Ardını oxu...
Xeyli müddətdir vətəndaş təəssübkeşliyindən doğan dərin narahatlıqla bu mövzuya toxunmaq istəyirdim. Təəssüf ki, “Azərlotereya”nın ölkədə yaratdığı labirinti və xalqa kələk gəlməyin “metodologiyası”nı araşdırmaq üçün bu mövzuya indi baş vurmağı məqsədəuyğun hesab etdik. Təbii, bir yazı ilə “Azrlotereya”nın xalqın necə tələyə salmasını şərh etmək çətindir, ona görə də davamlı araşdırmaqlarımızın şahidi olacaqsınız.

Bəli, söhbət “Azərlotereya”nın Azərbaycanda yaratdığı antimilli qumar bazarından gedir.

Əvvəlcə ölkəmizdə bu məsələ ilə bağlı vəziyyəti araşdırmağa çalışdım. Maraqlı nüanslar ortaya çıxdı.

Bütün ölkələrdə qanuniləşdirilmiş qumar bazarı mövcuddur. Amma heç bir ölkədə qumar bazarı xalqın genefondunun dağıdılmasına hesablanmayıb, ölkədə sosial partlayışların ilkin “mina”ları kimi təkmilləşdirilməyib. Amma… Azərbaycan istisna! Ölkəmizdə “Azərlotereya”nın bütün fəaliyyət istiqamətləri ailələrdə sosial problemlərin pik həddə çatmasına, xalqın sürətli şəkildə yoxsullaşdırılmasına və gənclərin narkotikdən sonra ikinci bir böyük bir bəla ilə – lotereya” ilə məhv edilməsinə yönəlib. Qumar biznesi milli dəyərləri tapdalayırsa, onun qanuni fəaliyyətinə heç bir halda bəraət qazandırmaq olmaz.

Mənim burada Amerika kəşf etmək fikrim yoxdur.

Zəfər Rəisoğlunun qumar biznesinin uyuşdurucu həbləri…

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlunun ölkə mətbuatına verdiyi müsahibəni oxudum.

Hörmətli Rəisoğlu deyir:

“Hər iki ölkədə (Yəni, Azərbaycan və Türkiyədə) mentaliteti bir-birinə çox yaxın olduğundan deyə bilərəm ki, insanlar arasında da şans oyunlarına münasibət eynilik təşkil edir. Bu baxımdan Azərbaycanda öz vətənimizdəki kimi hiss edirik. Yerli əhalinin istəkləri ilə daim maraqlanır, onların marağını təmin edə bildiyimizi düşünürük”.

Çox humanist yanaşmadır. Elə deyilmi? Sən demə Hatayda yaşayan bir ərəblə, Trabzondakı bir lazla mənim mentalitetim eyni imiş… Siz öz fikirinizdə qalın, cənab Reisoğlu! Maraqlıdır, niyə Türkiyədən gələn qumarbaz belə məsələlərə milli aspektdən yanaşır, pul qazanmaq ehtirasında belə pafosdan istifadə edir. Amma öz aramızdır, yaxşı ki, “Bir millət, iki dövlət” şüarını səsləndirməyib.

Keçdik digər suala, yəni Rəisoğlunun suala cavabına.

“Son zamanlar “Azərlotereya”nın “Poz Qazan” lotereyasına artan marağı nə ilə əlaqələndirərdiniz? “Poz Qazan”ın bu qədər populyar olmasının səbəbini necə izah edərdiniz?”

Həmkarımın ona verdiyi pafoslu sualdan ehtirasa gələn cənab Rəisoğlu deyir:

“Aparılan müşahidələr onu göstərir ki, bu sahədə idarəetmənin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması lotereya oyunlarına populyarlıq qazandırıb”.

Azərbaycan öz müstəqilliyini yeni qazananda ən çox eşitdiyimiz söz birləşmələrindən biri də “beynəlxalq standartlar” idi. İnanın, içi mən qarışıq milyonlarla azərbaycanlı həyat tərzimizin bütün istiqamətlərinin “beynəlxalq standartlar”lara uyğunlaşdırılmasını o qədər istəyirdi ki… Demək alındı. Yoxsa, Rəisoğlu Azərbaycan xalqının cibinə girməyin yollarını beynəlxalq standarlara əsasən həyata keçirməzdi. O hansı beynəlxalq standartdır ki, sadə vətəndaşın ailəsinə aparacağı qəpik-quruşu əlindən almağın yollarını öyrədir!?

Hətta şans adı ilə insanlarda azar yaradır, asılılıq və nəticədə onsuz da gündəlik dolanışıq üçün çalışan sadə azərbaycanlını daha da bədbaxt günə qoyur. Gəlişi gözəl sözlərlə insanları aldatmaq texnologiyasını mənimsəmiş bu şəxs və ya şəxslər törətdikləri bəlaların həcmini görməməzlikdən gəlirlər. Əvəzində mentalitet bağlarından, insanları şirnikləndirən rəqəmlərdən, uduş məbləğindən istifadə edərək, zamandan yaxşıca yararlanırlar.

Dediklərim bir daha cənab Rəisoğlunun növbəti cavabında öz təsdiqini tapır. Diqqət yetirin:

“Böyük uduşlara sahib olan qalibləri görənlərdə lotereya oyunlarının şəffaf keçirilməsinə əminlik yaranır, inam hissini artırır. Bu niyyətlə düşünülə bilər ki, Azərbaycanda lotereya oyunlarına böyük maraq var. Təbii ki, insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblər də ola bilər. Bura sosial-psixoloji amilləri də aid edə bilərik. Bu, nəinki bizim ölkədə, dünya təcrübəsində də belədir”.

Bəli, doğrudur. İnam hissi artır. Çünki siz “sosial-psixoloji” vəziyyəti yaxşı olmayan minlərlə vətəndaşı dediyiniz beynəlxalq standartlarla – texnologiya ilə torunuza salırsınız. Dediyiniz kimi insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblərdən yararlanırsınız. Yaratdığınız “Poz qazan”, “40.000.000 Pul Yağışı”, “Brilliant -3”, “Uğurlu 7” və sairə oyunlarla maddi vəziyyətinizi zənginləşdirir, əhvalınızı yüksəldirsiniz. Əvəzində isə sadə vətəndaşlar itirdikləri pulların, düşdükləri vəziyyətin əzabını çəkir. Bunun səbəbkarı siz və sizin kimi “beynəlxalq standart”ları vətəndaşa sırıyanlarsınız!

Hesab edirəm ki, hələlik bəsdir. İnsanlıq və heç bir ədalət prinsipinə sığmayan bu “beynəlxalq standart”ların üzərindən oyun quran, qumar olmadığına özünü və vətəndaşları inandıran hər kəs haqq-hesab tərəzisini unutmamalıdır. Dünyanın fırılandığını və atdığınız bumeranqların bir gün özünüzə qayıdacağını da düşünün! “Mentalitet” sözündən isə bir də heç vaxt istifadə etməyin. Bunun sizin “oyun”larınıza aidiyyatı yoxdur.

Sonda isə cənab Zəfər Rəisoğluna və “oyundaşlarına” bir sualım var:

Yaxınlarınızın, sizə əziz olan şəxslərin yaratdığınız bu “beynəlxalq standart”lardan istifadə etməsinə razı olardınızmı?

AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
Sakinlərlə razılaşa bilməyən tikinti şirkəti söküntüyə hazırlaşır. Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, “Kubinka” kimi tanınan ərazidə sakinlər evlərini sökmək istəyən tikinti şirkəti ilə problemlər yaşayırlar. Onlar şirkətin təkliflərini uyğun hesab etmirlər. "RR Constructions"sakinlərlə razılaşa bilməsə də, hazırlıqlara artıq başlayıb, ərazini hasara alıb. Sakinlər şirkətin təklifini hüquqlarının pozuntusu kimi şərh edirlər. "RR Constructions"dan isə məsələ ilə bağlı cavab almaq mümkün olmayıb.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Bu gün Nəsimi rayonu, İcra hakimiyyəti yaxınlığındakı yaşayış binası ərazisindəki 100-ə yaxın ağac budama adı ilə kəsilib.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb.

Məlumatda deyilir: Görünən odur ki, hansısa tikinti şirkətinə ağacların orada olmağı problem yaradır.

Həmin görüntüləri təqdim edirik:

 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim Bakıxanov qəsəbəsində olan "Tatlı" un məmulatlari maqazasındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Həbib Əzimli adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş bildirir: "Nə vaxt nə alırsan, kartla ödəniş etmək istəyəndə bildirirlər ki, kartla ödəniş etməkdə problem var. Ödəniş etmək olmur. Bəzən "ödənişi kartla edəcəm" deyə təkid edəndə guya posterminalı qurdalayırlar... deyirlər "düzəldi, indi ödəniş etmək olar". Bəzən də qurdalayırlar sonra deyirlər, "ödəniş etmək alınmır... posterminal işləmir..."

Ardını oxu...

Bu hal necə illərdir belə davam edir. Eşitdiyimə gorə, bunların digər maqazalarında da eyni hal təkrarlanır.

Dövlət tərəfindən nağdsız ödənişlər stimullaşdırılır. Banklar nağdsız ödənişlər üçün müəyyən kampaniyalar tətbiq edir, amma bu cür mağazalar nağdsız ödənişlərdən yayınır..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ bildirir ki, Astara rayonu, Kijəbə kənd sakini Şahverdiyev Xankişi Əziz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, evinə işıq çəkdirmək üçün rüşvət verməyə məcbur edilir:

“Mən, Şahverdiyev Xankişi Əziz oğlu, Astara rayonu, Kijəbə qəsəbəsində oğluma ev tikdirmişəm və bütün sənədlərim doğru-düzgündür. Həmin evə işıq çəkmək üçün Astara rayon işıq idarəsinə və Masallıda olan “ASAN xidmət”ə müraciət etmişik. Bundan sonra Astara işıq idarəsinin Bilal adlı əməkdaşı gəlib baxış keçirdi. Bizə məsləhət gördülər ki, dəmir dirək alın, kabel alın, daha sonra xəbər edin işığınızı çəkəcəyik. Amma həmin gündən 6 ay keçməsinə baxmayaraq, işıq çəkilməyib. Evimizin ətrafı evlərlə əhatədə olsa da, hər evin işığı çəkilib, bizim ev hələ də işıqsızdır.

Dəfələrlə Astara rayon işıq idarəsinə müraciətlər etsək də heç bir nəticə yoxdur. Kobud münasibətlə bizi qovmaqdan betər edirlər.

Lənkəranda yerləşəm regional işıq idarəsinə də getmişik. Oradanda ürəkaçan bir cavab almamışıq. Bizə dedilər ki, Astara Bakı “Azərişıq”a tabedir, biz heç nə edə bilmərik.

Mən başa düşmürəm, “Azərişıq” dövlətindir, ya bəzi məmurların?!”

Məsələ ilə bağlı Astara Elektrik Şəbəkəsi idarəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Son vaxtlar Dövlət Yol Polisi əməkdaşları arasında sürücülərlə davranış qaydasından xəbəri olmayan, özünü "yolların ağası" hesab edən polis əməkdaşları haqqında şikayətlər durmadan artmaqdadır. Ömründə bir dəfə də olsun polisin davranışı haqqında təlimatı açıb oxumayan bəzi DYP əməkdaşları, özlərini qanun keşikçisi kimi yox, "reket" kimi aparırlar. Bircə qalır, "mən bu ərazinin "polojeniya"sına baxiram" sözünü açıq şəkildə dillərinə gətirmələri.

Sürücülər üçün ən çox narahatçılıqlar yaradan postlardan biri də, Mərəzə postudur. Bu postda sürücülərin incidilməsi və DYP əməkdaşlarının polisin davranışı qaydalarından xəbərsiz olmaları ilə bağlı dəfələrlə saytımıza şikayətlər daxil olub.

Növbəti şikayətçi Seyidzadə Zahid Ağarıza oğludur. Zahid Seyidzadə bildirir ki, Mərəzə postunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı ona saxlama səbəbinin kəmərlə bağlı olduğunu bildirsə də, onun kəmərdən istifadə etdiyini gördükdən sonra avtomobilidə led işıqların olduğunu bəhanə edərək, 150 manat cərimə yazıb.

Zahid Seyidzadə bildirir ki, DYP əməkdaşına, avtomobilində olan led işıqların standartlara uyğun olduğunu bildirdirsə də, DYP əməkdaşı ona qarşı kobudluq edərək, onu küçə uşağı səviyyəsində təhqir edib. Bundan sonra özündə halsızlıq hiss etdiyini deyən Zahid Seyidzadə, ona postda əl-üzünü yumağa da imkan verilmədiyini bildirib. Halbuki postda yorğun sürücülərin dincəlmək hüququ da var.

Zahid Seyidzadə qeyd edib ki, onu təhqir edən DYP əməkdaşı Xanalıyev İsaxan Səlahəddin oğludur. O, bu barədə Daxili İşlər Naziri Canab Vilayət Eyvazova müraciət edəcəyini bildirdikdən sonra, DYP əməkdaşı özünü "ara uşaqları" kimi apararaq, onunla "yaxşı oğlan", "pis oğlan" söhbəti etməyə başlayıb.

Xatırladaq ki, Mərəzə postunda DYP əməkdaşlarının sürücülərə qarşı kobudluq etmələri ila bağlı verilən məlumatlar birinci dəfə deyil. Biz də öz növbəmizdə ümid edirik ki, özünü qanun keşikçisi kimi yox, "vor zakon" kimi aparan polis əməkdaşları haqqında ölçü götürüləcək.

Ümumiyyətlə, hər gün vətəndaşlarla ünsiyyətdə olan polis əməkdaşlarının vaxtı-vaxtında psixoloji və narkoloji testdən keçirilməsi vacib olmalıdır.

Elşən Əlisoy

Sozcu.az
 
 
 
Ardını oxu...
Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində olan tibb müəssisələri üçün maşın və avandanlıqların satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, müsabiqənin qalibi "Harmony İndustrial Construction and Engineering Group” MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 111.991,2 AZN təşkil edir.

Bu, Bakı Baş Səhiyyə Mərkəzi ilə "Harmony İndustrial Construction and Engeering Group” MMC ilə ilk satınalma müqaviləsi deyil. Qurum 2021-ci ildə də sözügedən şirkətlə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilədə liftlərə texniki dəstəyin satın alınması nəzərdə tutulub.

Ümumiyyətlə, araşdırmalar zamanı məlum olur ki, "Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Bəs bu şirkət kimə məxsusdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 28 fevral 2005-ci ildə qeydiyyata alınan "Harmony İndustrial Construction and Engeering Group” MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.

Bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri "Piramida-2001” MMC, digəri isə "A-Marble” MMC-dir. Əlövsət Orucov həm də "A-Marble” MMC-nin qanuni təmsilçisidir. "Piramida-2001” MMC də onun nəzarətindədir. Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Hazırda isə şirkətin qanuni təmsilçisi Əlövsət Orucovun özüdür.

Əlövsət Orucov eyni zamanda "Piramida F.R” MMC-nin qanuni təmsilçisi olub. Bu şirkət təkcə 2020-ci ildə 1 milyon manatlıq satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.

"Piramida F.R” MMC-nin adına Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında rast gəlinmir. Şirkətin VÖEN-i hazırda "Harmony İndustrial Construction and Engineering Group” MMC-nin istifadəsindədir.

Adətən bu tip şirkətlər tender oyunlarında istifadə üçün yaradılır. Bir müddət sonra isə şirkətin fəaliyyəti dayandırılır, yaxud da adı dəyişdirilir. Böyük ehtimalla "Piramida F.R” MMC ilə də bağlı belə olub. Şirkət bir neçə iri məbləğli tender əməliyyatından sonra "Harmony İndustrial Construction and Engeering Group” MMC-yə çevrilib.

Yeri gəlmişkən, Əlövsət Orucov 3 şirkətin sahibi olsa da, iş adamı kimi onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da onun əslində "proxy” şəxs olduğu barədə şübhələri artırır.
 
Ardını oxu...
Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət - “tender çempionu” aşkar edilib.

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, həmin şirkətlərdən biri də "Subaru Azərbaycan"dır.

Şirkət 2019-cu ildən indiyədək 12 tender üzrə 2 834 566 manatlıq gəlir əldə edib.

Şirkət 12.09.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 700 020 manatdır. Qanuni təmsilçisi Elçin Əsədov Qamət oğludur. Hüquqi ünvanı, Az0100, Bakı şəhəri, Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesində yerləşir

"Subaru Azərbaycan" MMC-nin (VÖEN: 1400968521) udduğu tenderlər aşağıdakılardır:

1."Təhlükəli Tullantılar" MMC - Dizel mühərrikli pikap tipli nəqliyyat vasitəsinin satın alınması – 56 800 manat, 17.03.2023

2 ."Sosial Xidmətlər Agentliyi" - Sosial Xidmətlər Agentliyinin Aparatı üçün xidməti avtomobilin satın alınması – 68 600 MANAT, 10.03.2023

3. Dövlət Reklam Agentliyi Gəncə Regional Reklam İdarəsi - Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklam İdarəsi tərəfindən yeni Pikap tipli nəqliyyat vasitəsinin satın alınması – 60 400 manat, 12.10.2022

4. "Dövlət Sosial Müdafiə Fondu" - Avtomobillərin satınalınması – 1 818 000 manat, 19.11.2020

5. "Bakı Şəhər Dezinfeksiya Mərkəzi" - Nəqliyyat vasitəsinin alınması – 56 900 manat, 19.10.2020

6. Aqrar Sığorta Fondu - 1 ədəd biznes sinfinə aid nəqliyyat vasitəsinin satın alınması – 56 700 manat, 03.06.2020

7 . Bakı Dövlət Universiteti - Nəqliyyat vasitələrinin satın alınması – 124 500 manat, 12.02.2020

8.Sabunçu Rayon Mühafizə İdarəsi - Mühəriki 3.2 olan sedan tipli avtomobilin satın alinması – 93 000 manat, 25.11.2019

9. Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu - Xidməti minik avtomobillərinin satınalınması – 190 100 manat, 20.11.2019

10."MİDA" MMC - 1 (bir) ədəd sedan, mühərrikin həcmi 2,5 – 3,0 L, tam təchizatlı nəqliyyat vasitəsinin satın alınması - 70.000 manat, 06.11.2019

11. Sahibkarlığın İnkişafı Fondu" - Avtonəqliyyat vasitələrinin alınması – 136 700 manat, 29.10.2019

12. Dövlət Reklam Agentliyi - Avtonəqliyyat vasitələrinin satın alınması – 102 866 manat,13.09.2019
 
Ardını oxu...
Azərbaycanda rəsmi QUMAR BİZNESİ ŞƏBƏKƏSİ hesab olunan "Azərlotoreya"nın kasıbların son qəpik-quruşuna göz dikməsi bir faktdır. Hər halda, hansısa imkanlı şəxsin və yaxud da vəzifə başında olan məmurun hər gün axşam işdən evə gedərkən "Azərlotoreya"nın hansısa qumarını oynadığını nə görən olub, nə də eşidən... Günlük gəliri 10-20 manat arası olan binəva fəhlə zümrəsidir ki, bu cür yollarla qazanacağına, birdən-birə varlanacağına ümid edir ki, bu da "Azərlotoreya" kimi qumar şəbəkələrinin işinə yarayır.

DİA.AZ bildirir ki, hər halda, bu kimi hallarda dövlətin gərəkən qurumlarının müdaxiləsi vacibdir, şərtdir. Çünki dövlət və oinun hüquq-mühafizə orqanlarının başlıca vəzifəsi ölkə vətəndaşlarının məhz bu kimi dələduzluq torundan müdafiə olunmasıdır.

Məlumdur ki, Azərbaycanda rəsmi QUMAR BİZNESİNƏ nəzarəti öz əlinə götürən və bununla da “Azərlotereya” ASC-nin idarəetməsinə nəzarət edən Türkiyənin “Demirören Holding” şirkətidir.

Bu şirkətin qardaş Türkiyədəki əməlləri ilə bağlı KİV-də yetərincə informasiyalar paylaşılıb. Elə Azərbaycandakı əməllərindən də son günlər yetərincə yazılmaqdadır...

Amma görünəni odur ki, rəsmi qurumlar, qəni bu işi araşdırmalı olan dövlət qurumlarımız “Demirören Holding” qarşısında rəsmən əl-qolu bağlı vəziyyətdədir. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə olduqca ilginc faktları açıqlayıb. Aydın olur ki, məhz "yuxarıda" bəlli bir qrup bu gün “Demirören Holding”in Azərbaycanda rəsmi qumar biznesini yönəltməsini aşkar şəkildə himayə etməkdədir.

Bu barədə geniş araşdırma yazımızı yaxın günlərdə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 

Dünyapress TV

Xəbər lenti