texniki şərt alınmalıdır.Həm də bu haqda Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti “Azərişıq” ASC-yə rəsmi məktubla müraciət etməlidir.Problem öz həlini taparsa bundan sonra oraya yeni transformator qoyacağını da bildirib.

Əkin-səpinlə məşğul olan hər kəs yaxşı anlayır ki, yazın gəlişi ilə bağlı taxıl sahəsini lazımı suyu vaxtında verməsən məhsul götürə bilmərsən.
Hazırda sözügedən cəmiyyətlər arasında yazışmalar gedib məsələ həllini tapana kimi kənd sakinlərinin əkin sahələri suzluqdan məhv ediləcəyi gün kimi aydındır.Nəticədə isə ziyanı bu yazıq kəndlilərə dəyəcəkdir.

Hörmətli Cəmiyyət sədrlərinin diqqətinə çatdırmaq istəyirik ki, daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik.
Redaksiya olaraq onu da qeyd edək ki, bu gün Goranboylu fermerlər “Azərişıq” ASC-nin Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) Elmar Mahmudovun qəbuluna da gəliblər. İdarədən isə şikayətçilərə bildiriblər ki, hazırda rəis burada yoxdur.
Hər iki tərəfin arqumentlərini nəzərə alaraq qeyd etmək istəyirik ki, Cəmiyyət sədrləri problemi öz aralarında həll edənə kimi subartezian quyusunu müvəqqəti olaraq cəryanla təmin etmək olar.
Redaksiya olaraq inanırıq ki, Zaur Mikayılovdan fərqli olaraq “Azərişıq” ASC-nin rəhbəri Vüqar Əhmədov cənabları Prezidentin etimadını doğruldaraq Nizami kənd sakinlərinin su probleminin həll edilməsi üçün müfafiq addımlar atacaqdır.

Dünyanınsəsi.Az
Ardını oxu...
DİA.AZ: - Bir neçə gün əvvəl Saatlı rayonunda sakinlərin su uğrunda keçirdikləri ajiotajlı aksiyalar demək olar ki, əksər rayonlarımızda təkrarlana bilər. Çünki az qala bütün rayonlarımız bu gün quraqlıq keçirir və rəsmi qurumlar da bütün bunları yalnız müşahidə edir.

DİA.AZ bildirir ki, elə Göygöl rayonunun Qızılca kəndinin sakinləri də eyni problemlə üz-üzə qalıblar.

Sakinlər bildirir ki, rəsmən yağış suyunun ümidinə qalıblar: "Bu qədər təbii sərvətimiz var, amma biz Allaha ümid qalmışıq..."

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Martın 13-də Saatlıda keçirilən susuzluğa qarşı etiraz aksiyasında 20 sutka həbs edilənlərdən biri də Anar Hüseynovdur. DİA.AZ bildirir ki, onun anası Tənzilə Hüseynova yerli məmurları rəsmən ifşa edərək, rayondakı su qıtlığının yaranma səbəblərini də açıqlayır.

“Torpaqlar varlılara satılıb, su ora gedir” deyən narazı vətəndaş daha sonra bildirir:

"Sənə, mənə su yoxdur. Balıq saxlayırlar, ora təmiz su buraxırlar, insanlara üstünü mamır bağlayan su verirlər".

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - "Yazıb sizə bildirirəm ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən işdən çıxarılacağından ciddi şəkildə təşvişə düşüb. Məhz buna görədə Rəşad Əliyev müavini İlham Əhmədovla birlikdə internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə bağlı olan bir çox neqativ məlumatları sildirməklə məşğuldur". Bu barədə DİA.AZ-a ünvanlanan müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra yazır: "Hörmətli, dia.az, bu hələ harasıdr? Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, fesbok və instaqram sosial şəbəkələrində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib.

Bildirim ki, 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrində Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində nöqsanlar aşkar edilmiş və tədbirlər görüşlmüşdür. Mədəniyyət nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində hüquq mühafizə orqanlarına göndərilən 11 müraciət və regional idarələrə edilmiş xəbərdarlıqlar “Şiddətli töhmət” siyahısında Sumqayıt Regional Mədəniyyət İdarəsinin adı çıxarıld. Bunun səbəbi isə Rəşad Əliyevin keçmiş nazir Anar Kərimovun komandasındakı himayədarlarının kömək etməsi olub. Məhz sabiq nazirin komandasında olan «himayədarın» köməkliyi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsində aşkarlanan nöqsanlar və bununla bağlı görülmüş tədbirlər gizlədildi, ictimaiətə açıqlanmadı. Ancaq digər Regional idarələrində aşkarlanmış nöqsanlarla bağlı nazirlik hüquq mühavizə orqanlarına müraciət etdi. Qeyd edirəm ki, hazırda Rəşad Əliyevin Mədəniyyət Nazirliyindəki himayədarlarının bir hissəsi hələdə vəzifə başında qalmaqdadırlar. Və bu himayədarlara ümid edən Rəşad Əliyev vəzifəsini qorumaq daha doğrusu nazirlikdə vəzifə sahibinə çevrilmək istəyir. Qeyd edirəm ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində aparılan yoxlama nəticəsində ciddi şəkildə nöqsanlar aşkarlanmış. Məhz Palatanın açıqlayacağı nöqsanlardan sonra vəzifəsini itirmək təhlükəsini görən Rəşad Əliyev himayədarlarının köməkliyi ilə iş yerini dəyişmək istəyir. Ancaq nazir əvəzi Adil Kərimlinin regional idarələrində apardığı islahatların Sumqayıt Regional Mədəniyyət İdarəsinəədə çatacağı gün yaxınlardarı. Və Rəşad Əliyev bunu bildiyi üçün ciddi şəkildə təşvişə düşüb".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ölkənin ən böyük, yüksək turizm potensiallı rayonlarından olan Lənkərana Naşirlər Assosiasiyasının kitab sərgisinə getmişdik. Hər şey gözəl idi – maraqlı kitablar, təqdimatlar, sərgiyə axın-axın gələn böyüklər, kiçiklər və ətrafda yumşaq bir bahar havası! Amma bu havada adamın burnunu cırmaqlayan xoşagəlməz iydən gizlənmək çətin idi…

Şəkillərə baxmaq kifayətdir ki, o iyi siz də burnunuzda hiss edəsiniz: Lənkəranın mərkəzi küçələrində park, mehmanxana, teatr, restoran, yaşayış evləri və hətta hakim partiya YAP-ın öz qərargahının böyür-başı ilə çirkab suları axır. Bəzi yerlərdə burulub göllənən bu üfunətli mayeyə “su” deyirik, amma onun içində nələrin üzdüyünü təsəvvürünüzə gətirə bilərsiniz. Adamlar burada gəzişir, masa qoyub çay içir, uşaqlar burada oynaşırlar. “Çirkli realizm” janrından belə səhnələr köhnə filmləri xatırladır, ancaq təəssüf ki, kinoya baxmırsan, canlı mənzərəni seyr edirsən. Başqa ölkələrdə muzeylər təmir edən neft və milyonlar səltənətinin xan şəhəri Lənkəranda hətta Xan sarayına (indiki Tarix-diyarşünaslıq muzeyi) girmək üçün üzünü yana tutub, açıq kanalizasiya xəttinin üstündən adlamalısan!

Səbəbini soruşanda eşitdiklərimiz daha təəccüblü idi. Bilirsiniz, burada əksəriyyət əmindir ki, şəhərdə normal kanalizasiya xəttinin olmaması nə maddiyyat, nə də, Allah eləməmiş, pis yerli idarəçilik nəticəsidir. Hamı böyük siyasi səbəb axtarır və tapır.

Nə isə, xan Lənkəranı iydən xilas etmək bizim iqtidarımızda deyildi, sərgidə isə işimizi bitirmişdik. Bir yandan da havanın 20 dərəcəyədək qızacağını deyirdilər, amma mehmanxanadan çıxmazdan əvvəl səhərin sərinliyində, hələ üfunət yayılmamış, bu şəkilləri çəkə bildik.

Press Klub

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti