Ardını oxu...
"Qəbuluna gedirəm, özü gəlmir, müavinləri köməkçiləri vətəndaşlarla görüşürlər”

"2007-ci ildə atam və nənəm Neftçalanın Heydər Əliyev prospekti 19C ünvanında mənim adıma 138 kvadratmetr torpaq sahəsi alıblar. İllərdir ki, yerli icra hakimiyyəti mənə öz torpağımda obyekt tikməyə icazə vermir”.

TEREF.AZ yazır ki, bunu Meydan TV-yə Neftçala sakini Vasif Məcidzadə deyir.

Onun sözlərinə görə, torpağın bütün sənədləri qaydasında olsa da, bir ildir ki, icra başçısı Mirhəsən Seyidovun qəbuluna düşə bilmir: "Ərazinin çıxarışı var, tikintinin layihəsi də hazırdır. Lakin başçı sərəncam vermir və səbəbini də əsaslandıran yoxdur. Torpağım elə bir yerdədir ki, sağımda da, solumda da obyektlər var. Birinci və sonuncu dəfə 2021-ci ildə icra başçısı Mirhəsən Seyidovun qəbulunda olmuşam. Məni xeyli sorğu-suala tutandan sonra demişdi ki, sənədlərinə baxılacaq, qanunsuz olsa, prokurorluğa verəcəyik. Üzərindən bir həftə keçəndən sonra məktub gəldi ki, torpaq sahəsinə görə dövlətə 15 il ərzində üst-üstə yığılmış 650 manat torpaqpulu borcu var. Borcu ödədim, üzərindən iki il keçib, yenə də sərəncam verilməyib. Üstəlik də, başçının qəbuluna düşə bilmirəm”.

"Həftənin beşinci günləri guya vətəndaşlarla görüş keçirirlər. Ora gedirəm, başçı özü orada olmur. Müavinləri, köməkçiləri vətəndaşlarla görüşürlər. Şikayətlərə də qulaq asıb, yalandan "həll olunacaq” deyirlər. Camaatı yola verirlər. Sonuncu dəfə bu ilin mayında icra hakimiyyətinə getdim, yenə də başçı özü orada yox idi. Necə əsəbləşdimsə, əlimi zərbə ilə divara vurdum, barmağım sındı. Xəstəxanaya getdim, barmağıma gips qoyuldu”, – deyə o bildirib.

Vasif Məcidzadə çıxış yolu tapmadığını və hara müraciət edəcəyini bilmir: "Mənə icra başçısı ilə görüş verilmir. Hamı da bir ağızdan deyir ki, sən orada pulsuz obyekt tikə bilməyəcəksən. Mən dərdimi kimə deməliyəm? Su idarəsinə, yoxsa işıq idarəsinə? Bundan öncəki icra başçısı İsmayıl Vəliyev də məni belə incitdi. Konkret pul istədi, vermədim. Tikə bilmədim. Deyəsən, bu da elə eyni yolla gedir. Eşitmişəm ki, guya icra başçısı tikinti işləri üçün altı min manata yaxın pul istəyir”.

Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsindən Meydan TV-nin sorğusu cavablandırılmayıb.

Daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Meydan TV-yə deyir ki, qeyri-yaşayış binasının tikintisi üçün yerli icra hakimiyyətlərinə deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək lazımdır: "İlk növbədə baxmaq lazımdır ki, vətəndaşın torpağı hansı kateqoriyaya aiddir. Bəzən görürsən ki, vətəndaşlar səhv sala bilir. Ola bilər ki, yolun bir tərəfində olan torpaq sahibkarlıq, qarşı tərəf isə kənd təsərrüfatı təyinatlı ola bilər. İkinci məsələ isə bütün hallarda vətəndaş icra hakimiyyətinə müraciət etməməlidir”.

"Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron qaydada da müraciət edilməlidir. Komitədə müraciət əsasında təqdim edilən sənədlərə baxıldıqdan sonra icazə verilir. Əgər icazə verilərsə, bundan sonra yerli icra hakimiyyəti ona dair sərəncam verə bilir”, - deyə o bildirib.
Ardını oxu...
Seysmoloji mərkəzdə də "yeyirlər"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da sifarişçi olduğu iki satınalmaya yekun vurub.

Teref.az Qlobal-a istinadən xəbər verir ki, bu satınalmaların ümumi məbləği 57.525 manat təşkil edib.

Mərkəzin 2022-ci ilin noyabr ayının 30-da smetası 47.725 manat olan "Abadlıq işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada "FLONDEX" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"FLONDEX" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb. "FLONDEX" MMC-nin hüquqi ünvanı qeyri-dəqiqdir - Binəqədi rayonu, 7 mkr, ev 11 B, mənzil 0 ünvanıdır. Bu MMC-nin qanuni təmsilçisi Fətullayev Romal Şakir oğludur.

Mərkəzdə abadlıq işləri aparacaq "FLONDEX" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, işçilərinin sayı, əlaqə ünvanları barədə açıq internet resurslarında məlumat yoxdur.

Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da yekun vurduğu daha bir satınalma "Proqram və proqram təminatlarının satınalınması" lotu üzrə keçirilib. Bu satınalmanın məbləği 9800 manat, qalibi isə "KASTELLUM CORPORATED" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "KASTELLUM CORPORATED" MMC Seysmoloji Xidmətin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "FLONDEX" MMC ilə eyni tarixdə - 2022-ci ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb. Bu şirkətin də hüququ ünvanı Seysmoloji Xidmətin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "FLONDEX" MMC-nin hüquqi ünvanı kimi qeyri-dəqiqdir - SABUNÇU RAYONU, E.SARATOV, ev 67, m. 0.

İlginc məqamlardan biri isə Seysmoloji Xidmət Mərkəzinə proqram təminatı xidməti göstərəcək "KASTELLUM CORPORATED" MMC-nin özünün web ünvanının olmamasıdır. Eyni zamanda bu şirkətin də fəaliyyət profili, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumat verilmir.

Fəaliyyət profilləri barədə məlumat olmayan, eyni tarixdə yaradılan, hüquqi ünvanları naməlum olan MMC-lərin Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da yekun vurduğu satınalmalarda qalib elan edilmələri ortaya bir sıra suallar çıxarır.

Qlobal.az məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzindən mövqe öyrənib.
Ardını oxu...
SXM-nin açıqlamasında deyilir: "2022 – ci ilin noyabr ayının 30 da abadlıq işləri üzrə kotirovka sorğusunda aşağıdakı iştirakçılar olublar: 1 "Qlobal Finans” MMC, "FLONDEX” MMC və "Menecment” MMC 2. Proqram təminatı üzrə kotirovka sorğusunda isə "KASTELLUM CORPORATED” MMC, "Menecment Expert-85” MMC və "İNTER CORPORATED” MMC olubdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron portalında müvafiq ödəniş etdikdən sonra istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar iştirak etmək hüququ əldə etmiş olurlar. Satınalmalar haqqında Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə uyğun olaraq qalib subyekt aşağı qiymət verən və meyarlara uyğun gələn seçilir. Bu baxımdan abadlıq işləri üzrə satınalmalarda aşağı qiymətlə çıxış edən "FLONDEX” MMC qalib seçilmişdir. Proqram təminatı üzrə isə "KASTELLUM CORPORATED” MMC qalib seçilmişdir. Tərtib edilmiş protokollar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yoxlamadan keçib qeydə alınmışdır. Göstərilənlərə əlavə etmək istəyirik ki, qalib MMC bank zəmanəti verdikdən və işi gördükdən sonra ödəniş əldə edir.Ötən illərdə 2020, 2021, 2022-ci ildə yerinə yetirilməyən işlərə görə ayrılmış vəsaitlər büdcəyə qaytarılmışdır".

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlidir.

Cahandar Laçınlı
Twitter Facebook
 
 
 
Ardını oxu...
AZCosmetics MMC-də dələduzluq faktoru və yaxud Zeynalovun müştəri ovu...
TEREF.AZ Hefteaz.com-a istinadla xəbər verir ki, Azərbaycanda bəzi özəl şirkətlər onlarla əməkdaşlıq edən müştəriləri belə aldadaraq dələduzluq amilinə əl atmaqla, cinayət törətməyə üstünlük verirlər. Acınacaqlısı budur ki, dələduzluq metodunu seçən bu cür şirkətlərin ucbatından müştərilərə dəyən maddi ziyana görə özlərini günahkar hesab etmək istəmirlər.

Hefteaz.com saytının email poçtuna daxil olan şikayətlərdən belə məlum olur ki, bu cür özəl şirkətlərdən biri olan AZCosmetics MMC satdığı keyfiyyətsiz avadanlıqların ucbatından müştəriyə küllü miqdarda ziyan vurulub. Belə ki, Xəzər rayonun Qala qəsəbə sakini Səfərova Gülnar Məhəmməd qızının saytımız vasitəsilə Dövlət qurumlarına ünvanladığı şikayət məktubunda AZCosmetics MMC-də tərəfindən aldanması ucbatından ona həm mənəvi həm də maddi ziyan dəydiyini bildirir.

 
 

 


Ardını oxu...
Laçın rayon sakini Alim Ağayev Azərbaycan Resbubilkasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə video-müraciət edib. Şikayətci BİA.az-a göndərdiyi video-müraciətdə bu ilin fevral ayında yaxın qohumu İntiqam Zamanovun intihar etdiyini bildirir. O, qeyd edir ki, İntiqam Zamanov öz ailəsi, xüsusən də oğlu Elgün Zamanov və həyat yoldaşı Məlahət Zamanova tərəfindən şərlənib, sonra evindən bayıra atılıb. Onun intihar etməsinin əsas səbəbi də elə bu olub. Bunu mərhumun cibindən tapılan məktub da təsdiq edir. Hazırda bu hadisə barədə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb, amma 3 aydan coxdur ki, davam edən istintaqın gedişi onları qane etmir. Belə ki, mərhumun oglu Elgün Zamanov müstəntiq Tamerlanla hansısa iş birliyinə girib, bu məsələnin ört-basdır olunmasına çalışır. 

Şikayətci iddia edir ki, cinayət işini aparan Suraxanı rayon prokurorluğunun müstəntiqi Tamerlan cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanova acıq-aydın himayədarlıq edir. Bu işdə Suraxanı rayon prokuroru Rəşid Mahmudovun da adı hallanır. 

Şikayətci həmcinin redaksiyamıza cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanovun bazarlıq-pul sövdələşməsinin səs yazısını da göndərib və ictimailəşdirilməsini xahiş edir.

Daha ətraflı aşagıda dərc etdiyimiz videolarda tanış ola bilərsiniz.





BİA.az
Ardını oxu...Lacın rayonu Çıraqlı kənd tam orta məktəbində 2022-2023-cü tədris ilində Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata kecirilib. Tədbirlər çərçivəsində şagirdlərin Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olması üçün onların Heydər Əliyev muzeyinə səyahətləri təşkil olunub, məktəb daxilində müxtəlif filmlər nümayiş etdirilib, rəsm, şer, inşa, təqdimat musabiqələri kecirilib.

Elm və Təhsil Nazirl­iyinin dəstəyi, “G­ənclərin Respublika Bədii Yaradıcılıq Ev­i” Publik Hüquqi Şəx­sin təşkilatçılığı ilə keçirilən “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsində məktəbin 11 “Ə” sinif şagirdi Abbasquluzadə Leyla Pərviz qızı qal­ib olmuşdur. Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcıllıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Həmrəyliyimiz Birliyimizdir” adlı respublika rəsm və əl işləri müsabiqəsinə Laçın rayon Çıraqlı kənd tam orta məktəbin Rəsm dərnəyinin 3 üzvü: Güllü Şirinova, Jalə Əlfətova, Fatma Zəhra Özer qatılmışdır və sertifikat, müxtəlif hədiyyələr qazanmışlar.

Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin 10- b sinif şagirdi, RFO-nın biologiya fənni üzrə  AYQ və YYQ üzrə finalçısı Əliyeva Fatimə Dəyanət qızı həmçinin Global Olympic Centerin təşkilatçılığı ilə keçirilən ABŞ-ın beynəlxalq FİSO olimpiadasında biologiya fənni üzrə  iştirak edərək qızıl medal qazanmışdır. Mükafatlandırma tədbiri 28 may tarixində Avropa Azərbaycan məktəbində keçirilmiş və Əliyeva Fatimə Dəyanət qız qızıl medal və beynəlxalq sertifikatla təltif olunmuşdur.
 
"Respublika su ehtiyatlarının, atmosfer havasının və torpağın təbii sərvətlərinin ekoloji qiymətləndirilməsi tədqiqatları" mövzusunda Azərbaycan Memarlıq və İnşaat Universitetində sərgi keçirilmişdir. Məktəbin şagirdləri Aylin Qocazadə və Sehran Fərmanlı sərgidə iştirak edərək sertifikat və hədiyyələrlə təltif olunmuşlar.

Bu günlərdə Laçın rayon 21 nömrəli tam orta məktəbində Yeni Azərbaycan Partiyası Laçın rayon Təşkilatının "Heydər Əliyev və Azərbaycan ideologiyası" mövzusunda konfransı keçirilmişdir. Konfransda Heydər Əliyev ili çərçivəsində məktəblilər arasında keçirilən müsabiqələrin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildi. Mükafatlandırılanlar arasında Çıraqlı kənd tam orta məktəbini XI sinif şagirdi Aysel İsmayilova da oldu.

Azərbaycan Respublikasının Mərkəzi Bankı və VISA beynalxalq kart təşkilatı tərəfindən 9 fevral 2023-cü il tarixində Qlobal Pul Həftəsi çərçivəsində "Maliyyə Savadlılığı: Strategiya, Tədris, Təhlil" virtual kursu üzrə elan olunan müsabiqədə Çıraqlı kənd tam orta məktəbinin 8 “C” sinif şagirdi Fidan Abdullayeva, 9 “B” sinif şagirdi Güllü Şirinova Mərkəzi Bankın Virtual Təhsil Platformasının “Milli pul nişanlarımız” distand kursunu uğurla bitirdiyinə görə Sertifikat ilə təltif olunmuşlar.

 Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində "Mərakeş Azərbaycan rəssamlarının gözü ilə" mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Çıraqlı kənd tam orta məktəbinin 3 şagirdi: Əsli Zeynalova, Fatma Zəhra Özer, Şahhüseyn Abdullayevin əl işləri münsiflər heyəti tərəfindən dəyərləndirilmiş və yüksək qiymətləndirilmişdir. Onlar Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən rəsmi sertifikat ilə təltif olunmuşlar.

Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər ugurla davam etdirilir.


Azerinform.az
 
Ardını oxu...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsi, ev 1A sakini, kiçik sahibkarlıqla məşğul olan Rəhilə Abbas qızı Cavadova adıçəkilən rayonun icra başçısı Adil Vəliyevin göstərişi ilə dəmiryolu stansiyası yanında ona məxsus olan 72 kvadratmetrlik dükanın, içərisində 20 min manat dəyəri olan avadanlıqla birlikdə traktorla dağıdıldığını, yerlə bir edildiyini iddia edib.

"Razılaşmaya əsasən icra başçısı sahibkarlara hər kvadratmetr üçün 1200 manat verəcəyini bildirdi, sıra mənə çatanda isə icra nümayəndəsi dedi ki, sizə hər kvadratmetr üçün 800 manat veriləcək"

Üzləşdiyi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini, lakin hələ də problemin həll olunmadığını deyən şikayətçinin sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ona və digər dükan sahiblərinə verdiyi vədə əməl etməyib: "Sabunçu Dəmiryol Stansiyası yanında 100-ə yaxın ticarət obyekti vardı. Həmin cərgədə mənim də 72 kvadratmetr sahəsi olan dükanım var idi. 2013-cü ilin mart ayında Sabunçu rayon icra başçısı tərəfindən bütün mağaza sahibləri görüşə dəvət olundular. Görüşdə Adil Vəliyev bildirdi ki, ərazidə yenidənqurma işləri aparılmalıdır. O dedi ki, mağazalarınız müasir tələblərə uyğun olmadığından sökülüb yerində yeni ticarət mərkəzi tikiləcək. Əlavə etdi ki, söküləcək mağazaların əvəzinə həmin ticarət mərkəzində hər bir sahibkara öz kvadratmetrinə uyğun yer veriləcək və bizimlə qanuni şəkildə üçtərəfli müqavilə bağlanacaq. Tərəflərdən biri Sabunçu Rayon İcra Hakimiyyəti, ikincisi sahibkar və üçüncüsü isə tikinti aparan qurum olacaq. Biz icra başçısından tikinti müddətində nə ilə dolanacağımızı soruşduqda o, qeyd etdi ki, hər bir sahibkara sahib olduğu dükanın sahəsinə uyğun məbləğ təyin ediləcək. Bildirdi ki, həmin məbləğ icra hakimiyyəti tərəfindən veriləcək və müqavilədə əks olunacaq. Adil Vəliyev dedi ki, həmin məbləği dövr etdirib ailənizi dolandırarsınız, ticarət mərkəzi tikilib hazır olanda isə məbləği geri qaytararsınız, biz də mağazalarınızı sizə təhvil verərik. Beləcə, icra başçısının sözlərinə inanıb onunla razılaşdıq. Razılaşmaya əsasən icra başçısı sahibkarlara hər kvadratmetr üçün 1200 manat verəcəyini bildirdi. Mən də daxil olmaqla hər bir sahibkar bu məbləğlə razılaşdıq. Bir neçə gün sonra sıra ilə sahibkarlar müqavilə bağlayıb pullarını aldılar. Sıra mənə çatanda icra nümayəndəsi bildirdi ki, sizə hər kvadratmetr üçün 800 manat veriləcək. Səbəb kimi mağazamın ikinci cərgədə olduğu deyildi. Təbii ki, bununla razılaşmadım. Dedilər ki, bu, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin tapşırığıdır. Bununla bağlı dəfələrlə icra hakimiyyətinə üz tutsam da, heç bir xeyri olmadı. Nəhayət, bir dəfə icra başçısı məni qəbul etdi. Ona narazılığımı bildirdim və ailə vəziyyətim haqda məlumat verdim. Dedim ki, 5 övladımdan ikisi I qrup əlil, digəri isə İkinci Qarabağ savaşı - Vətən Müharibəsi qazisidir. Çox ağır durumda olduğumu qeyd etdim. İcra başçısı isə bunlara məhəl qoymadan "Hara istəyirsən şikayət et" deyərək, məbləği artırmayacağını bildirdi. Bu zaman "Mənə də hamı kimi hər kvadratmetr üçün 1200 manat verilməyincə mağazamın sökülməsinə icazə verməyəcəm" dedim. Ancaq bunun heç bir faydası olmadı, bir ay sonra xəbər çatdı ki, icra başçısı obyektimi yerlə-yeksan edib. İnsan nə qədər qəddar olmalıdır ki, mağazanı içərisi 20 min manat dəyərində avadanlıqla birlikdə traktorla dağıtsın".

"İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizov "Kimə şikayət etsəniz də heç bir nəticəsi olmayacaq. Ancaq başçının dedikləri olacaq. İstər məhkəmədə, istərsə də prokurorluqda tanışları var. Boş yerə pul xərcləyəcəksiniz", deyə cavab verdi"

Bundan sonra həyat yoldaşı ilə birlikdə icra başçısının qəbuluna düşməyə çalışdığını vurğulayan Rəhilə Cavadova qeyd edib ki, Adil Vəliyevlə görüşə bilməsə də, icra hakimiyyətindən onlara bu işin birbaşa başçının nəzarətində olduğunu bildiriblər: "Bir-neçə dəfə get-gəldən sonra icra başçısının qəbuluna düşə bildik. Adil Vəliyev məbləği bir qədər artıraraq, bizə hədə-qorxu gələrək son olaraq 65 min manat verəcəyini dedi. Biz razılaşmayıb otağı tərk etdik. Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizovun qəbuluna getdik. O, bizi normal qarşılasa da, bu işlə bağlı köməklik edə bilməyəcəyini qeyd etdi. Neyman Əzizova icra başçısından şikayət edəcəyimizi dedik də isə "Kimə şikayət etsəniz də heç bir nəticəsi olmayacaq. Ancaq başçının dedikləri olacaq. İstər məhkəmədə, istərsə də prokurorluqda tanışları var. Boş yerə pul xərcləyəcəksiniz", deyə cavab verdi. Beləcə, Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası bizə 65 min manatı alıb sakit durmağı məsləhət gördü".

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin əməllərini vəzifədən sui-istifadə edib sadə vətəndaşları əzmək, onların hüquqlarını tapdamaq kimi qiymətləndirən şikayətçi iddia edir ki, icra hakimiyyətində onun həyat yoldaşı şantaja, təhdidə məruz qalıb: "Sabunçu Rayon İcra Hakimiyyətinin yetkili şəxsləri həyat yoldaşıma hədə-qorxu gəlib, onu həbslə şantaj ediblər. Belə ki, icra nümayəndəsi Adil Vəliyevin birinci müavini Şakir Alıyevə "İcra başçısı bildirib ki, əgər həmin məbləğlə razı olmasa, narazılıq edib şikayət etsə, əlimizdə - 13-cü polis bölməsində onun həyat yoldaşı haqda video kaset var. Zəng edin polisə və tapşırıq verin ki, onun haqqında cinayət işi qaldırsınlar", deyə təhdid ediblər. Həyat yoldaşım bilib ki, onu şərləyib, şantaj edib obyekti əlimizdən almaq istəyirlər. Bu səbəbdən də dərhal icra hakimiyyətini tərk edib. Bir müddət sonra yenidən icra başçısının birinci müavini Şakir Alıyevin qəbulunda olduq. O, Sabunçu Dəmiryol Stansiyası yanındakı ticarət mərkəzinin tikintisinin 5-6 il çəkəcəyini bildirdi və bu səbəbdən də Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində 1 il ərzində tamamlanacaq yeni ticarət mərkəzində istədiyimiz mağazanı seçə biləcəyimizi dedi. Beləcə, çarəsiz qalıb bu təkliflə razılaşdıq və oradan mağaza götürdük. Bununla da M.Fətəliyev küçəsində tikilən ticarət mərkəzinin layihəsində 1-ci və 2-ci mağazanın üstünə bizim adımızı yazdılar. Lakin aramızda əladə olunan bu razılaşmaya dair sənəd təqdim etmədilər. Nəhayət, 10 ay sonra Sabunçu Rayon İcra Hakimiyyətinin baş hüquqşünası Neyman Əzizov bizi qəbula çağırdı və dedi ki, sizə verilən pulun hamısını gətirin, sənədləşmə işlərinə başlayırıq. Bildirdim ki, hələ mağazaların təmiri qalıb, suvağı, işığı, suyu yoxdur, yollar çəkilməyib. Qeyd etdi ki, 1-2 aya hamısı düzələcək. Onda dedim ki, sizə 65 min yox, 55 min verəcəm, tam hazır olanda isə yerdə qalan 10 mini də verərəm. Neyman Əzizov razılaşdı və pulu ona verdim. Lakin bunun üzərindən 5 ay keçdikdən sonra gördüm ki, başqa biri bizə ayrılan mağazanı təmir edir. O dedi ki, mağazanı icra başçısı Adil Vəliyevdən alıb. Bu barədə Neyman Əzizovlə söhbət zamanı o dedilənləri təsdiqlədi və bütün məsuliyyəti icra başçısının birinci müavini Şakir Alıyevin üstünə atdı. Həmin vaxt Şakir Alıyevin 4-5 ay əvvəl işdən azad olunduğunu öyrəndik".

Məhz bundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə aldadıldığını, digər mağazanın veriləcəyinə dair çoxsaylı vədlər verildiyini, lakin heç birinə əməl olunmadığını vurğulayan şikayətçinin sözlərinə görə, üzləşdiyi haqsızlıqla bağlı birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etsə də, heç bir nəticəsi yoxdur: "Odur ki, "Hürriyyət" vasitəsi ilə yenidən adıçəkilən rəhbər şəxslərə və digər müvafiq qurumların yetkililərinə müraciət edərək, onlardan ailə vəziyyətimizin ağır olduğunu, o cümlədən 5 övladımdan ikisinin I qrup əlil, digərinin isə Vətən Müharibəsi qazisi olduğunu nəzərə alaraq, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən bizə qarşı edilən haqsızlıqların aradan qaldırılmasına yardım etmələrini xahiş edirəm".

"Hürriyyət"


Ardını oxu...
Şəmkir rayon Könüllü kəndi su çatışmazlığından əziyyət çəkir. Dörd ildir ki, ərazidən keçən şirin su kanalı işləmədiyindən kəndlilər əkin-biçin işləri apara bilmir. Sakinlər bu il də məhsul üzünə həsrət qaldıqlarını deyir.

 

Cavanşir Quliyevdən nazirə ironiya
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətinin bahalaşdırılacağına dair açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

İnsanlar sosial şəbəkələrdə və mediada bu sözlərinə görə naziri tənqid edib. Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev də onlar arasındadır.

Terefg.az “Yeni Sabah”a istinadla bildirir ki, ünlü bəstəkar nazir haqqında sosial şəbəkə hesabında qeyd paylaşıb. Həmin qeyddə deyilir:

“Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev: “Dünyada ən ucuz taksi bizdədir, belə olmaz, bahalaşmalıdır!” Ha-ha-ha, mənim nazirim…”
Ardını oxu...
Buzovna sakinləri çimərlik ərazisinə gedən yolun bağlanmasından narazıdırlar.

Onlar iddia ediblər ki, çimərliyə gedən yol daşlarla bağlanıb və hasarlanmamış çox az yer qalıb:

“Əraziyə giriş 8 manatdır”.

Dəniz kənarında dincəlmək istəyən vətəndaşlar hasarları aşmaq üçün kilometrlərlə yol getməli olurlar.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
DİA.AZ: - "Azərbaycanda sosial “qətliamın” ideoloji rəhbəri kimdir? Heybət İmanov... Bəli, məhz bu şəxs 20 ildir dövlətin sosial siyasətini icra edən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yuva quraraq özünün bədnam əməllərini icra etməklə məşğuldur. İnsanların haqq etdiyi pensiyalar bu şəxsin tərtib etdiyi siyahılar əsasında dayandırılır, insanlara min bir zillət yaşadılır". Bütün bunlar DİA.AZ-a Kərim Məmmədovun müəllifliyi ilə göndərilən məqalədə yer alıb.

Ardını oxu...

Məqalədə daha sonra bildirilir: "Bu mənada nazir Sahil Babayevin sevimlisinə çevrilib. Pensiyaları kəsib, xalqa zülm yaşatmaq hesabına büdcəyə xeyir veririk deməklə özlərinə rahat yol seçiblər. Bunun hesabına özünəməşğulluq proqramlarından, mənzil tikintisindən milyonları rahatlıqla mənimsəyirlər, elə bil həmin pul büdcə pulu deyil. Əslində hakimiyyət rəsmiləri də nəhayət başa düşməlidirlər ki, insanları hakimiyyətdən narazı salan bu şəxslərin hakimiyyətə ancaq ziyanları dəyir. Onsuz xalqdan “qənaət etdiklərindən” də artıq məbləği müxtəlif yollarla özləri mənimsəyirlər. Bu şəxslərin vəzəfilərindən uzaqlaşdırılması ölkədə Qarabağ Zəfərindən sonra ən böyük “Sevinc bombası” effekti yaradar. Hakimiyyət rəsmilərinin bunu nəzərə alması hakimiyyət üçün də böyük imkan deməkdir. Cənab Prezidentin bir-iki dəfə Sahil Babayev barədə xoş söz deməsi, o demək deyil ki, cənab Prezident onu toxunulmaz elan edib. Görünür Cənab Prezidentə də Sahil Babayev barədə səhih məlumatlar çatdırılmır. Cənab Prezident həqiqəti bilən kimi xalqı bu böyük sevincdən məhrum etməz. Onsuz Sahil Babayevin nə kimi “qabiliyyəti” var idisə xərcləyib, bitirib, bundan sonra onun o vəzifədə qalması ancaq və ancaq hakimiyyətin maraqlarına qarşı olar.
Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bildirir ki, dövlət orqanlarında ixtisar labüddür, dövlət işlə təmin etməyi öz üzərinə götürməməlidir. Sonra isə bildirir ki, adamlar işsiz qalmamalıdır, özünəməşğulluq proqramlarına cəlb edilməlidir, yəni demək istəyir ki, siz ixtisar edin mənə pul ayırın mən güya onları özünəməşğul edəcəm, yəni onların hesabına milyonlar mənimsəyim. Adamın hiyləgərliyinə baxın.
Hesablama Palatası son 5 ildə özünəməşğulluq proqramının icrasını təftiş etsə dəhşətli mənzərə ortaya çıxacaq, məlum olacaq ki, özünəməşğulluq adı verilən işlərin 80%-i saxtadır, sadəcə pulllar mənimsənilib. Ondan sonra onun nəticələrini Cənab Prezidentə təqdim etsin, görək onda Sahil Babayevin vəziyyəti necə olacaq. Cinin canı şüşədə olduğu kimi Sahil Babayevin canı da özünəməşğulluq proqramlarının təftişindədir. Onu açmaq gərək.
Xalq heybət İmanovun adını yaxşı yadında saxlamalıdır. İlk növbədə bu şəxslərin övladlarının gələcəkdə Azərbaycanda dövlət vəzifələri tutmasının qarşısını almaq üçün. Heybət İmanov təkcə pensiyaları kəsməklə məşğul deyil, o həm də Nazirlikdə qurulan korrupsiya şəbəkəsinə rəhbərlik etməklə məşğuldur. Belə olmasaydı bu adam cinayətkar, hazırda həbsdə olan nazirliyin keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin cinayət ortaqlarını başına yığıb onlarla əməkdaşlıq etməzdi. Aidiyyatı orqanlar bununla bağlı araşdırmalara başlasalar fantastik qanunsuzluqların şahidi olarlar. Adam Azərbaycanın qanunlarına nə qədər nifrət edir ki, Əjdər Cəbiyevin pul daşıyanları olan Zaur Rəsulovdan, Rza Əhmədovdan rivizor qayırıb, onları özünün korrupsiya maraqları üçün işlədir. Bu adamın xarici ölkələrin kəşfiyyat orqanlarından, xüsusilə İranın xüsusi xidmət orqanlarından tapşırıq alıb-alması da araşdırılsa, yaxşı olar".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti